Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   2   3   4   5   6   7   8   9   ...   29

 



 Azərbaycan  Respublikasının  milli  innovasiya  sisteminin  konseptual  nəzəri 

əsaslarının işlənilməsinə cəhd edilmişdir; 

   nnovasiya  inkişafının  effektiv  xarici  təcrübələrinin  sosial-iqtisadi  tərəqqiyə 



cəhd  edən  hər  bir  ölkədə  tətbiqinin  səmərəliliyinin  əsaslandırılmasına  təşəbbüs 

göstərilmişdir; 

   nnovasiya  inkişafının  xarici  təcrübələrinin  müxtəlif  ölkələrdə  tətbiqinin 



səmərəliliyinin  bu  təcrübələrin  əsaslı  öyrənilməsi  ilə  hazırlanan  tədbirlərlə 

reallaşmasının mümkünlüyü iddia edilmişdir; 

   nnovasiya fəaliyyətinin səmərəli təşkili və inkişafı üçün informasiya təminat 



sisteminin yaradılma zərurəti əsaslandırılmışdır; 

   nnovasiya  proseslərinin  maliyyələşməsi  şərtlərinin  optimallaşdırılması  üzrə 



təkliflər  işlənmiş  və  iddia  edilmişdir  ki,  innovasiya  inkişafının  dinamizminə  nail 

olmaq  üçün  ETT-  yə  dövlət  büdcə  ayırmalarının  kəskin  artımı,  elmi  –  tədqiqat 

sektorunun  maliyyələşməsində  özəl  sektorun  iştirakının  gücləndirilməsi,  fəal  dövlət 

dəstəyi ilə vençur fondların formalaşdırılması zəruridir; 

 Azərbaycanın  innovasiya  sisteminin  dolğunlaşması  və  effektivliyinin 



yüksəldilməsi üçün texnoparkların,  biznes inkubatorların şəbəkəsinin genişlənməsi, 

ucuz  kredit,  güzəştli  vergi,  sürətli  amortizasiya  rıçaqlarından  daha  əhatəli  istifadə  

müasir  konseptual  istiqamətlər  kimi  təklif  edilmiş  və  onun  həyata  keçirilməsində 

dövlətin rolu, dövlət – sahibkarlıq əməkdaşlığı əsaslandırılmışdır; 

 M S-lərin  formalaşması  və  effektiv  fəaliyyətində  korporativ  idarəetmənin 



keyfiyyətnin  əhəmiyyətli  rola  malik  olduğu  əsaslandırılmış  və  innovasiya  yönümlü 

menecementin əsas istiqamətlərinin müəyyənləşməsinə təşəbbüs göstərilmişdir. 



Tədqiqat  işinin  nəzəri  əhəmiyyəti.M S-lərin  formalaşması  imkanları  üzrə 

nəzəri-metodoloji və əməli aspektlərin öyrənilməsinə cəhd edilməsindədir. 



Dissertasiyanın  praktiki  əhəmiyyəti ondan ibarətdir ki, irəli sürülən təklif və 

tövsiyələr  Azərbaycanın  innovasiya  sisteminin  əsas  elementlərinin  sistemli  şəkildə 

genişlənməsində,  innovasiya  sisteminin  tamlığına  təminat  yaradan  innovasiya 

infrastrukturu obyektlərinin optimal yerləşməsində istifadə edilə bilər.  




 

Tədqiqat  işinin  aprobasiyası  və  nəticələrinin  tətbiqi.  Tədqiqat  işinin 

nəticələri üzrə üç tezis hazırlanmış və “ qtisadiyatın Tənzimlənməsi” kafedrasında bir 

qrup müəllim və magistrların iştirakı ilə müzakirələr aparılmış, tezislər çapa tövsiyyə 

edılmışdır.Tədqiqatın  nəticələrinin  “Dövlət  investisiya  –  innovasiya  siyasəti” 

fənninin tədrisində qismən istifadəsi tövsiyyə olunmuşdur. 

Dissertasiya  işinin  quruluşu.  Buraxılış  işi  giriş,  3  fəsil,  nəticə  və  təkliflər, 

ədəbiyyat siyahısı, 95 səhifədən kompüter mətnindən ibarətdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

IFƏS L.  NNOVAS YA  NK ŞAFININ NƏZƏR  ƏSASLARI

 

 

1.1.  nnovasiya anlayışı və innovasiya inkişafının nəzəri aspektləri 

 

"  nnovasiya"  ingilis  dilindən  "innovation"  sözündən  götürülərək,  yenilik  və 



innovatorluq  mənalarını  ifadə  edir.  Buna  baxmayaraq,  iqtisadi  ədəbiyyatlarda 

"innovasiya" anlayışına dair müxtəlif fikirlərə rast gəlmək olar. A.Abbasov qeyd edir 

ki,  "innovasiya  anlayışı  ilk  dərə  XIX  əsrdə  mədəniyyətşünaslıq  üzrə  elmi 

tədqiqatlarda  bir  mədəniyyətin  bəzi  elementlərinin  digər  mədəniyyətlərə  daxil 

olmasını ifadə edirdi. Söhbət Avropa mədəniyyətinə Afrika və Asiya cəmiyyətlərinin 

ənənələrinin daxil olmasından gedirdi" (7, səh.67) 

nnovasiya  -  layihənin  hazırlanmasında,  planlaşdırılmasında,  istifadəsində 

keyfiyyət üstünlüklərinə çalik olan yeni məhsul, xidmət və texnologiyalar və ya yeni 

təşkilati  -  iqtisadi  forma  şəklində  ifadə  olunan,  əvvəlki  məhsul  və  ya  təşkilati 

formalarla müqayisədə əlavə iqtisadi və ya ictimai mənfəəti  təmin edən innovasiya 

fəaliyyətinin nəticəsidir. (15, səh 9) 

qtisadi  ədəbiyyatlarda  innovasiya  fəaliyyəti  sahəsində  ümumi  qəbul  olunmuş 

terminalogiya  yoxdur.  Tədqiqat  obyektindən  və  predmetindən  asılı  olaraq,  iqtisadi 

ədəbiyyatda  innovasiyanı  proses,  sistem,  dəyişiklik  və  nəticə  kimi  nəzərdən 

keçirirlər.  XX  əsrin  30-cu  illərində  innovasiya  haqqında  tədqiqatların  əsasını  qoyan 

Avstriya  iqtisadçısı  .Şumpeter  özünün  "  qtisadi  inkişaf  nəzəriyyəsi  "  əsərində 

innovasiyaya texniki dəyişikliyin iqtisadi təsiri kimi baxmışdır. O, istehsal funksiyası 

çərçivəsində innovasiya sahibkarlığının mahiyyətinin tapmağa cəhd etmiş innovasiya 

prosesləri nəzəriyyəsinin əsaslarını tədqiq etmişdir.  

Yeniliyə texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxan alim, innovasiya 

prosesində  sahibkarın  rolunu  qeyd  etmiş  və  onu  ixtira  ilə  yenilik  arasında 

əlaqələndirici adlandırmışdır. 

Dünya  iqtisadi  ədəbiyyatında  "innovasiya"  termini  potensial  elmi-texniki 

tərəqqinin  yeni  məhsul  və  texnologiyalarda  öz  əksini  tapması  kimi  şərh  olunur. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə