Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   2   3   4   5   6   7   8   9   ...   55

Библиографийа
 
 
18 
1953-1955 - 
Azərbaycan Nazirlər Soveti nəşriyyat 
qrupunun rəisi, katibliyin müdiri olmuş-
dur.  
 
1955-1957 - 
Azərbaycan KP MK-nın Elm və  mədə-
niyyət  şöbəsinin təbliğat və  təşviqat böl-
məsinin müdir müavini işləmişdir. 
 
1956  
- Azərbaycan KP XXI qurultayında Azər-
baycan KP Təftiş Komissiyasının üzvü 
olmuşdur. 
 
1957 - 
Sovet 
İttifaqı rəsmi nümayəndə heyətinin 
tərkibində Albaniyada olmuşdur; 
- Moskva şəhərində  gənclərin və  tələbə-
lərin Ümumittifaq və VI Ümumdünya fes-
tivallarında Azərbaycan SSR nümayəndə-
lərinin müvəffəqiyyətli iştirakı ilə  əlaqə-
dar olaraq Azərbaycan SSR Ali Soveti 
Rəyasət Heyətinin Fəхri Fərmanı ilə təltif 
edilmişdir. 
 
1957-1964 
- Azərbaycan Televiziya və Radio Veriliş-
ləri Komitəsinin sədri olmuşdur. 
 
1958 - 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
seçilmişdir; 
- Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
seçilmişdir; 
- Azərbaycan KP XXII qurultayında Azər-
baycan KP Təftiş Komissiyasının üzvü ol-
muşdur. Azərbaycan KP MK üzvlüyünə 
namizəd seçilmişdir. 
 
Теймур Елчин
 
 
19 
1959 - 
Xidmətlərinə görə  “Şərəf nişanı” ordeni 
ilə təltif olunmuşdur; 
- Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
 
1959-1962 
- V çağırış Azərbaycan Ali Sovetinin 
deputatı seçilmişdir. 
 
1960  
-  Azərbaycan KP MK-nın XXIV Qurul-
tayında Azərbaycan KP MK üzvü seçil-
mişdir. 
 
1961  
- Azərbaycan KP MK-nın XXV Qurultayın-
da Azərbaycan KP MK üzvü seçilmişdir. 
 
1962 
- Sovet İttifaqı rəsmi nümayəndə heyətinin 
tərkibində Bolqarıstanda olmuşdur.
 
 
1963-1966  
- VI çağırış Azərbaycan Ali Sovetinin 
deputatı seçilmişdir. 
 
 
1964  
-  Azərbaycan KP MK-nın XXVI Qurul-
tayında Azərbaycan KP MK üzvü seçil-
mişdir; 
   
- Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
 
1964-1975 - 
Azərbaycan KP MK Təbliğat və təşviqat 
şöbəsinin müdiri olmuşdur. 
 
1965 -“1941-1945-ci 
illərdə Böyük Vətən mü-
haribəsində qələbənin 20 illiyi” medalı ilə 
təltif edilmişdir. 
 


Библиографийа
 
 
20 
1966 
- “Əmək rəşadətinə görə” medalı ilə təltif 
edilmişdir; 
- Sovet İttifaqı rəsmi nümayəndə heyətinin 
tərkibində Macarıstanda olmuşdur; 
- Azərbaycan KP MK-nın XXVII Qurul-
tayında Azərbaycan KP MK üzvü seçil-
mişdir. 
 
1967-1972  
- VII çağırış Azərbaycan Ali Sovetinin de-
putatı seçilmişdir. 
 
1968 - 
“Əməkdə  fərqlənməyə görə” medalı ilə 
təltif edilmişdir; 
- “Göyərçin” jurnalının 10 illiyi ilə əlaqə-
dar gənclərin kommunist tərbiyəsi işində 
fəal iştirakına görə  Fəxri Fərmanla təltif 
edilmişdir. 
 
1968-1969 
- ÜİLKGİ MK-nın Fəxri fərmanları ilə 
təltif edilmişdir. 
 
1969
 
- Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
 
1970 - 
V.İ.Leninin anadan olmasının 100 illiyi 
münasibətilə “Əməkdə fərqlənməyə görə” 
medalı ilə təltif edilmişdir.
 
 
1971 - 
Xidmətlərinə görə “Qırmızı  Əmək Bay-
rağı Ordeni” ilə təltif olunmuşdur; 
-  Azərbaycan KP MK-nın XXVIII Qurul-
tayında Azərbaycan KP MK üzvü seçil-
mişdir. 
 
Теймур Елчин
 
 
21 
1972-1975 
- VIII çağırış Azərbaycan Ali Sovetinin 
deputatı seçilmişdir. 
 
1973 - 
Sovet 
İttifaqı rəsmi nümayəndə heyətinin 
tərkibində Polşada olmuşdur. 
 
1974 
- Anadan olmasının 50 illiyi və respubli-
kanın sovet və partiya orqanlarında səmə-
rəli fəaliyyətinə görə Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyətinin Fəхri Fərmanı 
ilə təltif edilmişdir; 
- Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri 
Fərmanı ilə təltif edilmişdir. 
 
1975 
- “1941-1945-ci illər Böyük Vətən müha-
ribəsində  qələbənin 30 illiyi” medalı ilə 
təltif olunmuşdur.
 
 
1975-1988 - 
Azərbaycan Mədəniyyət nazirinin müa-
vini vəzifəsində çalışmışdır. 
 
1978 - 
Azərbaycan SSR-də tarixi abidələrə res-
publika baxışında fəal iştirak etdiyinə görə 
Azərbaycan Tarix və  Mədəniyyət Abidə-
lərini Könüllü Mühafizə  Cəmiyyətinin 
Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif 
edilmişdir. 
 
1981 - 
Sovet 
İttifaqı rəsmi nümayəndə heyətinin 
tərkibində İspaniyada olmuşdur. 
 
1983 
- “Qar qız” mənzum pyesi M.Qorki adına 
Gənc Tamaşaçılar Teatrında tamaşaya qo-
yulmuşdur. 
 


Библиографийа
 
 
22 
1984 
- Anadan olmasının 60 illiyi münasibətilə 
Azərbaycan SSR Ali Soveti Rəyasət He-
yətinin Fəхri Fərmanı ilə təltif edilmişdir. 
 
1987 
- Türkiyə Cümhuriyyətində  rəsmi səfərdə 
olmuşdur.   
 
1988-1990 - 
Azərbaycan KP MK Ümumi şöbəsinin 
müdiri olmuşdur. 
 
1989 
- Vasif Adıgözəlovla “Qarabağ  şikəstəsi” 
oratoriyasını yazmışdır. 
 
1991 
-  Vasif Adıgözəlovla birgə “Qarabağ  şi-
kəstəsi” oratoriyasının musiqisi və sözləri-
nə görə ədəbiyyat, incəsənət və arxitektura 
sahəsində 1990-cı il Azərbaycan Respub-
likasının Dövlət mükafatı laureatı adına 
layiq görülmüşdür; 
-  Azərbaycan Yazıçılar Birliyinin İdarə 
Heyətinə üzv seçilmişdir. 
 
1992 
- Mart ayının 14-də Bakı  şəhərində  vəfat 
etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 
 
1994 - 
Azərbaycan Respublikası Nazirlər Kabi-
neti anadan olmasının 70 illik yubileyinin 
keçirilməsi və xatirəsinin əbədiləşdirilmə-
si haqqında qərar vermişdir. 
 
 
 
 
                                                                                                                          
Теймур Елчин
 
 
23 
 
Görkəmli şəxsiyyətlər  
Teymur Elçin haqqında 
 
Mənim istəkli Teymurum! İnan ki, Sənin günəş kimi isti 
məktubun məni nə qədər sevindirdi. 
Teymurcan! Bir daha təsdiq etdim ki, T e y m u r kimi mə-
nim və yalnız mənim böyük dövlətim var! 
Fikrət Əmirov, 
SSRİ Xalq artisti 
 
Azərbaycan mədəniyyəti tarixində ziyalılıq nümunəsi olan 
Teymur Elçinin yeri həmişə görünür. Bəzən düşünürəm ki, bax, 
bu məqamda Teymur Elçinin yerinə başqa bir məmur işləmiş 
olsaydı, mədəniyyətimiz görün, nələr itirə bilərdi. Bu yer üzündə 
şərti olaraq iki Teymur – zabitəli, ciddi, tələbkar partiya adamı 
Teymur Əliyev və ipək kimi yumşaq, həlim, mehriban, kövrək, 
göy üzü kimi çağlar, dumduru gözləri ilə insanları sevən – şair 
Teymur Elçin yaşayırdı. 
 
* * * 
Teymur Elçin hələ indiyə qədər qiymətini almayan bənzər-
siz bir tərcüməçidir. 
...Azərbaycan dilinin bütün rəngləri, çalarları, gözəllikləri 
tərcümələrində bütün parlaqlığı ilə üzə  çıxmışdır. Budur əsl 
sənətkarlıq! 
Elçin, 
Xalq yazıçısı 
 
Teymur müəllim çox işıqlı bir insan idi, ziyalı bir insan idi 
və hamımızın xatirələrində  də, o cür ziyalı kimi, o cür işıqlı 
insan kimi, xalqına bağlı olan, onun mədəniyyətini, onun ədə-
biyyatını, onun dilini yaşatmaq istəyən, onların qayğısına qalan 
insan kimi yadda qalıb. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə