Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   2   3   4   5   6   7   8   9   ...   29

16 

 

nnovasiya  prosesi    sosial-iqtisadi  münasibətlərin  keyfiyyətini  dəyişməklə  və   



özünəməxsus yığım forması, xüsusi sərvət strukturu və yığım effektivliyinin  xüsusi 

qiymətləndirmə  meyarları  kəsb  edən  yeni  innovasiya  yönümlü    iqtisadiyyatı 

yaratmaqla  bütün  təsərrüfatçılıq  sisteminin  fəaliyyətində  hakim  rol  oynamağa 

başlayır. Bu zaman iqtisadi artım kimi   istehsalın intellektləşdirilməsi çıxış edir, yəni 

ÜDM artımı, əsasən, elmtutumlu  məhsul və xidmətlərin buraxılışı və reallaşdırılması 

hesabına  əldə  edilir.    Ümumən,  bu  tipli  iqtisadiyyatın  maddi  bazası  yüksək  inkişaf 

etmiş  maşınqayırma ilə keyfiyyətcə istehsalın yenidən təşkili ilə xarakterizə olunur 

ki, 


bunun 

da 


əsasında 

istehsal 

proseslərinin 

avtomatlaşdırılmasını 

informasiyalaşdırılmasını  və  intellektləşdirilməsini  təmin  edən  elmtutumlu    sahələr 



dayanır  (21  s.132).  Elektronika,  radiofizika,  optoelektronika,  lazer  texnologiyaları, 

müasir  materialşünaslıq,  kimya  və  kataliz,  müasir  aviasiya  və  kosmonavtika 

sahələrində  müəyyən  edilən,  bir  sıra  texnoloji  və  fundamental  ixtiralar  və  kəşflər, 

müasir informasiya texnologiyalarından istifadə edilməsi, mikro və makroelektronika 

sahələrində    alınmış  nəticələr,  habelə,  nanotexnologiyalar  elmtutumlu  məhsulların 

yaranmasına  səbəb  olur.  Belə  məhsulların  alınmasını  təmin  edən  texnologiyalar 



elmtutumlu texnologiyalar

adlandırılır.Elmtutumlu texnologiyalardan istifadə edilməsi 

iqtisadi  inkişafın  yeni  bir  istiqamətinin  “ nnovasiya  yönümlü  iqtisadi 

inkişafın”yaranmasına səbəb olmuşdur.  nnovasiya yönümlü iqtisadi inkişaf modeli 

öz  yüksək  səmərəliliyini   dünyanın  inkişaf  etmiş  ölkələrinin  timsalında  sübuta 

yetirmişdir.  Odur  ki,  innovasiyanın  sürətləndirilməsi  son  onilliklərdə  bir  sıra  yeni 

xüsusiyyətlər  kəsb  etmişdir.  Bu  keyfiyyət  dəyişiklikləri  özünü  elm,  texnika  və 

istehsalın  qarşılıqlı  təsiri  sferasında  göstərir.Elmlə  istehsalın  qarşılıqlı  təsiri  bu  

sahədə  yeni  rəqabət  formasının  meydana    gəlməsinə    səbəb    olur.  Hal-hazırda  yeni 

elmtutumlu  texnologiyaları  istehsalda  mənimsəməyən  müəssisələr  dünya 

bazarlarında  rəqabət  apara  bilmir.  Deməli,  müəssisələrin  inkişaf  strategiyasının 

işlənilməsində  nəzərə  alınacaq    ən  vacib  şərt–elmi  yeniliklərin  və  elmtutumlu 

texnologiyaların istehsala tətbiqi olmalıdır.  




17 

 

Yuxarıda qeyd  edilən   qlobal meylləri ölkənin  və  onun  iqtisadiyyatının bütün 



sahələrinin  və  ilk  növbədə  elmi-texniki  və  innovasiya  sferalarının  gələcək  inkişaf 

ssenarilərinin  işlənməsində  mütləq  nəzərə  almaq  lazımdır.  Azərbaycanın  dünya 

iqtisadiyyatına  qoşula bilməsinin mütləq şərtlərindən biri elmi-texniki və innovasiya 

fəaliyyətinin  aktivləşdirilməsi,  yüksək  texnologiyaya  malik  elmtutumlu    istehsalın 

inkişafı  əsasında  iqtisadiyyatın  struktur  cəhətdən  yenidən  qurulması,  daha  yüksək 

texnologiyalı uklada keçid sayılır.  

qtisadi ədəbiyyatda qeyd olunduğu kimi, iqtisadi kateqoriya olaraq innovasiya 

iki əsas funksiyanı - təkrar istehsal və stimullaşdırma funksiyalarını yerinə yetirir (22, 

s.19).  Təkrar  istehsal  funksiyası  onu  göstərir  ki,  innovasiya  geniş  təkrar  istehsalın 

mühüm maliyyələşdirmə mənbəyi kimi çıxış edir.  nnovasiyaların bazarda satışından 

əldə edilən pul  gəlirləri sahibkarlıq mənfəətini yaradır ki, bu da maliyyə resurslarının 

mənbəyi  və eyni zamanda innovasiya prosesi səmərəliliyinin ölçüsü kimi çıxış edir. 

Sahibkarlıq  mənfəəti  istehsal-ticarət,  investisiya,  innovasiya  və  maliyyə  fəaliyyəti 

həcminin  genişləndirilməsinə  yönədilə  bilər.  Stimullaşdırma  funksiyası  da 

sahibkarlar tərəfindən innovasiyanın  reallaşdırılmasından mənfəət alınması yolu ilə 

gerçəkləşir.  Bu,  sahibkar  üçün    yeni  innovasiyalara  stimul  yaradır,  onu  daim  tələbi 

öyrənməyə, marketinq fəaliyyətinin təşkilinin təkmilləşdirilməsinə, maliyyənin idarə 

edilməsinin daha  təkmil üsullarını tətbiq etməyə sövq edir. 

Enerjinin  minimumlaşdırılması  qanununa  tabe  olaraq  insanlar      öz  fəaliyyətini 

əmək  məsrəflərinin  azaldılmasına,  vaxta  qənaətə  və  digər  effektlərin  alınmasına 

yönəldir. Bu  nöqteyi-nəzərdən, innovasiyaya sosial kateqoriya kimi  baxmaq olar: 

   1.  nnovasiya    yeni  məhsuldar  qüvvələrin  istehsala  cəlb  olunmasına    imkan 

yaradır, əməyin və istehsalın səmərəliliyini yüksəldir (praktiki  olaraq bütün ixtiralar 

enerji xərclərinin, canlı əməyin azaldılmasına  istiqamətləndirilmişdir). 

   2.  nnovasiya  istehsal  olunan  məhsulların  keyfiyyətini  yüksəldir  ki,  bu 

daistehsal  və  istehlakın      artımına,  həyat      səviyyəsinin    yaxşılaşdırılmasına  gətirib 

çıxarır. 



18 

 

   3.  nnovasiyalar      məhsulun    keyfiyyətinin    yüksəldilməsinə    və      xərclərin 



azaldılmasına    imkan    verir  ki,  bu  da    istehsalı  təkmilləşdirərək      tələb  və  təklif, 

istehsal və istehlak arasında nisbətlərin qorunub saxlanmasına  kömək edir. (23 s. 30). 

nnovasiyaya  “ehtiyatlar” və “axınlar”  mövqeyindən yanaşılması daha düzgün 

olardı.  Obyekt  yanaşması    mövqeyindən  yanaşmada  innovasiyalar  ehtiyatlar  kimi 

təmsil  olunur.  nnovasiyanın  axınlar  kimi  müəyyən  edilməsi  təkrar  istehsal 

yanaşmasını  tələbedir.  Bu  isə  innovasiya  prosesinin    bütün  mərhələlərini  izləməyə 

imkan verir.  

Beləliklə,  yuxarıda    qeyd    etdiklərimi    ümumiləşdirərək    belə    qənaətə    gələ  

bilərəm  ki,  innovasiya dedikdə, yeni əmtəə, xidmət, texnologiyalar, təşkilati forma,  

idarəetmə  metodu  şəklində  öz  praktiki  təcəssümünü  və  tətbiqini  tapmış    ideyaların 

reallaşdırılması üzrə yaradıcılıq prosesi başa düşülməlidir. 

nnovasiyanın  mənşəyini  izah  edən  iki  ehtimal:  “texnoloji  məkan”  və  “tələbin 

çağırışı” ehtimalları mövcuddur. “Texnoloji məkan” ehtimalı Q.Menş tərəfindən irəli 

sürülmüşdür.  Bu  ehtimala  görə,  innovasiyanın  meydana  çıxması  mənbəyi  kimi 

istehsalın daxili qanunauyğunluqları çıxış edir. K.Frimenin tərəfdarı olduğu “tələbin 

çıxarışı” ehtimalına görə isə innovasiyanın yaranmasında müəyyənedici amil tələbdir. 

Real  həyatda  innovasiyanın  meydana  çıxmasında  bunlardan  hansı  birisinin  ilkin 

səbəb kimi çıxış etdiyini müəyyən etmək çətindir.  

nnovasiya  menecmentində  iki  əsas  istiqamət  ayrılır.  Birinci  istiqamətin 

mahiyyəti  ondan  ibarətdir  ki,  innovasiya  öz  inkişafında(həyat  tsiklində)    ideyadan 

tətbiqə  qədər  hərəkət  etməklə  formasını  dəyişir.  stənilən  digər  proses  kimi 

innovasiyanın  da  formalaşması  amillər  çoxluğunun  mürəkkəb    qarşılıqlı  təsiri  ilə 

şərtlənir.  kinci istiqamət Azərbaycan üçün də son dərəcə  aktual olan innovasiyadan 

sahibkarlığa  hərəkətdir.  Bəzi  ədəbiyyatlarda  bu  nəzəriyyə  innovatikaadını  almışdır. 

Burada  artıq  innovatikanın  öz  daxilində  yeni  müstəqil  istiqamətləri  meydana  çıxır: 

yeniliyin  formalaşması,  yeniliklərə    müqavimət,  diffuziya  (yeniliklərin  yayılması); 

insanın yeniliklərə  və onların insan tələbatına uyğunlaşması; innovasiya təşkilatları; 

innovasiya  qərarlarının işlənib hazırlanması və s.( 20 s.52).  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə