Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

Müxtəlif alimlər "innovasiya" anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı 



olaraq təhlil edirlər: 

  T.Ə.Quliyev  göstərir  ki,  innovasiya  yenilikdir,  yeni  fikrin  məhsuludur  (14, 

səh.438) 

  A.Abbasova  görə  innovasiya  idarəetmə  obyektinin  dəyişdirilməsi  və  iqtisadi, 

sosial,  ekoloжi,  elmi-texniki  və  digər  növ  effekin  alınması  məqsədilə  yeniliklərin 

tətbiqinin son nəticəsidir (7, səh.88). 

  M.C.Atakişiyev, Q.S.Süleymanovun fikrincə, innovasiya bazar iqtisadiyyatına 

uyğun  elm  və  texnikanın  nailiyyətləri  əsasında  istehlakçıların  tələbatını  ödəmək 

məqsədilə  yeni  əmək  məhsullarını  təklif  etmək  üzrə  tədbirlər  olub,  investisiyanın 

keyfiyyət tərəfini xarakterizə edir (16, səh.8) 

  T.Q.Evdokimova, Q.A.Maxovikova, N.F.Efimovaya görə innovasiya prosesini 

elmi biliyin innovasiya şəklinə düşməsi kimi yaxud ideyanın məhsul, texnologiya və 

ya xidmətə çevrilməsi prosesi kimi müəyyən etmək olar (18, səh.12-13). 

  V.Q.Medınskiy innovasiya dedikdə, aparılmış elmi tədqiqat yaxud edilmiş kəşf 

nəticəsində  istehsalata  tətbiq  olunun  və  özündən  əvvvəlki  analoqundan  keyfiyyətcə 

daha yaxşı olan obyekti nəzərdə tutur (19, səh 5). 

Ümumiyyətlə,  nnovasiya dedikdə, bütünlükdə yeniliklərə fərdi tələbi, eləcə də 

cəmiyyətin tələbatını ödəmək üçün yeni və yaxşılaşdırılmış məhsulların (xidmətlərin) 

və  onların  istehsalının  yeni  üsullarının  alınması  məqsədilə  elmi,  elmi-texniki  və 

intellektual potensial tədbirləri sistemi başa düşülür. 

nnovasiyaya  olan  baxışlar  müxtəlifdir.  Odur  ki,  innovasiyaya  müxtəlif  təriflər 

verilmiş və o müxtəlif formada izah edilir.Bunlardan bəziləri: 

  nnovasiya  (yenilikşünaslıq)–istehsal  orqanizminin  ilkin  strukturunda  gedən 

dəyişikliklərdir, yəni onun daxili strukturunun yeni vəziyyətə keçirilməsidir; 

  nnovasiya–yeni  praktiki  vasitələrin  yaradılması,  yayılması  və  istifadə 

edilməsinin  kompleks  prosesidir  (insanların  məlum  tələblərinin  daha  yaxşı 

təmin edilməsi üçün yeniliklərdir); 



11 

 

  nnovasiya–yeni texnoloji ideyaların, təkliflərin elmi-texniki qərarların praktiki 



tətbiq edilməsi və həyata keçirilməsidir; 

  nnovasiya  yeni  texnologiya  şəklində  yeniliklərin,  məhsul  və 

xidmət   növlərinin,  istehsal,  maliyyə,  kommersiya  və  inzibati  xarakterli 

təşkilati-texniki və sosial-iqtisadi qərarların mənfəətlə istifadə edilməsidir; 

  nnovasiya–aparılmış  elmi-tədqiqatların  və  xidməti  kəşflərin  istehsala  tətbiq 

edilən (əvvəlki analoqlardan fərqli) obyektlərdir. 

Beləliklə, innovasiya müxtəlif sahələrdə yeniliklərin, yeni ideyaların, qaydaların 

yaradılması və təcrübədə istifadə edilməsi prosesidir. 

nnovasiya–praktiki  fəaliyyətdə  istifadə  olunan  yeni  və  ya  mütərəqqi  texnoloji 

proses,  bazarda  realizə  edilən  yeni  və  ya  təkmilləşdirilmiş  məhsul  formasını  almış 

innovasiya fəaliyyətinin son nəticəsidir (20, səh.5). 

Fraskati rəhbərliyinə əsaslanaraq, (OESP 1993-cü ildə Italiya şəhəri Fraskatidə 

qəbul  olunub)  innovasiya–bazara  daxil  edilmiş,  praktiki  fəaliyyətdə  istifadə  olunan 

yeni və ya təkmilləşdirilmiş proses və yaxud da ki, sosial xidmətlərə yeni yanaşma, 

həmçinin yeni və ya mütərəqqiləşdirilmiş məhsul şəklini alan fəaliyyətin son nəticəsi 

kimi müəyyən olunur. 

«Elmi–Texniki–Tərəqqi»  lüğətində  innovasiya  yeni  məmulat  növlərinin, 

texnologiyaların,  yeni  təşkilati  formaların  tətbiqinə  və  işlənib  hazırlanmasına, 

yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir. 

Beləliklə,  innovasiyanın  dərk  edilməsinə  müxtəlif  yanaşmaların  təhlili  belə  bir 

qənaətə  gəlməyə  imkan  verir  ki,  innovasiyanın  məxsusi  məzmunu  dəyişikliklərdən 

ibarətdir,  innovasiya  fəaliyyətinin  və  innovasiya  menecmentinin  əsas  funksiyası 

dəyişiklikləri optimal idarə etməkdir.  

Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi: 

1) yeni texnika, yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından 

istifadə edilməsini; 

2) yeni xassələrə malik məhsulun tətbiqini; 

3) yeni xammaldan istifadə edilməsini; 




12 

 

4) istehsalın təşkilində və onun material-texniki təminatında dəyişikliklər edilməsini;  



5) yeni satış bazarının meydana çıxmasını.   

Professor  T.Quliyev  həmin  dəyişikliklərin  təsnifatını  aşağıdakı  kimi  verir:  1. 

Intellektual  sferada;  2.  Məhsuldar  qüvvələrin  maddi  ünsürlərində;  3.  Milli 

iqtisadiyyatın innovasiya bazasında; 4. Ictimai əmək bölgüsündə; 5. Elmi potensialda; 

6.  Innovasiya  fəaliyyətinin  resurs  təminatında;  7.  Innovasiya  fəaliyyətinin 

stimullaşdırılması  sistemində;  8.  Innovasiyanın  investisiyalaşdırılmasında  (14, 

səh.437) 

nnovasiya prosesi aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 

1. 

yeni 


növ 

məhsulun 

mənimsənilməsi 

və 


buraxılan 

məhsulun 

modernləşdirilməsi; 

2.  yeni maşın, avadanlıq və materialların istehsala tətbiqi; 

3. yeni texnologiyaların və məhsulun yeni istehsal üsullarından istifadə edilməsi; 

4.    istehsalın  təşkili  və  idarəetmənin  mütərəqqi  metodları,  vasitələri  və 

qaydalarının tətbiqi. 

nnovasiya  prosesi  əmək  məhsuldarlığının  yüksəldilməsi,  tədavül  xərclərinin 

azaldılması  və  məhsul  satışında  keyfiyyət  tələbatlarının  yüksəldilməsi  və  qiymətin 

aşağı  salınması  ilə  müşahidə  olunur.  Məhz  yeniliklərin  dəqiq  mexanizminə 

arxalanaraq,  şirkətlər  öz  məhsullarının  rəqabətə  davam  gətirməsini  təmin  edir  və 

tələbatın formalaşmasında təşəbbüsü əldə saxlayırlar. 

Professor  A.Abbasovun  fikrincə,  elmi–texniki–tərəqqi  və  istehsalın  inkişafı 

nöqteyi–nəzərindən innovasiya fəaliyyəti beş cür olur: 

1. 

Böyük  innovasiya.Bunların  nəticəsində  inqilabi  yeniliklər  həyata  keçirilir  ki, 



istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir. 

2.  Radikal  innovasiya.Elmi  ideyalar  və  ixtiralarla  nəticələnir  ki,  bunların  da 

əsasında texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal 

sahələrinin yaranması mümkün olur. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə