Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   2   3   4   5   6   7   8   9   ...   98

 

  

١٦



Şan bağlayan arılar, 

Qonar gülә, sarılar. 

Balama qurban olsun 

Yaşı getmiş qarılar. 

 

Şandılı şadan, 



Arada yatan, 

Dәdәsi gözәl, 

Nәnәsi gözәl, 

Әmisi xortdan. 

 

Şandılı şadaxlarınnan, 



Qәrә qabaxlarınnan. 

İndi dayısı gәlәr 

Öpәr dodaxlarınnan. 

 

Yaylaxların yoğurdi, 



Bu qızı kim doğurdi. 

Bu qızı doğan ana 

Balınan onu yoğurdi? 

 

Yaylığı kirli balam, 



Ürәyi fikirli balam. 

Tay- tuşların içindә 

Mәnim şәkilli balam. 

Yol üstә bulax olam, 

Axaram, bulax olam. 

Sәn mәnim öz balamsan, 

Özüm göz-qulax olam. 

 

Yolun gedәr dolama, 



Gәlir bizә salama. 

Obalar qurban olsun 

Mәnim bircә balama. 

 

Yol ustә budax ollam, 



Axaram, bulax ollam. 

Sәn mәnim öz balamsan, 

Özüm göz-qulax ollam. 

 

Tarı, Tarı, Hәq Tarı, 



Gәl, bacadan bax barı. 

Kim balamı sövmәsә, 

Onun evin yıx barı. 

 

Tüssüsüz dumannar, 



Sayi badamlar, 

Tәnbәl adamlar, 

Bu balama qurban. 



 

  

١٧



LAYLALAR 

 

A laylay, bәbәyim, laylay, 



Gözәl-göyçәyim, laylay. 

Qurbәt eldә, yad eldә 

Arxa-komәyim laylay. 

 

A laylay, yenә laylay, 



Can deyim sәnә laylay. 

Sәnә gәlәn dәrd-bәla 

Qoy gәlsin mәnә, laylay. 

      


A laylay, balam laylay, 

Gözәl-gökçәgim laylay. 

Ğәrib ölkә, yad eldә 

Arxam, kömәgim laylay. 

 

Alçalar, ay alçalar, 



Alçalar, kamançalar. 

Laylayını mәn çalam, 

Özgәlәr yaman çalar. 

       


Anan tel düzәr sәnә

Bacın gül düzәr sәnә. 

Tanrıdan әhdim budu, 

Dәymәsin nәzәr sәnә. 

 

Aran dolu milçәh olu, 



Dağlar dolu çiçәh olu. 

Yatıb doyar, göyçәh olu, 

Laylay balam, a laylay. 

Balam oynur, yatmayın, 

Sözünә söz qatmayın. 

Laylay deyin balama, 

Yatarsa, oyatmayın. 

 

Balam, ömrün çox olsun, 



Könlün-gözün tox olsun. 

Sәnә laylay çağıram, 

Düşmanların yox olsun. 

 

Balam gedәr yatmağa, 



Böyüyüb boy atmağa. 

Sübh yuxusu şirindi, 

Qıymaram oyatmağa. 

 

Balama laylay dedim, 



Yatmadı laylay dedim. 

Küçәdә oynayanda 

Yıxıldı, ay-vay dedim. 

 

Balamı tanıram mәn, 



Hәr sözün qanıram mәn. 

Yuxuda ah çәkәndә 

Od tutub yanıram mәn. 

 

Balamın yuxusu gәlir



Laylayın sәsi gәlir, 

Uzax-uzax yollardan 

Balamın dayısı gәlir. 



 

  

١٨



Bir sәs gәlir ellәrdәn,  

Şirin-şirin dillәrdәn. 

Tanrı, balamı saxla 

Ağır aylar, illәrdәn. 

 

Bir gül әkdim boyunca, 



İylәmәdim doyunca. 

Ömrüm-günüm uzansın 

Bu balamın toyunca. 

 

Canım, gül bәrgim, laylay, 



Bağrım, ürәgim, laylay. 

Gözlәrimin işığı, 

Yağlı çörәgim, laylay. 

 

Dağlara sәrin düşәr, 



Kölgәsi sәrin düşәr. 

Harda laylay eşidsәm, 

Yadıma pәrim düşәr. 

 

Dağlara sәrin düşәr, 



Kölgәsi dәrin düşәr. 

Hәr vaxt laylay deyәndә 

Yadıma gәlin düşәr. 

 

Dağların lalasına,  



Gözlәrin qarasına.  

Analar qurban olur 

Öz körpә balasına. 

 

Evimdә, eşiyimdә, 



Yat gözüm işığında. 

Bir mәn, bir dan ulduzu, 

Durmuşux keşiyindә. 

 

Evindә, eşiyindә, 



Yat gözüm beşiyindә. 

Dan ulduzu, bir dә mәn 

Durmuşux keşiyindә. 

 

Qızıl üzüyün yanı, 



Laylay, gözün qurbanı. 

Yuxuya get, yoruldum, 

Beşiyimin sultanı. 

 

Qızılgülüm, butam, laylay, 



Әtrinә batım, laylay. 

Balam әrsәyә gәlsin, 

Toyunu tutum, laylay. 

 

Qoxusu güldәn gәlir, 



Güldәn, bülbüldәn gәlir. 

Balamın gül beşihdә 

Yuxusu birdәn gәlir. 

 

Qurban aran, dağ sәnә, 



Güllü bağça, bağ sәnә. 

A laylay, oğlum, laylay, 

Tutmuşam qaymax sәnә. 

 

Qurbanın quzu olsun, 



Quzunun yüzü olsun. 

Quzudan qurban olmaz, 

Qoy anan özü olsun. 



 

  

١٩



Laylay dedım yatınca, 

Gözlәrәm ay batınca. 

Gözümә şiş batırram, 

Sәn hasıla çatınca. 

 

Laylay dedim yatasan



Qızılgülә batasan. 

Qızılgül bağın olsun, 

Kölgәsindә yatasan. 

 

Laylay, a gәlin balam, 



Yuxusu dәrin balam. 

Tanri ilә әhdim budu, 

Toyunu görüm balam. 

 

Laylay dedim yatasan, 



Qonça gülә batasan. 

Qonça gülün dalında, 

Kәnarında yatasan. 

 

Laylay, ağam balası, 



Gözumün ağı-qarası. 

Bir gülmәyin aparır 

Hәr nә ürәk yarası. 

 

Laylay, a gülüm, laylay, 



Ayım-ulduzum, laylay. 

Sәn hasılә çatınca 

Hәr dәrdә dözüm, laylay. 

 

Laylay, әmәyim, bala, 



Duzum, çörәyim, bala. 

Gözlәyirәm böyüyә, 

Görüm kömәyin, bala. 

 

Laylay, beşiyim, laylay, 



Evim-eşiyim, laylay. 

Sәn get şirin yuxuya, 

Çәkim keşiyin, laylay. 

 

Laylay, bağlar çiçәksiz, 



Faydası yox çiçәksiz. 

Görüm, balam böyüsün, 

Qızılcasız, çiçәksiz. 

 

Laylay çallam ucadan, 



Sәsim gәlir bacadan. 

Allah sәni saxlasın, 

Çiçәkdәn, qızılcadan. 

 

Laylay, balam, a laylay, 



Şalın salam, a laylay. 

Sәni istәmәyәnlәri 

Yandırsın nalam, laylay. 

 

Laylay, balam, can balam, 



Mәn sәnә qurban, balam. 

Ağlayan könlümü 

Gәl, etmә al qan, balam. 

 

Laylay, balam, gül balam, 



Sәn mәnim sünbül balam. 

Laylayıma yatasan, 

Oyanasan bülbül, balam. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə