Библиографийа
40
Teymur Elçin respublika sənət incilərinin qorunmasında,
saxlanmasında və bu tükənməz xəzinənin
daha da inkişaf etdiril-
məsində sadiq elm xadimi və bacarıqlı rəhbər kimi xalqın hör-
mətini qazanmış, yaradıcı qüvvələrə daim sədaqət və qayğı gös-
tərən – elimizin, obamızın ləyaqətli oğludur.
Davud Aslan,
şair
Şair, tərcüməçi, ictimai xadim... Bunlarla yanaşı onu səciy-
yələndirən ən üstün cəhət – şəxsiyyət olması idi.
Mailə Muradxanlı,
Əməkdar jurnalist
Teymur Elçin hissi, bədii yaradıcılığı, xüsusən balalarımız
üçün real zəmindən obrazlı təfəkkür səması açan gözəl şairimiz-
dir.
Sərdar Əsəd,
şair
Həddindən artıq tələbkar olan Teymur məlllim hər cümlə-
nin, hər sözün üzərində zərgər kimi işləyir, onu sadə danışıq
dilinə uyğunlaşdırırdı.
Hidayət Səfərli,
Əməkdar jurnalist
Teymur müəllimin böyüklüyü o idi ki, gələcəyi fikirləşirdi.
Televiziyanın və radionun sahələrində cavan mütəxəssis bir
balaca
özünü göstərə bilirdisə, onun gələcək inkişafı üçün hər
bir şərait yaradırdı.
Vaqif Behbudov,
Əməkdar incəsənət xadimi
Teymur müəllimin əsərlərinin hamısında uşaqlara dərin bir
məhəbbət, sevgi hiss olunur ki, bu da onun yaradıcılığının başlı-
ca leytmotivi kimi yadda qalır. Teymur Elçin poeziyasının
Теймур Елчин
41
məziyyətlərini şərtləndirən ən başlıca amil də onun uşaqlara olan
məhəbbətidir. Uşaqların səviyyəsinə, maraq dairəsinə uyğun
əsərlər yazan Teymur müəllim uşağı uşaq yerinə qoymur, adi bir
hadisənin, süjetin arxasında
son dərəcə mühüm əxlaqi prob-
lemlər qoyur və onun bədii həllini verməyə nail olur.
Rafiq Yusifoğlu,
şair, yazıçı, tənqidçi
Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televi-
ziya Verilişləri Komitəsi adlanan bu quruma istedadlı şair,
publisist və ictimai xadim Teymur Əliyevin sədr təyin edilməsi
televiziyanın taleyində mühüm rol oynadı. Yüksək təşkilatçılıq
qabiliyyəti və intelektual səviyyəsi, müasir bədii-estetik zövqü,
əsl rəhbərə xas olan ciddi keyfiyyətləri –prinsipiallığı və tələb-
karlığı, eyni zamanda qayğıkeşliyi ilə kollektivin dərin hörməti-
ni qazanmış, bugünədək yaddaşlarda iz qoymuş Teymur Əliyev
Azərbaycan Televiziyasının düzgün məcrada inkişafı üçün bö-
yük zəhmət sərf etmişdir.
Qulu Məhərrəmli,
Əməkdar jurnalist,
filologiya elmləri doktoru
Ədalət duyğusu Teymur Elçinin şeirlərini xeyli gözəlləş-
dirir. Onun əsərlərini xeyirin qələbəsindən doğan nəşə də bəzə-
yir. Uşaq sənətinin şah əsəri layladır. Uşaq ədəbiyyatı və incəsə-
nətinin layladan yuxarıda dayanan nümunəsi yoxdur. Laylada
anaların şairliyi və bəstəkarlığı qovuşur. Ana layla deyərkən
həm də müğənnidir. Anaların ürəyi, ruhu laylada keçir uşağa,
ana deyilən dünyanın odunu-közünü, dürrlərini, sehrini layla
daşıyıb aparır balaca varlığa.
Teymur Elçin dünya uşaq ədəbiyyatının
öyrətmək təcrübə-
sini şeirimizdə özünəməxsus ustalıqla inkişaf etdirdi. Teymur
Elçinin qorlu, qığılcımlı, cingintili nəfəsi uşaq şeirimizdə müs-
təqil qurşaq, müstəqil təbəqə kimi aydın seçilməkdədir. Onun
Библиографийа
42
tərcümələri ədəbiyyatımızda bizlərə dünyanın müxtəlif xalqla-
rının yaxşıya, yamana, gözəlliyə, çirkinliyə münasibətini yetirən
əvəzsiz axındır.
Əliyev Məstan (Günər)
şair, publisist
Bir çox istedada malik olan Teymur Əliyevin ən böyük iste-
dadı məhz müəllimlik idi. Desəm ki, tədris müəssisələrində
işləməmiş Teymur müəllimin həyatının ən başlıca
vəzifəsi müəl-
limlik olub, səhv etmərəm.
Əqidəsinə, mövqeyinin doğru olmasına möhkəm inamı
olan, səmimi və son dərəcə namuslu həyat tərzi ilə seçilən
Teymur müəllimlə tanış olan adamlar ilk dəqiqədən onun təsiri
altına düşürdülər və bu gün, onun haqq dünyasına qovuşduğun-
dan 20 il ötdüyündən sonra da həmin cazibədə yaşayanlar az
deyil və müəllimlərinin tapşırıqlarına sadiq qalmış “əlaçı”
şagirdlərinin fərqləndirici xüsusiyyətləri topladığı maddi sərvət-
də deyil, vicdanla ömür sürmələrindədir.
“Tutduduğu yer insana şərəf gətirməz, insan tutduğu yerə
şərəf gətirər” misalının əyani sübutu Teymur müəllimin əmək
fəaliyyəti ola bilər. Teymur müəllim yaşadığı dövrün yaxşı cə-
hətlərini özündə cəmləşdirib, mənfilikləri ilə həyatı boyu müba-
rizə aparırdı.
Teymur müəlim bu gün olmasa da, onun xeyirli
əməlləri bizimlədir. Əslində, hər insan əvəzsizdir və Teymur
müəllimin yeri bu dünyada hələ uzun illər görünəcək.
Zülfüqar Fərzəliyev,
Əməkdar incəsənət xadimi
Teymur Elçinin şeirləri xalq deyim tərzinə, tarixin sınağın-
dan çıxmış folklora bağlı, ona söykənmiş poeziyadır. Bu şeirlər-
də bahar təravəti duyulur. Oynaq ritm, sözün, hətta səsin oyunu
onu daha çox oxunaqlı, yaddaqalan edir.
Uşaq psixologiyasını, uşaqların istək və arzularını, marağını
bilmədən, yeddi rəngə bürünən göy qurşağına, narın yağışdan
sonra yarpaq üstə göz açan, muncuqlanan şeh damlasına balala-
Теймур Елчин
43
rın
gözü ilə baxmadan, yazı masasının arxasında qəlbinlə, his-
sinlə özün də bir az uşaqlaşmadan balacalar üçün böyük ədə-
biyyat yaratmaq mümkün deyil.
Aslan Kəmərli,
şair
Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatının görkəmli nü-
mayəndəsidir.Teymur Elçin yaradıcılığı bizim uşaq ədəbiyyatı-
mızı xeyli zənginləşdirmiş, onun müasir inkişaf mərhələsini bir
az da mənalı, məzmunlu etmişdir. Teymur Elçin poeziyasının
xoşagələn cəhətlərindən biri də budur ki, onun şeirləri işıqlıdır,
parlaqdır.
Həmçinin, onu da qeyd edim ki, şair bu işıqlılığı, bu aydın-
lığı insanın ecazkar qüvvəsində, onun əməyində görür. Onun
qardaş xalqlar ədəbiyyatından etdiyi tərcümələri də çox diqqə-
təlayiqdir.
Nəriman Süleymanov,
Əməkdar mədəniyyət işçisi
Ən gözəl dövlət işçilərindən biri sayılan, gözəl insan, dü-
rüst, həm mülayim, həm də sərt təbiətli insan, uşaqların ən se-
vimli şairi Teymur Elçin yüksək işgüzarlığı ilə böyük hörmət
qazanmışdı. Adamlarla qaynayıb-qarışardı, ona görə də, işləri
çox yaxşı gedərdi. Teymur Elçinin uşaq şeirlərini oxuyanlar bilir
ki, o, nə qədər sərt təbiətli, kövrək və qayğıkeş ürəkli bir insan
olub. Hər kəsi öz işinə, vəzifə borcuna
sədaqətli olmağa istiqa-
mətləndirir, qayğıkeş, hərtərəfli savad və mədəniyyətə yiyələn-
məyə səsləyirdi.
Teymur Elçin ecazkar bir uşaq şairi idi. Teymur Elçinin hər
bir uşaq şeirini təhlil edib, onun necə faydalı bir məqsədlə ya-
zıldığını duyanda o, gözümüzdə daha da böyüyür. Teymur Elçin
uşaqların ən böyük, ən uzunömürlü şairidir.
İlyas Tapdıq,
şair, tərcüməçi