Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

24 


20 SENTYABR 

 

NEFTÇİLƏR GÜNÜ 



 

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün 

oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış  və bütün 

dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın 

neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. 

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə 

böyük miqyasda saziş imzalayırdı. Bu saziş  Xəzər dənizində beynəlxalq  əməkdaşlığın  əsasını qoydu, 

xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni 

neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 

"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" 

platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-

Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. 

"Əsrin müqaviləsi"nə ilkin qoşulan  şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" 

(ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk 

Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", 

"Amerada Hess" (ABŞ)  şirkətləri də qoşuldu. Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya 

olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və  əlaqələndirilməsi məqsədi ilə 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. 

Ölkəmizin neft strategiyasının  əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya 

bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri 

layihəsinin hazırlanması  və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun 

bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur. 

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə  və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" 

Əsas  İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in  İstanbul sammitində 

(1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və 

Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə  və  qısa müddətdə  həyata keçirilməsinə 

yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 

2002-ci il avqustun 18-də  Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru 

Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də  kəmərin 

Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması  mərasimi keçirilmişdir. 

2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir. 

"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. 

Bu layihə  Şərq-Qərb enerji dəhlizinin  əsasını  təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 

kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 

50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin 

gerçəkləşdirilməsində  əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru 

Kəmərinə onun adı verilmişdir.  

Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə  hər il sentyabrın 20-si "Neftçilər 

Günü" kimi qeyd olunur. 



 

25 


1 OKTYABR 

 

PROKURORLUQ İŞÇİLƏRİ GÜNÜ 



 

Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun  əməkdaşları öz peşə 

bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli 

lider Heydər  Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər  Şurasının 1 oktyabr 1918-ci il tarixli 

qərarı ilə Bakı Dairə  Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını  əsas 

tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü 

kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. 

Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli 

sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun  əsası ilk dəfə 

XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin 

prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm 

də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və  fəaliyyəti 

haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. 

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq 

Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən 

"Azərbaycan Məhkəmə Palatası haqqında  Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, 

A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca 

mürəkkəb və  ağır  şəraitdə  fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı  və  Gəncə dairə 

məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.  

AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv 

olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə  nəzarət funksiyasını 

həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 

1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də 

sovet prokurorluğunun  əsası qoyuldu. Xalq ədliyyə komissarları  Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov, 

B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları  həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar. 

1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən 

çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. 

Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə  və 

partiya liderlərinə xidmət edən bir orqan olmuşdur. 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi 

mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, 

cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və 

demokratik inkişaf yoluna qədəm qoymuşdur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə