Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

_____________Milli Kitabxana________________ 
98 
 
 
F a t m a 
 
Ay allah, bundan beş dənə ver.  
Heç olmasa, üç dənə ver.  
Həsrətin çəkmişlərə ver,  
Çaladakı camışlara ver. 
 
Bu dəmdə uzaqdan bir güllə səsi eşidilir. Eyni zamanda Kərim də  
havaya bir güllə atır. Uzaqdan at ayaqlarının səsi gəlir. 
 
Hamı heyratdədir. 
 
M ü r s ə l 
 
Deyəsən, gələn var, dinməyin, sakit. 
 
Q ə h r ə m a n 
 
Verməz ehtiyatı əlindən igid. 
 
Q u r d  K ə r i m 
 
Baxım, görüm, kimdir?  
 
Q ə h r ə m a n 
 
Gör kimdir gələn? 
 
F a t m a 
 
Həcər, sən durma, gəl bəridə əylən.  
 
Qadınlar körpəni alıb yan tərəfə keçirlər. 
 
M ü r s ə l 
 
Olmaya Səlim bəy qazaq gətirir? 
  
 
 


_____________Milli Kitabxana________________ 
99 
 
 
Q ə h r ə  m a n 
 
Qorxaqlar özünü bərkdə itirir. 
 
S ə s l ə r 
 
Dayan, dayan, qaçma! 
 
Q ə h r ə m a n 
 
Aman, alçaqlar... 
 
Güllə açılır, bir nəfər yıxılır. 
 
M ü r s ə l 
 
Aldı üstümüzü atlı qazaqlar.  
Səlim bəy, Səlim bəy.  
Özüdür ki, var... 
 
Bəylər və qazaqlar onları əhatə edir. 
 
S ə l i m  b ə y 
 
(Yaxındakılara) 
 
Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar.  
Qaçıb başımıza əngəl açsınlar.  
Qoymayın bir nəfər çıxsin salamat,  
Yaxşı qisas alın, ad çıxarın, ad... 
 
Bir neçə nəfər ətrafı axtarır, Mürsəl kişini qolu bağlı götürürlər. 
 
M ü r s ə l 
 
Daha dayanmışdır, bıçaq sümüyə,  
Ellərin naləsi ucalır göyə.  
Min oyun açdınız onun başına... 
  
 


_____________Milli Kitabxana________________ 
100 
 
 
 
S ə l i m  b ə y 
 
             A gədə, durmayın, vurun başına.  
 
Vururlar. 
 
F a t m a 
 
Vurmayın, dayanın, vurmayın bizi,  
Allah amanıdır, qırmayın bizi. 
 
S ə l i m  b ə y 
 
Yaxşı, deyin görüm, hardadır Həcər?  
Yoxsa danışdırır sizi bu xəncər... 
Hanı, Həcər hanı? 
 
M ü r s ə l 
 
           Bilmirəm... 
 
S ə l i m  b ə y 
 
                 Söylə. 
 
M ü r s ə l 
 
           Dedim ki, bilmirəm...  
 
S ə l i m  b ə y 
 
Dilə bax, dilə...  
Həcərin yerini göstərməsəniz  
Murdar yuvanıza od vurarıq biz. 
De görüm, hardadır Həcər bu saat! 
 
Bu halda səhnə arxasından qışqırıq qopur. Koxa və bir neçə qazaq  
Həcəri tutub gətirir. 
 


_____________Milli Kitabxana________________ 
101 
 
 
M ü r s ə l 
 
Sən insan deyilsən, cəlladsan, cəllad! 
 
F a t m a 
 
Amandır, dəyməyin. 
 
H ə c ə r 
 
Buraxın məni! 
 
M a h m u d  b ə y 
 
Əldən buraxarmı düşmən düşməni?!  
Gərək nəslinizi qıraq birbəbir. 
 
Həcər çırpınır. Səlim bəyi vurmaq istəyir. 
 
S ə l i m  b ə y 
 
Dəyməyin, dayanın.  
 
H ə c ə r 
 
Sözünüz nədir? 
 
S ə l i m  b ə y 
 
Xoş gördük, əhvalın necədir, söylə?  
Xoşuna gəlirmi yaşamaq belə?  
Yıxıl ayağıma, öp ayağımdan. 
 
H ə c ə r 
 
Əyilməz düşmənə ölsə də aslan.  
Papaq deyil sizin başınızdakı  
Bir baxın, Həcərdir qarşınızdakı! 
 
 


_____________Milli Kitabxana________________ 
102 
 
 
S ə l i m  b ə y 
 
Buraxıb möhtəşəm o cah-cəlalı  
Bir adsız gədanın oldun əyalı.  
Atıb qızılları, atıb daş-qaşı,  
Özünə yurd-yuva etdin dağ-daşı.  
Bu da həyatmıdır? 
 
H ə c ə r 
 
Bəs nədir, səncə? 
 
S ə l i m  b ə y 
 
Bu, it günündən də betərdir, məncə.  
Bax, yenə əlimdə əsirsən, əsir,  
Duyuram, qorxudan ürəyin əsir.  
Yolunu gözləyir çoxdan qazamat,  
Bir şərtlə elərəm mən səni azad. 
 
H ə c ə r 
 
Nə şərtlə? 
 
K o x a 
 
(Sözə qarışır.) 
 
      Ay arvad! 
 
H ə c ə r 
 
Arvad özünsən. 
 
K o x a 
 
Olsun, ancaq, Həcər, deyirəm ki, mən  
Bizim, Səlim bəyə ver doğru cavab,  
Doğru danışmaqsa savabdır, savab... 
  


_____________Milli Kitabxana________________ 
103 
 
H ə c ə r 
 
Əzəldən yalanla olmayıb işim. 
 
K o x a 
 
Siz danışın, mən də bığımı eşim. 
 
S ə l i m  b ə y 
 
Həcər, de Nəbinin bizə yerini,  
Qorxma, öldürmərik sənin ərini. 
 
H ə c ə r 
 
Azad könüllərdir onun qalası.  
 
S ə l i m  b ə y 
 
Ayağı çarıqlı, kəndli balası  
Bəylərə, padşaha bata bilərmi?  
Murdar arzusuna çata bilərmi?  
O, bu yaxındadır, gizlənib yəqin,  
Qorxaqdır, mən buna əminəm, əmin!..  
Gəlsin meydanıma cürəti varsa,  
Güdsün namusunu qeyrəti varsa. 
 
H ə c ə r 
 
Maşallah, qeyrətdən kalansan yaman,  
Lap sənin kimiydi, gorbagor atan. 
 
S ə l i m  b ə y 
 
Bunda cürətə bax!  
 
H ə c ə r 
 
Beləyəm, belə. 
Ağzın süd qoxuyur, körpəsən hələ! 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə