Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

25 

 

vəsaitlərinin olması, firma elminin və yeniliklər bazarının yüksək inkişaf səviyyəsi ilə 



xarakterizə olunur. Bu halda dövlət prioritet istiqamətlər üzrə qeyri-dövlət təşkilatları 

tərəfindən  aparılan tətdidqatların  maliyyələşdirilməsini həyata keçirir.  Dövlətin  əsas 

hədəfi elmi-texniki prioritetərin düzgün müəyyən olunmasıdır. 

Yekun reallaşdırma strategiyası. Bu vəziyyətdə əvvəlki vəziyyətdən fərqli olaraq 

yeniliklər  bazarı  kifayət  qədər  inkişaf  etməmişdir.  Bu  səbəbdən  dövlət  yeniliklərin 

tətbiqini nəinki maliyyələşdirir,  həmçinin tətbiq olunmadan əvvəl “müşayiət edir” və 

onun növbəti diffuziyasını dəstəkləyir.  

Mərhələləri generasiya (yaranma) strategiyası. Bu strategiyanın tətbiq olunması 

strategiyası  həm  dövlət,  həm  də  qeyri-dövlət  sektorlarında  elmi-texniki  sahənin 

demək  olar  ki,  heç  olmaması,  lakin  inkişaf  etmiş  yeniliklər  bazarının  olması  ilə 

seçilir. Elmi-texniki sektorun təbii olaraq yaradılması vəzifəsi ortaya çıxır (bu halda 

bunun  üçün  dövlət  büdcəsinin  olması  şərtilə).  ETTK   prosesinin  bir  çox 

mərhələlərində  fəaliyyət  göstərən  inkişaf  etmiş  elmi-texniki  sektoru  dəhal  yaratmaq 

çətin  olduğundan  onun  bazara  istiqamətlənən  ayrı-ayrı  mərhələlərindən  başlamaq 

vacibdir.  

Böhranın yenilməsi strategiyası. Əvvəlki vəziyyətdən fərqli olaraq bu variantda 

vəziyyət  yeniliklər  bazarının  olmaması  ilə  mürəkkəbləşir.  Ona  böhran  adıvermək 

olar.  Böhranın  öhdəsindən  gəlmək  imkanı  mərkəzləşdirilmiş  maliyyələşmə 

mənbələrinin  olmasında  gizlidir.  Strategiya  həmin  vəsaitlərin  yeniliklər  bazarının 

inkişaf məqsədlərinə yönəldilməsində, elmi-texniki sahənin təşəkkül tapmasındadır.   

Selektiv düzəliş strategiyası. Dövlət innovasiyanın inkişaf etdirilməsində demək 

olar  ki,  iştirak  etmir. nnovasiya  prosesləri  firma  elminin  və  yeniliklər  bazarının 

yüksək  səviyyəsi  hesabına  milro  səviyyədə  öz-özünə  inkişaf  edirlər.  Dövlət  firma 

elminin  fəaliyyətinə  ayrı-ayrı  fundamental  və  perspektiv  araşdırmaların  yerinə 

yetirilməsi  istiqamətində  azca  düzəliş  edilməsi  məqsədilə  firma  elminə  çox  kiçik 

ölçülərdə təsir edə bilər. 

Qabaqlayıcı qoruma  strategiyası.  Firma  elminin  yüksək səviyyəsi ilə  yeniliklər 

bazarının  aşağı  səviyyəsinin  birliyi  gec  və  ya  tez  staqnasiya  proseslərinin  firma 




26 

 

səviyyəsində  basılmasına  gətirib  çıxaracaq.  Bu  səbəbdən  dövlət  almi  nəzərdən 



keçirilən  səviyyədə  saxlaya  bilmək  üçün  əvvəlcədən  qabaqlayıcı  tədbirlər 

gösrməlidir. 

Cavab  strategiyası.  Bu  strategiya  “yeniliklərə  olan  tələbatdan  başqa  heç  nə 

olmayanda” şərti altında reallaşdırılır. Dövlət, innovasiya sahəsinin yaradılması üçün 

ilk təkan olaraq bu məsələdən istifadə edərək, ona cavab verməlidir. 

Bərpa  olma  strategiyası.  Bu  strategiya  belə  adlanmasının  səbəbi  innovasiya 

sahəsinin “boş yerdə” yaradılmasındadır.  Dövlət əvvəlcə tələbata “təkan” verə bilər, 

məsələn  yüksək  qiymət  əlavəsi  ilə  məhsul  ixracının  bilavasitə  dəstəklənməsi  yaxud 

idxalla  əvəzlənməsi  yolu  ilə.  Bunsan  sonra  yenə  də  bilavasitə  yolla  firma  elminin 

müəyyən  istiqamətlərini  dəstələmək.  Növbəti  addım  sirma  və  ali  məktəb  elminin 

dəstəklənməsi ola bilərdi. 

Texnologiyanın  yerdəyişmə  xarakteri.  Qoyulmuş  məqsədlərdən  və  innovasiya 

tapşırıqlarından  asılı  oalraq  texnologiyaların  aşağı  səviyyələrdən  başlayaraq  daha 

yüksək  səviyyələrə  doğru  müxtəlif  hərəkət  formalarını  seçmək  mümkündür.  Ən 

istisna hallarda bu hərəkət ardıcıl və ya sıçrayışlı ola bilər. Adıçəkilən inkişaf tiplərini 

reallaşdıran iki əsas strategiyanın adını çəkmək olar: ardıcıl innovasiyalar strategiyası 

və texnologiya bazarı strategiyası. 

Ardıcıl  innovasiyalar  strategiyası  texnologiyaların  bir  nəsildən  növbəti  nəslə 

tədricən keçməklə təkamüllü inkişafına yönəlməyi nəzərdə tutur. Bu strategiyadan bu 

və  ya  digər  texnologiyalarda  möhkəm  rəqabətədavamlı  milli  istehsalçı  olarsa, 

perspektivə 

tələbdən 

artıq 

elmi 


məhsul 

olarsa 


istifadə 

olunması 

məqsəduyğundur.Nəzərdən  keçirilən  strategiya  kifayət  qədər  qənaətcildir,  belə  ki, 

texnologiyaların  kənardan  əldə  olunması  üçün  xərclər  tələb  etmir,  artıq  “öz  işini 

görüb bitirmiş” nəsillər üzrə lisenziyaların satışını istisna etmir. 

Texnoloji  bazar  strategiyası  “əvvəlki”  mərhələlərdən  yan  ötərək  daha  yüksək 

texnoloji  səviyyələtə  “çıxmaq”  meylidir.  Bu  strategiya  milli  texnologiyanın  dünya 

səviyyəsindən  kifayət  qədər  çox  geri  qaldığı  halda,  texnologiyanın  ardıcıl 

yerdəyişməsi  səmərəli  olmadıqda  tətbiq  oluna  bilər.  Onun  tətbiqi  üçün  bir  qayda 



27 

 

olaraq  çox  xərc  tələb  olunur.  Texnologiya  bazarı  strategiyasının  həyata 



keçirilməsindən əvvə, öz şəxsi intellektual ehtiyatlar hesabına olsa belə, ya şəxsi pul 

vəsaitləri  toplanmalı  ya  da  borc  vəsait  cəlb  olunmalıdır.  Bu  strategiyanın  həmləvər 

borc  götürmə  kimi  tərkib  hissəsinə  malik  ola  bilər.  Bunun  isə  mahiyyəti  ondan 

ibarətdir  ki,  ölkə  texnologiyaların  idxalını  ilk  növbədə  yeni  nəsil  texnologiyalarını 

yaratmaq məqsədilə öz istehsalına tətbiq etmək istəyir.  

Texnologiyaların  yerdəyişməsinin  digər  aspekti  nəsillərin  əvəzlənməsi,  yəni 

“qeyri-perspektiv”  sahələrdən  əmək  ehtiyatlarının  və  maddi  ehtiyatların  çıxarılmas 

üçün  şəraitin  yaradılması  ehtiyacının  olmasıdırı  bu,  istehsalda  strukturun  müvafiq 

şəkildə  yenidən  qurulmasına  gətirib  çıxaracaq.  Beləliklə,  daha  yüksək  səviyyəli 

nəsillərə  keçid  alınmasına  gətirib  çıxaracaq  rəqabətədavamlılığın  artırılması 

qarşısında duran vəzifə struktur dəyişiklikləri vəzifəsini şərtləndirir.  

deyaların  yaranması  xarakteri.  Dünyanın  yüksək  texnologiya  sahələrində 

rəqabətədavamlılığın  artırılması  qarşısında  duran  vəzifə  iki  əsas  üsulla  həll  oluna 

bilər – imitasiya əsasında, yəni xarici texnologiyaların borc götürülməsi hesabına və 

milli yeniliklərin tətbiqi əsasında. Üçüncü yanaşma göstərilən bu iki üsulun simbiozu 

(birliyi) əsasında reallaşır. 

stismar  yolu  ilə  mənimsənilmənin  stimullaşdırılması  strategiyası.  Bu 

strategiyaya  müvafiq  olaraq  dövlət  ölkədə  istehsal  olunmayan  yaxud  hazırlanma 

keyfiyyəti,  texniki  səviyyəsi  və  digər  parametrlərinə  görə  önəli  dərəcədə  geriliyə 

malik  olan  məhsulların  idxalına  yardım  edir.  Onun  mahiyyəti  mürəkkəb  texnikanın 

istismarı  və  texniki  xidmət  göstərilməsi  bacarıqlarının  əldə  olunması  yolu  ilə 

yeniliyin  mənimsənilməsindədir.  Belə  strategiya  yapon  sənayesi  tərəfindən 

müharibədən sonra, həmçinin yeni sənaye ölkələri tərəfindən geniş istifadə edilirdi.  

Belə  ki,  Cənubi  Koreyada,  Sinqapurda  və  Tayvanda  hərbi  texnikanın  isthsalı 

xarici texnikanın təmiri və texniki xidmət göstərilməsi ilə başlamış,  yerinə yetirilən 

işlərin xarakterinin sonradan mürəkkəbləşdirilməsi ilə, istehsalın təşkili məsələlərinin 

öyrənilməsi  ilə  davam  etmişdir.  Cənubi  Koreyaının  roket  sənayesi  amerikanın 

“Hoak”  və  “Nike”  raketrləinin  təmiri  və  texniki  xidmət  göstərilməsi  üçün  1972-ci 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə