Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

_____________Milli Kitabxana________________ 
92 
 
 
 
ALTINCI ŞƏKİL 
 
Köçərilərin düşərgəsi. Gecədir... Arazın yaxınlığında bir qayalıq. 
Nəbinin dəstəsi düşmən təqibindən qurtarıb buraya gəlmişdir. 
Köçərilər Nəbinin adamlarına yer vermişlər. 
 
H ə c ə r 
 
Lay-lay dedim yatasan,  
Qızıl gülə batasan.  
Gül yasdığın içində  
Şirin yuxu tapasan.  
Laylay, balam, a laylay.  
Laylay, gülüm, a laylay. 
 
F a t m a 
 
(Körpəyə) 
 
Yat deyirlər,yat barı,  
Ömrümün laləzarı. 
Sənə gələn elçilər  
Dağıdacaq kandarı.  
Nə dəcəlsən, can bala,  
Salırsan min qan, bala,  
Maddım-maddım baxırsan,  
Yatarsan haçan, bala? 
 
Qurd Kərim, Qəhrəman və Mürsəl gəlirlər. 
 
H ə c ə r 
 
A Kərim, bir xəbər bildinmi? 
 
Q u r d  K e r i m 
 
Yox, yox... 
  
 


_____________Milli Kitabxana________________ 
93 
 
 
H ə c ə r 
 
Doğrusu, Nəbidən nigaranam çox. 
 
F a t m a 
 
Dünyada dərd hanı bu dərddən acı? 
 
Q u r d   K ə r i m 
 
Sıxma ürəyini, ay Həcər bacı. 
 
M ü r s ə l 
 
Gəzdik qarış-qarış hər yanı, Həcər,  
Dostumuz Nəbidən bilmədik xəbər. 
 
H ə c ə r 
 
Görəsən, nə gəlib yenə başına?  
 
(Ağlayır.) 
 
M ü r s ə l 
 
Yoxam, Həcər bacı, bu göz yaşına,  
İnsan şişirtməsin gərək dərdini,  
Sovur küləklərə ürək dərdini. 
 
F a t m a 
 
Ay Allah, başına gəlməsin xəta. 
 
M ü r s ə l 
 
Nəbi sağ çıxacaq düşsə də oda  
Yəqin ki, rast gəlib yolda bir kəsə,  
Qonaq aparıblar. 
  
 


_____________Milli Kitabxana________________ 
94 
 
 
H ə c ə r 
 
Bəlkə, nə isə... 
Satqına rast gəlsə satar Nəbini,  
Divan da zindana atar Nəbini.  
Ürəyim dincəlmir. 
 
F a t m a 
 
Yorma özünü... 
Nəbi eşitsəydi sənin sözünü, 
Doyunca gülərdi. 
 
M ü r s ə l 
 
Aşkardır, aşkar, 
On düşməni varsa, on min dostu var. 
 
Q u r d  K ə r i m 
 
Dost-dostu satarmı? Gəlməyir dilim.  
 
H ə c ə r 
 
Zəmanə xarabdır, vallah, nə bilim,  
Sinəm dərd əlindən sökülür, budur. 
 
Q ə h r ə m a n 
 
(Həcəri bir kənara çəkir.) 
 
Həcər bacı... 
 
H ə c ə r 
Bəli… 
 
Q ə h r ə m a n 
Qulaq as. 
  


_____________Milli Kitabxana________________ 
95 
 
 
H ə c ə r 
Buyur. 
 
Q ə h r ə m a n 
 
Nəbiyə heç bir şey olmayıb, olmaz. 
İndicə gələcək, səbr elə bir az!  
Hara getdiyini dedi dostuna. 
 
(Özünə işarə edir.) 
 
Qardaşı Mehdi də qoşuldu ona.  
Gizli yol tapmağa gediblər, Həcər,  
Bəlkə bu Arazı keçək bir təhər.  
Düşmən yerimizi bilməyir hələ,  
Gərək birimiz də keçməyək ələ.  
Çox gözəl tanıyır Nabi Təbrizi,  
Təbriz dostlarımız saxlayar bizi.  
Nəbiyçin heç qorxma, düz deyirəm mən,  
Qayıdar indicə yuaxarı kənddən.  
Sən məcbur elədin bu sirri açım,  
Bunu bir mən bilim, bir də sən, bacım!.. 
 
H ə c ə r 
 
Ömrün uzun olsun, Qəhrəman qardaş  
Xətər görməyəsən heç zaman, qardaş!.. 
 
Q ə h r ə m a n 
 
Dəstəmiz Arazı tez gərək keçə
Çünki qorxuludur bu dilsiz gecə. 
 
F a t m a 
 
Səhərdən acsınız, oturun, yeyin.  
  
 
 
 


_____________Milli Kitabxana________________ 
96 
 
 
M ü r s ə l 
 
Bir dadaq, necədir sənin xörəyin.  
 
Q u r d  K ə r i m 
 
Nəbisiz haramdir bu çörək mənə,  
Onsuz parçalanır ürəyim yenə. 
 
M ü r s ə l 
 
Nəbi gəlib çıxar, kefini pozma! 
 
F a t m a 
 
Allah, sən Nəbiyə qara gün yazma! 
 
M ü r s ə l 
 
Tanrı çox görməsin Nəbini elə!  
Analar elə qoç doğmayıb hələ. 
 
Q u r d  K ə r i m 
 
Səlim bəy nə qədər güclu olsa da,  
Nəbidən tük salır. 
 
H ə c ə r 
 
Kişidir o da? 
 
M ü r s ə l 
 
Ay Kərim, sən allah, adam adı çək. 
Oturun başındakı ləçəkdir, ləçək! 
 
Q u r d  K ə r i m 
 
Sönməyib hələ də ürəyində kin. 
  


_____________Milli Kitabxana________________ 
97 
 
M ü r s ə l 
 
Filin qabağında neylər bir çibin? 
 
Hamı yeməyə məşğul olur.Həcər körpəsinin yanına keçir. 
Qurd Kərim fənəri qapıb gizli işarə verir. 
 
H ə c ə r 
 
Deyəsən yatmaqla heç yoxdur aran?  
Yat, bala, deməkdən yoruldu anan. 
 
(Zarafatla) 
 
Niyə dərdə-sərə salırsan məni,  
Görüm, cavanəzən öləsən səni. 
 
F a t m a 
 
Nə sözdür deyirsən, ay Həcər bacı?  
Qoy düşmənin keçsin günləri acı.  
Tökmə acığını yazıq körpəyə.  
Niyə danlayırsan balamı, niyə? 
 
(Uşağı oradakılara göstərir.) 
 
Sifəti elə bil çiçəkli yazdır,  
Gözləri qapqara, bir cüt gilasdır.  
Burnu, göz dəyməsin yekədir, yekə,  
Qulağı dağlara salıbdır kölgə. 
 
M ü r s ə l 
 
Nəbinin burnundan düşmüsən, ay qız?  
Çuvaldan seçilmir səndəki ağız,  
Ayaqların kündə, əllərin kösöy,  
Gəlin gedən kimi qaynananı döy!  
Zarafat elədim, qəşəngsən, küsmə,  
Büzmə dodağını, mən ölüm, büzmə! 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə