Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

43 

 

Cədvəl 3. 



Elmi- tədqiqat sektorunun resurs təminatı 

 

Tədqiqat



çılarin 

sayi.min 

nəfər 

Tədqiqatçıl



arin 

sayi.mln.nəf

ərə 

Elmi-


tədqiqata 

məsrəflər.

mld 

Dollar 


Elmi-

tədqiqata 

məsrəflər.

ÜDM-ə%-


lə 1999 

Elmi-


tədqiqata 

məsrəflər. 

ÜDM-ə%-lə 

2009 


ABŞ 

1260 


4374 

398,2 


2,64 

2,78 


Çin 

811 


634 

120,6 


0,76 

1,7 


Yaponiya  647 

5085 


148,7 

3,02 


3,33 

AFR 


265 

3210 


84,0 

2,4 


2,78 

Rusiya 


492 

3415 


33,7 

1,0 


1,24 

 

mənbə:The Qlobal  nnovation Report 2012.UNESCO.elektron resurs 



Yəqin ki, cədvəl göstəricilərinin ətraflı şərhinə ehtiyac yoxdur, çünki göstəricilər 

öz-özlüyündə bır çox məsələləri izah edir. Ancaq  elmi–tədqiqatın proqram–məqsədli 

təşkilinin  səmərəliliyini  daha  dürüst  təsəvvür  etmək  üçün  digər  göstəricilərə  istinad 

etmək olar. 

 

 

 



 

 

 



 

 

 



 

 



44 

 

Cədvəl 4. 



Elmi- tədqiqat sektoruna məsrəflərin strukturu. 

 

Dövlət.məcm



u  xərclərdə 

payı.%-lə 

Sahibkarlıq 

sektoru. 

məcmu 

xərclərdə 



payı.%-lə 

Ali 


təhsil. 

məcmu 


xərclərdə 

payı.%-lə 

Xüsusi  qeyri-

sahibkarlıq 

sektoru. 

məcmu 


xərclərdə 

payı.%-lə 

ABŞ 

10,6 


72,6 

12,8 


Yaponiya 

8,3 

78,5 


11,6 

1.6 


Çin 

18,3 


73,3 

18,5 


Fransa 


14,5 

68,2 


17,3 

Rusiya 



30,3 

62,4 


7,1 

mənbə:The Qlobal  nnovation Report 2012.UNESCO.elektron resurs 



Cədvəldə  göstərilən  ölkələrin  iqtisadi  inkişaf  və  iqtisadi  dinamika    səviyyələri 

arasındakı  fərqlər–məsələn,  ABŞ,  Çin  və  Rusiya  arasındakı  fərqlər  yetərincə 

məlumdur.  Bu  baxımdan    elmi–tədqiqatın  proqram–məqsədli  təşkilinin  səmərəliliyi 

bir daha aşkarlanır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


45 

 

II  FƏS L.  AZƏRBAYCANDA  M LL   NNOVAS YA  S STEM N N 



FORMALAŞMASININ MÜAS R VƏZ YYƏT  

 

   2.1 Azərbaycanda elmi - texnoloji inkişafın mövcud durumu 

 

nnovasiya  fəaliyyətinin  vəziyyəti  hər  bir  dövlətdə  cəmiyyətin  və  onun 



iqtisadiyyatının  çox  mühüm  inkişaf  indikatorudur.  Sosial–iqtisadi  məqsədlərə  nail 

olmaq  üçün  innovasiyaların  aktuallığı  nəzərə  alınaraq,  innovasiya  və  investisiya 

fəaliyyətinin  fəallaşdırılması  Azərbaycan  Respublikasının  prioritet  məsələləri  kimi 

müəyyən  edilmişdir.  Bu  baxımdan  hal-hazırda  respublikanın  ən  mühüm  sosial-

iqtisadi  vəzifəsi  istehsalatda  elmi  tədqiqatların  tətbiqinin  səmərəliliyinin 

yüksəldilməsidir.  Ölkəmiz  liberal  bazar  iqtisadiyyatının  elmi  əsaslarına  və 

prinsiplərinə  söykənən  çevik  iqtisadi  siyasət  sayəsində  inkişafın  keyfiyyətcə  yeni 

mərhələsinə qədəm qoymuşdur. Azərbaycanda 2012-ci ildə iqtisadi artım  qeyri-neft 

sektorunun  inkişafının  sürətləndirilməsində,  iqtisadiyyatın  diversifikasiyasında, 

sahibkarlığın  və  regionların  inkişafında,  əhalinin  rifah  halının  yüksəlişində  əldə 

edilmişdir. 2012-ci  ildə  ÜDM–un  real  artım  tempi  2,2%   təşkil  etmiş  və  cari  

qiymətlərdə  54  mlrd.  manat  olmuşdur. Adambaşına düşən ÜDM–un  həcmi 5884,5 

manat    (7490,5    ABŞ  dolları)    təşkil    etmişdir.  Neft–qaz    sektorunda    əvvəlki    ilə  

nisbətən  5,0%  azalma  qeydə  alınmış, bu  sektorun  ÜDM–da  xüsusi  çəkisi  47,3%  

təşkil    etmişdir  (2011-də  51,2%).  2012–ci  ildə  qeyri–neft  sahələrinin  inkişaf  

dinamikası  bu  sahənin  9,7%  artması  ilə  nəticələnmişdir. Əvvəlki  illə  müqayisədə  

rabitə  sahəsi  15,9%, nəqliyyat  sahəsi  5%, tikinti  sahəsi  18%,  kənd  təsərrüfatı  

5,8%,  ticarət  sahəsi  9,6%  artmışdır.  2012-ci  ildə  ölkədə  iqtisadiyyatın  və  sosial 

sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15338.5 mln. manat və ya ötən 

ilin müvafiq dövründə olduğundan 18% çox əsas kapitala investisiya yönəldilmişdir. 

Əsas  kapitala  qoyulmuş  vəsaitin  78.8%-ni  daxili  investisiyalar,  21.2%-ni  isə  xarici 

investisiyalar  təşkil  etmişdir.  2012-ci  ildə  əsas  kapitala  yönəldilmiş  ümumi 

investisiyaların 11690.5 milyon manatı (76.2%-i) qeyri–neft bölməsinin, 3648 milyon 



46 

 

manatı  (23.8%-i)  isə  neft  bölməsinin  inkişafında  istifadə  edilmişdir.2012-ci  ilin  1 



dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 

1 dekabr tarixinə nisbətən 22.1% artaraq 11721.3 mln. manat təşkil etmişdir (2011-ci 

ilin 

dekabr 


ayının 

1-nə 


kredit 

qoyuluşlarının 

artımı 

7.9% 


olmuşdur)(mənbə:www.stat.gov.az  Azərbaycan  Dövlət  Statstika  Komitəsinin  rəsmi  

göstəriciləri əsasında müəyyən edilmişdir.). 

Azərbaycanın 

dünya 


iqtisadiyyatına 

inteqrasiyası 

kontekstində 

ölkə  


iqtisadiyyatının  innovasiyalı və rəqabətqabiliyyətli olması problemi dünya bazarı və 

qloballaşma  prosesi  meyarlarını  anlamaq  və  uyğunlaşdırmaq  zərurətini  vurğulayır. 

Belə  ki,  müasir  dünya  üçün  beynəlxalq  innovasiya  şəbəkələrinin  formalaşması, 

müxtəlif  ölkə  və  korporasiyaların  birgə  elmi-texniki  tədqiqat  və  təkmilləşdirmələri 

xarakterikdir.  “Qlobal  dünyada  ən  yeni  texnologiyaları  mənimsəyən,  insanın 

hərtərəfli  inkişafına  sərmayə  qoyan  millətlər  rəqabətə  daha  davamlı  olacaqlar. 

Millətin  modernləşməsi,  onun  rəqabət  potensialının  artırılması  zamanın 

qarşısıalınmaz  tələbidir.  Əgər  biz  müasir  tarixin  artan  tələblərinə  cavab  vermək, 

Azərbaycanın  daha  da  çiçəklənməsinə  nail  olmaq  istəyiriksə,  bu  tələblə 

hesablaşmalıyıq” (5.  I Fəsil ). 

Məlumdur  ki,  ölkəmiz  bir  çox  sahələrdə  rəqabətqabiliyyətli  məhsul  istehsalı 

potensialına  malikdir.  Ancaq  ayrı-ayrı  texnoloji  nailiyyətlər  əsas  olanı  əvəz  etmir: 

Azərbaycanda  yeni  iqtisadiyyat  yaranır,  onun  əsasında  yüksək  rəqabətqabiliyyətli 

iqtisadiyyata, innovasiyalara, müdrik dövlət idarəçiliyinə, biznes, elm, hakimiyyət və 

cəmiyyət  arasında  sıx  əlaqələrin  formalaşdırılmasına  arxalanan  innovasiya  inkişaf 

modeli durur. Əlbəttə ki,  innovasiya  yönümlü  iqtisadi  inkişaf  modelində  sahələrin   

inkişafı  və  sahələrarası  əlaqələrin  formalaşması  mühüm  əhəmiyyətə  malikdir. Bu  

baxımdan  ölkəmizdə  texnoloji  mərkəzlərin  yaradılması  müsbət  nəticə  verə  bilər. 

Bu    tip  elm  və  təhsil  strukturlarının  yaradılması  (məs.:  Sumqayıt  texnoparkı)    və  

elmi-texniki  fəaliyyətinin  inkişafı  kiçik  innovasiya  müəssisələrinin  təsisi  və 

inkişafını,  elmi-tədqiqat  və  təcrübi–konstruktor  işlərinin  kommersiyalaşdırılması  və 

sənayeyə tətbiqini təmin edir.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə