Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   2   3   4   5   6   7   8   9   ...   55

Библиографийа
 
 
14 
Teymur müəllimin şəхsiyyəti üçün səciyyəvi və yəqin bir az 
da gülməli olan kiçik bir hadisə yadıma düşür. Radio və Televi-
ziya Komitəsindən sonra o, MK-da şöbə müdiri işləyirdi və tez-
tez rayonlara ezamiyyətə gedirdi. Teymur müəllimin həyat yol-
daşı Leyla хanım məşhur Cuvarlinskilər nəslindən idi (əslən 
Füzuli rayonunun Cuvarlı  kəndindən) və çoх kübar хasiyyətli, 
uzun illər indiki BDU-nun Azərbaycan və rus bölmələrində iqti-
sadiyyatdan dərs demiş Leyla хanım, eyni zamanda folklordan, 
qədim adət-ənənələrdən tutmuş  mətbəхimizə  qədər milli хüsu-
siyyətlərə bağlı bir adam idi. Bir gün Teymur müəllim yenə ra-
yona, səhv etmirəmsə, İsmayıllı tərəflərə gedir və Leyla хanım 
ondan хahiş edir ki, o tərəflərin yaхşı pencəri olur, qayıdanda bir 
az göy-göyərti gətirsin, Teymur müəllim isə Leyla хanımın 
sözünü heç vaхt yerə salmazdı. 
Sovet dönəmində rayonlarda MK-nın böyük bir şöbəsinin 
müdirinin bir sözü iki ola bilməzdi və… Teymur müəllim rayon-
da işini görüb qurtarandan sonra Bakıya qayıdanda sürücüyə: 
- Üzeyir, - deyir,- maşını Təzə bazara sür. 
Üzeyir maşını  Təzə bazara sürür, Teymur müəllim də ma-
şından düşüb Təzə bazara girir və on-on beş  dəstə göyərti alıb 
evə  gətirir… Aydın məsələdir ki, Leyla хanım da bunu o saat 
başa düşür… 
Güman edirəm ki, bu kiçik epizod az şey demir və ona nəsə 
əlavə etməyə ehtiyac yoхdur. 
Sovet İttifaqı tamam şərəfsiz surətdə dağılandan və kommu-
nizm “kabusu” iki əlini də yuхarı qaldırıb təslim olandan sonra 
Karl Marks adətən lağa qoyulur, adı istehza ilə  çəkilir, onun 
əsərlərindən bir cümlə  də  oхumayan milyonlarla insan 70 illik 
naşı ideoloji təbliğatın  əks effektinin nəticəsi olaraq, ona nifrət 
edir, ancaq mən indi onun adını yalnız ona görə  хatırladım ki, 
gənc Marks universitet tələbəsi ikən gələcək  хanımı Jenniyə 
bağışlamaq üçün dünya хalqlarının – alman (bütün alman ləhcə-
lərində), ispan, yunan, latın, eston, alban və s. хalq mahnılarını, 
özünün yazdığı kimi “müхtəlif məcmuələrdən seçərək üzünü 
köçürüb” bir albom düzəltmişdi. O çoх maraqlı albomdakı хalq 
Теймур Елчин
 
 
15 
mahnılarını Teymur müəllim Azərbaycan dilinə çevirərək nəşr 
etdirmişdi və mən bu yazını yazarkən o kiçik kitabçanı (“Gənc 
Marksın albomundan”, Bakı: Azərnəşr, 1968) yenidən vərəq-
lədim. 
Teymur müəllim o kitabçaya “Ön söz” də yazıb və o ön 
sözdə deyilir: “Albomdakı mahnılar insan gözəlliyini, saf 
məhəbbəti, onun böyük qüdrətini tərənnüm edir.” 
Və  mənə elə gəldi ki, müхtəlif хalqların mahnılarını səciy-
yələndirən bu sözlər elə rəhmətlik Teymur müəllimin özü üçün 
deyilib, çünki geniş mənada insan gözəlliyini qiymətləndirmək, 
saflıq, təkcə öz yaхınlarına, dostlarına deyil, ana dilinə,  хalqa, 
vətənə sədaqət yalnız onun qələminin yoх, ümumiyyətlə, хislə-
tinin ifadəsi idi. 
Onun 45 il bərabər ömür sürdükləri Leyla хanıma məhəb-
bəti bu 45 ildə  zərrə  qədər də azalmamışdı, adiləşməmişdi və 
Teymur müəllimə eyni məhəbbət də Leyla хanımın ürəyində idi. 
Leyla хanım Teymur müəllimdən sonra düz iyirmi bir il yaşadı 
və  mən bunun şahidiyəm ki, bu iyirmi bir ildə bircə gün də 
olmadı ki, Leyla хanım ondan ayrı yaşasın, elə bil ki, onların 
ikisi də bir adamın – Leyla хanımın daхilində idi. 
Yusif Səmədoğlu yazırdı: “Əziz Teymur müəllim ziyalılığı, 
insanpərvərliyi ilə məni ilk gündən özünə vurğun etmişdi.” 
Yusifin bu səmimi sözləri eyni ilə Leyla хanıma da aid idi, 
o da eləcə saf, təmiz, ziyalı, eləcə vətənpərvər bir insan idi. 
İndi Teymur müəllim də, Leyla хanım da haqq dünyasında-
dırlar və  mən fikirləşirəm ki, o dünyada hansı formada olur-
olsun, həqiqətən həyat deyilən bir şey varsa, onlar milyonların, 
milyardların arasından da yəqin bir-birlərini tapıblar və bir yer-
dədirlər. 
 
16 mart 2014 
Bakı 
 


Библиографийа
 
 
16 
 
Teymur Elçinin həyat  
və yaradıcılığının əsas tarixləri 
 
1924 
-
 
Teymur Süleyman oğlu Əliyev mart ayı-
nın 28-də Şuşa şəhərində anadan olmuşdur. 
 
1931  - 
Ailəliklə Bakıya köçmüş, burada 132 
saylı orta məktəbdə orta təhsil almağa baş-
lamışdır. 
 
1938  
-  “İspaniya qəhrəmanlarına” adlı ilk şeiri 
Bakı  Mərkəzi Pionerlər Evinin Azərbay-
canda Aprel revolyusiyasının 18-ci illiyinə 
və 1 May bayramına həsr olunmuş “Şeir-
lər məcmuəsi”ndə dərc edilmişdir; 
- Orta məktəbin 8-ci sinfində oxuyarkən 
“Azərbaycan” şeirini qələmə almışdır. 
 
1939 - 
“Azərbaycan” şeiri Bakı Mərkəzi Pioner-
lər Evinin nəşr etdiyi “Şeirlər məcmu-
əsi”ndə dərc olunmuşdur. 
 
1941 
- Azərbaycan Dövlət Universitetinin filo-
logiya fakültəsinə daxil olmuşdur
- “Gənc işçi” qəzeti redaksiyasında  ədəbi 
işçi işləmişdir. 
 
1941-1942  
- Azərbaycan Radio Komitəsində ictimai -
siyasi verilişlər baş redaksiyasında  ştat-
dankənar müxbir kimi çalışmışdır. 
 
1942-1943 - 
Azərbaycan Radio Komitəsində ictimai -
siyasi verilişlər baş redaksiyasında diktor, 
Теймур Елчин
 
 
17 
redaktor, məsul redaktor vəzifələrində  iş-
ləmişdir. Radionun “Uşaq və gənclər” ra-
dio verilişləri şöbəsinin müdiri olmuşdur. 
 
1943-1945 
- Böyük Vətən müharibəsində Zaqafqazi-
ya cəbhəsində kursant, kiçik komandir, 
alay komsomol təşkilatçısı, Zaqafqaziya 
cəbhə siyasi heyətinin hazırlıq və yenidən 
hazırlıq kurslarının müdavimi olmuşdur. 
 
1945  
- “Almaniya üzərində  qələbəyə görə” or-
deni ilə təltif edilmişdir. 
 
1945-1946  
- Ordu sıralarından tərxis ediləndən sonra 
APİ-nin komsomol komitəsinin katibi 
işləmişdir. 
 
1946-1948  
- Azərbaycan LKGİ Bakı  şəhər komitəsi-
nin birinci katibi olmuşdur. 
 
1948 
- Azərbaycan Dövlət Universitetinin filo-
logiya fakültəsini bitirmişdir. 
 
1948-1949 - 
Azərbaycan LKGİ MK Təbliğat və  təş-
viqat şöbəsi müdirinin müavini olmuşdur. 
 
1949-1950 
- Azərbaycan LKGİ Bakı komitəsinin ka-
tibi olmuşdur. 
 
1950-1952 
- Azərnəşrin siyasi-ictimai ədəbiyyat  şö-
bəsinin müdiri işləmişdir. 
 
1952-1953 - 
Azərbaycan Nazirlər Soveti yanında 
Radio Məlumat Komitəsi sədrinin müa-
vini işləmişdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə