Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

Библиографийа
 
 
36 
Sevimli şairimiz Teymur Elçin üzünü uşaqlara tutub böyük-
lər üçün, böyüklərə tutub balacalar üçün şeir yazan, söz deyən, 
fikir yürüdən sənətkardır. 
Kamil Vəli Nərimanoğlu,  
professor 
 
Şair yaradıcılıq prosesində kimlər üçün yazdığını diqqət 
mərkəzində saxlamış  və unutmamışdır ki, azyaşlı oxucular heç 
bir üzgörənlik göstərmədən, kənar təsirə qapılmadan konkret 
hökm verirlər: “Yaxşıdır!”, yaxud “Pisdir!”. 
 
* * * 
Teymur Elçin xalqa xidmətini ömrünün qayəsi, sənətə xid-
məti yaradıcılığının məramı hesab edən sevimli şairimiz, gör-
kəmli ictimai xadim, namuslu-zəhmətkeş ziyalıların vəfadarıdır.  
 
* * * 
Teymur müəllim, Siz Azərbaycan uşaq ədəbiyyatının məh-
suldar, zəkalı nümayəndəsisiniz. Biz Sizi uşaqlarımızın mənəvi 
yetkinliyi və təfəkkür kamilliyi naminə mütəsna  fəaliyyət göstə-
rən ilhamlı vətəndaş – şair kimi tanıyır və sevirik. 
Xalqa, Vətənə, xüsusilə, uşaqlarımızın könül dünyasına mə-
həbbət eşqi ilə döyünən ürəyiniz var olsun! 
İmamverdi Əbilov,  
professor  
 
Teymur müəllimin çox gözəl musiqi zövqü vardı. Ona görə 
də, onunla işləmək adama çox müsbət enerji verirdi. Gözəl ün-
siyyət mədəniyyətinə malik idi. Həm də, çox zarafatcıl idi. Ona 
görə də, onunla işləməkdən adam nəinki yorulmurdu, heç doy-
murdu. 
 
* * * 
Mənim  şəxsi həyatımda, yaradıcılığımda, taleyimdə gör-
kəmli şairimiz, unudulmaz Teymur Elçinin böyük rolu olub. 
Теймур Елчин
 
 
37 
Teymur müəllim həyatda mənim məsləhətçim idi. Aramızda 
yaş fərqi az olsa da, mən ona nəinki qardaşım, atam kimi baxır-
dım. Mən vaxtilə simfonik, kamera musiqisi yoluyla gedirdim. 
Teymur Elçin şəxsiyyəti, Teymur Elçin yaradıcılığı, Teymur 
Elçin fenomeni məni tamam başqa bir axara yönəltdi. Və bütün 
bunlara görə, mən ömrüm boyu ona minnətdaram.  
Teymur Elçin mənim sənət ömrümdə necə yaşayırdısa, 
eləcə də yaşayır. 
Oqtay Zülfüqarov, 
Xalq artisti 
 
Teymur Elçin mənim gözümdə  əmin-amanlıq göyərçini, 
qeybətdən uzaq, uşaq kimi kövrək, könlü də üzü kimi gülümsər,  
xeyirxah insan, qeyrətli bir vətəndaş idi. 
Pənah Xəlilov, 
professor 
 
Teymur müəllimin həyatı və yaradıcılığı bir həyat məktəbi 
idi. Onun məktəbini keçən hər bir kəs mütləq günü-gündən inki-
şaf etməli idi, çünki Teymur müəllim də günü-gündən inkişaf 
edirdi və cilalanırdı. Bəzən onun bu gün yazdığı bir mətni eyni 
ilə bir gün sonra yazıb ona təqdim edəndə, yenə də müəyyən dü-
zəlişlər edirdi. Soruşanda ki, Teymur müəllim axı bunu Siz özü-
nüz dünən yazmışdınız, deyirdi ki: - “Mən onu dünən yaz-
mışdım, sən inkişaf etmək istəmirsən?”  
 
* * * 
Teymur müəllim su kimi saf və şəffaf, həddən çox təvazö-
kar bir insan idi. Həm də, çox həssas və kövrək qəlbi var idi. Ey-
ni zamanda çox ciddi və ətrafındakılara qarşı çox tələbkar olsa 
da, onların  ən kiçik qayğılarına belə çox diqqətlə yanaşır, yeri 
gələndə onların problemlərinin həllində çox diqqətli olur, hətta 
ən yüksək səviyyələrdə onların çözülməsinə çalışırdı. 
 
* * * 


Библиографийа
 
 
38 
Teymur Elçinin şeirlərinin dili ana südü kimi saf və təmiz, 
bulaq suyu kimi şəffaf və dup-durudur, axıcıdır. 
Kərim Tahirov, 
professor 
 
Biz ziyalıların anlamında Teymur Əliyev böyük, əzəmətli 
şəxsiyyətdir, yazıya gətirilməsi mümkün olmayan zəngin – keş-
məkeşli, çətin və uğurlu ömür yolu var. 
 
* * * 
Onun başçılıq etdiyi çoxsaylı mədəniyyət ocaqlarının şöləsi 
sözlə yayılırdı  və  cəsarət edib demək istəyirəm ki, söz onun 
Tanrısı idi. Sözə qadir olmağın əzəli – Azərbaycan dilimizin ən 
büllur qaynağı olan Qarabağdan, Şuşadan mənbə almış, hər çeş-
mədən, hər gül-çiçəkdən, hər daş-qayadan söz vüqarı, söz rəngi, 
söz ətri əxz etmişdi. Dağlar başında havalanan bu çeşnəli-çeşnəli 
sözlər Bakıda  ədəbi dilimizin gur axınında cilalanmış, dil nəh-
rində vəhdət bağlamışdı. Təsəvvür edin – çox gənc ikən qəzetdə 
ədəbi işçi, radioda diktor işləyən fitri istedad sahibi pillə-pillə 
qalxaraq mədəniyyətin bu sahəsinin bu fövqünə yüksəlmiş, 
geniş, səmərəli fəaliyyəti ilə heç vaxt itməyəcək izlər qoymuş-
dur. Təkcə musiqimizin deyil, ədəbiyyatımızın da dahisi Üzeyir 
Hacıbəyovun, görkəmli ədiblərimiz – Ə.Haqverdiyevin, Natəva-
nın, S.S.Axundovun tökdüklərini o, ətək-ətək yığmış və öz Teymur 
Elçin poeziyasını yaratmışdır! 
Cəmil Əlibəyov, 
yazıçı 
 
Teymur Elçin nədən yazırsa yazsın, bir müəllim kimi hərə-
kət edir, oxucusuna nəsə yeni bir şey öyrətmək, ruhunu oxşa-
maq, təfəkkürünü genişləndirmək, xəyalını qanadlandırmaq 
istəyir. 
 
* * * 
Теймур Елчин
 
 
39 
Teymur Elçinin müxtəlif ölkələrin xalq poeziyasından etdiyi 
tərcümə nümunələri həqiqətən nümunə olmağa layiqdir. Şairin 
bir üstün cəhəti də budur ki, koloriti qoruyub saxlamağa cəhd 
etmiş, buna nail olmuşdur. Teymur Elçin öz yolunda dönməz 
olmuşdur. O, həmişə çalışmışdır ki, tarixi həqiqətləri düzgün və 
dəqiq işıqlandırsın. 
 
* * * 
Hər bir yaxşı  uşaq yazıçısı, yaxud şairi həm də yaxşı 
müəllimdir. Bu mənada Teymur Elçin “Şəkərim, duzum” kitabı 
ilə belə bir tərbiyəçi kimi çıxış edir, öz işinə məsuliyyət hissi ilə 
yanaşdığını göstərir. 
Teymur Elçinin müxtəlif folklor və yazılı poeziya nümunə-
ləri o qədər təbii, canlı, xalq ruhlu əsərlərdir ki, orijinal qədər 
gözəldir, inandırıcıdır, həmin xalqın ruhu qalmaqla bir növ bi-
zimkinə çevrilmişdir, bizim malımız olmuşdur. Aydındır ki, şai-
rin bu nəcib təşəbbüsü, gözəl və maraqlı işi xalq yaradıcılığına 
yaradıcı münasibətlə bağlıdır, demək bu əsərlərin orijinal qədər 
təbii tərcüməsini ağır, gərgin əməyin, ardıcıl axtarışın, xalq ədə-
biyyatına olan böyük məhəbbətin məhsulu kimi qiymətləndir-
mək olar. 
Tofiq Mahmud, 
şair-publisist 
 
Teymur Elçin ana dilimizə çevirdiyi hər hansı bir şeirin 
məzmun və mənasını təhrif etməməyə, orijinalın üslubunu sax-
lamağa çalışır. Bununla yanaşı Teymur Elçin elə bir mühüm 
cəhəti də unutmur ki, tərcümə olunan hər hansı bir əsərin oriji-
nala yaxınlığı Azərbaycan dilinin axıcılığının, aydınlığının 
pozulması hesabına olmamalıdır. Belə bir meyarı əsas tutmağın 
nəticəsidir ki, Teymur Elçinin tərcümələri dilin canlılığı etibarilə 
sünilikdən, dolaşıqlıqdan uzaqdır. 
Tənzilə Əliyeva,  
filologiya elmləri doktoru 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə