Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

_____________Milli Kitabxana________________ 
123 
 
 
 
 
Qapı döyülür. Nəbi Qurd Kərimin və Tapdığın çiyninə  
dayalı halda içəri girir. Nəbinin başı sarıqlıdır. 
 
X ə l i l 
Olsun ayağının altında başım. 
N ə b i 
 
Bu kimin evidir, Kərim, qardaşım? 
 
Q u r d  K ə r i m 
 
Allah bəndəsinin. 
 
N ə b i 
 
Kişi, mənə sən 
Sifətdən bir qədər tanış gəlirsən. 
 
X ə l i l 
 
Yaxşılıq etmisən bir zaman mənə. 
 
(Kənara) 
 
Gərək əvəzini qaytaram sənə! 
 
N ə b i 
 
Tutur gözlərimi bir qara pərdə  
Bir çara göstərin düşdüyüm dərdə. 
 
Q u r d  K ə r i m 
 
Nəbi, nə deyirsən, özünə gəl.  
 
N ə b i 
 
 
Ah…  


_____________Milli Kitabxana________________ 
124 
 
 
X ə l i l 
 
Uzun et Nəbinin ömrünü, Allah! 
 
N ə b i 
 
Bir içim su verin... 
 
X ə l i l 
 
Bu saat. 
 
Q u r d  K ə r i m 
 
Dayan! 
Su sənə zərərdir, ağırdır yaran. 
 
N ə b i 
 
Bəs Qəhrəman hanı? Bəs Vəli hanı?  
 
Q u r d  K ə r i m 
 
Düşmənlər tutmuşdur bütün hər yanı,  
Onlar atışırlar. 
 
N ə b i 
 
Durmayın, gedin, 
Barı yoldaşlara bir kömək edin! 
İgidə yaraşmaz evdə oturmaq. 
 
Q u r d  K ə r i m 
 
Nəbisiz qoymaram kənara ayaq. 
 
T a p d ı q 
 
Doğrudur, biz gedək, sənsə burda qal. 
  


_____________Milli Kitabxana________________ 
125 
 
 
N ə b i 
 
Kərim, yox, sən də get, vuruş, qılınc çal!  
Adımdan Həcərə tez yetir xəbər.  
Yığıb dost-aşnanı gəlsin köməyə,  
Həcərsiz uçulur başıma göylər,  
Hicran neştərini vurur ürəyə. 
 
Nəbini uzandırırlar. 
 
X ə l i l 
 
Kaş mənə dəyəydi o güllə...  
 
N ə b i 
 
Dostum, 
Yanıram su verin mənə bir qurtum. 
 
Q u r d  K ə r i m 
 
Yaramaz. 
 
N ə b i 
 
Di, gedin. 
 
Q u r d  K ə r i m 
 
Yaxşı, bu saat. 
 
N ə b i 
 
Qoy səni gəzdirsin hələlik Boz at.  
 
Q u r d  K ə r i m 
 
Gedək, dostlar, gedək bitməyib dava!  
  
 


_____________Milli Kitabxana________________ 
126 
 
 
(Kənara) 
 
Nəbinin dərdinə tapılar dava.  
 
(Tüfənglə Nəbini vurmaq istəyir. Nəbi gözünü açır.) 
 
Nəbi can, üstünü açma bu qədər,  
Xəstəsən, xəstəyə tez soyuq dəyər. 
 
(Onun üstünü örtür.) 
 
N ə b i 
 
Get, dedim. 
 
Q u r d  K ə r i m 
 
Gedirik. 
 
(Gedir.) 
 
N ə b i 
 
(Xəlilə) 
 
Qapını bağla! 
 
X ə l i l 
 
Allah, sən Nəbini bəladan saxla! 
Yenə atışırlar. 
 
N ə b i 
 
Bizimkilərdir. 
Qəhrəmanla Vəli ər oğlu ərdir.  
Çıxardar onları Həcər tələdən.  
İgid də qorxarmı oddan, güllədən?! 
 
 


_____________Milli Kitabxana________________ 
127 
 
 
X ə l i l 
 
Yoxdur bu ellərdə Həcərin tayı.  
 
N ə b i 
 
Qorxutmaz Həcəri düşmənin sayı.  
Həcərin saçları dalğa-dalğadır,  
İpək birçəkləri halqa-halqadır,  
Davada Nəbiyə polad arxadır,  
Yazmışam adını ürəyə, Həcər,  
Hardasan, gəl yetiş köməyə, Həcər!  
Yaram çox ağrıdır... 
 
X ə l i l 
 
Qorxma, inşallah,  
Qalxarsan ayağa lap bu gün, sabah,  
Ürəyini sixma, qovraqsan, qovraq,  
Kiçik bir güllədən yıxılarmı dağ?! 
 
N ə b i 
 
Ah, yata bilsəydim əgər doyunca.,.  
 
X ə l i l 
 
Nədir bu patrondaş, xəncər, tapança,  
Qoy açım bunları, uzan, yat, dincəl... 
 
(Nəbinin belindən yaraqlarını açıb taxçadakı 
 yorğan-döşəyin altında gizlədir.) 
 
N ə b i 
  
Görünür ki, məndən uzaqmış əcəl. 
 
X ə l i l 
 
Gecən xeyrə qalsın, mən getdim, sən yat. 


_____________Milli Kitabxana________________ 
128 
 
 
N ə b i 
 
(Sayıqlayır.) 
 
Düşmən oynatmasın meydanımda at!  
Verin Boz atımı, Mehdi, durma, cum,  
Həcər, yanımca gəl, qoçaqlar, hücum!..  
Yağdırın düşmənə güllədən yağiş. 
 
L e y l a 
 
Nəbi, yatmamısan?  
Sayıqlayırmış... 
 
(Çıxır, daldan fit səsləri gəlir.) 
 
X ə l i l 
 
Deyəsən bərk yatıb, ayılmaz daha,  
Arzuma yetişdim, şükür Allaha. 
 
(Yavaşca bayır qapıya tərəf gedərkən 
 Nəbi birdən sıçrayır.) 
 
N ə b i 
 
Dayan, hara? Dayan!.. Cavab ver, hara? 
 
X ə l i l 
 
Dəstəmaz almağa. 
 
N ə b i 
 
Hara? 
 
X ə l i l 
 
Bayıra. 
 


_____________Milli Kitabxana________________ 
129 
 
 
 
N ə b i 
 
Tərpənmə yerindən deyirəm sənə,  
Mən aman vermərəm alçaq düşmənə. 
 
X ə l i l 
 
Ay aman, ay haray.  
 
N ə b i 
 
Al, haramzadə. 
 
(Onu vurur.) 
 
Yaşamaq haramdır sənə dünyada. 
 
Bu halda bayırdan səs-küy qalxır. Fit verilir, qapı açılır. 
Güllələr içəri yağış kimi yağır. Nəbi yerindən sıçrayır. 
Divara söykənib atışmağa başlayır. 
 
N ə b i 
 
Sən də al payını, hiyləgər tülkü!  
Hələ ölməmişəm, sağam, bir, iki...  
Nəbiyə xəyanət?.. 
 
(Qurd Kərimi vurur. Bu vaxt hər tərəfdən qazaqlar içəriyə 
tökülüşürlər. Nəbini araya alırlar. Hər tərəf'düşməndir.) 
 
M a h m u d  b ə y 
 
Təslim ol Nəbi! 
Yoxsa öldürərik səni it kimi. 
Tez qandalaqlayın! Dustağımsan sən, 
Görərsən, dərini soyacağam mən. 
Aparın!.. 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə