Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

18 




Uçot Siyasәtinin Tәtbiqi Zamanı Әhәmiyyәtli Ehtimallar vә Mülahizәlәr (davamı) 

Bu  göstәricilәrә  qrupdakı  borcalanların  ödәniş  statusunda  vә  ya  qrupdakı  aktivlәr  üzrә  öhdәliklәrin 

yerinә  yetirilmәmәsi  ilә  әlaqәdar  ölkә  sәviyyәsindә  vә  ya  yerli  iqtisadi  şәrtlәrdә  mәnfi  dәyişikliyin 

olduğunu  әks  etdirәn  müşahidә  edilә  bilәn  mәlumatlar  daxildir.  Rәhbәrlik  gәlәcәk  pul  vәsaitlәri 

hәrәkәtinin proqnozlaşdırılması üçün istifadә edilәn kredit portfelindәki aktivlәr ilә analoji kredit riskinә 

vә  dәyәrsizlәşmә  üzrә  obyektiv  әlamәtlәrә  malik  aktivlәr  ilә  әlaqәdar  әvvәlki  ilin  zәrәrlәri  haqqında 

mәlumata  әsaslanan  tәxminlәr  irәli  sürür.  Gәlәcәk  pul  vәsaitlәri  hәrәkәtinin  mәblәğini  vә  müddәtini 

tәxmin edәrkәn istifadә edilәn metodologiya vә mülahizәlәr, tәxmini vә hәqiqi zәrәrlәr arasındakı hәr 

hansı fәrqi azaltmaq mәqsәdilә müntәzәm olaraq nәzәrdәn keçirilir. Faktiki vә tәxmin edilәn zәrәrlәr 

arasındakı  fәrqlәrin  10%  artması  vә  ya  azalması  kreditlәrin  dәyәrsizlәşmәsi  üzrә  zәrәrlәrin  müvafiq 

olaraq 2,207,000 AZN (2014: sıfır) artmasına vә ya azalmasına gәtirib çıxara bilәr. Ayrı-ayrı әhәmiyyәtli 

kreditlәrin dәyәrsizlәşmәsi üzrә zәrәrlәr, kreditin ödәnilmәsini vә müvafiq kredit üzrә girov qoyulmuş 

hәr hansı aktivin realizasiyasını nәzәrә alaraq, hәmin ayrı-ayrı kreditlәr üzrә diskont edilmiş gәlәcәk 

pul vәsaitlәrinin hәrәkәti üzrә tәxminlәrә әsasәn hesablanır. Faktiki zәrәrlәr vә pul vәsaitlәrinin mәblәği 

vә  müddәti  arasındakı  fәrqlәrә  görә  yarana  bilәn  ayrı-ayrı  әhәmiyyәtli  kreditlәr  üzrә  diskont  edilmiş 

gәlәcәk  pul  vәsaitlәrinin  hәrәkәti  arasında  10%  artım  vә  ya  azalma  olarsa  bu,  kreditlәrin 

dәyәrsizlәşmәsi üzrә zәrәrin müvafiq olaraq 2,170,000 AZN (2014: sıfır) çox vә ya az olmasına gәtirib 

çıxara bilәr. 





Yeni vә ya Yenidәn İşlәnmiş Standartların vә Onlara Dair Şәrhlәrin Tәtbiqi 

Aşağıdakı yenidәn işlәnmiş standartlar 1 yanvar 2015-ci il tarixindәn Qrup üçün qüvvәyә minmişdir, 

lakin onlar Qrupa әhәmiyyәtli dәrәcәdә tәsir göstәrmәmişdir: 

  BMS  19-a  Dәyişikliklәr  –  “Müәyyәn  edilmiş  ödәnişlәr  üzrә  pensiya  planı:  İşçilәr  tәrәfindәn 

ödәnişlәr” (2013-cü ilin noyabr ayında dәrc edilmişdir vә 1 iyul 2014-cü il tarixindә başlayan illik 

dövrlәr üçün qüvvәyә minir) 

  2012-ci  ildә  dәrc  edilmiş  BMHS-lәrin  illik  tәkmillәşdirilmәsi  (2013-cü  ilin  dekabr  ayında  dәrc 

edilmişdir vә 1 iyul 2014-cü il tarixindә başlayan illik dövrlәr üçün qüvvәyә minir). 

  2013-cü ildә dәrc edilmiş BMHS-lәrin illik tәkmillәşdirilmәsi (2013-cü ilin dekabr ayında dәrc 

edilmişdir  vә  1  iyul  2014-cü  il  tarixindә  vә  ya  bu  tarixdәn  sonra  başlayan  illik  dövrlәr  üçün 

qüvvәyә minir).  



Yeni Uçot Qaydaları 

Qrupun 1 yanvar 2016-cı il tarixinә vә ya bu tarixdәn sonra başlayan illik hesabat dövrlәri üçün mәcburi 

xarakter daşıyan vә ya Qrup tәrәfindәn vaxtından әvvәl tәtbiq edilmәyәn bәzi yeni standartlar vә onlara 

dair şәrhlәr dәrc olunmuşdur. 



BMHS 9 “Maliyyә Alәtlәri: Tәsniflәşdirmә vә Qiymәtlәndirmә” (2014-cü ilin iyul ayında dәyişiklik 

edilmişdir vә 1 yanvar 2018-ci il vә ya bu tarixdәn sonra başlayan illik dövrlәr üçün qüvvәyә 

minir). Yeni standartın әsas fәrqlәri aşağıda göstәrilir: 

  Maliyyә aktivlәri üç qiymәtlәndirmә kateqoriyasına tәsniflәşdirilmәlidir: ilkin tanınmadan sonra 

amortizasiya  edilmiş  dәyәrdә  qiymәtlәndirilәn  aktivlәr,  ilkin  tanınmadan  sonra  sair  mәcmu 

gәlirlәrin tәrkibindә әdalәtli dәyәrdә qiymәtlәndirilәn aktivlәr vә mәnfәәt vә ya zәrәrin tәrkibindә 

әdalәtli dәyәrdә qiymәtlәndirilәn aktivlәr.  

  Tәsniflәşdirmә  maliyyә  aktivlәrinin  idarә  edilmәsi  üzrә  müәssisәnin  biznes  modelindәn  vә 

müqavilәdә  nәzәrdә  tutulan  nağd  pul  axınlarının  yalnız  әsas  mәblәğ  vә  faiz  ödәnişlәrindәn 

ibarәt  olub-olmamasından  asılıdır.  Әgәr  borc  alәti  müvafiq  vәsaitin  әldә  edilmәsi  üçün 

saxlanılırsa  vә  yalnız  әsas  mәblәğin  vә  faizlәrin  ödәnilmәsi  tәlәbinә  dә  uyğun  gәlirsә, 

amortizasiya edilmiş dәyәrdә qeydә alına bilәr. Yalnız әsas mәblәğin vә faizlәrin ödәnilmәsi 

tәlәbinә uyğun gәlәn borc alәtlәri hәm nağd pul axınlarının әldә edilmәsi, hәm dә satış üçün 

nәzәrdә tutulan aktivlәrdәn ibarәt portfelin tәrkibindәdirsә, o zaman hәmin alәtlәr sair mәcmu 

gәlirlәrin tәrkibindә әdalәtli dәyәrlә qiymәtlәndirilәn aktivlәr kimi tәsniflәşdirilә bilәr. Tәrkibindә 

nağd pul axınları olmayan vә yalnız әsas mәblәğin vә faizlәrin ödәnilmәsi tәlәbinә uyğun gәlәn 

maliyyә  aktivlәri  mәnfәәt  vә  ya  zәrәrin  tәrkibindә  әdalәtli  dәyәrdә  qiymәtlәn  dirilmәlidir 

(mәsәlәn, törәmә maliyyә alәtlәri). Qeyri-törәmә alәtlәrin tәrkibindә olan törәmә maliyyә alәtlәri 

müvafiq maliyyә aktivlәrindә ayrıca göstәrilmir vә yalnız әsas mәblәğin vә faizlәrin ödәnilmәsi 

tәlәbinin şәrtlәrinә uyğunluq qiymәtlәndirilәrkәn nәzәrә alınır. 




“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

19 




Yeni Uçot Qaydaları (davamı) 

  Pay alәtlәrinә investisiyalar hәr zaman әdalәtli dәyәrdә qiymәtlәndirilir. Lakin pay alәti satış 

üçün  nәzәrdә  tutulmadıqda,  rәhbәrlik  әdalәtli  dәyәrdәki  dәyişikliklәri  sair  mәcmu  gәlirlәrin 

tәrkibindә  göstәrilmәsi  ilә  bağlı  dәyişilmәz  qәrar  qәbul  edә  bilәr.  Әgәr  pay  alәti  satış  üçün 

nәzәrdә tutulursa, әdalәtli dәyәrdәki dәyişikliklәr mәnfәәt vә ya zәrәrdә göstәrilmәlidir. 

  Maliyyә öhdәliklәrinin tәsniflәşdirilmәsi vә qiymәtlәndirilmәsi ilә bağlı BMS 39-un әksәr tәlәblәri 

dәyişdirilmәdәn BMHS 9-a köçürülmüşdür. Әsas fәrq ondan ibarәtdir ki, müәssisә mәnfәәt vә 

ya zәrәrdә әdalәtli dәyәrlә qeydә alınan maliyyә öhdәliklәrinin kredit risklәrindәki dәyişikliklәri 

effektini sair mәcmu gәlirlәrin tәrkibindә açıqlamalıdır.  

  BMHS 9 dәyәrsizlәşmә üzrә zәrәrlәrin tanınması üçün yeni model tәqdim edir: gözlәnilәn kredit 

zәrәrlәri  (GKZ)  modeli.  Bu  model  maliyyә  aktivlәrinin  ilkin  tanınmasından  etibarәn  kredit 

keyfiyyәtindәki dәyişikliklәrә әsaslanan “üç mәrhәlәli” yanaşmanı nәzәrdә tutur. Yeni qaydaya 

әsasәn dәyәrsizlәşmәmiş maliyyә aktivlәrinin ilkin tanınması zamanı müәssisә 12 aylıq GKZ-

yә (ticarәt debitor borcları üçün isә qüvvәdә olduğu bütün dövr әrzindә GKZ-yә) bәrabәr olan 

zәrәrlәri birbaşa tanımalıdır. Kredit riski әhәmiyyәtli dәrәcәdә artarsa, dәyәrsizlәşmә 12 aylıq 

GKZ deyil, kreditin qüvvәdә olduğu bütöv müddәtә uyğun GKZ әsasında qiymәtlәn dirilir. Bu 

modelә lizinq vә debitor borcları üzrә dәyәrsizlәşmәnin qiymәtlәndirilmәsi üçün sadәlәşdirilmiş 

tәlimatlar da daxildir.  

  Hecinq uçotunu risklәrin idarә edilmәsi ilә daha sıx әlaqәlәndirmәk üçün uçot ilә bağlı tәlәblәrә 

dәyişikliklәr edilmişdir. Hazırda standart makrohecinq hallarının uçotunu nәzәrdә tutmadığına 

görә, o, şirkәtlәrә BMHS 9-da tәsvir edilәn hecinqin uçotu tәlәblәrini tәtbiq etmәk vә BMS 39-

un bütün heclәrә tәtbiqini davam etdirmәk kimi uçot siyasәti arasında seçim imkanı verir. 

Hazırda Qrup yeni standartın onun konsolidasiya edilmiş maliyyә hesabatlarına tәsirini qiymәtlәndirir. 

BMHS 15 “Müştәrilәr ilә müqavilәlәrdәn yaranan gәlir” (28 may 2014-cü il tarixindә  dәrc 

edilmişdir vә 1 yanvar 2018-ci il vә ya bu tarixdәn sonra başlayan illik dövrlәr üçün qüvvәyә 

minir). Yeni  standartın  tәqdim  etdiyi  әsas  prinsipә  görә  gәlir  mal vә  xidmәtlәr  müştәriyә  ötürüldüyü 

zaman әmәliyyat qiymәti ilә tanınmalıdır. Birlikdә satılan mal vә xidmәtlәrdәn yaranan gәlir hәr bir mal 

vә  ya  xidmәt  üzrә  ayrıca  tanınmalı,  tәklif  edilәn  endirim  vә  güzәştlәr  müvafiq  olaraq  hәmin  mal  vә 

xidmәtlәr  üzrә  bölüşdürülmәlidir.  Ödәniş  hәr  hansı  sәbәbә  görә  dәyişәrsә  vә  bu  zaman  mәblәğin 

dәyişmә riski әhәmiyyәtli olmazsa, mәblәğin minimal hissәsi tanınmalıdır. Müştәrilәr ilә müqavilәlәrin 

tәmin  edilmәsi  ilә  bağlı  xәrclәr  kapitallaşdırılmalı  vә  müqavilәdәn  faydaların  әldә  edildiyi  müddәt 

әrzindә  amortizasiya  edilmәlidir.  Hazırda  Qrup  yeni  standartın  onun  maliyyә  hesabatlarına  tәsirini 

qiymәtlәndirir. 

 

BMHS 16 “Lizinq” (2016-cı ilin yanvar ayında dәrc edilmişdir vә 1 yanvar 2019-cu il vә ya bu 

tarixdәn sonra başlayan illik dövrlәr üçün qüvvәyә minir).  Yeni  standart  lizinqin  tanınması, 

qiymәtlәndirilmәsi, tәqdimatı vә açıqlanması ilә bağlı prinsiplәri müәyyәn edir. Bütün lizinq müqavilәlәri 

icarәnin  başlandığı  tarixdәn  icarәyә  götürәnin  aktivdәn  istifadә  hüququ,  elәcә  dә  müvafiq  dövrlәr 

әrzindә icarә ödәnişlәri hәyata keçirildiyi halda maliyyәlәşdirmә әldә etmәsinә gәtirib çıxarır. Müvafiq 

olaraq,  BMHS  16  lizinqin  BMS  17-dә  nәzәrdә  tutulduğu  kimi  әmәliyyat  vә  ya  fәaliyyәt  lizinqi  kimi 

tәsniflәşdirilmәsini lәğv edir vә bunun әvәzindә icarәyә götürәnlәr üçün vahid uçot metodu tәqdim edir. 

İcarәyә  götürәnlәr  aşağıdakıları  tanımalıdır:  (a)  icarәyә  verilәn  aktivin  dәyәrinin  aşağı  olduğu  hallar 

istisna olmaqla, 12 aydan artıq müddәti olan bütün icarә müqavilәlәrindәki aktiv vә öhdәliklәri vә (b) 

mәnfәәt  vә  zәrәr  hesabatında  icarәyә  verilmiş  aktivlәrin  icarәyә  verilmiş  öhdәliklәr  üzrә  faizlәrdәn 

ayrıca amortizasiyası. BMHS 16 mahiyyәt etibarilә icarәyә verәnin BMS 17-dә nәzәrdә tutulan uçot 

tәlәbini qüvvәdә saxlayır. Müvafiq olaraq, icarәyә verәn lizinq müqavilәlәrini әmәliyyat vә ya maliyyә 

lizinqi kimi tәsniflәşdirmәkdә vә onları ayrıca uçota almaqda davam edir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə