Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

 

  

١١١



Alanda "Naәli", verәndә "mәzhәrülәcayib". 

Alatәpә rozәxandır, hәr taza gәlmәyә nohәni başdan başlar. 

Al kәhәr at, saxla kürün at. 

Al qapıda, sat qapıda. 

Ala qarqa olmağı bәs dәyil, hәkimlih dә edir. 

Ala qarqa suda çimsә dә, qaz olmaz. 

Alaquş ölü quş şikar elәmәz. 

Alaquş yerә yıxılanda qarqa da onu dimdiklәr. 

Alaquşun ruzusun serçәyә vermәzlәr. 

Alәtsizdәn iş çixmaz. 

Alıcı gözü satıcıda olar. 

Alıcı quşun dimdiyi әyri olar. 

Allah cığala bal vermәz, versә dә xeyrin görmәz. 

Allah dağına baxar, qar salar. 

Allah verәndә bacadan salar. 

Allah bir dil verib iki qulax, yanı birin de, ikisin eşit. 

Allah bir tәrәfdәn bağlayanda, digәr tәrәfdәn açar. 

Allah cәzanı cәza sahibinә verәr. 

Allah çörәk verib diş hanı, paltar verib heykәl hanı? 

Allah dәrdi çәkәnә verәr. 

Allah dişi kimә verib, iştihani kimә. 

Ananın qәlbi yanar, lәlәnın әtәyi. 

Anası gәzәn ağacları bala budax-budax gәzәr. 

And içmәh sakqız dәyil ki, hey çeyniyәsәn. 

Annamaz dost yüz düşmәnnәn pisdi. 

Annamazdan fәqәt pislih gәlәr. 

Annamazdan mәnfәәt gәlsә, zәrәrdi. 

Annamazın dosluğu ayının dosluğudu. 

Annamazla dost olanın düşmәnә ehtiyaci yoxdu. 

Annamazlığını boynuna alan әğilli olacax. 

Annamıyana desәn, qulunam, deyәr, gәl aparım, satım. 



 

  

١١٢



Annamıyana desәn, nökәrinәm, diyәr, әlbәttә. 

Annıyan adama can qurban. 

Annıyan bir gülә, annamıyan min. 

Anniyan düşmәn annamayan dostdan yaxşıdı. 

Annıyan it annamaz öküzdәn yaxşıdı. 

Annıyana bir söz kifayәt edәr. 

Annıyana qul ol, annamaza ağa olma. 

Araçı künlü gen olar. 

Araçının başı sınar. 

Aralıx sözü ev yıxar. 

Arpanı görәn eşşәh saman yemәz. 

Araz aşığınnandı, Kür topuğunnan. 

Arxalı köpәyi qurd basar. 

Arı çiçәyә qonar, milçәk tәzәyә. 

Arı sancmayan bal qәdrin bilmәz. 

Arı yuvasına çöp uzatma. 

Armağanı istәkli adama vermәzlәr. 

Arpa çörәyi, turş eyran, adın nәdi Xanlarxan. 

Arpaca qızıl әlli batman zordan yaxşıdı. 

Artığı itә atallar. 

Arvad bәladı, Allah heç evi bәlasız elәmәsin. 

Arvad bәnnadı, kişi fәhlә. 

Arvad әrdәn, kişi ouladdan şad olar. 

Arvad ta doğmayıb dilbәrdi, elә ki doğdi, nәnә olar. 

Arvad üçün әrdәn yaxşı bir şey yoxdu. 

Arvad var, arpa unu aş elәr. 

Arvad var, ev yıxar, arvad var, ev yığar. 

Arvad var, kәrtik başın yaş elәr. 

Arvad yıxan evdәn Allahın da xәbәri olmaz. 

Arvada cәhad hәramdı. 

Arvadı әri saxlar, motali dәri. 



 

  

١١٣



Arvadı gözәl, atı yorqa ilә yarışma. 

Arvadın gözәllığı bәzәh yox, ismәtdi. 

Arvadın hilәsin şeytan gördü, burnun sürtdü yerә. 

Arvadın qarısı iki әlli yapışar. 

Arvadın ölümü ev dağıdır. 

Arvadın yoxdu, qәmin yoxdu. 

Arvadların dillәrinnәn özlәri dә rahat dәyil. 

Arzu müflisin sәrmayәsidi. 

Arzunu sәbr әlә gәtirәr. 

Asan әlә gәlәn asan da gedәr. 

Asan tutan asan yaşar. 

Asan tutan nütfәnin, çәtin doğmağı da var. 

Aslanın әrkәh-dişisi olmaz. 

Astarı üzünnәn bahadı. 

Aş daşanda çömçәnin biri bir qızıl olar. 

Aş pişdi, qarqalar yığışdı. 

Aş yemirsәn, küftә ye, pulun yoxdu, müftә ye. 

Aşağa gedәndә kәbin kәsir. 

Aşağa tüpürürsәn, sakqaldı, yoxarı biğ. 

Aşığı oynamaxdan ötür yığallar. 

Aşın duruluği dәnin azlığındandı. 

Aşpәz iki olanda aş ya şor olar, ya duzsuz. 

Aşpәzdan küsәn evinә ac gedәr. 

At atla savaşar, arada eşşәyın qıçı sınar. 

At iyidin yoldaşıdı. 

At qaçar, yәhәr salar. 

At minәn neçә dәfә yıxılmasa, atlı olmaz. 

At minәn taninir. 

At minәәndi, don geyinәәn. 

At minişi ürәhdi. 

At ölsә, meydan qalar, iyid ölsә, ad-san qalar. 



 

  

١١٤



At tapılanda meydan tapılmaz, meydan tapılanda at. 

At tәpiginә at dözәr. 

At, at olunca yeyәsi tat olar. 

Ata-ana adamın çiçih Allahıdı. 

Ata-ana sözünә baxmıyan gerı qalar. 

Ata-ananın oulad boynunda haqqı çoxdu. 

Ata dos kimi baxmalı, düşmәn kimi minmәli. 

Ata malın dәrc elә, ona görә xәrc elә. 

Ata minib yәhәrinә güvәnir. 

Ata oğula bağ bağışlar, oğul atadan yemiş әsirgәr. 

Ata olmuyan ata qәdrini bülmәz. 

Ata yetirәn qız oğlan kimin, ana yetirәn oğlan qiz kimin olar. 

Ata-ata ovçu, görә-görә gözçü. 

Atdan enib eşşәyә minib. 

Atılan ox qayıtmaz. 

Atın arığina yabı, iyidin yoxsoluna dәli deyәllәr. 

Atın daydı, işin zay. 

Atın nәcibinә bir şallax bәsdi. 

Atın, arvadın, qılıncın vәfasi yoxdu. 

Atına baxan ardına baxmaz. 

Atla paltarı yaxşı saxla, olar da sәni yaxşı saxlasınnar. 

Atlı piyadәyә gülәr. 

Atlının piyadәylә yoldaşlığı olmaz. 

Ay Allah, sәn kәrimsәn, Kәrim xan da kәrimdi, mәn bәd-

bәxtin dә adı Kәrimdi. 

Ay mıxı mismara döndәrәn Allah. 

Ay hәmәşә bulud altında qalmaz. 

Ay ışığı yoğurtu ucuzlandırır. 

Ay mәnim olsa, ulduzlardan nә qorxum. 

Ay tutulanda ona daha çox baxallar. 

Aya o qәdәr baxma ki, düşsün әyağıvın altına. 



 

  

١١٥



Ayı yaman canavardı. 

Ayı yuvasına asma üzüm. 

Ayınan barış, ay ışığın gör. 

Ayın on beşi qarannıx olsa, on beşi aydınnıxdı. 

Ayın özü günnәn ışıxlanar. 

Ayını vırmamış dәrisin satır. 

Ayının әlә geçәnin oynadallar. 

Ayının min bir oyunu olar, o da bir qoz üstә. 

Ayıya dayı deyir, o da işinnәn ötür. 

Ayna nә görsә, yaddan çıxardar. 

Aynaya baxan özünü görәr. 

Aynaya necә baxsan, özüvü elә gürәrsәn. 

Ayran içәrәm belә biçәrәm, yağ ver, bağ verim. 

Ayrı qardaş yad qohumdu. 

Ayrıları dәdәnın belinnәn, nәnәnin qarnınnandı. 

Ayrılıx olmasa, dost dostun qәdrini bilmәz. 

Ayrılıx ölümnәn pisdi. 

Ayrılmax rahat, birlәşmәh çәtindi. 

Az çoxa tabedi. 

Az danış, gözәl danış. 

Az de, çox eşid. 

Az gedәr çox yanına. 

Az işim, ağrımaz başım. 

Az olar küsәr, çox olar qusar. 

Az olsun, yaxşı olsun. 

Az varıdı ac adam, biri dә düşdü bacadan. 

Az ye, hәmәşә ye. 

Az ye, özüvә bir nökәr tut. 

Aza qane ol, çoxu Allahdan istә. 

Azacıx aşım, qooğasız başım. 

Azad adam özgәnin azarın istәmәz. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə