Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   21   22   23   24   25   26   27   28   29

77 

 

olmaması  sayılır.  Odur  ki,  cari  iqtisadi  vəziyyət  şəraitində  investisiyalaşma  üçün 



cəlbedici  olan  şirkət  deyil,  ayrıca  innovasiya  layihəsimüəyyən  edilməlidir  ki,  bu  da 

innovasiya  infrastrukturunun  bütünsubyektlərinin  sıx  qarşılıqlı  təsirinin  zəruriliyini 

şərtləndirir.  

nnovativ  inkişafa  nail  olmaq  üçün  son  illərdə  ölkədə  qazanılmış  bütün 

nailiyyətlərin  qorunub  saxlanmasına  və  inkişaf  etdirilməsinə  yönəlmiş  siyasət 

aparılır.  Müasir  texnologiyalarla  təchiz  olunmuş  iri  sənaye  müəssisələrinin 

yaradılmasına  xüsusi  diqqət  yetirilir.  Böyük texnoparkların   və    sənaye    parklarının  

işə  salınması  və  fəaliyyət  göstərməsini  buna  misal  göstərmək  olar.  Yeni 

texnologiyalara əsaslanan kiçik və orta müəssisələrin fəaliyyəti daha  da  güclənir  və  

onların  sayı  artır.  Bu  məsələdə  dövlət  tərəfindən  özəl  sektora  güzəştli  kreditlərin 

verilməsi mühüm rol oynayır.  

Ölkə  iqtisadiyyatının  əsasını  təşkil  edən  neft-qaz  sektorunda  genişmiqyaslı 

layihələr  həyata  keçirilir.  2012-ci  ildə  ən  müasir  texnologiyalar  bazasında  fəaliyyət 

göstərən yeni neft-kimya kompleksinin yaradılması layihəsinin həyata keçirilməsinə 

başlanmışdır.  “Azərbaycan  rəhbərliyi  ölkəni  artıq  2021-ci  ilə  -  müstəqilliyin  bərpa 

edilməsinin  30-cu  ildönümünə  qədər  vətəndaşların  yaşayışı  üçün  daha  firavan 

məkana  çevirməyi  qarşısına  məqsəd  qoymuşdur.  Millətin  yaradıcılıq  fəaliyyətinə, 

innovasiyalara  qabil  olan  daha  çox  nümayəndələrini  yetişdirmək  lazımdır.  Neft 

resurslarının məhdud olduğu zamanda yaşayıb inkişaf etməyin yolları, gələcək nəslə 

necə  ölkə  təhvil  vermək  problemini  indiki  nəsil  sabaha  saxlamadan  həll 

etməlidir”(18.  I  Fəsil).  Bundan  çıxış  edərək,  öndə  olmaq  və  qarşıda  qoyulan 

məqsədlərə  nail  olmaq  üçün  yeganə  üsul  innovativ  mexanizmlərdən  istifadə  etməyi 

öyrənmək,  energetika,  biotexnologiyalar  və  istehsalın  elmi  əsaslarla  fəaliyyət 

göstərən  digər  sektorlarına  aid  biliklərə  əsaslanan  tamamilə  yeni  sahələri  işə 

salmaqdır.  nnovativ  texnologiyalar  əmək  məhsuldarlığının  və  iqtisadiyyatın 

artımının ən mühüm mənbəyidir. Ölkə iqtisadiyyatının inkişafında əsas prioritet  kimi  

qeyri-neft  sektorunun  inkişafı  respublikamızın  qarşısında  duran  mühüm  

problemlərdəndir. Bu  sahədə mühüm  işlər  həyata  keçirilməlidir. Artıq bu  sahədə  




78 

 

mühüm  işlərə    start  verilmişdir.  2013-cü  ilin  sonuna  qədər  Bakı  şəhərinin  Qaradağ   



rayonunda  C  ingilis texnologiyası bazasında metanol istehsalı üzrə iri kimya zavodu 

istifadəyə  veriləcəkdir.  Metanol  neftin  və  qazın  ən  səmərəli  alternativi  olacaqdır. 

Gəncə şəhərində yeni alüminium zavodu fəaliyyətə başlamışdır. Bu, ölkənin sənaye 

potensialını  xeyli  gücləndirəcəkdir.  2014-cü  ildə  iri  metallurgiya  kompleksinin 

istifadəyə verilməsi sayəsində metallurgiya sənayesinin mövcud imkanları artacaqdır. 

Gübrə  istehsalı  üzrə yeni  zavodun tikilməsi nəzərdə tutulmuşdur.  Bu  zavod ölkənin 

tələbatını tam təmin etməklə bərabər, ixrac potensialını da artıracaqdır. Qeyd  edilən  

müəssisələrin  tikintisi  müasir  texnologiyalar  əsasında  həyata  keçiriləcəkdir  ki, bu  

da  ölkəmizdə  yüksək  rəqabətqabiliyyətli  məhsullar  istehsal  etməyə  imkan  

verəcəkdir.  

Hesablamalara  görə, on ildən sonra Azərbaycanın iqtisadi və sənaye potensialı 

iki dəfə artacaqdır. Ölkəmiz ən yeni texnologiyalardan və xarici təcrübədən istifadə 

etməklə alternativ və bərpa edilən enerji mənbələri yaratmağa başlamışdır. Məsələn, 

Qobustan  rayonunda  günəş  və  külək  enerjisi  ilə  işləyən  Alternativ  Enerji  üzrə 

Təcrübə-Sınaq  Mərkəzi  istifadəyə  verilmişdir.  Respublikanın  digər  regionlarında  da 

bu  istiqamətdə  iş  aparılır.  2012-ci  il  aprelin  24-də  Sumqayıt  şəhərində  günəş 

modulları və LED lampaları istehsal edən “Azgüntex” zavodu istifadəyə verilmişdir. 

Alternativ  və  bərpa  edilən  enerji  sahəsində  dünya  şöhrətli  şirkətlərin  ən  müasir 

texnologiyalarından 

istifadə 

edilməklə 

yaradılmış 

bu 

zavod 


tamamilə 

kompyuterləşdirilmişdir. Burada hər birinin gücü 42-250 vatt olan 60 fotoelementlə 

təchiz  edilmiş  günəş  panelləri  beynəlxalq  standartlara  uyğun  hazırlanacaq  və  stabil 

elektrik  enerjisi  istehsal  edəcəkdir.  Panellər  istehsal  edən  texnoloji  xətdə  proses 

tamamilə avtomatlaşdırılmışdır. 

Qənaətli  və  uzunömürlü  olması  ilə  fərqlənən  yeni  nəsil  yüksək  texnoloji  LED 

lampalarının  istehsalı  üçün  xüsusi  zavod  tikilməsi  nəzərdə  tutulmuşdur.  

Azərbaycanda  geniş  çeşiddə  neft  və  elektrik  avadanlığı,  metaldan  və  kompozit 

materiallardan  müxtəlif  diametrli  borular,  kimya  sənayesi  məhsulları,  inşaat 

materialları  və  başqa  mallar  istehsal  edilir.  Minik  və  yük  avtomobilləri  istehsalına 




79 

 

start  verilmişdir.  Bizim  ixrac  etdiyimiz  yüksək  keyfiyyətli,  bütün  beynəlxalq 



standartlara  cavab  verən  sənaye  və  yeyinti  məhsullarına  xarici  alıcıların  böyük 

tələbatı  vardır.  Kənd  təsərrüfatında  innovasiyaların  tətbiqi  tədbirlərinin  həyata 

keçirilməsi  bu  gün  aqrar  siyasətin  əsasını  təşkil  edir.  Kənd  təsərrüfatının  maddi-

texniki bazası yeniləşdirilir, yeni metodlar və texnologiyalar tətbiq edilir.  

KT  sektorunun  sabit  və  ardıcıl  inkişafının  təmin  edilməsi  üçün  hökumət 

aşağıdakı  istiqamətləri  daha  vacib  hesab  edir:  kosmik  sənayenin  inkişafı,  yüksək 

sürətli  internetdən  istifadə  imkanı,  KT  sektorunun  rəqabət  qabiliyyəti  və  ixrac 

tutumu;  ölkənin  bütün  yaşayış  məntəqələrini,  habelə  evləri  və  mənzilləri  optik-lifli 

rabitə  vasitələri  ilə  əhatə  edən  genişzolaqlı  xidmətlərin  inkişaf  etmiş  müasir  şəbəkə 

infrastrukturu  (yüksək  sürətli  internetdən  istifadə)  dövlət  idarəçilik  sistemində 

informasiyadan  yararlanmağa,  biznes  fəaliyyəti  və  xidmətlər  göstərilməsi  üçün 

müasir  texnologiyaların  üstünlüklərindən  tam  istifadə  etməyə  imkan  yaradacaqdır. 

Bu,  infrastruktur  məsələləri  arasında  birinci  dərəcəli  vəzifədir.  Ekspertlərin 

hesablamalarına  görə,  genişzolaqlı  xidmətlərin  istifadəçilərinin  sayının  10  faiz 

artması, bütövlükdə ÜDM-in 1-1,5 faiz artmasına imkan verir. 

Ölkədə  kosmik  sənayenin  yaradılması,  habelə  milli  telekommunikasiya 

peyklərinin  buraxılması  yaxın  və  uzaq  perspektivə  istiqamətlənmiş  daha  bir  vacib 

məsələdir. 2012-ci ilin sonu - 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykinin 

buraxılması  ölkənin  KT  sektorunun  möhkəmlənməsi,  onun  xidmətlər  ixracı  üçün 

sərhədlərinin  genişlənməsi  baxımından  yeni  imkanlar  yaratmışdır.  Artıq  ikinci 

telekommunikasiya peykinin, habelə Yerin səthinin tədqiqi və monitorinqi üçün aşağı 

orbitli  digər  peyklərin  buraxılması  məsələləri  üzərində  iş  aparılır.Xarici  ekspertlər 

hesab  edirlər  ki,  2020-2025-ci  illərdə  Azərbaycanda  KT  sektorunun  gəlirləri  neft 

gəlirləri səviyyəsinə çata bilər.  

KT  sahəsinin  inkişafı  vektorunun  innovasiyalı  tərkib  hissəsi  ilbəil 

genişlənəcəkdir.  Rəqabətə  davamlı  və  ixrac  tutumlu  KT  sektoru  yaradılmasına 

yönəlmiş tədbirlər ölkənin daha bir mühüm vəzifəsidir. Hökumət bu sektorun inkişaf 

etdirilməsi  məqsədilə  ixrac  imkanlarının  artırılması,  bu  sahəyə  daxili  və  xarici 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə