Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

 

  

٥٨



çular tapılıb qurtulannan sonra kim qurd şobәlәyib, yığışallar 

adqoyma edilәr.  

Sonra usta gәlib adlari qurda sayar. Qurd da bir ad seçәr. 

O ad hәr kimindirsә, bu yol qurd olar, göz qoyar.  

Qurd olan adam göz qoyan zaman bu sözlәri dә deyәr:  

“Dalda qalan, qabaxda qalan, yanda qalan şobә”. 

Birsini qurd tapdıxdan sora tapılan oyunçunu şöbәlәmәsin-

dә kömәk eylәmәk üçün, şifrәli söz deyәr, misal üçün deyәr:  

“Alma desәm, gәl, heyva desәm, gәlmә”. 

 

LÖPÜR ĞAZ 

 

Oyunda oyunçular bir kiçik dayrә  çәkәllәr, o dayrәnin 



arasın bәlli edәllәr, yәni dayrәnin arasında on dana daşı bir-biri 

üstә düzәllәr.  

Daşları da habelә seçәllәr ki, bir-biri üstә dayanan olsun. 

Sonra hәr oyunçu әlinә bir daş alar, daş da gәrәk oyunçularda 

bir boyda olsun. Oyunçular bir bәlli çızığın dalında dayrәdәn 

bir iki addım kәnarda çәkilib dayanallar. Birinci oyunçu daşını 

üst-üstә dayanan daşlara sarı atar. Daşi daşlara dәysә, onların 

neçәsini o dayrәdәn qırağa atsa, o çıxan daşların aparani oyun-

çu olar, onlari özünә  yığar. Sonda hansı oyunçunin daşi çox 

ola, o oyunu aparıb.  

 

NAQQICLI 

 

Bu oyunda bәlli yer lazımdı. Bir nәfәr qurd seçilәr. Bu 



qurd bir ayağını  yığıb o biri ayağı ilә o birilәri qaçırdıb tutar. 

Kimi tutsa, qurd olar.  

Bu oyunda başdan şәrt qoyular, ayaq yerә qoydi var? Yәni 

qurd o biri ayağını yerә qoyub dincәlә bilәr? Bir şәrt dә 




 

  

٥٩



qoyular ki, ayaq dәgişmә var, ya yox? Hәmin qurd naqqıcını 

gedә-gedә ayağını  dәgişә bilәr, ya yox! Yenә  şәrt qoyular, 

qurd oyunçilarin hamısını tuta bilәr, fәqәt birini tutsa, ki-

fayәtdi? 

  

NӘNӘ, MӘNİ QURDA VERMӘ! 

 

Oyunçulardan bir qurd seçәllәr, bir nәnә. Qalan oyunçular 



quzi olallar. Nәnә qoyun dayanar, quzılar bir-birinnәn yapışa-

yapışa nәnәnin dalında dayanallar. Qurd da nәnә qoyun ilә üz-

üzә dayanar. Nәnә qoyunun әlindә bir ağac da olar. Qurd istәr 

quzulara yügürsün, onlari tutsun. Amma nәnә qoyun başar-

dıxca onun qabağın alar. Bu halda quzular birlikdә oxuyallar:  

“Nәnә, mәni qurda vermә!  

Arxami suya vermә!”  

Nәnә qoyun da deyәr:  

“Qorxma, balam, vermәrәm!  

Qorxma, balam, vermәrәm!”  

Qurd bu yügürmaxlarda quzulardan birini tuta bilsә, 

әllәrini qabaxda olan quzunun bәdәninnәn aça bilsә, o quzu 

onundır. Şәrt qoyallar, misal üçün, bir quzu tutsa, bәs olar, ya 

üç quzu, ya tәmam quzuları? Bu şәrt qurtulannan sonra oyun 

qurtular, yenә bir qurd seçib oyuna başlallar. 

 

YERDӘN UCA 

 

Bir nәfәr qurd seçilәr. Oyun başlananda hәr oyunçu qaçıb 



ayağını bir yerdәn uca yerә qoyar. O halda qurd onlari vura bil-

mәz. Oyunçular da bir halda dayanıb, tez-tez yerlәrini dәgişib

bir azca hәddә qaçallar. Qurd da kimin ayağı yerdә olsa, onu 

vura bilәr, hansı oyunçu vurulsa, qurd olar. 




 

  

٦٠



QONDUM-KÖŞDÜM 

 

 



 

 

 



 

 

 



Oyunçular bu şәkili yerdә  çәkәllәr. Sonra üç daş  vә ya 

dügmә götürәllәr. Әvvәlinci oyunçi bir daşi A üstә qoyub de-

yәr: “Qondum”, o birisi, mәsәl üçün, H üstә qoyub deyәr: 

“Köşdüm”, sonra B üstә, sonra o birisi gәrәk C üstә gәlsin ki

birinci oyunçunun daşlari bir çızıq üstә düzәlmәsin.  

Hansı oyunçunin daşi bir çızıq üstә düzәlsә, mәsәl üçün, 

Z-V-C ya C-D-H... o, oyunu aparıb.  

 

َ◌

َ◌



َ◌

َ◌

َ◌



َ◌

َ◌



 

  

٦١



ANDLAR 

 

Abırıma and olsun. 



Adın Әliyә and olsun. 

Adına and olsun. 

Ağ birçәyimә and olsun. 

Axşama çıxmayım, yalan desәm. 

Allah mәnim qәnimim olsun. 

Allaha and olsun. 

Anam canı. 

Anamın sütünә and olsun. 

And ola Әbülfәzlin düşәn qollarına. 

And ola qәrib İmam Rizaya. 

And olsun Allahın nuruna. 

And olsun Hüseynin nahәqq tökülәn qanına. 

And olsun suyun paklığına. 

And olsun zәmzәm suyuna. 

Ata-anam canına and olsun. 

Bacılığa and olsun. 

Balalarım ölmüşünә and olsun. 

Balam canı. 

Balam ölmüşü. 

Başın üçün. 

Başına and olsun. 

Bişәrәfәm, әyәr yalan desәm. 

Bu bәrәkәtә and olsun. 

Bu çirağ gözümü tutsun. 

Bu çörәh hәqqi. 

Bu günә and olsun. 

Bu günün sahibinә and olsun. 

Bu qibliyә and olsun. 

Bu nemәt qәnimim olsun. 



 

  

٦٢



Bu ölsün. 

Canım üçün. 

Cәddimә and olsun. 

Ciyәrimin cani hәqqi. 

Çirağ hәqqi. 

Çirağ qәnimim olsun. 

Çirağa and olsun. 

Çöllәrә düşüm. 

Çövürdüyün sәlavata and olsun. 

Dәdәm ocağına and olsun. 

Dinimә and olsun. 

Dostluğa and olsun. 

Dostluğuma and olsun. 

Duz-çörәh hәqqi. 

Әbilfәzlә and olsun. 

Fatimeyi-Zәhrayә and olsun. 

Getdiyim beytә and olsun. 

Göy hәqqi. 

Gün hәqqi. 

Günün işığına and olsun. 

Hәqiqәtә and olsun. 

Hәqqi-sәlama and olsun. 

Hәzrәt Abbasa and olsun. 

Xalamın goru hәqqi. 

Xanım İmamzadaya and olsun. 

İki balama and olsun. 

İmama and olsun. 

İmamına and olsun. 

İstәdigin cana and olsun. 

İşığ hәqqi. 

İşığa and olsun. 

İşığa baxan gözüm kor olsun. 




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə