Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

40 

 

Koreya  hökuməti  iri  şirkətlərin  hər  birini  öz  daxilində  tədqiqat  mərkəzi  yaratmağa 



çağırırdı, kiçik və orta şirkətlərə tədqiqat konsorsiumları təşkil etmək tövsiyə etdi [7]. 

Koreyada  ilk  özəl  elmi–tədqiqat  mərkəzi  LG  şirkəti  tərəfindən  1976–cı  ildə 

yaradılmışdı,  mərkəz  yeni elektron texnologiyaların axtarışı ilə  məşğul olurdu. LG

nin  Decon  şəhərində  yaratdığı  elmi–tədqiqat  mərkəzində  hazırda  1500–dən  artıq 

əməkdaş çalışır.  

1980–ci  illərdə  beynəlxalq  iqtisadi  mühitdə  və  Koreyada  daxili  siyasi  arenada 

baş verən dəyişikliklərlə əlaqədar elmi siyasətə yenidən baxılır. 1980-1981-ci illərdə 

Koreya hökuməti xüsusi ET –lərin dəstəklənməsinə və texniki inkişafa həsr edilmiş 

bir  sıra  qanunlar  qəbul  etdi.  1980-ci  ildə  KIST  və  KAIS  vahid  strukturda–Koreya 

Perspektiv  Elm  və  Texnologiya  nstitutunda  birləşdirildi.  1981-ci  ildə  elmi 

kadrlardan  və  avadanlıqdan  daha  səmərəli  istifadə  etmək  üçün  müxtəlif  hökumət 

qurumlarına  tabe  olan  16  ET –dən  9  institut  təşkil  edildi  və  onlar  ETN–nin 

tabeçiliyinə  verildi.  1980-ci  illərdə  elmi-tədqiqatların  və  yaradılan  texnologiyaların 

səviyyəsini  yüksəltmək  üçün  elm  və  texnologiyalar  sahəsində  milli  layihələrin 

planlaşdırılmasına  və  həyata  keçirilməsinə  başlanıldı.  Humanitar  və  sosial  elmlərin, 

incəsənətin  və  mədəniyyətin  bəzi  sahələrində  tədqiqatlara  qrant  dəstəyi  göstərmək 

məqsədi ilə 1981-ci ildə Koreya Tədqiqat Fondu (KTF) yaradıldı.  

1985–ci  ildə  Koreyada  özəl  sektor  tərəfindən  ilk  ali  məktəb  –  Pohanq  Elm  və 

Texnologiya Universiteti təsis edildi. 1985-ci ildə Koreya hökumətinin təşəbbüsü ilə 

Koreya  Biologiya  və  Biotexnologiyalar  ET   yaradıldı.  Bu  institut  biomateriallar, 

əczaçılıq, biotexnologiyalar və bioinformatika sahəsində aparıcı mərkəzlərdən birinə 

çevrildi.  Alimlərin  klonlaşdırma  texnologiyalarında  və  xərçəng  hüceyrələrinin 

öyrənilməsində uğurlarını xüsusi qeyd etmək olar.  

1980–ci illərin sonundan ixrac məhsulunun yüksək rəqabət qabiliyyətini yüksək 

əməktutumlu  məhsul  buraxılışı  hesabına  deyil,  yüksək  texnologiyalı  və  elmtutumlu 

məhsulların hesabına təmin etmək zərurəti kəskinləşdi. 1990–cı illərin başlanğıcında 

Koreya  hökuməti  elm  və  texnologiyalar  sahəsinin  inkişafına  yönələn  bir  çox 

proqramlar  qəbul  etdi.  Məsələn,  Milli  Elm  və  Texnologiyalar  Proqramına  yüksək 




41 

 

texnologiyalar  layihəsi,  strateji  elm  və  texnologiyalar  layihəsi  və  beynəlxalq 



əməkdaşlıq layihəsi daxil idi. 1982-1995-ci illərdə dövlət bu qəbildən olan layihələrə 

2.5 milyard dollar vəsait xərcləmişdi.  

Koreyada  elm  və  texnologiyanın  idarə  edilməsi  sistemi  müəyyən  qədər 

dolaşıqdır və hökumət  onun  səmərəliliyini  artırmaq  üçün  sistemi  modernləşdirməyə 

cəhdlər  edir.  1999-cu  ilin  yanvarında  yaradılmış  Milli  Elm  və  Texnologiya  Şurası 

(METŞ)  milli  elm  və  texnologiya  siyasətini  müəyyənləşdirir,  elm  və  texnologiya 

proqramlarını  analiz  edir  və  əlaqələndirir,  elm  və  texnologiya  büdcəsinin 

ayrılmasında  prioritetləri  müəyyən  edir.  Koreya  Respublikası  Prezidentinin  sədrlik 

etdiyi şuraya elm və texnologiya ilə əlaqəli nazirlər və sahə nümayəndələri daxildir. 

Dövlət  tərəfindən  maliyyələşdirilən  ET -lərin  işinə  nəzarət  etmək  üçün  METŞ 

çərçivəsində  üç  elm  və  texnologiya  şurası  fəaliyyət  göstərir.  Təhsil,  Elm  və 

Texnologiya  Nazirliyinin  (TETN,  2008-ci  ildə  Təhsil  Nazirliyi  ilə  Elm  və 

Texnologiya Nazirliyi birləşdirilərək yaradılıb) mandatına uyğun spesifik vəzifələrin 

həyata keçirilməsini təmin edən ET -lər bu nazirliyin tabeçiliyindədir.  

qtisadi  modeli  Avropa  olkələri  ilə  muqayisədə  bizim  modelimizə  daha 

coxoxşayan  Rusiyada  son  illərdə  yuksək  texnologiyalara  əsaslanan  iqtisadi  inkişaf 

modelinin  qurulması  istiqamətində  intensiv  iqtisadi  siyasət  aparılır.  Rusiyanın 

innovasiya  siyasətinin  əsas  istiqamətlərinə  vergi  guzəştlərinin  verilməsi, 

texnoparkların  və  xususi  iqtisadi  zonaların  yaradılması,  yuksək  texnologiyaların 

yaradılması iləməşğul olan dovlət şirkətinin - “RosNANO” şirkətinin yaradılması və 

başqalarınıaid  etmək  olar.  lk  baxışdan  sistemli  gorunən  bu  tədbirlərin  nəticələri 

boyuk  maraq  doğurur.  2010-cu  ildə  aparılmış  tədqiqatlar  nəticəsində  muəyyən 

olunmuşdur ki, Rusiyada muəssisələrin yalnız 10%-i texnoloji innovasiyalarla məşğul 

olur.  Onların  cəmi  1%-i  dunya  bazarlarında  rəqabət  qabiliyyətli  olmaq  şansına 

malikdir.  nnovasiya  fəaliyyətli  muəssisələrin  əksəriyyəti  xarici  olkələrdə  movcud 

olan texnoloji həllərin təkrar istehsalını reallaşdırmaqla məşğuldur. Belə ki, onlardan 

40%-i xarici olkələrdən maşın və avadanlıqların alınması ilə texnoloji təkmilləşdirmə 

aparır;  45%-i  innovasiyaların  imitasiyası  ilə  məşğul  olur  (yeni  texnologiyaları 




42 

 

patentlərin və lisenziyaların alınması ilə cəlb edirlər

), 8%-i yeni bilikləri yaradır və 

Rusiyanındaxili  bazarlarında  rəqabər  aparmağa  calışırlar,  cəmi  7%-i  isə  dunya 

bazarlarına daxil ola bilir [23, 27, 24]. 

Rusiyada 

yaradılmış 

texnoparklar 

məzmununa 

gorə, 


Avropadakı 

texnoparklardan  fərqlənirlər.  Onların  əksəriyyətinin  fəaliyyəti  binaların  və 

avadanlıqların  icarəyə  verilməsi  ilə  məhdudlaşır.  Xüsusi  iqtisadi  zonalarda 

innovasiya fəallığı olduqca zəifdir.  nnovasiya fəaliyyəti ilə məşğul olduqlarını sübut 

etməkdə  çətinlik  cəkən  müəssisələr  vergi  güzəştlərindən  istifadə  edə  bilmirlər. 

Dovlətin həyata kecirdiyi tədbirlərin sistemliliyinə nail olunmur. Belə ki, bu tədbirlər 

ya  vaxtında  reallaşmır,  ya  da  yenilikci  təşkilatların  aktual  tələbatlarına  uyğun 

gəlmirlər.  Elm,  təhsil  və  istehsal  sahələri  arasında  əlaqələrin  zəifliyi  və  bu  sahələr 

arasında  güclü  hüquqi–iqtisadi  maneələrin  (əlliflik  hüquqlarının  qorunması, 

tədqiqatların  məsrəflərinin  böyüklüyü,nəticələrin  keyfiyyəti,  investisiya  risklərinin 

boyukluyu  və  s.

)  movcudluğuRusiyada  sistemli  tədqiqat  infrastrukturunun 

qurulmasına və inkişafına mane olan əsas amillər kimi qəbul olunur. 

Təsvir edilən xarici təcrübələrdən iki başlıca məqam aşkar sezildi:birinci,elmin 

iqtisadi  inkişafdakı  rolu  daha  dəqiq  aşkarlandı.  kincisi,  elm–istehsal  əlaqələrinin 

möhkəmliyinin  və  ardıcıl  olaraq,  elmi–tədqiqatın  proqram–məqsədli  təşkilinin 

səmərəliliyi  müəyyənləşdi.Xarici  ölkələrdə  elmin  resurs  təminatı  ilə  bağlı  aşağıdakı 

göstəricilər də bu cəhıəti təsdiqləyir. 

 

 

 



 

 

 



 

 

 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə