Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   2   3   4   5   6   7   8   9   ...   55

Библиографийа
 
 
24 
* * * 
Teymur Elçin Azərbaycan poeziyasında yüksək əxlaqi mə-
nəvi-dəyərlər əxz edən nümünələr yaratmaqla özünə qarşı böyük 
məhəbbətə, sevgiyə nail olmuşdur. Müxtəlif yaş dövrünə malik 
olan poeziyasevərlərin maraq dünyasını  nəzərə alan Teymur 
Elçin azyaşlı  təbəqəyə malik uşaqların da tələbatını yaddan çı-
xarmayaraq, onların dünyasına uyğun olan fikir və ideyalarını 
ustalıqla nəzmə çəkmişdir. Teymur Elçinin adı Azərbaycan ədə-
biyyatı tarixində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi 
qalmışdır. 
Anar, 
Xalq yazıçısı 
 
Teymur Elçin Azərbaycan klassik poeziyasını yaхşı bilən, 
müasir rus və dünya ədəbiyyatının nailiyyətlərini öyrənən və 
istedadla yazılmış uşaq əsərlərində bunlardan yaradıcılıq yolu ilə 
faydalanan  şairlərimizdən biridir. Onun əsərlərinin  ən mühüm 
məziyyəti bununla izah olunur ki, şair öz sözünü uşaq aləminə
psiхologiyasına məхsus incə bir kamertonla kökləməyi bacarır. 
Balacaların mənəviyyatına dərindən nüfuz edə bildiyi üçün 
T.Elçin onların bakir fikir və duyğular, arzu və həvəslər, maraq 
və duyğular dünyasında öz şeir və poemaları ilə doğmadır, arzu-
ediləndir. Onun əsərlərində iki qat olduğunu görənlər haqlıdırlar. 
İlk təəssüratla bağlı olan birinci qat şən yumordur. Uşaq ürək-
açan yumorla yoğrulmuş misraları  oхuduqca, yaхud dinlədikcə 
ürəkdən gülür. Lakin əsas qayə ikinci plandan baş qaldırır və 
fəhmli oхucunu düşündürür. 
Bəkir Nəbiyev, 
akademik  
 
Vətəndaş – ziyalı, milli-ədəbi və ictimai xadim nümunəsi kimi 
şəxsiyyətinə, daxili-mənəvi mədəniyyətinə  həmişə xüsusi ehti-
ram bəslədiyim ziyalılardan biri də Teymur müəllimdir. 
Yaşar Qarayev, 
AMEA-nın müxbir üzvü 
Теймур Елчин
 
 
25 
Teymur Elçin qəlbi, düşüncəsi, zəkası, əqidəsi, əməli, bütün 
fəaliyyəti ilə  Vətəninə, Millətinə sadiq olan bir unudulmaz 
məslək dostumdur. 
Cəmil Quliyev, 
akademik 
 
Teymur Elçinin şeirlərinin uşaqları  nə  qədər  şənləndirdiyi-
nin və sonra da necə düşündürdüyünün, mübahisələr doğurdu-
ğunun dəfələrlə şahidi olmuşam. “Qarğanın məktəbində” şeirin-
də qarğa quşları yığıb onlara dil öyrədir. “Qarr-qarr elə!” Lakin 
sərçə “qarr” əvəzinə “cik-cik” deyir, bildirçin “bıp-bıpıt” deyir. 
Hər quş öz dilində oxuyur. 
Bircə tutuquşu qarğanı yamsılayır. Teymur Elçinin belə 
şeirləri dərin mənası ilə birgə, həm də uşaqları dilimizin zəngin, 
gözəl səslər aləminə aparır və onları bu dilə heyran qoyur. 
Sabir Rüstəmxanlı, 
Xalq şairi, millət vəkili 
 
Teymur müəllim sərrast müşahidəyə malikdir, uşaqların 
əhval-ruhiyyəsini yaxşı bilir. Onun əsərlərində müasirliklə milli 
kolorit üzvi surətdə birləşir. Onun kiçik qəhrəmanı yeni dövrün, 
yeni mədəniyyətin meyvəsi olmaqla bərabər, bütün təbiəti ilə, 
bütün xarakterik cizgiləri ilə azərbaycanlıdır! 
İlyas Əfəndiyev, 
Xalq yazıçısı 
 
Teymur Elçin sevib-sevilmək, oyanmaq hisslərini cəmiyyə-
tin ən məsum xilqətinə - körpə balalara, uşaqlara aşılamaq yolu-
nu tutub. Onun istedadı, bədii təfəkkürü uşaq əsərlərində zildir. 
Təsadüfi deyil ki, qeyri-uşaq  şeirlərində  də  uşaq anlayışlı ob-
razlar, təşbehlər çox səmimidir. 
 
* * * 
T.Elçinin uşaq  şeirlərinin arxitektonikası  nəzəri ümumiləş-
dirmə üçün maraqlı material verir. Dilçilikdə belə bir fikir möv-


Библиографийа
 
 
26 
cuddur ki, insan dilinin törəməsi ilə uşağın dil açma prosesinin 
müəyyən uyğunluqları var. Teymur Elçin şeirinin quruluşu ilə 
ilk bəşər şeirinin, məsələn, qədim türk-Azərbaycan şeirinin tər-
kib hissələri arasında analogiya hiss olunur. 
Tofiq Hacıyev, 
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi 
 
Əzizim Teymur müəllim! Hissi qane etmək, inandırmaq ay-
rı şeydir – sənətkarlıqdır. Siz inandırırsınız! Bu bədii inandırıcı-
lığın sirri isə hər şeydən əvvəl Sizin hissi idrakınızdakı səmimiy-
yət, yanğı, düşmənə, vəhşiliyə güclü nifrət, dosta-insanlığa bö-
yük məhəbbətdir. 
Məmməd Cəfər, 
akademik 
 
O, şair qəlbli böyük bir dövlət adamı idi. 
 
* * * 
Teymur Elçin həm bir yaradıcı, həm də adi bir insan kimi 
çox böyük və nəcib xüsusiyyətlərə malik idi. Teymur Elçin hə-
mişə çalışırdı ki, cavanlara, istedadı olanlara kömək etsin. Başa 
düşürdü ki, onlar Azərbaycanın gələcəyidir. 
Polad Bülbüloğlu, 
Xalq artisti 
 
Uşaq dünyaya gələn gündən böyüyür və dünyanı anlayır. 
Laylalardan anlayır, sevməcələrdən, tapmacalardan, bilməcə-
lərdən... anlayır. Uşaq dünyada nə görürsə, qəlbinə köçürür, yad-
daşına yazır. Biz, böyüklər isə... uşaq aləminin heç yüzdə birini 
də duya bilmirik, yaza bilmirik. Teymur Elçin uşaq dünyasını 
addım-addım böyüdüyünü diqqətlə, məhəbbətlə müşahidə edir, 
misralarında əbədiləşdirir

Hidayət, 
şair-dramaturq, Əməkdar incəsənət xadimi 
 
Теймур Елчин
 
 
27 
Şair Teymur Elçindən söz düşəndə həmişə onu uşaq ədəbiy-
yatımızın tanınmış nümayəndəsi kimi təqdim edirlər. Ədəbiyyat-
şünaslıqda belə bir bölgü məqbul sayılsa da, bu həqiqi sənət nü-
munələrini müəyyən bir qəlibə salmaq baxımından mənə müba-
hisəli görünür. Çünki uşaq dünyasının qayğıları bütövlükdə 
böyüklərin, ümumiyyətlə, cəmiyyətimizin problemləri deyilmi? 
Hətta dünyanın ən vacib problemi – Sülh, dinc yanaşı yaşamaq, 
əmin-amanlıq məsələlərindən danışanda belə ilk növbədə gözü-
müzün qabağına uşaqlar gəlir. “Uşaqlar sabahımızdır” deyən bö-
yüklər onların həm də bizim bu günümüz olduğunu yaxşı bilir-
lər. Bax, bu ölçülərlə istəkli şairimizin yaradıcılığına yanaşanda 
hər  şeydən öncə onun narahat təbiətli,  əsrin qayğıları ilə  nəfəs 
alan həqiqi şair olduğunu görürük. 
 
* * * 
Əgər uşaqlar üçün yazılan bir şeirdə qarşıya qoyulan məq-
səd, təlqin edilən estetik amil böyükləri də düşündürmürsə, ma-
raqlandırmırsa, bu şeirin bədii dəyərindən danışmaq artıqdır və 
həm də bu o deməkdir ki, böyüklər üçün yaza bilməyən  şairin 
uşaqlar üçün yazdığı  şeirlərin poetik məziyyətləri də, bir az 
yumşaq desək, mübahisəlidir. 
Azərbaycan poeziyasının təcrübəsi, klassiklərimizin yaradı-
cılığı da bunu sübut edir. Bir anlıq Sabiri, Abbas Səhhəti, 
Abdulla Şaiqi xatırlayaq. 
Ümumi bir fikir demək niyyətində olsaq, Teymur Elçin 
yaradıcılığını bu həqiqi sənət  ənənəsinin uğurlu davamı hesab 
etmək olar. 
Abbas Abdulla,
 
Əməkdar mədəniyyət işçisi 
 
Teymur Süleymanoviçin yaradıcılıq diapozonu çox geniş-
dir. Tanrı ona sənətin  ənginliklərinə ucalmaq üçün böyük iste-
dad verib. Mən onu Korney Çukovski, Sergey Mixalkov, Aqni-
ya Barto kimi qüdrətli rus şairlərilə bir cərgədə görürəm. Vaxt 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə