Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

22 

 

Nəzərdən keçirilən diapazon müxtəlif ola bilər. O, aşağıdakı amillərlə müəyyən 



olunur:  elmi-texniki sahənin  dövlət  sektorunun  inkişafı, dövlət  büdcəsi vəsaitlərinin 

olması, firman elminin inkişad fərəcəsi və yeniliklər baxarının inkişaf səviyyəsi ilə. 

Birinci  iki  amil  dövlətin  iqtisadiyyatın  elmi-texniki  inkişafına  təsir  etmək 

imkanlarını  müəyyən  edir.  Dövlətin  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işləri 

(ETTK ) sektoru nə qədər irimiqyaslı olarsa, bir o qədər çox elmi-texniki araşdırma 

və istehsal  dövlət nəzarət altında həyata keçirilə bilər. 

Mərhələli  bölmə  strategiyası.  Bu  strategiya  sadalanan  amillərin  ən  yüksək 

göstəriciləri altında formalaşır. Bu şəraitdə dövlət və müəssisələrin səyləri innovasiya 

prosesinin  müxtəlif  mərhələləri  arasında  bölüşdürülür–fundamental  araşdırmaları, 

həmçinin  perspektiv  təcrübələri  dövlət  öz  üzərinə  götürür,  tətbiqi  araşdırmaların, 

təcrübi-konstruktor  işlərinin,  əsas  hissəsi,  istehsala  hazırlıq  və  s.  isə  -  assosiasiya-

korporativ  səviyyələrin  və  mikrosəviyyələtin  öhdəliyində  olur.  Yeniliklər  bazarının 

yüksək  səviyyəli  inkişafı  yeniliklərin  tətbiq  olunması  sahəsində  dövlət  tərəfindən 

ciddi cədhlərin göstərilməsini nəzərdə tutmur. Mərhələli həvəsləndirmə strategiyası. 

Bu  strategiyanın  formalaşması  şərtləri  əvvəlki  strategiyanın  şərtlərindən  onunla 

fərqlənir ki, mərhələli strategiyada inkişaf etmiş  yeniliklər bazarı mövcud deyil. Bu 

şəraitdə dövlət öz gücünü nəticələri bazar tərəfindən kifayət qədər tələb olunmayan 

yeniliklərin  tətbiqi  sahəsinə,  həmçinin  tədqiqat  prosesinin  ayrı-ayrı  mərhələlərinə 

yönəldir.  Burada  daha  çox  yeniliklərin  istehlakçılarına  həvəsləndirici  təsir 

göstərilməsi nəzərdə tutulur. 

 

 

 



 

 

 



 

 



23 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sintezli  ekspansiya  (genişlənəmə)  strategiyası.  Bu  strategiyanı  inkişaf  etməmiş 

firma  elmi  şərtləri  altında  istifadə  etmək  məqsədəuyğundur.  ETTK -nin  demək  olar 

ki,  bütün  mərhələləri  üzrə  tədqiqat  və  istehsalın  aparılmasını  dövlət  öz  üzərinə 

götürməyə məcburdur. Belə ki, yeniliklər bazarı kifayət qədər yaxşı inkişaf etmişdir, 

dövlət öz səylərini tətbiq mərhələsinə yönəltmir. 

Makroinnovasiyastrategiyal

arının formalaşdırılması 

aspektləri 

Dövlətin ETT 

sferasını ələ 

keçirməsi 

Texno

logiyaları



n köçürülməsi 

deya nəsli 

nnovasiya 

proseslərinin 

dəstəklənməsi 

Strategiyalar:  mərhələli bölgü, mərhələli stimullaşdərma, 

mərhələli ekspansiya,  məcburi müşayət, təşəbbüsün 

ötürülməsi, stimulların seçilməsi, krizisin aradan 

qaldırılması, selektiv düzəlişlər və s. 

Strategiyalar:  ardıcıl innovasiyalar, pilləli təşəbbüs,  

borc vəsaitləri ilə yeniliklər, borc vəsaitləri ilə hücum 

və b. 


Strategiyalar:  əməliyyat bazasının stimullaşdırma, 

texnoloji baza, məhsul idxalının əvəzedilməsi, 

texnoloji məhsul ixracı, texnologiyaların ixracı, 

texnoloji komponentlərin ixracı. 

Strategiyalar:  fundamental maliyyələşdirmə, tədbiqi 

maliyyələşdirmə, sonlu maliyyələşdirmə, fundamental 

stimullaşdırma, tamamlanmanın tərcihi, şəxsi 

innovasiyaların dəstəklənməsi, tədqiqatların idxalı, 

Sxem 1: Makroinnovasiya strategiyalarının tipologiyası 

Mənbə: Аньшин В.М.,  Дагаев А.А.  «Инновационный менеджмент», Дело, 2007, 

səh 121 



24 

 

Məcburi  müşayiət  strategiyası.  Yuxarıda  göstərilən  strategiyanın  istifadə 



olunması  ilə  bağlı  dövlətin  funksiyalarına  əlavə  olaraq  hal-hazırki  strategiyada 

bazarın  inkişaf  etməməsinin  nəticəsi  olaraq  yeniliklərin  tətbiqi  sahəsində  dövlətin 

intensiv fəaliyyəti nəzərdə tutulur (həmçinin firma elminin bənzər vəziyyəti). 

Səylərin ötürülməsi strategiyası. Bu və növbəti üç strategiya elm və texnikanın 

inkişafının  maliyyələşdirilməsinə  istiqamətləndirilən  dövlət  büdcəsinin  kəskin 

çatışmazlığı  şəraitində  formalaşırlar.  Nəzərdən  keçirilən  strategiya  firma  elminin və 

yeniliklər  bazarının  yüksək  inkişaf  səviyyəsinin  şərtlərinə  müvafiqdir.  Bu  halda 

dövlət öz səlahiyyətlərinin bir hissəsini  firma  səviyyəsinə ötürmək  məcburiyyətində 

qalır.  Dövlətin  elmi-texniki təşkilatları öz yaşamını  qoruyub saxlamaq  üçün birbaşa 

bazar tələbatlarının ödənilməsi istiqamətində çalışmağa məcbur olurlar. 

Selektiv  stimullar  strategiyası  həm  dövlət,  həm  də  qeyri-hökumət  sektorunda 

yeniliklərin  tətbiqinə  marağın  artırılması  məqsədi  ilə  yeniliklərin  istehlakçılarının 

həvəsləndirilməsini  nəzərdə  tutur.  Yeniliklərin  tətbiq  olunmasını  maliyyələşdirmək 

üçün dövlət vəsaitlərə malik olmadığından həvəsləndirmələr daha çox bilavasitə yolla 

həyata keçirilir və elm və texnikanın daha önəmli sahələrinə cəmlənir. 

Bazar  opportunizmi  strategiyası  firma  elm  sektoru  inkişaf  etmədikdə,  lakin 

yeniliklərin tətbiqi üzrə həcmli bazar mövcud olarsa tətbiq olunur. Bu halda dövlət öz 

elmi-texiki  sektorunu  fundamental  araşdırmaların  maliyyələşdirilməsi  üçün  maliyyə 

ehtiyatlarının  yaradılması  məqsədilə  bazar  tələbatına  yönəldir,  həmçinin  firma 

elminin inkişadı üçün bilavasitə stimullar (həvəslər) yaradır.  

Mərkəzdənqaçan  tranformasiya  strategiyası.  Bu  strategiyanın  formalaşması 

şərtləri  Rusiyanın  müasir  reallıqlarına  təqribən  uyğun  gəlir:  inkişaf  etmiş  dövlət 

ETTK   sektorunun  mövcud  olması,  onun  dəstəklənməsi  üçün  vəsaitin  olmaması, 

bütövlükdə firma elminin və yeniliklər bazarının inkişafının aşağı səviyyəsi. Bu halda 

dövlət  onların  inkişafı,  dövlətin  elmi-texniki  təşkilatlarının  transformaisyası  və 

mərkəzləşdirilməmiş ETTK  potensialının artırılması üçün stimullar yaratmalıdır.  

Hədəfli  reallaşdırma  strategiyası.  Bu  və  növbəti  yeddi  strategiya  dövlət  elm 

sektorunun  aşağı  inkişaf  səviyyəsində  formalaşır.  Bu  strategiya  dövlət  büdcəsi 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə