Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

56 

 

“Qloballaşma  milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qarşısında olduqca 



yüksək tələblər qoyur. Bu  gün  ölkənin  rəqabətqabiliyyəti  qlobal  iqtisadiyyatda  və 

siyasətdə ən nüfuzlu konsepsiyalardan biridir, çünki o, təkcə sırf iqtisadi göstəriciləri 

əhatə  etmir,  həmçinin  mühüm  qeyri-iqtisadi  hadisələrin  iqtisadi  nəticələrini 

qiymətləndirir” 

(24. 

S.5). 


Sevindirici 

haldır 


ki, 

Azərbaycan 

qlobal 

rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan da, Gürcüstandan da öndədir. 2009-



2010-cu  illərdə  Azərbaycan  dünyada  texnoloji  hazırlıq  reytinqinə  görə 133  ölkə  

arasında  75-ci  yerə, innovasiya  reytinqinə  görə  133  ölkə  arasından 42-ci  yerə  

çıxmışdır.  Müvafiq  olaraq  2010-2011-ci  illər  üzrə  isə  ölkəmiz  texnoloji  hazırlıq  

reytinqinə  görə  139  ölkə  arasında  70-ci, innovasiya  reytinqinə görə  isə  139  ölkə  

arasında  61-ci   yerə  çıxmışdır.  

 

Cədvəl  7.   



NNOVAS YA PARAMETRLƏR  ÜZRƏ AZƏRBAYCANIN DÜNYADAKI REYT NQLƏR  

Göstəricilər 

2009-

2010 


2010-

2011 


12.  nnovasiya reytinqi

 

133/42

 

139/61

 

12.1.  nnovasiya potensialı 



133/29 

139/40 


12.2. Elmi-tədqiqat qurumlarının keyfiyyəti 

133/39 


139/77 

12.3. Tədqiqat və inkişaf üzrə firma xərcləri  

133/65 

139/88 


12.4.  Tədqiqat  və  inkişaf  üzrə  universitet-sənaye 

əməkdaşlığı 

133/55 

139/92 


12.5.Yüksək texnoloji məhsullar üzrə hökumət təminatı 

133/16 


139/36 

12.6. Elm adamları və mühəndislərin mövcudluğu 

133/49 

139/78 


12.7. Faydalı patentlər 

133/72 


139/90 

Mənbə: World Economic Forum, Global Competitiveness Report 



Qeyd: Cədvəldə göstərilən məsələn, “133/42” göstəricisi, 133 ölkə arasında 42-cı yerdə

olmaq deməkdir.

 

 



Ölkənin    rəqabətqabiliyyətliliyini    müəyyən    edən  bəzi    faktorları  qeyd    edək: 

Birincisi,  təhsilin  səviyyəsi. kincisi,  insan  kapitalının  inkişafı.Üçüncüsü,  innovasiya 




57 

 

inkişafı.Rəqabət  qabiliyyətinin  bir  hissəsi  olan  "texnologiyalar  indeksi"  innovasiya 



inkişafının  səviyyəsindən,  informasiya  və  kommunikasiya  texnologiyalarının 

inkişafından,  elmi  tədqiqatlara  və  araşdırmalara,  bu  sahədə  bizneslə  universitetlərin 

əməkdaşlığına  sərf  olunan  investisiyaların  həcminin  qiymətləndirilməsindən 

asılıdır.Dördüncüsü,  icra  keyfiyyəti.Və  nəhayət,  siyasi  iradə  və  milli  consensus 

(24.S.5). 

nnovasiya  iqtisadiyyatının  cövhəri  olan  rəqabətqabiliyyətli  texnologiyalar  öz-

özündən yaranmır. Bu, elmi tədqiqatın mürəkkəb və məsrəfli eksperimentlərindən və 

nəhayət,  alimlərin  ideya  ruhundan  qaynaqlanan  çox  çətin  başa  gələn 

məhsuludur. Yüksək brendli əmtəələrin istehsalı üçün, əlbəttə ki, xarici texnologiyanı 

əldə etmək lazımdır.  

Bundan əlavə, əgər yalnız başqalarından götürəcəyimiz texnologiyalara arxayın 

olsaq,  onda  biz texnoloji geriliyimizi  aradan  qaldırıb,  texnologiya  və  elmi  sonradan 

inkişaf etmiş ölkələrdən asılı vəziyyətə düşə bilərik. Ona görə də öz elmimizi inkişaf 

etdirmək vacibdir. Bundan ötrü biz ölkənin elmi-texniki potensialını səfərbər etməli, 

elmin inkişafının prioritet istiqamətlərində toplanmış resursları bir yerə yığmalı, onun 

nailiyyətlərini istehsala fəal tətbiq etmək üçün şərait yaratmalıyıq. 

Yeni 

elmi–texniki 



istiqamətlər–biotexnologiyalar, 

nanotexnologiyalar, 

informasiya–kommunikasiya  texnologiyaları–bütün  bu  sahələrdə  bizim  vətən  və 

transmilli  bizneslə  tərəfdaşlıq  şəraitində  konkret  nəticələrə  nail  olmaq  şansımız 

vardır. Yaxın  gələcəkdə  məhz  bu  istiqamətlərdə  bizə  minlərlə  yüksək  ixtisaslı 

mütəxəssis və diplomlu alimlər lazım olacaqdır. 

qtisadi  islahatların  aparıldığı  dövrlərdə  innovasiya  fəallığı  nəzərə  çarpacaq 

dərəcədə  aşağı  düşmüşdür.Bunun  da  əsas  səbəbi  yüksək  təhsilli  heyətin  olmaması, 

investisiya  resurslarının  məhdudluğu  və  innovasiya  infrastrukturunun  zəif  inkişaf 

etməsidir.Burada  elmlə  istehsalın,  sənaye  və  kənd  təsərrüfatının  bazarla,  istehsal 

olunan  məhsulların  rəqabət  qabiliyyətliliyinin  texnika  ilə  zəif  əlaqəsini  əlavə  etsək, 

onda  həqiqətən  görərik  ki,  innovasiya  fəallığının  yüksəldilməsi  xeyli  maneələrlə 

qarşılaşır.Mövcud  şərait  Azərbaycanın  beynəlxalq  səviyyədə  elmi–texniki 



58 

 

proseslərdən  geri  qalmaq  təhlükəsini  törədir.Texniki  və  texnoloji  cəhətdən  geri 



qalmanı  sürətləndirən  amillərdən  biri  Qərbin  inkişaf  etmiş  ölkələrinin  iqtisadi 

inkişafın  investisiyalı  tipindən  innovasiyalı  tipinə  keçididir.  Məhz  bu  səbəbdən  hal-

hazırda Azərbaycanda iqtisadi inkişafın innovasiyalı tipinə keçid zəruriləşir ki, bu da 

bir sıra amillərlə əlaqədardır. Hər şeydən əvvəl innovasiyalı məhsul istehsalçılarının 

sayını  artırmaq,  innovasiyalı  məhsul  istehlakçılarının  davranışına  üstünlük  vermək, 

innovasiyalı  məhsul  istehsalçıları  ilə  istehlakçıları  arasında  qarşılıqlı  əlaqəni 

gücləndirmək  lazımdır.  nnovasiya  prosesi  əsasında  davamlı  iqtisadi  inkişafa  nail 

olmaq  üçün  elmi  bazaya  əsaslanan  məhsulların  təklifini  irəli  sürmək,  innovasiyalı 

məhsul  istehsal  edənlərin  birbaşa  innovasiya  bazarına  sərbəst  daxil  olması 

mexanizmini  daim  təkmilləşdirmək  vacibdir.Bunun  üçün  də  innovasiyalı  bazarın 

təşkilati-hüquqi  bazasını  yaratmaq  lazımdır.Bu  da  öz  növbəsində  intellektual 

mülkiyyətçilərin  müdafiə  olunmasına  səbəb  ola  bilər.Əlbəttə    ki,  innovasiya  tipli 

inkişafa  keçid  və  mütərəqqi  struktur  dəyişikliklərinin  formalaşdırılması  məsələləri 

hazırda müəyyən tədbirlərin görülməsini tələb etsə də, qısa müddətdə onlar həll oluna 

bilməzlər.  Bu  məsələlər  yalnız  yaxın  orta  müddətli  və  uzun  müddətli  perspektivdə 

prioritet istiqamətlər kimi qoyula bilər.   

Bazar  münasibətləri  şəraitində  Azərbaycanda  elmin  inkişaf  perspektivləri  ilə 

bağlı  çətinliklər  meydana  çıxmışdır.  Bu  çətinliklər  sırasına  elmin  inkişafına  xidmət 

edən qanunvericilik bazasının olmamağını, elmin maliyyələşməsi, elmi kadrların təbii 

yaş hədlərinin artması, elm və pedaqoji fəaliyyətin nüfuzunun kəskin aşağı düşməsini 

və s. problemləri daxil etmək olar. Bu gün elmin maliyyələşməsi ən ciddi problemlər 

sırasında  durmaqla  ölkənin  elmi  potensialının  qorunub  saxlanılmasında  mühüm 

əhəmiyyət  daşıyır.  Bu,  problem  həmçinin  Azərbaycanın  inkişaf  etmiş  ölkə  kimi 

dünya  arenasına  çıxmasını  çətinləşdirir.  Bu  gün,  Azərbaycan  inkişaf  etməkdə  olan 

ölkələr  sırasında  durur,  lakin,  müasir  bazar  iqtisadiyyatı,  qlobal  informasiya 

məkanına  uyğunlaşma  şəraitində  bu  inkişafın  davamlı  olması  elmi  potensialın  da 

inkişafını  tələb  edir.  Çünki,  elmin  inkişafı  hər  şeydən  əvvəl  ümumi  milli  məhsulun 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə