Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   2   3   4   5   6   7   8   9   ...   29

 

məhsulların sayında 3 dəfə çoxdur. Ixrac edilən məhsulların 95%-ə yaxını xam neft, 



təbii qaz, neft məhsulları, az sayda kənd təsərrüfatı məhsulları təşkil edir. Ölkəmizdə 

sənaye  sahələrinin  mövcud  texniki-texnoloji  durumu  yüksək  keyfiyyətli  məhsul 

istehsal  etməyə  imkan  vermir.  Hələ  ki,  beynəlxalq  standartlar  emal  sənayesi 

müəssisələrində özünə tam yer tapa bilmir. 

Azərbaycanın  iqtisadi  inkişafının  müasir  mərhələsində  innovasiya  fəaliyyətini 

həyata  keçirən  və  ya  həvəsləndirən  amillərdən  biri  investisiya  təminatıdır.  Bununla 

əlaqədar  bazar  iqtisadiyyatlı  ölkələrin  iş  təcrübəsinin  öyrənilib  milli  iqtisadiyyatın 

xüsusiyyətlərini nəzərə almaqla iqtisadi fəaliyyət sahələrində tətbiqi vacibdir. 

Bütün  bu  faktlar  respublikamızda  Milli  nnovasiya  Sisteminin  (M S) 

formalaşması  və  inkişafını,  bütün  iqtisadi  fəaliyyət  sahələrində  sistemli  şəkildə 

nəzəri-metodoloji  və  əməli  səpkidə  əlavə  tədqiqini,  elmi  cəhətdən  əsaslandırılmış 

tövsiyələrin işlənib hazırlanmasını təkidlə tələb edir. 

Azərbaycanın inkişaf etmiş ölkələrdən elmi-texniki geriliyini aradan qaldırmaq 

və onun tam tərəfdaş kimi qlobal innovasiya mühitinə daxil olması milli innovasiya 

sisteminin tezliklə formalaşmasından çox asılıdır. Bununla əlaqədar müvafiq inkişaf 

proqramını  işlənilməsi  bir  çox  problemlərin  konstruktiv  həllini,  idarəetmə 

qərarlarının  qəbul  edilməsi  üçün  zəruri  olan  təsirli,  səmərəli  innovasiya  sistemi 

nəzəriyyəsinin  işlənilməsinin  vacibliyini  ön  plana  çəkir.  Ölkə  iqtisadiyyatının 

innovasiya  inkişafı  xəttinin  düzgün  müəyyənləşməsi  həm  də  innovasiya  inkişafının 

xarici  təcrübələrinin  çox  ətraflı  öyrənilməsini,  bu  təcrübələrin  Azərbaycan 

Respublikasında  tətbiqi  imkanlarının  araşdırılmasını  tələb  edir.  Ümumiyyətlə, 

iqtisadiyyatın  davamlı  və  dinamik  inkişafı  innovasiya  proseslərinin  effektivliyindən 

birbaşa asılıdır və bu proseslərin effektivliyi isə məqsədyönlü idarəetməni tələb edir. 

Belə  bir  idarəetmə  isə  ayrı-ayrı  innovasiya  yönümlü  tədbirlərin,  makro  və  mikro 

səviyyədə  hazırlanan  və  reallaşdırılan  innovasiya  siyasətinin  ən  müxtəlif 

komponentlərinin  uzlaşdırılmasını,  birbirini  tamamlamasını,  bir  sözlə,  sistemli 

yanaşmanı  zərurətə  çevirir.  Buna  görə  dı  Milli  nnovasiya  Sisteminin  (M S) 

formalaşması  innovasiya  inkişafının  ən  zəruri  mexanizmi  hesab  edilməlidir  və  bu 




 

zərurət  M S-lərin  çevik  formalaşması  üçün  ən  müxtəlif  səviyyələrdə  müvafiq 



tədqiqatların aparılmasını tələb edir. Buna görə də dissertasıyanın mövzusu aktualdır. 

Mövzunun  öyrənilmə  səviyyəsi.Innovasiya  inkişafı,  milli  innovasiya 

sistemlərnin  formalaşması  məsələləri  və  innovasiya  inkişafının  xarici  təcrübələri 

Y.Şumpeter,  B.Tviss,  F.Aqion,  P.Xeovut,  D.Bell,  Y.B.Lençuk,  S.M.Valdaydev, 

S.Y.Qlazyev,  L.N.Vasilyeva,  Y.A.Muravyova,  N.D.Kondratyev,  N.Nelson, 

V. .Kuşlin,  A.A.Dınkin,  N. . manova,  A.A.Akimov,  V.Mau,  V.O.Kolosov, 

P.K.Kuçeba,  N.Y.Pavlyuk,  V.D.Parxomenko,  .G.Mantrusov,  Y.N.Şeremetyeva, 

Y.V.Ovsiyenko, V.N.Perexodov, V.J.Kelle və s. kimi alimlər tərəfindən araşdırılıb. 

Suverenlik  illərində  Azərbaycanın  sosial-iqtisadi  inkişafı  və  innovasiya 

prosesləri  problemləri  akademik  R.Ə.Mehdiyevin,Ə.C.Muradovun,  Ş.H.Hacıyevin  , 

A.A.Nadirovun,  Z.Ə.Səmədzadənin  ,  M.Əhmədovun,  X.Kazımlının,  Ə.Əlirzayevin, 

T.Quliyevin,  .H.Alıyevin,  T.Ə.Hüseynovun,  H.B.Allahverdiyevin,  A.B.Abbasovun, 

R.P.Sultanovanın,  S.V.Salahovun,  R.A.Balayevin,  A.Hüseynovun  və  başqalarının 

əsərlərində  lazımi  səviyyədə  tədqiq  edilmişdir.  Z.M.Nəcəfovun,  F.H.Qasımovun, 

T.N.Əliyevin  tədqiqatları  M S-lərin  formalaşmasının  daha  kankret  istiqamətlərini 

əhatə  edir,  ancaq  bütövlükdə  innovasiya  problemlərinin  də,  ayrıca  M S-lərin 

formalaşması məsələlərinin yeni tədqiqlərinə ehtiyac var. 

Dissertasiya  işinin  məqsəd  və  vəzifələri.  Tədqiqatın  çəqsədi  innovasiya 

inkişafının  və  M S–lərin  formalaşmasının  əsas  xəttlərini  müəyyənləşdirməkdir.  Bu 

məqsədə 

nail 


olmaq 

üçün 


araşdırmanın 

vəzifələri 

aşağıdakı 

kimi 


müəyyənləşdirilmişdir: 

   nnovasiya  anlayışı  və  innovasiya  inkişafına  aid  nəzəri  baxışların  təhlilini 



aparmaq və bu təhlillərlə innovasiya inkişafının nəzəri əsaslarını araşdırmaq; 

 M S-in  nəzəri  əsaslarını  öyrənmək,  M S-lərin  iqtisadi  inkişafdakı  rolunu 



aydınlaşdırmaq; 

  Azərbaycan Respublikasında innovasiya inkişafı vəziyyətini dəyərləndirmək; 



  Azərbaycan  Respublikasında  innovasiya  inkişafına  dövlət  dəstəyi 

səviyyəsində dəyərləndirmək; 



 



  M S-lərin  formalaşması  və  effektivliyi  üçün  zəruri  olan  makro  iqtisadi 

tədbirlər dəstini müəyyənləşdirmək; 

  Korporativ sektorun innovasiya inkişafındakı rolunu açıqlamaq və korporativ 



innovasiya inkişafı sistemlərinin formalaşmasının əsas istiqamətlərini aşkarlamaq; 

   nnovasiya inkişafının xarici təcrübələrinin Azərbaycan Respublikasında ttbiqi 



imkanlarını araşdırılması. 

Dissertasiyanın  obyekti  və  predmeti.  Araşdırma  obyekti  milli  innovasiya 

sistemləridir. 



Tədqiqat  işinin  predmeti.  Azərbaycan  Respublikasında  milli  innovasiya 

sistemlərinin formalaşması üzrə nəzəri metodoloji və əməli aspektləridir. 



Dissertasiya  işinin  nəzəri  metodoloji  əsaslarını  Azərbaycan  Respublikası 

Prezidentinin  problemlə  bağlı  fərman  və  sərəncamları,  Azərbaycanın  qanunvericilik 

və  icra  orqanlarının  qərarları  və  normativ  sənədləri,  respublikamızın  və  xarici 

ölkələrin  görkəmli  alimlərinin  iqtisadiyyatın  optimal  idarə  edilməsi  problemlərinə, 

elmi tədqiqat sektorunun fəaliyyətinin proqram məqsədli metodunun formalaşmasına 

həsr edilmiş əsərləri, inkişaf etmiş ölkələrin milli innovasiya sistemləri konsepsiyası, 

innovatika nəzəriyyəsi təşkil edir. 

Araşdırmanın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət 

Statistika  Komitəsinin,  qtisadi  nkişaf  Nazirliyinin  məlumatları,  AMEA-nın  Elmi 

nnovasiyalar Mərkəzinin və digər elmi tədqiqat institutlarının hesabatları, respublika 

və beynəlxalq miqyaslı elmi-praktiki konfransların materialları təşkil edir. 



Tədqiqat işinin yenilikləri aşağıdakılar hesab edilə bilər: 

 Ölkələrin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin daha əhəmiyyətli dərəcədə 



innovasiya  inkişafının  dinamikası  ilə  müəyyənləşməsinin  əsaslandırılmasına  cəhd 

edilmişdir; 

   nnovasiya  nəzəriyyəsinin  əsas  koteqoriyalarının  iqtisadi  mahiyyəti  təhlili 



əsasında  innovasiya  fəaliyyətinin  iqtisadi  motivlərinin  həyata  keçirilməsinin 

obyektivliyi və səmərəliliyi təyin edilmişdir; 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə