Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

37 

 

siyasətin təcəssümüdür. Fransada universitetlərin nəzdində fəaliyyət göstərən tədqiqat 



laboratoriyaları dövlət büdcəsindən dotasiyalar alır. Nümunə üçün: Parisdə yerləşən 

Paris  1  Panteon  Sorbonna  Universiteti  200  milyon  avroluq  büdcəyə  malikdir.  Bu 

budcənin  təxminən  7  milyonu  özəl  sektorun  sifarişləri  əsasında  formalaşır.Hal–

hazırda  Fransa  universitetləri  ozəl  şirkətlərlə  əlaqələri  genişləndirərək  tədqiqat 

müqavilələrinin  sayını  və  məbləğini  artırmağa  istiqamətlənirlər.Bu  isə,  oz 

növbəsində,  aparılan  tədqiqatların  real  aktuallığının  və  biznesin  elmi  biliklərə 

tələbatının artmasına muhum təsir göstərir [22]. 

Fransada  dövlət  fundamental  elmin  əsas  maliyyələşdiricisi  kimi  qalmaqdadır. 

Dövlət  universitetlərin  və  istehsal  müəssisələrinin  fundamental  biliklərə  tələbatını 

artırmaq  üçün  institusional  mühiti  formalaşdırmağa  calışır,  özəl  şirkətlər  və 

universitetlərlə  fundamental  tədqiqatların  maliyyələşdirilməsində  birgə  iştiraka 

üstünlük  verir.  Bu  istiqamətdə  aparılan  tədbirlər  nəticəsində  qeyd  etdiyimiz 

“rəqabətqabiliyyətlilik qurşaqları” əmələ gəlir, ali məktəblərlə tədqiqat institutlarının 

birləşməsi baş verir, təhsil-istehsal və təhsil-elm klasterləri yaranır. 

Özəl  sektorun  universitetlərin  və  elmi–tədqiqat  institutlarının  apardığı 

tədqiqatlara tələbatı və bu layihələrdə iştirak etmək qabiliyyəti yuksək texnologiyalı 

iqtisadiyyatın qurulmasında boyuk əhəmiyyət kəsb edir. 

Avropa  ölkələrində  yenilikçilik  mühitinin  formalaşmasında  dövlətin 

iqtisadisiyasətinin əsas istiqamətlərinə aşağıdakıları aid etmək olar: 

- yüksək texnologiyalara əsaslanan layihələrin maliyyələşdirilməsində iştirak; 

- antiinhisar siyasəti və rəqabətin dəstəklənməsi; 

- dünya iqtisadiyyatına inteqrasiya; 

- fundamental və tətbiqi elm sahələrinin inkişaf etdirilməsi, biliyin əsas iqtisadi 

resursa  çevrilməsi  ilə  həm  özəl,  həm  də  dövlət  təşkilatlarının  biliklərə 

tələbatınınartırılması. 

Koreyada  elmi–texniki  siyasətin  inkişaf  dövrünü  ənənəvi  olaraq  onilliklərə 

bölürlər [33,4]:  



38 

 

-1960–cı  və  1970–ci  illər–imitasiya  mərhələsi–qabaqcıl  xarici  texnologiyaların 



öyrənilməsi və onların Koreya şəraitində təkrarlanması;  

-1980–ci  illər–daxili  inkişaf  mərhələsi–fəal  adaptasiya  prosesləri  və 

təkmilləşdirilmiş texnologiyaların geniş tətbiqi;  

-1990–cı  illər–innovasiya  nformasiya  cəmiyyətimərhələsi–yerli  elmi–texnoloji 

işlərin artması; 

-  2000–ci  illər–yetkin  innovasiya  mərhələsi–dünya  səviyyəli  elmi–texnoloji 

işlərin həyata keçirilməsi.  

1960–cı  illərin  başlanğıcından  dövlət  qabaqcıl  texnologiyaların  xaricdən 

alınması  və  onların  əsasında  yüksəktexnologiyalı  məhsulların  ixracı  kursunu 

götürmüşdü. Elm siyasəti “ixracyönümlü sənayeləşmə” siyasətinin tərkib hissəsi idi. 

1960-cı  ildə  Koreyada  yalnız  iki  elmi–tədqiqat  institutu  (ET )  var  idi:  Koreya 

müharibəsindən dərhal sonra–1953–cü ildə yaradılmış Milli Müdafiə ET  və 1959–cu 

ildə  yaradılmış  Koreya  Atom  Enerjisi  üzrə  Tədqiqat  nstitutu.  1963–cü  ildə  elmi 

tədqiqatlara çəkilən xərclər 9,5 milyon dollar həcmində idi (ümumi daxili məhsulun 

(ÜDM-in)  0,2  %-i).  1966-cı  ildə  Koreya  Elm  və  Texnologiya  nstitutu  (KET ) 

yaradıldı.  Ölkədə  elmi–texniki  siyasətin  hazırlanması  üçün  institusional  strukturun 

yaradılmasına ehtiyac vardı. Buna görə 1967-ci ildə elm və texnikanın dəstəklənməsi 

haqqında  qanun  qəbul  edildi  və  milli  elmi-texniki  siyasətin  formalaşdırılması  və 

həyata  keçirilməsi  üzrə  mərkəzi  orqan–Elm  və  Texnologiya  Nazirliyi  (ETN) 

yaradıldı.  Dyuk  Universitetinin  (Karolina  ştatı,  ABŞ)  professoru  Han  Mu–Yonq 

"Koreya  elm  və  texnologiyasının  izahlı  xronologiyası:  Düyü  tarlalarından  müstəvi 

ekranlı  displeylərə"  adlı  məqaləsində  1960-cı  ili  Koreyada  elm  və  texnologiyanın 

inkişafında  koordinat  başlanğıcı  adlandırır  və  hesab  edir  ki,  "ETN  və  KET -nin 

yaradılması  Koreya  Respublikasında  elm  və  texnologiya  dövrünün  əsasını  qoydu" 

[35].  

Koreya  sənayesinin yüksəlişində  ən nəzərə  çarpan  mərhələ  1970–ci  illər  hesab 



edilir.  Mühəndis  və  elmi  kadrların  kəskin  çatışmazlığını  aradan  qaldırmaq  və  elm 

sahəsində təhsili gücləndirmək  məqsədi ilə hökumət 1971–ci ilin fevralında Koreya 




39 

 

Perspektiv  Elm  nstitutunu  yaratdı.  Özəl  sektorun  artmaqda  olan  tələbatını  ödəmək 



üçün  hökumət  bir  sıra  ixtisaslaşmış  dövlət  elmi-tədqiqat  institutları  da  (kimya, 

maşınqayırma,  elektronika,  okeanologiya,  standartlaşdırma,  nüvə  enerjisi, 

biotexnologiya, sistemotexnika, kosmik) yaratmalı oldu. Xaricdə təhsil almış alim və 

mühəndisləri  cəlb  edəcək  elm  parkının  yaradılması  qərarlaşdırıldı.  1974-cü  ildə 

Seuldan  140  km  cənubda,  ölkənin  mərkəzi  hissəsində  regionlardan  eyni  məsafədə 

yerləşən Decon şəhəri yaxınlığında bir kənd ərazisi olan Dedokda elm parkının əsası 

qoyuldu (hazırda Decon şəhərinin hüdudlarındadır). 1978-ci ildə Dedok elm parkında 

5  ET   (kimya,  maşınqayırma,  standartlaşdırma,  nüvə  və  energetika  üzrə)  fəaliyyətə 

başladı [36].  

1970-ci illərin ortalarında aydın oldu ki, artıq xarici ölkələr Koreyanı rəqib kimi 

görməyə  başlayırlar  və  qabaqcıl  texnologiyaların  xaricdən  alınmasında  gələcəkdə 

maneələr yaradılacaq.  qtisadiyyatının qabaqcıl ölkələrlə rəqabətini təmin etmək üçün 

fundamental və tətbiqi elmlərin dəstəklənməsi məqsədi ilə 1977-ci ildə Koreya Elm 

və Mühəndislik Fondu yaradıldı.  

1970–ci  illərdə  iqtisadiyyatın  lokomotivlərindən  biri  kimi  Koreya  hökuməti 

informasiya  və  kommunikasiya  texnologiyalarını  ( KT)  qəbul  etdi.  nformasiya 

texnologiyaları,  elektronika  və  telekommunikasiya  sahəsində  yeni  biliklərin  və 

texnologiyaların  inkişafı  və  bu  sahələrdə  ixtisaslı  işçi  qüvvəsinin  hazırlanması 

məqsədi ilə 1976–cı ildə Elektronika və Telekommunikasiya ET  təşkil edildi. ETRI 

1982-ci ildə Koreyanın ilk yarımkeçirici məhsulunu – “32K ROM” çipini yaratmağa 

nail oldu. Hazırda ETRI elektronika və telekommunikasiya texnologiyaları sahəsində 

dünya  liderlərindən  biridir  (yaddaş  mikroçipləri,  mini-superkompüterlər,  rəqəmsal 

mobil rabitə sistemləri, verilənlərin yüksək sürətli ötürülməsi). ETRI  KT sahəsində 

Koreyanın  ən  iri  elmi–tədqiqat  institutudur,  burada  2000–dən  çox  elmi–tədqiqatçı 

çalışır, onların əksəriyyəti (93-97 %) magistr və ya fəlsəfə doktorudur.  

Bu  tədbirlərlə  yanaşı,  hökumət  özəl  şirkətlərdən  elm  və  texnologiya  sahəsində 

öz elmi-tədqiqat təşkilatlarını təsis etməyi tələb etdi, onlar vergi güzəştləri və maliyyə 

dəstəyi  ilə  stimullaşdırılırdı.  Sənaye  texnologiyalarının  inkişafını  təmin  etmək  üçün 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə