Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

26 


18 OKTYABR 

 

MÜSTƏQİLLİK GÜNÜ 



 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə  və  çətinliyə dözməyi bacarasan. Tale elə  gətirdi ki, 

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması 

səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci 

tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli 

müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali 

Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu 

mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və  əbədi 

arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər  şeyə hazır idi. Bu xalq artıq meydan 

hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  İmperiyanın tankları da artıq azadlığa gedən yolun 

qarşısını  kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə  şəhid və qurbanlar vermiş 

Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı 

qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul 

olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. 

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi 

respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab 

edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan 

verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq 

qalır, Azərbaycan yenə  də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi 

bunlar arxada qalmışdır. 

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. 

Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan 

Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ 

olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət 

müstəqilliyinə tərəfdar çıxdı. 

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə  fəaliyyət 

göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 

1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 

1991),  İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) 

və b. dövlətlər tanıdılar. 

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto 

tanınmasına başlandı. 

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 

Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ 

müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət 

və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini 

reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər  Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə 

bu təhlükə sovuşdu. 

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi 

sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub 

saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi 

dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. 

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə 

çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. 

Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı  və razılığı olmadan həyata keçirilmir. "Əsrin 

müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri artıq neftimizi dünya 

bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm 

də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır. 



 

27 


6 NOYABR 

 

TELEVİZİYA VƏ RADİO İŞÇİLƏRİ GÜNÜ 



 

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş 

vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk 

antenaları vasitəsilə ötürülür. 

1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. 

Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri 

rabitə vasitəsinə çevrilmişdir.  

Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər 

sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir 

Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından 

televiziya verilişlərinin yayımı başlandı.  İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu 

ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. 

Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.  

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü 

ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-

da ilk radio verilişi efirə  çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı  cəmi 2 saat təşkil 

edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 

Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdır. 

Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı  ANS,  Lider,  Speys,  Azad  Azərbaycan, Bürc FM 

kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar. 

2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha 

da genişləndirmişdir. 

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd 

olunur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə