Microsoft Word Tural dissertasiya docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix01.11.2017
ölçüsü0,72 Mb.
#8102
1   ...   21   22   23   24   25   26   27   28   29

83 

 

elə bir kordinasiyası prosesidir ki, bu fəaliyyətin effektivliyi təmin edilsin” (31, 256). 



Daha  doğrusu,  investisiyaların  effektivliyini  –  yüksək  mənfəəti  prinsipial  olaraq, 

təkmil, daha doğrusu, innovasiya menecment reallaşdırır. 

nnovasiya  menecmenti  innovasiya  proseslərinin,  innovasiya  fəaliyyətinin,  bu 

fəaliyyətlə  məşğul  olan  təşkilati  strukturun  və  heyətin  idarə  edilməsinin  prinsip, 

metod və formalarının məcmusudur. 

nnovasiya  meneceri  innovasiya  prosesinin  müxtəlif  fazalarında  fəaliyyət 

göstərir  və  bu  sahədə  özünün  idarəetmə  fəaliyyətini  qurur.  Müəssisə  və  təşkilatlar 

innovasiya  fəaliyyəti  ilə  məşğul  olmaq  məqsədi  ilə  aşağıdakı  təşkilati  strukturları 

yarada bilərlər: 

1.

 Elmi tədqiqat institutları və ya elmi mərkəzlər. 



2.

 Layihə - konstruktor şöbələri. 

3.

 Strateji araşdırma mərkəzləri. 



4.

 Marketinq şöbəsi nəzdində marketinq tədqiqatları bölməsi. 

5.

 Laboratoriyalar. 



6.

 Məsləhət (konsaltinq) şöbələri və s. 

Vençur  biznesi  ilə  məşğul  olan  firmalar  yeni  məhsulların  layihələşdirilməsini, 

tədqiqini və istehsalını, ixtiraçılıq və elmi axtarışla bağlı fəaliyyəti həyata keçirirlər. 

Mahiyyətinə və məzmununa görə vençur biznesi riskli biznesdir. (Vençur sözü ingilis 

dilindən  “venture”  sözündəndir.  Mənası  “risk”,  “cəsarətli  addım”  deməkdir.  Yəni 

vençur müəssisələrinin həyata keçirdikləri kapital qoyuluşları olduqca riskli bir işdir. 

Çünki istehlakçılar yeni layihələri, məhsulları necə qəbul edəcək, yeniliklərin nəticəsi 

necə  olacaq  bunu  qabaqcadan  proqnozlaşdırmaq  çox  çətindir.  Ona  görə  də,  vençur 

kapitalı riskli kapital hesab olunur.         

Vençur  firmaları  böyük  firmaların  struktur  vahidi  kimi  törəmə  müəssisələri 

formasında da fəaliyyət göstərirlər. Vençur firmasının təşkil edilməsi və yaradılması 

üçün lazım olan şərtlər aşağıdakılar hesab olunur:     

1) Maliyyələşmə mənbəyi − risk kapitalı.   

2) Vençur firmasının gəlir gətirə bilmək potensialı.  



84 

 

3)  nnovasiya ideyalarının mövcudluğu.   



4) Firmanın məhsuluna bazar tələbatının yaranması. 

nnovasiya  firmalarına  və  qurumlarına  rəhbərlik  mühəndislər  və  menecerlər 

tərəfindən həyata keçirilir. 

Funksional  yanaşma  üsulundan  istifadə  edərək  ayrı-ayrı  ölkələrin  M S-lərinin 

tədqiq  olunması  və  onların  Azərbaycanın  sosial-mədəni  və  iqtisadi  mühitinə 

uyğunlaşdırılması  xüsusiyyətlərinin  öyrənilməsi  yolu  ilə  Respublikamızın  milli 

innovasiya  sisteminin  aşağıdakı  səkkiz  funksiyasının  formalaşdırılmasının  vacib 

olduğunu müəyyənləşdə bilərik:  

- innovasiya siyasətinin formalaşdırılması;  

- innovasiyalar üçün tənzimləyici mühitin yaradılması;  

- perspektivli  elmi  istiqamətlərin  müəyyənləşdirilməsi  və  prioritetli  innovasiya 

proseslərinin seçilməsi;  

- resursların formalaşdırılması və bölüşdürülməsi;  

- innovasiya istiqamətli ETTK -lərin yaradılması və həyata keçirilməsi;  

- innovasiya  fəaliyyətinin  inkişaf  etdirilməsi  tələblərinə  cavab  verən  insan 

kapitalının formalaşdırılması və zəruri olan material aktivlərinin yaradılması;  

- innovasiyaların yaradılması və istifadəsi üçün stimulların yaradılması;  

- yüksək  texnologiyalara  əsaslanan  yeni  istehsal  və  xidmət  sahələrinin 

inkişafının maliyyə cəhətdən dəstəklənməsi. 

nnovasiya  menecmentinin  təhlili  bir  sıra  mühüm  məqamları  -  vençur 

maliyyələşdirmə sxeminin effektivliyini, innovasiya risklərinin idarəedilməsini və.s.-i 

aydınlaşdırmağa,  o  cümlədən  elmi-tədqiqatın  proqram-məqsədli  təşkilinin  mikro 

səviyyədə  təkmılləşdirilməsi  məsələsinin  aydınlaşmasına    imkan  yaratdı  və  qeyd 

olunmalıdır  ki,  bütövlükdə  innovasiya  proseslərinin  effektivliyi  həm  də  korporativ 

idarəetmə standartlarının keyfiyyətindən asılıdır. 

Ümumiyyətlə, müasir idarəetmə praktikası və nəzəriyyəsi bu sualı cavablandırıb 

və  artıq  məlumdur  ki,    “korporativ  idarəetmə  hər  bir  kompaniya  –  böyük  və  kiçik, 



85 

 

özəl  və  ictimai  kompaniyalar  üçün  ən  mühüm  məsələdir”  (  журнал  обзор 



економичсского Европы 2003). 

Bu  baxımdan  müasir  idarəetmədə  yüksək  korparativ  standartların  tətbiqi 

vacibdir və məhz bu idarəetmənin mövcudluğu xarici investisiya mənbələrinə - səhm, 

istiqraz buraxılışı hesabına vəsaitlər cəlbinə imkan yaradır. Nəzərə almaq gərəkdir ki, 

ötən  əsrin  50-ci  illərində  tətqiqatlarla  sübut  olunub  ki,  xarici  maliyyələşmə 

mənbələrindən üstün istifadə bütövlükdə səmərəlidir. 

Keyfiyyətli  korporativ  idarəetmə  sisteminin  formalaşması  əlbəttə  ki,  təkcə 

sahibkarlığın  idarəetmədən  ayrılması  ilə  şərtlənmir.  Bir  çox  hallarda  sahibkarlığın 

inzibati-təşkilati forması da bu cəhətə ciddi təsir göstərir. Azərbaycan mühitində bu 

baxımdan  əsas  məsələ  korporativ  formanın  zəif  inkişafında  deyil.  Əsas  məsələnin 

mahiyyəti  bir  qədər  fərqlidir.  Öncə  qeyd  etdiymiz  kimi  ölkədə  yaradılan  əlverişli 

investisiya və sahibkarlıq mühiti son illərdə sahibkarlıq subyektlərinin sayının sürətli 

artımını  şərtləndirib.  Belə  ki,  2001-ci  ildə  dövlət  registirində  qeydə  alınmış 

müəssisələrin  sayı  55799  idi.  2006-cı  ildə  bu  göstərici  70287–yə,  2011-ci  ilin 

əvvəlinə  isə  93416-ya  bərabərləşdirilmişdi  (2,.698-699  cəd.25.1)  .  Bu  dövrdə  kiçik 

müəssisələrin  sayı  44738-dən  77225-ə  qədər  artmışdı.  Deməli,  bu  dövrdə  böyük 

müəssisələr  cəmi  5min,  kiçik  müəssisələrsə  32487  say  artıb.  Əlbəttə  ki,  kiçik 

müəssisələrdə keyfiyyətli korporativ idarəetmə tətbiqi bir sıra amillərə görə mümkün 

olmur. 

Ancaq keyfiyyətli korporativ idarəetmə sistemlərinin formalaşması baxımından  



kiçik müəssisələrin sürətli artımı ciddi bir maneə deyil. 

Başqa  bir  cəhət  –  hüquqi  şəxs  yaratmadan  sahibkarlıqla  məşğul  olan 

formalaşmasına  şərait  yaratmır.  Belə  bir  sürətli  artım  aşağıdakı  cədvəldən  aşkar 

görünür. 



 

 

 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə