Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

Azərbaycanın  milli  maraqları  bütövlükdə  elmi–texniki  strategiyanın  mühüm 



tərkib  hissəsi  olan,  yeni  iqtisadi  və  sosial-iqtisadi  reallıqlara  cavab  verən,  istehsalın 

modernləşdirilməsi üçün irimiqyaslı kapital axınını təmin edən innovasiya siyasətinin 

formalaşması  və  həyata  keçirilməsi  üzrə  qəti  tədbirlər  tələb  edir.  “Bizim  fəaliyyət 

xəttimiz təkcə bir siyasi–iqtisadi strukturdan digərinə keçid istəyinin rəmzi olmayıb, 

həm  də  moderndən  postmodernə,  sənaye  dünyasından  postsənaye  dünyasına 

transformasiya  arzusunun  təcəssümü  idi.  Şübhəsiz,  zəruri  inkişaf  nöqtəsinə  çatmaq 

üçün biz hələ çox iş görməliyik: inkişaf vektorunu təkmilləşdirmək, iqtisadiyyatı neft 

ixracından  asılılıqdan  azad  etmək  və  biliklər  iqtisadiyyatının,  elm  tutumlu 

istehsalatların, yüksək texnologiya və innovasiyalar sahəsinin yaradılmasına keçmək 

lazımdır” (5.  I  Fəsil  ).Bundan  çıxış  edərək,  öndə  olmaq  və  qarşıda  qoyulan 

məqsədlərə  nail  olmaq  üçün  yeganə  üsul  innovativ  mexanizmlərdən  istifadə  etməyi 

öyrənmək,  energetika,  biotexnologiyalar,  nanotexnologiyalar  və  istehsalın  elmi 

əsaslarla  fəaliyyət  göstərən  digər  sektorlarına  aid  biliklərə  əsaslanan  tamamilə  yeni 

sahələri  işə  salmaqdır.  nnovativ  texnologiyalar  əmək  məhsuldarlığının  və 

iqtisadiyyatın ayrı–ayrı  sahələrinin inkişafının ən mühüm mənbəyidir. 

“Müxtəlif  ölkələrin  tarixinə,  keçmişinə,  təcrübəsinə  nəzər  salaraq  görürük  ki, 

ölkənin  inkişafını,  potensialını  elmin  inkişafı  müəyyən  edir.  nkişaf  etmiş  ölkələrin 

təcrübəsinə nəzər salsaq, onu da görəcəyik ki, nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət 

yox, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən və 

təmin edir, ölkəni inkişaf etmiş ölkəyə çevirir”.(19). Cəmiyyətimizin sürətli və sabit 

inkişafından  doğan  müvəffəqiyyətlər,  müasir  tarixin  və  zamanın  tələbləri  bizi  artıq 

innovasion  ictimai  sistem,  innovasion  (proqressiv)  iqtisadiyyat,  nümunəvi  və 

mütərəqqi  mənəvi  həyat  barədə  daha  dərindən  düşünməyə  və  əməli  işlər  görməyə 

vadar edir. Cəmiyyətin və dövlətin innovasiyalara olan kütləvi və kəskin tələbatı bu 

gün bir fakt olaraq qalmaqdadır. Bu tələbat çoxşaxəli və çoxsəviyyəlidir.  nnovasion 

tələbat  yeni  iqtisadi  üsul  və  formalardan  tutmuş  yeni  sosial  təşkilatlanma  və 

idarəetmə məsələlərinə qədər problemləri əhatə edir. Biz bir tərəfdən, qabaqcıl elmi-

texniki  və  texnoloji  nailiyyətləri  mənimsəməli,  müvafiq  iqtisadi,  təsərrüfat  sistemi 




48 

 

daxilində bu nailiyyətlərdən səmərəli istifadə etməli, digər tərəfdən, fərdi və kollektiv 



yaradıcılığa,  daha  yüksək  birgə  yaşayış  və  birgə  fəaliyyət  mədəniyyətinə  yol  açan 

sosial-siyasi,  hüquqi  norma  və  prinsiplər  əsasında  təşkilatlanıb  tənzimlənən  ictimai 

mühit  yaratmalıyıq.  Burada  bir    məsələni    diqqətinizə    çatdırmaq  istərdim:  Dünya  

ölkələrinin  təcrübəsi  göstərir  ki,  həqiqi  innovasion  tələbat  o  vaxt  etibarlı  surətdə 

ödənilir  ki,  yeniləşmə  istəyində  olan  cəmiyyətdə  pozitiv  mahiyyətli  mənəvi  (ruhi) 

çevriliş  baş  verir,  iqtisadiyyat,  idarəetmə,  siyasi  və  bütövlükdə  ictimai  həyat  elmi 

biliklərə,  intellektual  resurslara  arxalanmaqla  qurulur,  fəalliyət  göstərir.  Əlbəttə    ki, 

bu  zaman  qabaqcıl  ölkələrin  təcrübələrindən  istifadə  etmək  lazımdır (məs.: ABŞ, 

Yaponiya, Sinqapur,  srail  və  s.). Qeyd  etdiyim   ölkələrin  elmi–texniki  siyasətinin  

təhlili  göstərir ki, elm, istehsal  və  sosial  həyatın  qarşılıqlı  əlaqəsi  bu  ölkələrin  

dövlət  siyasətinin  başlıca  vəzifəsidir. Həm də  bu yeni tipli iqtisadiyyatın–innovativ  

iqtisadiyyatın  mahiyyətini  təşkil  edir.  nnovasion iqtisadiyyat dedikdə, yalnız elmin 

nailiyyətlərini  öz  inkişafında  istifadə  edən  iqtisadiyyat  nəzərdə  tutulmur.  Bu,  elə 

iqtisadiyyatdır  ki,  burada  intellektual  kapital  istehsal  sisteminin,  korporasiya  və 

şirkətlərin,  müəssisə  və  firmaların  dəyərinin  əsas  hissəsini  təşkil  edir.  nnovasion 

iqtisadiyyatda  məhz  elmi  biliklərə,  intellektual  kapitala  həssas  münasibət  və  qayğı 

milli daxili məhsulun əsas artımını təmin edir. 

Amerika  iqtisadçısı  R.Solou öz araşdırmalarında sübut edib ki, ABŞ-da iqtisadi 

artımın ən azı 50%-i   ənənəvi faktorlardan olan əmək və kapitalın böyüməsi hesabına 

yox,  elmi–texniki–tərəqqinin  nailiyyətləri  sayəsində  təmin  edilib  (o,  öz  

araşdırmalarını  XXI əsrin I yarısı  üçün  aparmışdır) . Bu gün artıq heç kim şübhə 

etmir  ki,  cəmiyyətin  bütün  həyat  sahələrinin  inkişafı  birbaşa  innovasion 

texnologiyaların inkişafından asılıdır və bu bağlılıq durmadan artmaqdadır. Qabaqcıl 

ölkələr  innovasion  silsilələri  yaşamaqdadır.  Belə  olduqda  intellektual  istehsala  və 

intellektual kapitala günbəgün artan diqqət də dərkolunandır.  nnovasion silsilələr, bir 

qayda  olaraq,  fundamental  elmin  hesabına  yaranır.  Son  30-35  ilin  təcrübəsi  buna 

əyani  sübutdur.  Fundamental  kəşf  innovasion  tsiklin  başlanğıc  mərhələsidir. 

Fundamental  tədqiqatların  və  konstruktor–layihələşdirmə  işlərinin  yüksək  riskli 




49 

 

olmasını nəzərə aldıqda aydın olur ki, dövlət bu sahədə əsas sponsor kimi qalmalıdır. 



O  da  məlumdur  ki,  dövlət  etdiyi  qoyuluşun  müqabilində  kifayət  qədər  yüksək  gəlir 

götürür (əgər korrupsiya və rüşvətxorluğa yol verilmirsə). Məsələn, ABŞ-da bu gəlir 

30 faizdən 80 faizə qədər təşkil edir. “Aparıcı ölkələrdə hökumət müasir proqressiv 

iqtisadiyyatın  "vizit  vəsiqəsi"  sayılan  və  əsasən  universitetlər  nəzdində  fəaliyyət 

göstərən  "elmi  parklar"ın  maliyyələşməsini,  demək  olar  ki,  bütövlükdə  öz  üzərinə 

götürür.  Nəticədə  həm  elm  və  innovasion  istehsal,  həm  də  dövlətin    özü  böyük 

dividentlər  əldə  edir.  Təsadüfi  deyildir  ki,  elmi  parklar  və  texnopolislər  müasir 

Yaponiyanın  "iqtisadi  möcüzə"sinin  əsası  sayılır.  Qabaqcıl  ölkələrdə,  bir  qayda 

olaraq,  dövlət  bankları,  fondlar  və  şirkətlər  elm  tutumlu  məhsul  istehsal  edən 

firmalara güzəştli faizlərlə uzunmüddətli kreditlər ayırır, torpaq və əmlakdan, bina və 

qurğulardan  istifadədə  güzəştli  rejimlər  yaradırlar.  Hökumət  və  yerli  hakimiyyət 

orqanları tərəfindən yeni ideya və ixtiralara həssaslıqla yanaşılır, onların "inkubasion 

dövrü"nə  xüsusi  diqqət  yetirilir  -  nəzərə  alınır  ki,  hər  bir  yeni  ideya,  kəşf  və  ixtira, 

körpə uşaq kimi birdən-birə ayaq üstə durmur və ona görə də xüsusi qayğıya, səriştəli 

münasibətə ehtiyaclıdır”(20  S. 5). 

Azərbaycanın  innovasiya  sisteminin  yaradılmasını  və  innovasiya  fəaliyyətinin 

genişləndirilməsini şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir: 

-

 iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi,  yeni  texnologiyalar  sahəsində 



imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsi; 

-

 elmi-texniki və innovasiya sferalarında dövlət siyasətinin aparılması; 



-

 elmi nəticələrin ənənəvi inzibati-amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz 

edilməsinin labüdlüyü; 

-

 ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslıkadrlar 



üçün iş yerlərinin yaradılması zərurəti; 

-

 elm tutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsi (1, səh.105). 



Azərbaycan  Respublikasının  innovasiyalı    inkişafı  əsaslı  surətdə  aşağıdakı 

amillərdən asılıdır:  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə