Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

53 

 

ibarətdir.  XXI  əsrdə  o  ölkə  lider  olacaqdır  ki,  innovasiyaları  həyata  keçirir  və  özəl 



sektorda yeni ideyaların istehsalını daha səmərəli dəstəkləyir(18. I fəsil ). 

  Sürətlə  dəyişən  dünyada  üstünlük  təhsil  sistemini  inkişaf  etdirə  bilən,  əsas 

daşıyıcısı  gənclər  olan  innovativ  potensialından  səmərəli  istifadə  etməyi  bacaran 

dövlətlərdə olacaqdır. Bununla bağlı Prezident  lham Əliyev qeyd edir ki, “gələcək, 

əlbəttə, yalnız biliklərlə bağlı olacaqdır. Gələcəkdə o ölkələr üstünlük qazanacaq ki, 

orada elmi–texniki tərəqqi, texnoloji yeniliklər vardır. Biz bu ölkələrin sırasına daxil 

olmağa  çalışmalıyıq.  Bu  mümkündür…(22).  nnovativ    iqtisadiyyatda    ən    mühüm  

amil  məhz  insan  kapitalının  inkişafıdır. Bunun  üçün  isə  ölkədə  elm  və   təhsil  

sisteminin  üstün  inkişafına  nail  olmaq  lazımdır. Qeyd  etmək  lazımdır  ki, XXI 

əsrdə  Azərbaycanda  təhsilin  missiyası  məhz  ölkənin  modernləşməsi  və  onun 

beynəlxalq  rəqabət qabiliyyətinin  artırılması üçün  zəruri  insan  kapitalı  yaratmaqdan 

ibarətdir.  Bu,  həll  edilməli  ən  vacib  məsələdir.  Təhsil    və    elmin    inkişafının  milli 

strategiyası  məhz  müasir  kompetensiyalara  yiyələnmiş,  yüksək  keyfiyyətli  menecer 

və müəllim hazırlığına nail olmaq hesabına qabaqcıl texnologiyalara əsaslanan təhsil 

infrastrukturu formalaşdırılmasına istiqamətlənmişdir. 

Yaradıcılıq  resursları  yeni,  son  dərəcə  qiymətli  əlavə  dəyər  generasiya  edir, 

iqtisadi artımın və sosial inkişafın mühüm amilinə çevrilir. Elmi ədəbiyyatda kreativ 

iqtisadiyyat  yaradıcı  sektor  iqtisadiyyatı  kimi  nəzərdən  keçirilir.  O,  elmi  tədqiqat, 

istehsalat,  sahibkarlıq,  incəsənət,  dizayn  və  s.  sahələrdə  innovasiya  və  yeni 

yanaşmaların  əsas  hərəkətverici  qüvvəsi  sayılan  kreativ  zümrənin  yüksək  xüsusi 

çəkisinə söykənir, çünki iqtisadi və sosial məsələlərin həllini tapmağa, humanitar və 

yaradıcılıq resurslarını cəlb etməyə imkan verir.  nnovativ iqtisadiyyatda işçi qüvvəsi 

üçün əsas tələblərdən biri kreativ iqtisadiyyatın formalaşmasında mühüm rol oynayan 

yüksək  peşəkar  hazırlıq  səviyyəsidir.  Kreativ  sektorun  payının  artmasına  şərait 

yaradan  mühüm  şərtlərdən  biri  yaradıcı  şəxsiyyətlərə  yeni  ideyalar  irəli  sürməyə 

imkan verən açıq, yaradıcı mühitin olmasıdır. (18. I fəsil ).  Tədqiqatçılar innovativ  

iqtisadiyyatın inkişafına təsir göstərən aşağıdakı amilləri müəyyənləşdirmişlər: tələb, 

istehsal olunan məhsulun çoxçeşidliliyi, istehlakçıların gəlirlərinin səviyyəsi, təhsilin, 




54 

 

elmi  araşdırmaların  səviyyəsi,  biliklərin  səmərəli  tətbiqi  üçün  zəruri  infrastruktur 



yaratmaq  bacarığı,  müvafiq  vərdişlərin  olması,  ictimai  sektorun  inkişaf  səviyyəsi, 

ictimai  və  dövlət  təsisatlarının  münasibəti,  intellektual  kapital,  iri  kommersiya 

qurumlarının,  innovativ  ali  məktəblərin  mövcudluğu.    Ali    təhsil    müəssisələri  

təhsilin  inkişafının  hərəkətverici qüvvəsidir. Bu, intellektual  kapitalın  artırılması, 

innovasiyalarla və  yeni   texnologiyalarla sıx bağlıdır.  Məs:  sraildə  əhalinin   45%-i  

universitetlərdə  təhsil  almışdır. Bu  dünyada  ən  yüksək  göstəricidir.  Tayvanda  isə  

orta    məktəbləri  bitirən  şagirdlərin  30%-i  universitet  kolleclərində  təhsil  alır. 

Beləliklə, insan  kapitalı  innovasiyalı iqtisadiyyatın inkişafında həlledicirol  oynayır. 

nsan  kapitalına  yönəldilmiş  investisiyalar  iqtisadiyyatın  dayanıqlı  dinamik  

inkişafında      mühüm    rol    oynayır.  srailin  innovativ  iqtisadi  inkişafına  diqqət  

yetirsək  görərik  ki, 60  ildə  ölkə  iqtisadiyyatının  inkişafı 50 dəfə artmışdır. Deməli  

dövlətin  innovasiyalar  əsaslanan  makroiqtisadi    siyasəti  ölkə  iqtisadiyyatının  sürətli  

inkişafına səbəb olur.Beləliklə, innovativ təhsil sisteminin yaradılması, təhsil sistemi, 

elm  və  yüksək  texnologiyalı  istehsalat  arasında  səmərəli  qarşılıqlı  əlaqənin 

tənzimlənməsi  rəqabət  qabiliyyətli  iqtisadiyyata  nail  olmağın  zəruri  və  mühüm 

əsasıdır.Təsadüfi 

deyildir 

ki, 


prof.D.Ə.Vəliyev 

innovasiya 

prosesinin 

milliiqtisadiyyata müsbət təsir göstərə bilməsinin mühüm şərtlərindən biri kimi elmi–

tədqiqat  müəssisələri  və  universitetlər  ilə  sahibkarlar  arasında  qarşılıqlı    əlaqələrin 

yaradılmasını  və  inkişaf  etdirilməsini  qeyd  edir.  Alim  busahədə  dövlətin  vəzifələri 

sırasına  innovasiya  sisteminin  gücləndirilməsini,innovasiya  üçün  zəruri  şəraitin 

yaradılmasını,  yeni  texnologiyanın  yayılmasını,  şəbəkələşmə  və  təmərküzləşmənin 

tətbiqini daxil edir(23. s.52-53). 

Ölkəmizdə  elm  və  təhsilə  ayrılan  vəsaitlərin  strukturuna  diqqət  yetirək: 



 

 

 

 

Cədvəl  6.  

Dövlət büdcəsindən elmə çəkilən xərclə


55 

 

 



 

 

 



 

 

 



  

2000  2005  2008  2009  2010  2011 

2012 

 

2013 

 

Dövlə

büdcəsindən  elmə 

çəkilə

xərclər, 

milyon manat 

9.3 

28.8 

62.1 

83.3 

92.8 

106.1 

 

 

116,7 

 

 

 

117,0 

ümumi 


daxili 

məhsula  nisbətən, 

faizlə 

0.2 


0.2 

0.2 


0.2 

0.2 


0.2 

0,2 


 

 

0,2 



dövlət  büdcəsinin 

xərclərinə  nisbətən, 

faizlə 

1.2 


1.3 

0.6 


0.8 

0.8 


0.7 

0,7 


 

 

0,6 



Mənbə

www.stat.gov.az 

 

 

 

 

 

 

Uğurlu  innovasiya  fərqli  düşünmək  və  fərqli  fəaliyyətlə  gərçəkləşir.  Bu  gün 

Azərbaycan  elminin  qarşısında  duran  strateji  hədəflərə  çatmaq  üçün  biliklər 

iqtisadiyyatı  haqqında  çox  danışılır.  Artıq  dünyanın  inkişaf  etmiş  ölkələrində  belə  

fikir  formalaşıb  ki,  “biliklər  iqtisadiyyatının  əsası  innovasiyadır”.  Bu  fikri 

əsaslandırmaq  üçün  Finlandiya  örnəyinə  müraciət  edə  bilərik.  Belə  ki,  ötən  əsrin 

sonuncu  onilliyindən  başlayaraq  bu  ölkədə  elmin,  innovasiyaların  və  təhsilin 

maliyyələşdirilməsinə  böyük  vəsaitlər  ayrılmışdır. XXI  əsrin  ilk  illərindən  isə  bu 

ölkədə  elmə,  innovasiyalara  və  təhsilə  ayrılan  vəsaitlər  ÜDM-ın  3,5  faizini  təşkil 

edərək 5 milyard avroya çatmış, təhsilə ayrılan vəsaitlər isə ÜDM-ın 4,9 faizini təşkil 

etmiş,  yaxud  7,4  milyard  avroolmuşdur. Nəticədə,  Finlandiya  bir  neçə  ildir  ki 

rəqabətqabiliyyətlilik  indeksi  üzrə  dünyanın  ən  qabaqcıl  ölkələri  sırasında 

möhkəmlənmişdir.  Finlərin  uğurunun  əsasında  üç  düstur  durur:  təhsilin  yüksək 

səviyyəsi,  elmə  vəsaitin  müsabiqə prinsipi  ilə  ayrılması  və  inkişaf  etmiş  innovasiya 

infrastrukturu. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə