Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   2   3   4   5   6   7   8   9   10   ...   55

Библиографийа
 
 
28 
qıtlığı ona aman vermir. Ancaq o,
 
qəhrəmancasına yazıb yaradır, 
balalara sevinc bəxş edir. 
Boris Dubrov,  
rus şairi 
 
Mən Teymur Elçinin əsərlərini oxuyanda Günər mənə sehrli 
nar ağacından bir nar verdi, dedi yesən, ömrün yüz il uzanacaq. 
Mən o sehrli narı bu kitabları yazan əziz, hörmətli şair Teymur 
Elçinə bağışlayıram. Qoy o, uzun illər yaşayıb- yaratsın və uşaq-
larımız üçün gözəl nağıllar, şeirlər, nəğmələr yazsın. 
 
* * * 
Teymur Elçinin “Şəkərim, duzum” kitabına toplanmış şeir-
lər, poemalar, nağıllar, tapmacalar, nəğmələr balaca oxucularına 
sözlərin məna çalarlarını öyrətmək, müxtəlif tərbiyəvi fikirlər 
aşılamaq, ibrətamiz həyat hadisələrini dərk etdirmək məqsədilə 
yazılmışdır desək səhv etmərik. O, gözəl insan, talantlı
 
yazıçı, 
qanadlı nəğmələr müəllifidir. 
Mirvarid Dilbazi
,  
Xalq şairi 
 
Teymur müəllim! Siz dəst-xətti olan təkrarolunmaz  şairsi-
niz. Biz Sizinlə fəxr edirik. 60-cı illərin aşırımını keçdiyiniz bu 
bahar günlərində Sizə bahar ətirli həyat, poeziyamızın daha uzaq 
zirvələrinə uçmaq üçün möhkəm cansağlığı, xoşbəxtlik,  şeir-
lərinizin Təbrizdə çapını görməyinizi arzu edirik. 
Mədinə Gülgün, 
şair,Əməkdar incəsənət xadimi 
 
Əziz qardaşım Teymur! Siz gözəl  şair, qayğıkeş  və huma-
nist dostsunuz. Siz xalqımızın çox istedadlı, özünəməxsus  şair 
oğlusunuz. 
Balaş Azəroğlu, 
Xalq şairi 
Теймур Елчин
 
 
29 
Teymur əsl ziyalı idi, azərbaycanlı ziyalısı. Hansı vəzifədə 
çalışırsa-çalışsın, onun sinəsində qeyrətli Azərbaycan türkünün 
ürəyi döyünürdü. 
 
* * * 
Teymur bizim ədəbiyyatımızın yaxın dostu idi. Teymur sö-
zə zərgər kimi yanaşırdı. Və buna görə də, onun şeirləri uşaqlar 
tərəfindən çox sevilirdi, əzbər deyilirdi. Teymur eyni zamanda 
yaxşı mahnıların müəllifi idi. Onun qoyub getdiyi əsərlər bu gün 
də, Azərbaycan  ədəbiyyatının, Azərbaycan poeziyasının gözəl  
nümunələri kimi yaşayır və yaşayacaqdır, bundan sonra da çox 
dərsliklərə düşəcəkdir. 
Teymur Elçin poeziya zərgəri, dostluqda etibarı uca tutan 
bir şəxsiyyətdir. 
Hüseyn Abbaszadə, 
Xalq yazıçısı 
 
Teymur Elçinin şeir və poemalarının  əksəriyyəti kiçikyaşlı 
uşaqlar üçün nəzərdə tutulub. Bu isə, şairdən istedadla yanaşı uşaq 
aləmini bilmək bacarığı  tələb edir. Uşaq dünyasının bir-birinə 
bənzəməyən müxtəlif rəngləri, rəng çalarları vardır ki, bunu görüb 
duymaq və kağıza köçürmək şairdən xüsusi məharət tələb edir. 
Teymur Elçin həyatda, cəmiyyətdə və təbiətdə baş verən ha-
disələr barədə öz balaca oxucusunda aydın təsəvvür yaradır, elə 
bu yaşından başlayaraq onların  şüurunda sonralar – yaşlananda 
görəcəkləri əhvalatları lövhə-lövhə, mənzərə-mənzərə əks etdirir. 
Əliağa Kürçaylı, 
şair, dramaturq 
 
Teymur müəllim həyəcanını büruzə verən adam deyildi. An-
caq mən söhbətlərimizdən görürdüm ki, o, Qarabağın işğal olun-
ması dərdi ilə barışa bilmir. Bir sıra yazıçı, şair və bəstəkarlarımızı 
Qarabağ dərdi apardı. Onlardan biri də Teymur Elçin oldu. 
Vasif Adıgözəlov, 
Xalq artisti 


Библиографийа
 
 
30 
Teymur Elçinin “Şəkərim-duzum”, “Torağayın nəğməsi” 
kitabları uşaqların psixologiyasını dərindən duyan, onlara duzlu-
məzəli söz deyən həssas bir müəllifin qələmindən çıxmışdır. 
Uşaqlarımızı  vətənpərvər ruhda tərbiyə edən bu əsərlər dövlət 
mükafatına layiqdir. 
Hikmət Ziya, 
Əməkdar incəsənət xadimi  
 
Teymur Elçin yaz yağışı kimi gurultu-pırıltı ilə gəlib-gedən 
və ya qış günəşi kimi qalın buludlar ardından soyuq-soyuq gü-
lümsünüb ötən bəzi yazıçılardan tamamilə  fərqli olaraq bu və-
zifənin həm  şərəfini, həm də ciddiyyət və  məsuliyyətini dərk 
edib uşaq ədəbiyyatına gəldiyini əsərlərində isbat etmiş yazıçıdır.  
Mikayıl Rzaquluzadə, 
nasir, şair 
 
Teymur Elçin bizim ədəbiyyatımızda özündən sonra yeri 
görünən çox istedadlı uşaq şairidir. O, harada işləməsindən asılı 
olmayaraq yerində olan adam idi. Ən qiymətlisi isə onun əsl 
Azərbaycan ziyalısı olmasında idi. Azərbaycan ziyalısı  üçün 
mümkün olan nə vardısa Teymur müəllim onu edirdi. Ziyalıların 
yaşaması, sınmaması üçün çox ciddi işlər görürdü. Və ömrünün 
sonuna kimi o, əsl ziyalı, əsl şair kimi qaldı. Təmiz, pak, həyalı, 
yüksək mədəniyyətli gözəl  şair. O saflığı Teymur müəllim özü 
ilə də apardı... 
Fikrət Qoca,  
Xalq şairi 
 
O, sözlə  nəfəs alır, sözlə yaşayırdı, sözün ülviliyini uca 
tuturdu. Həm xalq dilinə, həm də  ədəbi dilə vaqif idi – necə 
gözəl bilirdi dilin incəliklərini! 
 
* * * 
O, öz zəhməti, istedadı ilə taleyini yaza-yaza örnək olan 
şərəfli bir ömür yaşayıb və adını doğma xalqının ürəyinə, yadda-
Теймур Елчин
 
 
31 
şına həkk edib. Söz karvanı sabaha, gələcəyə üz tutub Teymur 
Elçinin! 
 
* * * 
Teymur Əliyev, adı böyük hərflərlə yazılacaq əsl ziyalı idi. 
Onun bir çox ziyalıların, yazıçıların, televiziya jurnalistlərinin,  
ayrı-ayrı sənət adamlarının taleyində misilsiz xidmətləri olmuş-
dur. 
 
* * * 
Teymur Elçinin şeirləri folklordan qaynaqlandığı üçün oxu-
cunu sehrləyirdi. Onun balacalar üçün yazdığı nağıllar bal kimi 
şirin idi. Bu yazılar bu gün də uşaq ədəbiyyatının qızıl saxlancıdır. 
 
* * * 
Bahar ünvanlı sənətkarlar sırasında mənim qəlbən sevdiyim, 
özümə ustad saydığım, xatirəsini uca tutduğum bir insan var – 
Teymur Elçin. 
Teymur müəllim tələbkar rəhbər olduğu qədər də  həssas, 
qayğıkeş, təvazökar bir insan idi. Teymur müəllim bir məktəb – 
universitet idi. Onun tələbkarlığı bizim nəslin canına, qanına, 
iliyinə, sümüyünə işləyib. Biz onunla – ustadımızla həmişə fəxr 
etmişik, edirik və edəcəyik də! 
Nahid Hacızadə, 
yazıçı 
 
O, sənətə, poeziyaya sədaqətlə, vicdanla xidmət edən, daim 
qəlbinin səsini dinləyən şairdir. Teymur Elçində məsuliyyət his-
si güclüdür, şairlik adından sui-istifadə ondan uzaqdır. 
 
* * * 
Teymur Elçinin kifayət qədər yaradıcılıq təcrübəsi, sevimli 
mövzuları, surətləri, qəhrəmanları vardır. Onun əsərlərini nəzər-
dən keçirəndə belə qənaətə gəlirsən ki, Teymur Elçin bütün var-
lığı ilə, bütün istedadı ilə uşaq ədəbiyyatına bağlı şairdir. Sadə-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə