Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   21   22   23   24   25   26   27   28   29

74 

 

istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış 



olacaq. Balaxanı Sənaye Parkının başlıca faydaları:  

-

 Bir məkanda vahid infrastruktur yaratmaq; 



-

 Yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsiri azaltmaq; 

-

 Təkrar  istehsal/təkrar  istifadə  və  istehsal  müəssisələrini  yaratmaq,  bu  sahəyə 



dəstək; 

-

 Əldə  edilən  xam  malların  satışı  və  ya  istehsal  olunmuş  məhsullar  bazarını 



genişləndirmək 

Milli Məclistərəfindən 

Vergilər 

Məcəlləsinə 

edilən 

son 


əlavə 

və 


dəyişikliklərdə     sənaye  və texnologiya parkları nəzərə    alınmışdır.  Belə    ki,  əsasən, 

ölkədə 


yaradılan 

sənaye 


və texnologiya parklarının 

idarəedici 

təşkilatı 

və ya operatorunun mənfəətinin 

parkın infrastrukturunun tikintisinə 

və 


saxlanılmasına 

yönəldilmiş 

hissəsi 

vergidən azad ediləcək. Bundan başqa, 

parkın rezidentiolan, 

yəni burada fəaliyyət 

göstərən hüquqi şəxslərin 

parkdakı 

fəaliyyətindən əldə edilən gəlirlər 7 il müddətinə vergiyə cəlb edilməyəcək. 

Qeyd  edək  ki,  Azərbaycanda  sənaye  parklarının  yaradılmasına  başlanılmasının 

ciddi  əsasları  var. Xarici ölkələrin  təcrübəsinə istinad edərək  deyə  bilərik ki,  sənaye 

parkları  sahibkarlığı  dəstəkləmək, qeyri–nefttsektorunun davamlı  inkişafını  təmin 

etmək 

və 


əhalinin istehsal sahəsində 

məşğulluğunu 

artırmaq 

imkanına sahibdir. Buna görə də  müxtəlif  sənaye  sahələrini inkişaf etdirmək  istəyən, 

ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı  olan  dövlətlər iqtisadi siyasətlərində 

sənaye parklarının yaradılmasına,  inkişafına yer verirlər.  

Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və  Cənubi  Koreya təcrübələri 

göstərir ki,  sənaye  parklarının  yaradılması  ölkə  iqtisadiyyatının ixrac,  rəqabət 

qabiliyyətinin, 

idxalı 


əvəz 

edən 


məhsulların 

istehsalının 

artırılması, 

ətraf rayonlarda  məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb 

edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə  malikdir. 

Sənaye  parkları  müxtəlif  cür (sənaye  şəhərcikləri, ixrac–emal  zonaları 

biznes parkları, ali texnologiya parkları,  sənaye inkişaf zonaları  və  eko–sənaye 



75 

 

parkları kimi)  adlandırıla  bilsə  də,  onların iki ümumi fərqləndirici  xüsusiyyəti var. 



Birincisi, 

həmin 


məqsəd üçün ayrılan torpaq sahəsində bir neçə firma bir-birinə 

yaxın olmaqla yerləşdirilir, ikincisi,onların ümumi infrastrukturu, kommunal   xidmət

ləri, yanğınsöndürmə və təhlükəsizlik xidmətləri və ümumiəraziləri olur.  

Sənaye 


parkları 

həmçinin park fəaliyyətlərini 

idarə 

edən 


ümumi 

idarəetmə strukturuna da malik olur.  Sənaye  parklarının üstünlüyü həm  də  ondan   

ibarətdir ki, onlar investisiya layihələrinin  inkişafını,  eləcə  də  kiçik  və  orta  

müəssisələrin  gəlir əldə etməsi imkanlarını asanlaşdırır. 

Sənaye  parkında  yerləşən  biznes  müəssisələrindən  fərqli  olaraq,  kənarda 

yerləşən  müəssisələr  bəzi  çətinliklə  üzləşir. O  cümlədən, sahibkarlar torpaq əldə 

etmək üçün müraciət  etmək  və müvafiq ödənişi  həyata  keçirmək,  torpağı    müvafiq 

istifadə üçün hazır şəkilə  gətirmək, kommunal  xidmətlərə  giriş  imkanı əldə  etmək 

üçün əlavə  təzminat  ödəmək,  tullantıların  emalı  sistemlərini  tikdirmək, 

əraziyə münasib giriş strukturunu təminetmək, 

yerli hakimiyyət 

orqanlarından 

müvafiq icazələrin  alınması  prosesində bürokratiya halları  ilə  üzləşmək,  sənaye 

parkında  təklif  edilən ümumi xidmətlərin bu ərazidə  təklif  edilməməsi  kimi 

problemləri 

həll 


etmək 

məcburiyyətində 

qalırlar. 

Sənaye 


parklarında 

isə biznes təşkilatları bu cür çətinliklər 

yaşamır.  lk növbədə ona görə ki, 

sənaye 


parklarında biznesin təşkilində dövlət maraqlı olur. Bundan başqa, sənaye parklarında 

xidmətlər ortaq olduğundan,  əməliyytların  ümumi  dəyəri  çox  vaxt  sənaye  

parklarında daha sərfəli olur və kiçik  və orta  müəssisələr  orta  biznes imkanlarından 

bəhrələnir.  Sənaye  parkları iri şirkətləri  cəlbetməklə kiçik və orta  müəssisələrin 

inkişafına 

əlavə 


dəstək verir, daha böyükiqtisadi rəqabətə 

davamlılığı 

təmin edir. Bu isə öz növbəsində biznes mühitinin təkmilləşdirilməsinəgətirib  çıxarır. 

Lakin, sənaye parkları əlverişli biznes mühitini tam  formalaşdıra bilmir. 

 

Beləliklə,  texnopark  strukturlarının  yaranması  və  formalaşması  Azərbaycanda 



elmi-texniki  infrastrukturun  moderləşməsinə,  elmin,  təhsilin  və  istehsalın 

inteqrasiyasının  təmin  edilməsinə,  innovasiya  siyasətinin  səmərəliliyinin  artırılması 




76 

 

və  iqtisadiyyatın  yüksəldilməsinə  və  bütövlükdə  ölkənin  dünya  iqtisadiyyatına 



inteqrasiya olunmasına müsbət təsir göstərir. 

Regional  innovasiya  mərkəzlərinin  yaradılmasının  əsas  məqsədi  Azərbaycanın 

regionlarında  texnoloji  istiqamətin  geniş  spektri  üzrə  innovasiya  proseslərinin  

aktivləşdirilməsi  sayılır.  Yüksək  texnologiyalara  malik  ərazilər  innovasiya  

infrastrukturunun  subyektləri  sayılırlar  və  istehlak  təyinatlı  yüksək  texnoloji  

məhsulların  buraxılışı  üzrə  xarici  şirkətlərlə  birgə  müəssisələr  yaratmaq    əsasında 

fəaliyyət  göstərirlər.  Bu  cür  təşkilatların  yaradılmasında  məqsədAzərbaycan 

iqtisadiyyatına  istehlak  mallarının  istehsalı  üzrə  müasirtexnologiyaların  cəlb 

olunması sayılır. Yüksək texnologiyaya malik ərazilərinyaradılması üçün ilkin şərtlər 

əlverişli  coğrafi  mövqe,  istehsal    infrastrukturunun  kifayət  qədər  inkişaf  səviyyəsi 

zəngin  mineral  resursların  mövcudluğu,  iqtisadi  və  siyasi  sabitlik  hesab  olunur. 

Yüksək  texnologiyaya  malik  ərazilərin  effektiv  inkişafı  üçün  ən  mühüm  şərtlər 

müvafiq qanunvericilik bazasının işlənib hazırlanması və potensial partnyorlar üçün 

güzəştlər  sisteminin  tətbiqi  sayılır.  Yüksək  texnologiyalı  ərazilər  assosiasiya 

formasında  yaradıla bilərlər. Yüksək texnologiyaya malik ərazilərin inkişafı nisbətən 

az  müddətdə  ÜDM-də  elmtutumlu  məhsulların  payının  artmasına  yerli  elmi-texniki 

və  istehsal heyətin yüksək texnologiyalı sferaya cəlb olunmasına, rəqabətqabiliyyətli 

məhsullarla  dünya  bazarına  çıxmaq  üçün  əlverişli  şəraitin  yaradılmasına  və 

beynəlxlaq keyfiyyət standartına keçidin surətlənməsinə kömək edir. 

Azərbaycanda  elmi-texniki  və  innovasiya  sferalarının  gələcək  inkişafı  üçün 

vençur sahibkarlığı sisteminin formalaşması zəruridir. Qeyd etməklazımdır ki, vençur 

sahibkarlığının  inkişafı  sahəsində  daha  böyük  nəticələriyalnız  bu  sferada  xeyli 

təcrübəsi  olan  beynəlxalq  və  xarici  maliyyə  institutları  ilə  sıx  əməkdaşlığın  təmin 

edilməsi şərtilə əldə etmək olar Azərbaycanda elmi-texniki və innovasiya sferalarının 

gələcək  inkişafı  üçün  vençur  sahibkarlığı  sisteminin  formalaşması  zəruridir. 

Vençursahibkarlığının  inkişafı  prosesində  aparıcı  rolu  texnoparklar  oynamalıdır. 

Müasir  mərhələdə  vençur  maliyyələşdirilməsinin  inkişafını  ləngidən  əsasamillərdən 

biri  kifayət  miqdarda  cəlbedici  şirkətlərin  və  ya  innovasiyatəşəbbüskarlarının 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə