Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Библиографийа
 
 
32 
lik, yığcamlıq, müstəqillik, adi həqiqətləri uşaqlara sevdirə bilə-
cək şeiriyyətlə tərənnüm-təsvir onun poeziyasının başlıca məziy-
yətindəndir.  Şair balaca dostları ilə açıq, ciddi, səmimi danışır, 
mehriban, eyni zamanda tələbkar valideyn kimi danışır; onların 
kinsiz-küdurətsiz körpə  qəlblərini ehtizaza gətirir.  Şair balaca 
oxucularının varlığını poeziyanın nuru və  şəfəqi ilə doldurur. 
Sözlərin müxtəlif məna çalarını, xalq dilinin zənginliyini, əlvan-
lığını, poetikliyini uşaqlara çatdırmaq baxımından bu şeirlər 
müstəsna əhəmiyyətə malikdir. 
Qulu Xəlilov,  
professor  
Teymur Elçini belə müxtəlif yaşlı, müxtəlif dünyalı insanla-
ra eyni dərəcədə doğma edən sirr nə idi? Yəqin ki, uşaq paklığı, 
böyük müdrikliyi. 
Ayaz Vəfalı, 
Əməkdar mədəniyyət işçisi 
 
Həqiqətən də söz onun qələmində mum kimi yumşaq və 
təsirli olur. 
Flora Xəlilzadə,
 
Əməkdar jurnalist  
 
Azərbaycan müasir şeirində sərbəst vəznin növləri var: əruz 
sərbəsti, heca sərbəsti, ritmli sərbəst və ritmsiz sərbəst. Teymur 
Elçinin şeirlərinin çoxu əsl ritmik, sağlam sərbəst ilə yaradılmış-
dır. Bu növ sərbəstin özünəməxsus sintaksisi və kompozisiyası 
olur. Qafiyə  sənəti də belə  şeirlərə xüsüsi gözəllik və musiqi 
artırır. 
Azərbaycan şeirində yeddi tip qafiyə var: yarımqafiyə, bəsit 
qafiyə, tam qafiyə, dolğun qafiyə, zəngin qafiə, cinas qafiyəsi, 
müqəyyəd qafiyələr. “Torağayın nəğməsi”ndə  dolğun və zəngin 
qafiyələr üstünlük təşkil edir. Bu cəhət şeirin rövnəqini çoxaldır. 
Bu  əsərlərin  demək olar, heç birində qafiyə zorakılığı yoxdur. 
Теймур Елчин
 
 
33 
Qafiyələr öz-özündən təbii gəlir. Yaxud dil özü ilə bu qafiyələri 
şeirə gətirir.  
 
* * * 
Teymur Elçin Azərbaycan dilinin incəliklərini sıravi nəfər 
kimi deyil, həssas bir şair kimi duyur, fikir və hisslərini oxucu-
lara təsirli ifadələr vasitəsilə çatdırır. 
 
* * * 
“Dünya məhvərindən qopur elə bil” şeirini yazan əli ədəbiy-
yatımızın tarixi öpəcəkdir. Mən bu şeirlə qüvvət və ilham ba-
xımından Azərbaycan poeziyasında müqayisə edilə biləcək tək 
bir şeir görürəm: böyük Sabirin “Fəxriyyə”sini. 
Əkrəm Cəfər, 
professor 
 
Əziz Teymur Süleyman oğlu! Bu gün Peredelkinoya təzəcə 
yağan qar və Sizin kimi gözəl bir insanın göndərdiyi kitablar 
mənə böyük sevinc gətirmişdir. Fəxr edirəm ki, mənim şeirlərim 
gözəl Azərbaycan dilində Sizin tərcümənizdə səslənir. 
Korney Çukovski, 
rus şairi 
 
Teymur Elçin bir söz sərrafı kimi əsərlərində kəlmələri zər-
gər dəqiqliyi ilə seçirdi. Xalqın dilindən eşitdiyi sözləri ustalıqla 
oxucusuna öyrədirdi.  
Zahid Xəlil, 
professor 
 
Fikri sadə şəkildə ifadə etmək, yeni formalar tapmaq, uşaq-
ların qəlbinə, şüuruna təsir edə biləcək əsərlər yazmaq Teymur 
Elçini həmişə düşündürmüşdür. Şeirin vəzni, qafiyələrin oynaq-
lığı, sözün məna siqlətinə tabe edilməsi, xüsusilə, qələmə aldığı 
mövzunun inandırıcı, təbii səslənməsi onun yaradıcılığının 
başlıca keyfiyyətidir. 


Библиографийа
 
 
34 
* * * 
Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya və hadisə 
haqqında tənqidi mühakimə yürütmək vərdişi,  əlamət və 
keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırcavablıq 
tərbiyə olunur.  
Qara Namazov,
  
professor  
 
Əzizim Teymur! Sizin orijinal yaradıcılığınız uşaqlarımız, 
cavanlarımız üçün əlvan rəngli gül-çiçəkdən çələng kimi hörü-
lən, daima təravətini saxlayan tərbiyəvi töhfədir. Siz yenilikçi 
yaradıcılığınızın gündən-günə açılan çiçəklənmə çağındasınız. 
İti, ağıllı qələminizi işlədiniz! 
Süleyman Rəhimov, 
Xalq yazıçısı 
 
Teymur Elçin xalqımızın vətəndaş  oğullarından biridir. O, 
ürəyi həmişə  nəğmə ilə dolu, həmişə poetik, həmişə qayəli, 
həmişə nəğməli günləri olan şairimizdir. 
Məmməd Araz, 
Xalq şairi 
 
Teymur müəllim! Siz gözəl bir şair, nəcib insan, görkəmli 
dövlət xadimi kimi hamımız üçün doğma və əzizsiniz. 
 
* * * 
Teymur Elçini fərqləndirən cəhət uşaqlar haqqında düşünə-
rək əl çatıb, ünyetməz uşaqlıq zirvələrinə baş vurub, böyüklərə 
məxsus bir bitkinliklə bu incəlikləri müasirlik baxımından təsvir 
və tərənnüm etməyi bacarmaqdır. 
 
* * * 
Teymur Elçinin yaradıcılığında balalar üçün yazılmış istər 
kiçik, istər iri həcmli  əsərlərdə  məzmunla forma arasındakı 
Теймур Елчин
 
 
35 
uyğunluq, fikir aydınlığı ilə yanaşı dil axıcılığı, oynaqlığı, dərin 
səmimiyət oxucunu düşündürür, fərəhləndirir. 
Müəllifin yaradıcılığında Azərbaycan torpağının çayları, çə-
mənləri, meşələri, rəngbərəng otları, hər fəslin özünəməxsus gö-
zəlliyi, şirinliyi mahir bir şair gələmi ilə öz əksini tapır, həyata, 
varlığa bizdə qayğı, həssas münasibət oyadır. 
Əksər şeirlərdə o, nəinki bir şair, eyni zamanda bir rəssama 
dönür, haqqında danışdığı  şeylərin, predmetlərin söz ilə  şəklini 
çəkir. 
Hüseyn Arif,  
Xalq şairi 
 
Əziz Teymur müəllim ziyalılığı, insanpərvərliyi ilə məni ilk 
gündən özünə vurğun eləmişdir. 
Yusif Səmədoğlu, 
Əməkdar incəsənət xadimi 
 
Azərbaycanın layiqli oğlu Teymur Elçin nəcib, mərd, ata 
ürəkli  şair qardaşımızdır. Biz onun qayğısını  həmişə hiss etmi-
şik. O, görkəmli partiya və dövlət xadimi olmaqla bərabər 
xəzinə bir  İ n s a n d ı r! 
Xəlil Rza,  
Xalq şairi 
 
Teymuru Qarabağda baş verən, müharibəyə çevrilən erməni 
xəyanəti sarsıtdı. Teymur qırğınlara, el-obalarımızın dağılmağı-
na,  Şuşanın bombardman edilməyinə dözə bilmirdi, Teymurun 
şirin gülüşü qayğılı-qəmli baxışlarla, düşüncələrlə  əvəz olun-
muşdu. Son nəfəsində də Vətən dedi, torpaq dedi Teymur. Acı-
nacaqlı müharibənin sonunu, qələbəmizi görmək idi ən yüksək 
arzusu. 
Bayram Bayramov,  
Xalq yazıçısı 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə