Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

_____________Milli Kitabxana________________ 
56 
 
 
Q ə h r ə m a n 
 
Ürək sözümüzdür, Nəbi, bu sözün. 
 
V a s i l i 
 
Deyirəm, bəlkə də çıxıb yadından,  
Tüfəngim səndədir. 
 
          N ə b i    
 
Aha, bir dayan. 
 
(Öz tüfəngini ona uzadır) 
 
V a s i l i 
 
Yox, o səninkidir, istəməz. 
 
N ə b i 
 
Bəs sən? 
Ona silah verin! 
 
Qaçaqlar Vasiliyə silah verirlər. 
 
Q ə h r ə m a n 
 
 Alın... 
 
V a s i l i 
 
 Bu da mən. 
 
(Gəzişir.) 
 
Bir oda yanırıq indi hamımız, 
Nəbi, ayrı deyil intiqamımız.  
Mən burda qalıram. 
  


_____________Milli Kitabxana________________ 
57 
 
 
N ə b i 
Qardaşım, yaşa. 
 
V a s i l i 
 
Vuruşarıq qoşa, ölərik qoşa!  
 
                              Qaçaqlar bir qızı aralığa alıb gətirirlər. 
 
T a p d ı q 
 
Siz allah, bu qızın boyuna baxın,  
Nə məni, nə bunu qoymurdu yaxın.  
Sinəmdən vurmuşdu mənim az qala,  
Aldıq silahını onun güc-bəla. 
 
(Ortalığa bir bıçaq və xəncər atır) 
 
N ə b i 
 
Bacım, hardan gəlib hara gedirsən? 
 Nə üçün dinmirsən? 
 
Ç i m n a z 
(Üzünü açır.) 
 
Yad deyiləm mən. 
 
N ə b i 
 
Həcərin yoldaşı, Çimnazdır bu qız. 
 
(Çimnaza) 
 
 Dağlarda nə işin bu zaman yalqız? 
 
M e h d i 
Bir qara xəbərlə gəlmisən yoxsa? 
 


_____________Milli Kitabxana________________ 
58 
 
 
Ç i m n a z 
 
Mən bayquş deyiləm. 
 
V ə l i 
  
Varam, bu qıza. 
 
Ç i m n a z 
 
Vacib bir iş üçün gəlmişəm bura
 Salmaq istəyirlər Həcəri tora.  
Yazıq gecə-gündüz ağlayır zar-zar. 
 
N ə b i 
Nə üçün başıma uçulmur dağlar?!  
 
Ç i m n a z 
 
Məni yanınıza Həcər göndərib;  
Dərdlər ürəyində  baş-başa verib. 
 Kənddə qan ağlayır arvad-uşaqlar.  
Tökülür evlərə bəylər, qazaqlar,  
Nəbinin heyfini alırlar bizdən.  
Bir kömək gəlməsə, axırda düşmən  
Kənddə qoymayacaq daşı-daş üstə,  
Dözməyə daha can qalmayıb bizdə. 
 
N ə b i 
Nədir bu güzəran, nədir bu həyat!  
Xalqa divan tutur bir yığın cəllad,  
Məni istəyirlər, dostdan, qohumdan,  
Qaynayır qəzəbdən ürəyimdə qan. 
 
M e h d i 
Qardaşlar, hirsimdən ağrıyır başım, 
Tez ol, bir tədbir tök, Nəbi, qardaşım! 
  


_____________Milli Kitabxana________________ 
59 
 
 
Xalqı incidiriər bizdən ötəri,  
Hünər meydanıdır igidin yeri.  
Bu yolda al qana boyanmışıq biz, 
      Əmrinə müntəzir dayanmışıq biz! 
 
V ə l i 
 
Bu gün tərpənməsək gec olar sabah.  
 
Q ə h r ə m a n 
 
Onların üstünə cumarsaq, vallah, 
Səlim bəy deşiyi alacaq satın. 
 
V ə l i 
 
Durmayın, atların belinə yatın! 
Gətirin Boz atı, o yel qanadı. 
 
Q ə h r ə m a n 
 
Təkdir bu dünyada Nəbinin atı! 
 
Boz atı gətirirlər. 
 
N ə b i 
 
Bir dəli yel kimi dağlara cumaq! 
Aslanlar yurdunda sönməsin çiraq. 
Elə vuruşaq ki, titrəsin göylər.  
Yanıb alovlarda kül olsun bəylər.  
Boz at, səni sər tövlədə bağlaram,  
Ayağını qızıl, gümüş nallaram.  
Məxmərə tutaram, ipək çullaram,  
Boz at, apar məni doğma ellərə,  
Qoy ellər düşməsin düşmən əllərə! 
 
P Ə R D Ə 
 
 


_____________Milli Kitabxana________________ 
60 
 
 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
DÖRDÜNCÜ ŞƏKİL 
 
Həcərgilin evi. Ev kasıb qaydasında döşənmişdir. 
Həcər nigarançılıq çəkir.  
 
H ə c ə r 
Yaman nigaranam bacım Çimnazdan, 
Düşmənlə doludur hər tərəf, hər yan. 
                           Süzürəm gözümlə uzaq yolları, 
                           Görəsən, Nəbini tapdımı barı? 
                           Ona yetirdimi dediklərimi? 
                           Ah… Nəbi bilsəydi dərdi-sərimi 
                           Nə məni, nə eli qoymazdı darda, 
   Aman, harda qaldı, bu Çimnaz, harda?! 
 
Bu zaman qapı döyülür. Həcər həyəcanla qapıya cumur.  
Gülbacı daxil olur. 
 
G ü l b a c ı 
 
                           Qızım, niyə belə qəmginsən, 
 
H ə c ə r 
 
                           Ana… 
                           Dönüb dərd əlindən ürəyim qana. 
 
G ü l b a c ı 
 
                           Bala, nahaq yerə, qulaq as mənə, 
                           Nələr deyəcəyəm gör indi sənə. 
                           Nəbidən danışır aləm yenə də, 
                           Bu söz ildırım kimi yayılıb kəndə: 
                           Deyirlər, padşaha qaldırdılar əl, 
                           Görünür başını girləyib əcəl. 
 
 


_____________Milli Kitabxana________________ 
61 
 
 
 
 
H ə c ə r 
  
Sözünün mənası nədir, ana can? 
 
G ü l b a c ı 
 
Mənası odur ki, qan qusur atan. 
Dedi, sözlərimi qizima çatdır. 
Razılıq verməsə, o mənə yaddır, 
Həcər, bir başa düş atan deyəni. 
 
H ə c ə r 
 
Niyə yorursunuz bu qədər məni, 
Nəbi məni sevir , məndə Nəbini, 
Elin adətini, elin dəbini 
Pozmaq istəyirsə, qoy pozsun atam. 
Sonra hara yozur, qoy yozsun atam, 
Belə bir təklifə asmaram qulaq, 
Etməyin baxtımı gündə daş-qalaq. 
 
G ü l b a c ı 
 
Dili dil deyil ki, zəhərdir, zəhər. 
Adam öz xeyrini bilməzmiş… 
 
H ə c ə r 
 
                               Yetər!... 
 
Şahməmməd zümzümə eliyə-eliyə gəlir. 
 
Ş a h m ə m m ə d 
 
Gün doğdu, el oyandı, 
Aləm nura boyandı, 
İstəklim atdı məni, 
Ürəyim oda yandı.  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə