Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

16 




Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Bütün digәr komissiya gәlirlәri vә sair gәlirlәr adәtәn tamamlanma dәrәcәsindәn asılı olaraq hesablama 

metodu ilә qeydә alınır. Tamamlanma dәrәcәsi faktiki göstәrilmiş xidmәtlәrin ümumi göstәrilmәli olan 

xidmәtlәrә nisbәti kimi müәyyәn edilir.  

Faiz gәlirlәri effektiv faiz metodundan istifadә etmәklә maliyyәlәşdirmә zamanı proporsional qaydada 

tanınır  



Tikinti müqavilәlәri. Tikinti müqavilәlәri üzrә gәlirlәr müqavilә  üzrә  tәxmin edilәn  ümumi xәrclәr ilә 

müqayisәdә  bu  günә  qәdәr  çәkilmiş  müqavilә  xәrclәrinә  әsasәn  işlәrin  faiz  etibarı  ilә  tamamlanma 

metoduna  uyğun  olaraq  uçota  alınır.  Müqavilә  üzrә  görülәn  işlәrdә  kәnarlaşmalar,  iddialar  vә 

hәvәslәndirici ödәnişlәr sifarişçinin bu kәnarlaşmaları tәsdiq edәcәyi vә gәlirin mәblәğini etibarlı şәkildә 

qiymәtlәndirә bilәcәyi tәqdirdә müqavilә üzrә gәlirin mәblәğinә daxil edilir. Tikinti müqavilәsinin nәticәsi 

etibarlı şәkildә qiymәtlәndirilә bilmәdikdә, müqavilә üzrә gәlir yalnız müqavilә ilә bağlı xәrclәrin әvәzinin 

ödәnilәcәyi ehtimal olunduğu hәcmdә tanınır. Müqavilә ilә bağlı mәsrәflәr xәrc çәkildiyi zaman tanınır.  

Müqavilә  üzrә  ümumi  mәsrәflәrin  müqavilә  üzrә  ümumi  gәlirlәrdәn  artıq  olması  ehtimal  olunduqda, 

ehtimal olunan zәrәr dәrhal xәrc kimi tanınır. 

Әvәzlәşdirmә.  Maliyyә  aktiv  vә  öhdәliklәrinin  әvәzlәşdirilmәsi  vә  xalis  mәblәğin  maliyyә  vәziyyәti 

haqqında  hesabata  daxil  edilmәsi,  qeydә  alınmış  mәblәğlәrin  әvәzlәşdirilmәsi  üçün  qanunvericiliklә 

müәyyәn  edilmiş  hüquq,  elәcә  dә  әvәzlәşdirmәni  aparmaq  vә  ya  eyni  zamanda  aktivi  realizasiya 

edәrәk öhdәliyi ödәmәk niyyәti mövcud olduğu hallarda hәyata keçirilә bilәr. 



İşçilәrә ödәnişlәr. Әmәk haqları, Azәrbaycan Respublikası Dövlәt Sosial Müdafiә Fonduna ödәnişlәr, 

mәzuniyyәt  vә  xәstәlik  vәrәqәlәri  üzrә  illik  ödәnişlәr,  mükafatlar  vә  pul  şәklindә  olmayan  imtiyazlar 

(mәs, sәhiyyә xidmәtlәri vә uşaq bağçaları) Qrupun işçilәri tәrәfindәn müvafiq xidmәtlәrin göstәrildiyi 

ildә hesablanır. 



Konsolidasiya edilmiş maliyyә hesabatlarının tәsdiqlәnmәsindәn sonra onlara dәyişikliyin 

edilmәsi. Dәrc olunduqdan sonra hazırkı konsolidasiya edilmiş maliyyә hesabatlarına edilmiş hәr hansı 

dәyişiklik Qrupun sәhmdarları vә rәhbәrliyi tәrәfindәn tәsdiqlәnmәlidir. 





Uçot Siyasәtinin Tәtbiqi Zamanı Әhәmiyyәtli Ehtimallar vә Mülahizәlәr 

Qrup növbәti maliyyә ili әrzindә konsolidasiya edilmiş maliyyә hesabatlarında uçota alınan mәblәğlәrә 

vә  aktiv  vә  öhdәliklәrin  balans  dәyәrinә  tәsir  göstәrәn  ehtimallar  vә  mülahizәlәr  irәli  sürür.  Hәmin 

ehtimallar  vә  mülahizәlәr  müntәzәm  olaraq  rәhbәrliyin  tәcrübәsinә  vә  digәr  amillәrә,  hәmçinin 

rәhbәrliyin  fikrincә  mövcud  şәraitә  uyğun  olaraq  әsaslandırılmış  gәlәcәk  hadisәlәr  üzrә  tәxminlәrә 

әsasәn tәhlil edilir. Uçot siyasәtinin tәtbiqi zamanı rәhbәrlik, hәmçinin peşәkar ehtimallar vә tәxminlәr 

irәli  sürür.  Konsolidasiya  edilmiş  maliyyә  hesabatlarında  әks  etdirilәn  mәblәğlәrә  daha  çox  tәsir 

göstәrәn  peşәkar  mülahizәlәr  vә  növbәti  maliyyә  ili  әrzindә  aktiv  vә  öhdәliklәrin  balans  dәyәrinә 

әhәmiyyәtli düzәlişlәrin edilmәsinә sәbәb olan tәxminlәrә aşağıdakılar daxildir:  

Fәaliyyәtin fasilәsizliyi.  Rәhbәrlik  hazırkı  konsolidasiya  edilmiş  maliyyә  hesabatlarını  fasilәsiz 

fәaliyyәt  prinsipinә  әsasәn  hazırlamışdır.  Belә  bir  mülahizә  irәli  sürәrkәn  rәhbәrlik  Qrupun  maliyyә 

vәziyyәtini, cari planlarını, әmәliyyatların gәlirliliyini vә maliyyә resurslarından istifadәni nәzәrә almışdır.

  

Qrup 2010-cu ildә tәsis edilmiş vә hәmin ildә fәaliyyәtә başlamışdır vә 31 dekabr 2015-ci vә 2014-cü il 

tarixlәrindә tamamlanan illәr üzrә Qrupun zәrәrlәri müvafiq olaraq 75,737,769 AZN vә 66,544,212 AZN 

tәşkil  etmişdir.  Bundan  әlavә,  31  dekabr  2015-ci  vә  2014-cü  il  il  tarixlәrindә  tamamlanan  illәr  üzrә 

Qrupun әmәliyyat fәaliyyәti üzrә mәnfi nağd pul axını müvafiq olaraq 127,538,000 AZN vә 19,946,813 

AZN  olmuşdur.  31  dekabr  2015-ci  vә  2014-cü  il  tarixlәrinә  Qrupun  yığılmış  zәrәri  müvafiq  olaraq 

99,985,760 AZN vә 69,522,835 AZN tәşkil etmişdir.  

Qrupun fәaliyyәti әsasәn Baş Müәssisәnin sәhmdarları vә nәzarәt olunmayan iştirak payı tәrәfindәn 

ayrılmış maliyyә vәsaitlәri vә banklardan cәlb edilmiş kreditlәr hesabına maliyyәlәşir. 31 dekabr 2015-

ci il tarixinә qeyd olunan tәrәflәrin ayırdığı vәsaitlәr müvafiq olaraq 298,750,846 AZN vә 105,632,811 

AZN (2014: müvafiq olaraq 74,494,817 AZN vә 139,600,580 AZN) tәşkil etmişdir. Qrupun fәaliyyәtinin 

fasilәsizliyi  sәhmdarların  Qrupun  әmәliyyat  vә  investisiya  fәaliyyәtini  davamlı  maliyyәlәşdirmәk 

istәyindәn әhәmiyyәtli dәrәcәdә asılıdır. Qrupun sәhmdarları hesabat tarixindәn sonrakı dövr әrzindә 

Qrupa 71,736,832 AZN mәblәğindә maliyyә vәsaiti ayırmışdır. Rәhbәrlik, hәmçinin Qrupun fәaliyyәtinin 

fasilәsizliyini tәmin etmәk üçün sәhmdarlar tәrәfindәn davamlı maliyyәlәşdirmәnin hәyata keçirilәcәyini 

proqnozlaşdırır. 




“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

17 




Uçot Siyasәtinin Tәtbiqi Zamanı Әhәmiyyәtli Ehtimallar vә Mülahizәlәr (davamı) 

Törәmә müәssisәlәr. Qrup tam konsolidasiya edilmiş törәmә müәssisәsi olan “AAC” MMC-dә 50%-

dәn  az  sәsvermә  hüquqlu  sәhmlәrә  sahibdir.  Bununla  belә,  Qrup  digәr  sәhmdarlarla  müqavilә 

razılaşmasına әsasәn hәmin törәmә müәssisәnin maliyyә-tәsәrrüfat fәaliyyәti ilә bağlı mәsәlәlәrә dair 

qәrar vermәk sәlahiyyәtinә malikdir. 



Tәxirә salınmış mәnfәәt vergisi aktivinin tanınması. Tәxirә salınmış tanınan xalis vergi aktivi vergi 

tutulan  gәlirlәrdәn  gәlәcәk  çıxılmalar  vasitәsilә  әldә  oluna  bilәn  mәnfәәt  vergisi  mәblәğlәrindәn 

ibarәtdir vә maliyyә vәziyyәti haqqında hesabatda qeydә alınır. Tәxirә salınmış mәnfәәt vergisi aktivi 

müvafiq  vergi  faydasının  realizasiya  oluna  bilәcәyi  ehtimalını  nәzәrә  alaraq  tanınır.  Gәlәcәkdә  әldә 

edilmәsi  ehtimal  olunan  vergi  tutulan  gәlirlәr  vә  vergi  faydaları  rәhbәrlik  tәrәfindәn  hazırlanmış 

ortamüddәtli  biznes  planına  vә  onun  gәlәcәk  proqnozlaşdırma  nәticәlәrinә  әsasәn  müәyyәn  edilir. 

Biznes planı rәhbәrliyin tәtbiq olunan şәraitә münasib olan gözlәntilәrinә әsaslanır.  

 

Әlaqәli tәrәflәrlә әmәliyyatların ilkin uçotu. Qrup öz fәaliyyәti gedişindә әlaqәli tәrәflәrlә әmәliyyatlar 

aparır.  39  saylı  BMS-ә  uyğun  olaraq  maliyyә  alәtlәri  ilkin  olaraq  әdalәtli  dәyәrdә  uçota  alınmalıdır. 

Lakin, hәmin әmәliyyatların bazar vә ya qeyri-bazar faiz dәrәcәlәrindә hәyata keçirilmәsini müәyyәn 

etmәk  mәqsәdilә  bu  cür  әmәliyyatlar  üçün  aktiv  bazar  mövcud  olmadıqda  peşәkar  mülahizәlәrdәn 

istifadә  etmәk  lazım  gәlir.  Mülahizәlәrin  irәli  sürülmәsinin  әsasını  әlaqәli  olmayan  tәrәflәrlә  analoji 

әmәliyyatların  qiymәtinin  müәyyәn  edilmәsi  vә  effektiv  faiz  dәrәcәsinin  tәhlili  tәşkil  edir.  Әlaqәli 

tәrәflәrlә әmәliyyatların şәrtlәri haqqında mәlumat 7-ci Qeyddә açıqlanır.

  

Әsas vәsaitlәrin faydalı istifadә müddәti.  Әsas  vәsaitlәrin  faydalı  istifadә  müddәtinin  müәyyәn 

edilmәsi  oxşar  aktivlәr  ilә  bağlı  mövcud  tәcrübәyә  әsasәn  peşәkar  mülahizәlәr  tәtbiq  etmәklә 

aparılmışdır. Belә aktivlәrlә bağlı gәlәcәk iqtisadi faydalar әsasәn onların istifadәsi nәticәsindә әldә 

edilәcәkdir. Lakin avadanlığın texniki vә kommersiya baxımından köhnәlmәsi vә aşınması kimi digәr 

amillәr bu aktivlәrlә bağlı iqtisadi faydaların azaldılmasına gәtirib çıxarır. Rәhbәrlik aktivlәrin cari texniki 

vәziyyәtini  vә  bu  aktivlәrin  Qrupa  iqtisadi  fayda  gәtirәcәyi  tәxmin  edilәn  dövrü  nәzәrә  alaraq,  әsas 

vәsaitlәrin  qalan  faydalı  istifadә  müddәtini  müәyyәn  edir.  Bu  zaman  aşağıdakı  әsas  amillәr  nәzәrә 

alınır: (a) aktivlәrin gözlәnilәn istifadә müddәti; (b) istismar göstәricilәri vә texniki xidmәt qaydalarından 

asılı  olan  gözlәnilәn  fiziki  köhnәlmә  vә  aşınma;  vә  (c)  bazar  şәrtlәrindәki  dәyişikliklәr  nәticәsindә 

avadanlığın texnoloji vә kommersiya baxımından köhnәlmәsi vә aşınması. 

Tәxmin edilәn faydalı istifadә müddәti rәhbәrliyin tәxminlәrindәn 10% fәrqlәnsәydi, 31 dekabr 2015-ci 

il tarixindә tamamlanan il üzrә amortizasiyanın tәsiri 652,449 AZN çox/az olardı (2014: 729,664 AZN 

çox/az olardı). 



Tikinti müqavilәlәrinin faiz etibarı ilә tamamlanmasının qiymәtlәndirilmәsi. Tikinti layihәsinin faiz 

etibarı ilә tamamlanması adәtәn hesabat tarixindә yerinә yetirilmiş işlәr üçün çәkilmiş mәsrәflәrlә layihә 

üzrә tәxmin edilmiş ümumi xәrclәrin nisbәti ilә müәyyәn edilir. Çәkilmiş mәsrәflәrin mәblәği vә layihә 

üzrә tәxmin edilmiş ümumi xәrclәr Qrupun keçmiş tәcrübәsi vә iqtisadiyyatın ümumi tendensiyalarını 

nәzәrә  alaraq,  Qrupun  texniki  departamenti  tәrәfindәn  ayrıca  tikinti  müqavilәsinә  әsasәn  müәyyәn 

edilir




Debitor borclarının dәyәrsizlәşmәsi üzrә ehtiyatlar.  Debitor  borcları  üzrә  әlavә  pul  vәsaitlәrinin 

bәrpası gözlәnilmәdikdә, debitor borcları müvafiq ehtiyatlara silinir. Dәyәrsizlәşmә üzrә zәrәrlәrә qarşı 

qiymәtlәndirilәn debitor borcları üzrә pul vәsaitlәrinin gәlәcәk hәrәkәti hәmin aktivlәrin müqavilә üzrә 

pul  vәsaitlәrinin  hәrәkәtinә,  rәhbәrliyin  keçmişdә  baş  vermiş  zәrәr  halları  nәticәsindә  vaxtı  keçәcәk 

mәblәğlәrin hәcmi ilә münasibәtdә tәcrübәsinә vә vaxtı keçmiş mәblәğlәrin geri ödәnilmәsinә әsasәn 

tәxmin  edilir.  Keçmiş  dövrlәrә  tәsir  göstәrmәyәn  cari  şәraitin  tәsirini  әks  etdirmәk  vә  cari  dövrdә 

mövcud olmayan keçmiş şәraitin tәsirini aradan qaldırmaq mәqsәdilә әvvәlki tәcrübә müşahidә edilә 

bilәn cari mәlumatlara әsasәn tәnzimlәnir. 



Kreditlәr vә avansların dәyәrsizlәşmәsi üzrә  zәrәrlәr. Qrup  müntәzәm  olaraq  kredit  portfeli  üzrә 

dәyәrsizlәşmәnin  mövcudluğunu  müәyyәn  etmәk  üçün  onu  tәhlil  edir.  Dәyәrsizlәşmә  üzrә zәrәrin  il 

üzrә mәnfәәt vә zәrәrdә әks etdirilmәsini müәyyәn edәrkәn, Qrup kredit portfelindә konkret bir kreditin 

dәyәrindә azalmanın müşahidә edilmәsindәn әvvәl kredit portfeli üzrә pul vәsaitlәrinin tәxmin edilәn 

hәrәkәtindә  ölçülә  bilәn  azalmanı  әks  etdirәn  nәzәrә  çarpan  әlamәtlәrin  mövcudluğunu  müәyyәn 

etmәk üçün peşәkar mülahizәlәr irәli sürür.  




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə