Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   21   22   23   24   25   26   27   28   29

71 

 

IIIFƏS L.



 

M LL  

NNOVAS YA 

S STEM N N 

DÖVLƏ

TƏNZ MLƏNMƏS N N TƏKM LLƏŞD R LMƏS   ST QAMƏTLƏR  

 

3.1.  Azərbaycanda  dövlət  elmi  -  texnoloji  inkişaf  siyasətinin 

təkmilləşdirilməsi yolları

.

 

 

 



nnovasiya  infrastrukturunun  formalaşması  və  inkişafının  nəzəri  vəpraktiki 

əsaslarını  öyrənmək  və  Azərbaycanın  milli  innovasiya  sisteminintəhlili  əsasında 

respublikanın  innovasiya  infrastrukturunun  təşkilati–iqtisadimodelini  hazırlamaq 

mümkündür. nnovasiya 

infrastrukturunda 

formalaşan 

ən 

vacib 


element 

istehsaltexnoloji  istiqamət  sayılmalıdır  ki,  bunun  da  əsasında  çox  da  böyük 

olmayaninnovasiya 

mərkəzləri 

dayanır. 

Milli 


iqtisadiyyatımıza 

rəğmənrespublikamızda 

innovasiya 

mərkəzlərinin 

üç 

modelinin 



istifadə 

olunmasıməqsədəuyğun sayılmışdır: 

-

 milli texnoparklar; 



-

 regional innovasiya mərkəzləri; 

-

 yüksək texnologiyaya malik ərazilər. 



Milli texnoparkların yaradılmasında əsas məqsəd müasir elmin prioritet  sahələri 

üzrə  milli  elmi-texniki  potensialın  iqtisadi  proseslərə  cəlb  olunması  vəelmi 

tədqiqatların  kommersiya  reallaşdırılması  yolu  ilə  bu  sahələrin  gələcək  inkişafına 

əlavə  vəsaitlərin  cəlb  olunması  sayılır.  Xarici  ölkə  parklarının  yaradılması 

təcrübəsinin təhlili və bu sahədə aparılan ümumiləşdirmələr (I Fəsil. 3-cü sual) əsas 

verir  ki,  ictimai–siyasi  reallıqları  və  təbii–qtisadi  resursları  nəzərə  alan  texnopark 

modelinin  düzgün  seçilməsi,  eləcədə  konkret  regionun  elmi–texniki  və 

innovasiya potensialının  inkişaf 

səviyyəsininnəzərə 

alınması 

sosial–iqtisadi 

məsələlərin daha  uğurlu həllinə təsir  göstərir.  Deyilənləri nəzərə  alaraq  qeyd  etmək 

olar  ki,  ABŞ-da,  Böyük  Britaniyada,  Avropada  (Fransada,  Almaniyada,  spaniyada, 

Finlandiyada),  Rusiyada,  Yaponiyada,  Türkiyədə  və  s.  ölkələrdə  texnoparkların 

yaradılması  və  fəaliyyət  göstərməsi  təcrübələrinin  kompleks  təhlili  texnoparkların 



72 

 

yaradılması sahəsində Azərbaycan üçün də nümunə ola bilər. Belə ki, bu sahədə artıq 



ilk addımlar atılmışdır.22 Dekabr  2009-cu ildə  Prezident  lham Əliyevin Sərəncamı  

ilə  Sumqayıt Texnologiyalar Parkının (STP) birinci mərhələsi işə salınmışdır. Parkın 

ərazisi  45  hektardır.  Parkdakı  zavod  korpuslarının  ərazisi  isə  140  min  kvadrat 

metrdir. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma 

işlərində  2300  nəfərdən  çox  işçi  çalışmışdır.  Müəssisə  tam  işə  düşdükdən  sonra 

burada  3000  nəfər,  o cümlədən  yüksək  ixtisaslı  mühəndislər  daimi  işlə  təmin 

ediləcəkdir.Sumqayıt  texnoparkında  elektroenergetika  sənayesi  üçün  məhsullar 

hazırlanır,  zavodlar,  sexlər  və  istehsal  xətləri  yaradılır.  Sumqayıt  Texnologiyalar 

Parkı:  1)  Alternativ  enerji  mənbələrindən  istifadə  etməyə  imkan  yaradan 

avadanlıqlar; 2) Külək və alçaq gücə malik su elektrik stansiyalarının avadanlıqları; 

3)  ri çaplı plastik, yüksək təzyiqə davamlı metal-plastik borular; 4) Arqon, oksigen, 

azot  və  digər  texniki  qazlar;  5)  rihəcmli  metal  konstruksiyaları  qaynar  üsulla 

sinkləmə;  6)  Günəş  enerjisindən  istifadə  məqsədi  ilə  istifadə  edilən  qurğular;  7) 

Müxtəlif çeşidli plastik kütlə, izolyasiyalı, müasir, alçaq, orta, yüksək və ifrat yüksək 

elektrik  güc kabelləri  (MDB  və  Yaxın  Şərqdə  analoqu olmayan  500  kV-luq  mis  və 

alüminium  damarlı,  korroziyaya  davamlı  sualtı  qurğuşun  qabıqlı,  yeraltı  polad 

alüminium zirehli və s.); 8) Çılpaq və plastik kütlə izolyasiyalı elektrik hava xətləri 

naqilləri  və  müasir  güc  transformatorları  istehsal  etməyə  imkan  verən  zavodlara 

malikdir.  Zavod  ölkədə  analoqu  olmayan,  regionda  ən  iri  və  yüksək  texnologiyalı 

müəssisələrdən biridir. Hal–hazırda STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində 

fəaliyyət  göstərən  zavodlar  aşağıdakılardır:  1)  Kabel  zavodu;  2)  Kabel  zavodunun 

mis  və  alüminium  elektrotexniki  çubuqlar  istehsalı  sexi;  3)  Alüminium  və  mis 

profillərinin  istehsalı  zavodu;  4)  Ağır  maşınqayırma  zavodu;5)  Ağır  maşınqayırma 

zavodunun  mexaniki  təmir  sexi;  6)  Qaynar  sinkləmə  zavodu;  7)  Dəqiq  emal 

mərkəzləri zavodu; 8)  Texniki  qazlar istehsalı  zavodu;  9)  Metal  əritmə  zavodu; 10) 

Elektron cihazlar zavodu; 11) Günəş kollektoru sexi; 12) Yüksək gərginlikli elektrik 

avadanlıqları  zavodu;  13)  Toz  boya  sexi.  Gələcəkdə  zavodların  sayının  30-a 

çatdırılması nəzərdə tutulur. 




73 

 

nkişaf    etmiş  ölkələrin    təcrübəsi    göstərir    ki,    texnoparklar xüsusilə  KT 



sahəsində böyük uğurlar gətirib.  Təsadüfi deyildir ki,  tanınmış  KT  şirkətlərinin  70-

80%-i öz fəaliyyətinə texnoparklardan başlayıb.Bu 

təcrübəni 

nəzərə 


alaraq 

Azərbaycan  prezidenti  2012-ci  il  noyabrın  5-də  Sumqayıt  şəhərində  Yüksək 

Texnologiyalar 

Parkının 

("YT 

Park") 


yaradılması 

haqqında 

fərman 

verdi. "YT Park" informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya 



və kosmos, enerji səmərəliliyi  sahələrində  tədqiqatlar  aparılması, yeni və  yüksək 

texnologiyaların  hazırlanması   və  idarəetmə  qurumları  olan ərazi  olacaq.    

Daha bir texnopark  yenə  də  Sumqayıtda  yaradılır.  2011–ci  ilin  sonunda 

imzalanan fərmana uyğun olaraq Sumqayıtda Kimya Sənaye  Parkı  yaradılır. 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft–kimya və digərprioritet sənaye 

sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı 

müəssisələri 

qurulacaq. 

Bu 

parkda 


“Azərkimya”nın 

istehsal etdiyi məhsullardan xammal kimi istifadə  edən  müəssisələr  yaradılacaq 

və son məhsul istehsal ediləcək. Burada indiyə 

qədər 


Azərbaycanda 

istehsal  

olunmayan məhsulların istehsalını təşkil edən şirkətlərə bu parkda daha çox  üstünlük 

veriləcək.  Yeni  etilen–propilen  qurğusunun  qurulması  nəzərdə  tutulur. 

Kanada texnologiyası  ilə  qurulan  bu  qurğu  təxminən  80–100  mln.  manata  başa 

gələcək. 

28    Dekabr    2011-ci  ildə    Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

"Bakı  şəhərində  Balaxanı  Sənaye  Parkının  yaradılması  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının 

fəaliyyətinin  təmin  edilməsi  ilə  bağlı  tədbirlər  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin  Sərəncamı"  imzalanmışdır. 19  dekabr  2012-ci  ildə  Azərbaycan 

Respublikası 

Prezidenti 

tərəfində 

Balaxanı 

Sənaye 


Parkının 

təməli 


qoyulmuşdur.  Park  ərazisində  mexaniki  emal  və  istehsal  qurğuları  üçün  bütün 

şəraitlər və lazımi dəstək dövlət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı 

poliqonuna  və  tullantıların  yandırılması  zavoduna,  o  cümlədən  əsas  nəqliyyat 

qovşağına  yaxınlığı  xammal  və  enerji  təchizatı  və  əldə  edilmiş  xam  material  və  ya 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə