Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

_____________Milli Kitabxana________________ 
104 
 
S ə l i m  b ə y 
 
Arvad olmasaydın, səni qılıncla  
İkiyə bölərdim. 
 
H ə c ə r 
 
Bu qol, bu qıçla? 
Silahım olsaydı, bunu bil ki, sən, 
Qoymazdım yanmıda nəfəs çəkəsən! 
 
K o x a 
 
Həcər, olacaqsan axırda məyus. 
 
H ə c ə r 
 
Sus, boşqab yalayan piltəbığ dəyyus! 
 
K o x a 
 
Bunda əsər yoxmuş ardan, həyadan.  
 
S ə l i m  b ə y 
 
(Düşünərək) 
 
Alın körpəsini, atın qayadan! 
 
Uşağı beşikdən götürürlər. Fatma onlarla əlbəyaxa olur, uşağı əllərindən 
almaq istəyir. 
 
F a t m a 
 
Körpədə nə günah? Aman, rəhm elə! 
 
M a h m u d  b ə y 
 
Düşmən balasıdır, o, gərək ölə! 
  
 


_____________Milli Kitabxana________________ 
105 
 
H ə c ə r 
 
Bala, anan ölsün, bala can, bala...  
Ananın ürəyi oldu qan, bala...  
Buraxın! 
 
K o x a 
 
Uşağı atdılar. 
 
H ə c ə r 
 
Aman! 
 
S ə l i m  b ə y 
 
Aparın, yolunu gözləyir zindan!  
 
(Gülür.) 
 
H ə c ə r 
 
Səlim bəy, sevinib gülmək nahaqdır,  
Bilin, bu qan yerdə qalmayacaqdır! 
 
S ə l i m  b ə y 
 
Aparın! Aparın!  
 
Həcəri aparırlar. Qurd Kərim görünür. 
 
S ə l i m  b ə y 
 
Qurd Kərim, sənsən? 
 
Q u r d  K ə r i m 
 
Bəli, mənim ağam! 
 
 
 


_____________Milli Kitabxana________________ 
106 
 
 
S ə l i m  b ə y 
 
Afərin, əhsən! 
 
(Pul verir.) 
 
Bəs Nəbi hardadır? 
 
Q u r d  K ə r i m 
 
Yuxarı kənddə. 
 
S ə l i m  b ə y 
 
Daha durmaq olmaz bir dəqiqə də. 
 
Güllə səsləri

 
Bu nədir? 
 
Q u r d  K ə r i m 
 
Evimiz yıxıldı, aman...  
Yəqin ki, Nəbidir. 
 
S ə l i m  b ə y 
 
Mən getdim... 
 
Q u r d  K ə r i m 
 
Dayan! 
                                  Bu tərəfdən gedin. 
 
S ə l i m  b ə y 
 
Çox gözəl. 
 
 
 


_____________Milli Kitabxana________________ 
107 
 
 
Q u r d  K ə r i ın 
 
Bəs mən? 
 
S ə l i m  b ə y 
 
Burda qal, bilmirəm, qorxursan nədən? 
 
Q u r d  K ə r i m 
 
Vallahı şübhəyə düşsələr əgər  
Nəbigil dərimə saman təpərlər. 
 
S ə l i m  b ə y 
 
Yox, yox, sən burda qal, ayıq ol, ayıq!  
 
Q u r d  K ə r i m 
 
Qorxuram... 
 
S ə l i m  b ə y 
 
Mən getdim, danışma artıq! 
 
N ə b i 
 
(Səhnə dalından) 
 
Qoymayın onları çıxsın aradan,  
Qırın namərdləri, verməyin aman! 
 
Atışma qızışır. Nəbi yel kimi səhnədən gəlib keçir. Nəbinin döyüşçüləri     
qızğın atəş açırlar. Səhnədə qaçişırlar. Səlim bəyin dəstəsindən ölənlər olur. 
        
H ə c ə r 
 
Hanı mənim balam, verin balamı! 
                            Yarın bu sinəmi, görun yaramı!.. 
  


_____________Milli Kitabxana________________ 
108 
 
 
N ə b i 
 
Həcər, aç gözünü, qoçaq arvadım.  
Sənsiz bir zindandır ömrüm, həyatım! 
 
H ə c ə r 
 
Bircə balam vardı gül kimi, Nəbi!  
Cəlladlar öldürdü ilkimi, Nəbi! 
 
N ə b i 
 
Bu ağır yaranı sağaldar zaman,  
Vətən göylərindən çəkilər duman. 
 
M e h d i 
Qardaşım, sahildə toplaşıb dostlar,  
Gəl keçək Arazı nə qədər vaxt var. 
 
N ə b i 
Gedək, Həcər, gedək, yağı gəlməmiş,  
Arazı adlayaq dan sökülməmiş. 
 
(Araza xitab eləyir.) 
 
Bax, Arazım, bu dəhşətə, müsibətə şahid ol,  
Azadlığa qurbanların üzərindən gedir yol.  
Biz iki qan qardaşıyıq, aramızdan axırsan,  
Ayrılıqdan qövr eləyən yaramızdan axırsan.  
Hey axırsan, bizim ulu babaların yaşından,  
Tarix bilir nə bəlalar gəlib, keçir başından...  
Sənsən mənim qana dönmüş ürəyimin aynası,  
Arzum budur, külə dönsün bu zalımlar dünyası!  
Al qoynuna dostlarını, ey bağrı qan Arazım,  
Mənim qanlı göz yaşımdan yaranmısan, Arazım!  
Əlbir olub od salmaqçün düşmənlərin canına,  
Sinən üstdən yol ver, keçim qardaşımın yanına! 
 
P Ə R D Ə 
 


_____________Milli Kitabxana________________ 
109 
 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
YEDDİNCİ ŞƏKİL 
 
Təbrizdə yoxsul Musanın evi. Nəbi yaralıdır. Yataqda uzanmışdır. 
Həcər və Güllü xala da buradadır. Musa Nəbinin yanında oturub 
kaman çalır, Nəbi musiqi ahəngi altında danışır. 
 
N ə b i 
  
Düşmənə rast gəldik biz "Çətən daş" da  
Altı yüz qazaqdı, Səlim bəy başda.  
Vuruşda gündüzü gecəyə qatdıq,  
Nə qədər gülləmiz vardısa atdıq.  
Lalə tək qızartdı qan dağı-daşı,  
Dost-dostu itirdi, qardaş-qardaşı. 
 
M u s a 
 
Ah, dəstən bəs hardadır indi? 
 
N ə b i 
 
Dağ kəndlərində... 
 
M u s a 
 
Olsaydım, Nəbi qardaş, əgər sənin yerində  
Gətirərdim onları birbaşa Təbrizə mən. 
 
N ə b i 
 
Yox, yox, Musa, bu işdən duyuq düşərdi düşmən,  
Yox, qoy onlar hələlik dağ kəndlərində qalsın.  
Yaralılar, yorğunlar bir az dincini alsın. 
 
M u s a 
 
Bağışla, qoydum bayaq söhbətini yarımçıq,  
O son davadan danış... 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə