Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

28 

 

ildə  emalatxanalarının  yaradılması  ilə  başladı.  Emalatxanalarda  iş  amerika 



mütəxəssislərinin nəzarəti altında aparılırdı. Sonra özəl kommersiya şirkəti yaradıldı 

və ABŞ raketlərinin təmiri və texniki xidməti üçün bütün əməliyyatları həmin şirkətə 

ötürüldü. Sonra raket tikintisi sahəsində milli ETTK  başlanıldı və özlərinin “yer-yer” 

raketlərinin yaradılması üçün kifayət qədər səy göstərildi.  stismarın mənimsənilməsi 

zamanı strategiya dəyişir və yeni strategiyaya – texnoloji mənimsəmə strategiyasına 

keçid baş verir. 

Texnoloji mənimsəmə strategiyası.  nkişafın yeni mərhələsində məhsulun idxal 

edilmiş texnoloji proseslər əsasında müstəqil istehsalı vərdişləri əldə olunur. Burada 

dövlət  onların  idxalına  yardım  edir.    Sonra  idxal  edilmiş  texnologiyalara  əsasən 

hazırlanmış məhsulun idxalından tədricən imtina edilir.  

Məhsul idxalının əvəzlənməsi strategiyası. Dövlətin bu mərhələdə həvəsləndirici 

təsiri  ölkə  daxilində  milli  istehsalın  təşkilinə  yönəlib.  Məhsulların  idxalına  qarşı 

marağın azaldılması istiqamətində təsbirlər görülür. 

Məhsulun ixracı strategiyası. Bu strategiyanın özəyində lisenziya əsasında həm 

daxili  ehtiyaclar  üçün,  həm  də  ixrac  məqsədi  ilə  məhsulun  istehsalı  durur.  Dövlət 

ixraca həvəsləndirmək, bir sıra hallarda isə müəssisələri xarici bazara çıxarmalıdır. 

Texnolojin  idxalın  əvəz  olunması  strategiyası.  Bu  strategiya  texnologiyaların 

idxalı üzrə qadağanedici tədbirlərin yaradılması və öz texnologiyalarının yaradılması 

üzrə həvəsləndirici tədbirlərin görülməsini nəzərdə tutur. Bu mərhələdə ölkə (və ayrı-

ayrı  müəssisələr)  öz  innovasiyalarının  yaradılmasına,  yeniliklərin  mərhələləri 

tətbiqinin  özülünün  qoyulması  strategiyasına,  həmləli  borc  götürmə  strategiyasına 

keçirlər.  

Məhsul-texnoloji ixrac strategiyası. Dövlət məhsulların ixracı ilə bərabər həmin 

məhsulların  istehsalının  da  ölkə  hüdudlarından  kənara  çıxarılmasını  həvəsləndirir. 

Tətbiqi əlavə maddi, əmək, maliyyə və intellektual ehtiyatların cəlb olunmasını tələb 

edən  yeni  proses  və  məhsulların  yarandıqca  (əvvəlki  cümlədə  qeyd  olunan) 

proseslərə  ehtiyac  yaranır.  Onların  istehsalın  fəaliyyət  göstərən  tərkib  hissələrindən 



29 

 

çıxarılması  ilkin  mərhələlərdə  istehsal  proseslərinin  qismən  ölkədən  xaricə 



çıxarılmasını tələb edir. 

Texnoloji ixrac strategiyası. Bu strategiyaya müvafiq olaraq məhsulun istehsalı 

tam olaraq xaricə çəxarılır və ölkə xaricində satılır. 

Texnoloji  komponentlərin  idxalı  strategiyası  texnoloji  proseslərin  ayrı-ayrı 

hissələrinin  istehsalının  xaricə  çıxarılmasına,  daha  sonra  isə  bu  proseslərin  nəticəsi 

olan aralıq məhsullarının ölkəyə gətirilməsinə həvəsləndirilməni nəzərdə tutur. 

nnovasiya  proseslərinin  dəstəklənməsinin  xarakteri.  Dövlət  innovasiya 

proseslərini  birbaşa  və  bilavasitə  dəstəkləyə  bilər.  Hər  iki  halda  dövlətin  dəstəyi 

innovasiya  prosesinin  müxtəlif  mərhələlərinə  istiqamətlənib  –  tədqiqata,  işlənib 

hazırlanmaya,  istehsala.  Dövlət  dəstəyi  həm  daxili,  həm  də  xarici  innovasiya 

proseslərinə istiqamətlənə bilər. 

Belə  bir  sual  ortaya  çıxır:  yuxarıda  sadalanan  makroinnovasiya  strategiyaları 

hansı hallarda tətbiq etmək olar?  Bu və ya digər strategiya sisteminin tətbiqi ilə bağlı 

amillərin üç qrupunu göstərmək olar:  

-  innovasiya  siyasəti  tipi,  sadalanan  strategiyalar  bu  tipin  çərçivəsi  daxilində 

reallaşır; 

-  strategiyaların  tətbiq  olunduqları  obyektlər  xüsusunda  dövlət  prioritetlərinin 

xarakteri; 

- adıçəkilən obyektlərin vəziyyəti. 

 Bazar  institutsional  infrastrukturun  (pul-kredit  bazarının,  fond  bazarının, 

sığorta, pensiya və sərmayə fondlarının) vəziyyəti elmi-texniki məhsul və yeniliklər 

bazarının  inkişafını  sürətləndirə  yaxud  əksinə,  azalda  bilər.  Sirr  deyil  ki,  ideya  və 

ixtiraların  maddiləşdirilməsi  (həyata  keçirilməsi,  reallaşdırılması)  kifayət  qədər 

maddi  vəsait  qoyuluşunu  tələb  edir.  Həmin  vəsaitlərin  formalaşması  üçün  əsas 

vasitələr  uzunmüddətli  kreditlər,  həmçinin  qiymətlər  kağızlar  bazarının 

mexanizmidir. 

Bahalı kredit elmi-texniki məhsul bazarının durğunluğunun əsas amillərindəndir. 

Az-çox    ciddi  elmi-tədqiqat  layihəsi  2-3  il  elmi  tədqiqat  işlərinə  (ET ),  həmçinin 




30 

 

sınaq-konstruktor işlərinə (SK ) bir o qədər vaxtın xərclənməsini və istehsala hazırlıq 



üçün də əlavə vaxt tələb edir. Kommersiya baxımdan reallaşdırılması üçün layihənin 

sərmayələrə ehtiyacı olduğundan onu kimsə maliyyələşdirməlidir. Inkişaf etmiş bazar 

infrastrukturu  olan  ölkələrdə  bu  məqsədlər  xüsusilə  müştərək  müəssisə  (vençur) 

maliyyələşdirmə  mexanizmindən  istifadə  olunur.  Bu  mexanizmdən  fəal  istifaə 

olunması  elmi-texniki  məhsul  bazarının  xüsusi  seqmentinin  –  riskli  innovasiya 

layihələri bazarı- inkişafına kömək edir.  

Qanunvericilik.  Qanunvericilik  bazasının  yaradılması  elmi-texniki  məhsul 

bazarının  xarakterində  iz  qoyur.  Söhbət  ilk  növbədə  patent-lisenziya 

qanunvericiliyindən  gedir.  Lisenziyalar  bazarı  özü  elmi-texniki  məhsulun  əsas 

mövcud  olma  formalarından  biridir.  Əgər  iqtisadi  sistemdə  patent  və  lisensiya 

yoxdursa,  inkişafetmiş  elmi-texniki  məhsul  bazarı  da  yoxdur,  belə  ki,  intellektual 

məhsulun  bazarda  ötürülməsinə  dair  əsas  hüquqi  formalar  yoxdur.  Məhsulu  sadəcə 

elə-belə götürmək oalrsa, istehlakçı məhsulu nə üçün satın alsın ki? 

Patent–lisensiya  sistemnin  olmaması  innovasiya  proseslərinə  ikili  təsir  edir.Bir 

tərəfdən  istehsalçının  yeniliklərə  birbaşa  çıxışı  həmin  yeniliyi  işləyib  hazırlayan 

şəxsin  intellektual  məhsulu  satmaq  istəyinin  olmaması  ilə  bağlı  olaraq  həmin 

yeniliklərin qarşısında duran maneələri aradan götürür. Yenilik, sanki, ümumi əmlaka 

çevrilir.Bu  vəziyyət  həm  elmi-texniki  sistemdə,  həm  də  istehsalatda  dövlət 

mülkiyyəti  hakim  olan  zaman  mövcud  olur.  Digər  tərəfdən  belə  şəraitdə  məhsulun 

müəllifi orijinal, yüksək səmərəli intellektual məhsulların yaradılmasında az maraqlı 

olur, belə ki, həmin məhsullara görə alacağı mükafat onların tətbiq olunacağı sahədə 

əldə ediləcək səmərə ilə nisbətdə müqayisə edilməyəcək qədər azdır.  

Elm və istehsalatın inteqrasiyası.Elmi-texniki məhsul bazarının xarakterinə təsir 

edən  əhəmiyyətli  amil  elm  və  istehsalın  inteqrasiya  səviyyəsi  ilə  əlaqədar  olan  və 

üstünlük  təşkil  edən  ETSK   təşkilat  formasıdır.  Burada  elmi  fəaliyyət  həyata 

keçirilməsinin  iki  forması  son  həddlər  ola  bilərlər–istehsal  vahidləri  tərkibində  və 

onlardan kənarda.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə