Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   16   17   18   19   20   21   22   23   24

62 

 

 



 

və ya yeni tətbiq olunmuş məhsul həcmi 22,656 milyon manat qeydə alınmışdır ki, bu 

da bütün sənaye  üzrə  olan  eyni göstəricinin  98,3 faizini təşkil etmişdir.  Bu  mənada 

xüsusən  içki  istehsalı,  kimya  sənayesi,  kompüter  və  digər  elektron  avadanlıqların 

istehsalı, maşın və avadanlıqların istehsalı və maşın və avadanlıqların quraşdırılması 

və təmiri sahələri fərqlənmişdir. Emal sənayesində təkmilləşdirilmiş məhsul istehsalı 

2012-ci  ildə  809,6  min  manat  təşkil  etmişdir  ki,  bu  da  sənaye  üzrə  müvafiq 

göstəricinin  80  faizindən  artıqdır.  Təhlil  göstərir  ki,  emal  sənayesində  innovativ 

inkişaf daha sürətlə gedir. 

Azərbaycanın  rəqabət  mövqelərinin  güclü  olduğu  sahələrdə  məqsədyönlü 

şə

kildə  fundamental  tədqiqatlara  əsaslanan  və  tətbiqi  xarakterə  malik  innovativ 



inkişafa,  həmçinin  yeni  fəaliyyətlərə  hədəflənmək  mümkündür.  Bunun  üçün  lazımi 

infrastrukturun  inkişafı  vacibdir.  Texnoloji  geriliyin  aradan  qaldırılması 

innovasiyanın  təqdim  edilməsini  asanlaşdırır,  çünki  innovativ  inkişaf  ilk  növbədə 

modernləşmə  mərhələsinin  keçilməsini  tələb  edir.  Yaxın  illərdə  texnoloji  geriliyin 

aradan  qaldırılması  iqtisadiyyatda  qlobal  keçid  prosesləri  ilə  bağlı  olan  mürəkkəb 

iqtisadi  proseslər  şəraitində,  V.Maunun  tərifi  üzrə  desək  “turbulent  onillik”də  [43], 

baş verəcəkdir. 

nnovativ iqtisadiyyat ləngidiyi zaman məhz bu şərtlər modernləşmə sıçrayışını 

stimullaşdıra bilər. S.Qlaziyevanin fikrincə, texnoloji cəhətdən geridə qalmış ölkələr 

artıq  zəhmət  çəkmədən  inkişaf  etmiş  ölkələrin  innnovativ-texnoloji  təcrübəsindən 

faydalana bilərlər ki, bu da onlara təşkil olunacaq texnoloji zəncirlərin [44] tərkibinin 

optimallaşdırılmasına imkan verəcək. 

Dövlətin  innovativ  fəaliyyəti  və  modernləşdirmə  prosesini  tənzimləməsinin  iki 

istiqaməti  var:  birbaşa  və  dolayı.  Birbaşa  təsir  üsulu  kimi  dövlət  innovativ  ikişafı 

maliyyələşdirir  (məqsədli,  predmet  və  problem  istiqamətləri  üzrə),  kreditləşdirir, 

lizinq xidməti göstərir, fond əməliyyatları aparır.  nnovativ inkişafın planlaşdırılması 

və  proqramlaşdırılması,  həmçinin  dövlətin  sahibkarlıq  fəaliyyətini  də  birbaşa 

tənzimləmə  siyasətinin  arsenalına  aid  etmək  mümkündür.  Dolayı  yolla 




63 

 

 



 

tənzimlənməyə  gəlincə  dövlət  innovativ  prosesi  sürətləndirmək  üçün  münbit  makro 

şə

raiti yaradır və stimullaşdırma (vergi, gömrük və s.) siyasəti həyata keçirir. 



Azərbaycanda aqrar sahənin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması 

üçün  təhsil,  tədqiqat  və  innovasiyadan  ibarət  bilik  üçbucağının  inkişaf  etdirilməsi 

zəruridir.  Bilik  üçbucağının  sahibkalıq  fəaliyyəti  ilə  inteqrasiyası  bilavasitə  kənd 

təsərrüfatının modernizasiya prosesini sürətləndirə bilər. Avropa  ttifaqında fəaliyyət 

göstərən Aqrar Bilik və  nnovasiya Sistemi (Agricultural Knowledge and Innovation 

System  (AKIS))  Azərbaycanda  innovativ  kənd  təsərrüfatının  inkişafı  üçün 

ə

həmiyyətli  təcrübə  sayıla  bilər.  Aqrar  Bilik  və  nnovasiya  Sistemi  təhsil,  təlim  və 



tədqiqatları  əhatə  etməklə  mühüm  bir  struktura  çevrilmişdir.  Bundan  başqa  Aqrar 

Bilik  və  nnovasiya  Sistemi  ərzaq  zəncirinin  digər  həlqələrini  (ərzaq  istehsalçısı, 

dövriyyə və əsas vəsaitlərin təchizatçılar, kənd təsərrüfatı istehsalına xidmət göstərən 

institutlar və .) də əhatə etməklə innovasiyaların işlənməsi və tətbiqi üçün imkanlar 

açır. 

nkişaf etmiş ölkələrdə istehsal (manufacture) davamlı inkişafın əsas maliyyə və 



bilik resusrları mənbəyi kimi çıxış edir. Sənayeləmə sonradan xidmət sektorunun da 

inkişafını tələb edir və yeni iş yerləri yaradır. Empirik hesablamalara əsasən demək 

olar  ki,  sənayeləşmə  aqrar  cəmiyyətlərin  iqtisadi  strukturunun  transformasiyasında 

sürətləndirici  rol  oynayır.  Faktiki  olaraq  iqtisadi  inkişafın  bu  konsepsiyası  əslində 

ölkələrin zənginləşməsi ilə həyata keçən dəyişikliklərlə əlaqəlidir. 

Prezident  lham  Əliyev  2011-ci  il  mayın  3-də  Azərbaycanda  aqrar  sahədə 

idarəçiliyin  təkmilləşdirilməsi  və  aqrar  elmin  inkişaf  etdirilməsi  ilə  bağlı  sərəncam 

imzalamışdır. 

 Sərəncam idarəçilik sistemindəki pərakəndəliyin ortadan qaldırılmasını nəzərdə 

tutmaqla  kənd  təsərrüfatının  ən  son  texnologiyalar  əsasında  innovasiyalı  inkişafını 

sürətləndirmək  məqsədi  daşıyır.  Sərəncama  əsasən  aqrar  sahədə  idarəetmənin 

təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilməyə başlanmışdır. Qeyd 

edə  bilərik  ki,  artıq  AMEA-da  Aqrar  Elmlər  Bölməsi  yaradılmışdır.  Aqrar  Elmlər 

Bölməsində  geniş  elmi  potensiala  malik  üç  elmi-tədqiqat  institutu  -  AMEA 




64 

 

 



 

Torpaqşünaslıq  və  Aqrokimya  nstitutu,  AMEA  Genetik  Ehtiyatlar  nstitutu  və 

Azərbaycan  Elmi-Tədqiqat  Eroziya  və  Suvarma  nstitutu  fəaliyyət  göstərir. 

Azərbaycanın  aqrar  elmi  üzrə  koordinasi-yanın  gücləndirilməsi,  kadr  hazırlığında 

beynəlxalq  təşkilatların  və  xarici  elm  mərkəzlərinin  köməyindən  ardıcıl  istifadə 

edilməsi,  aqrar  sahədə  olan  elmi-tədqiqat  institutlarının  maddi-texniki  bazasının 

gücləndirilməsi  və  elmi  işçilərin  orta  aylıq  əmək  haqqının  artırılması  perspektiv 

planlar sırasına daxil edilməlidir. 

Müasir  dünyada  aqrar  məsləhət  xidməti  KT  sektorunun  inkişafı  ilə  yeni 

mərhələyə  qədəm  qoyur.  KT  imkanlarından  istifadə  edərək  kəndlərdə  resurs 

mərkəzləri  yaradıla  bilər  ki,  burada  aqrar  istehsalçılara  fərdi  və  ya  qrup  şəklində 

problemin  diaqnozunu  qoymaq,  məlumatları  emal  edərək  nəticələri  sınaqdan 

keçirmək üçün biliklər aşınılması mümkündür [45]. 

Azərbaycanda da elmlə iqtisadiyyatın əlaqəsini qurmaq üçün müvafiq strukturlar 

yaradılıb. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli 

sərəncamı  ilə  yaradılan  Rabitə  və  nformasiya  Texnologiyaları  Nazirliyinin 

tabeliyində  nformasiya  Texnologiyalarının  nkişafı  Dövlət  Fondunun  məqsədi 

Azərbaycan  Respublikası  informasiya-kommunikasiya  texnologiyaları  sahəsində 

dövlət  siyasətinin  həyata  keçirilməsinə  yardım  etmək,  sahibkarlıq  fəaliyyətini 

dəstəkləmək,  innovasiya  və  elmi-tədqiqat  layihələrini  stimullaşdırmaq,  müasir 

infrastrukturun  inkişafına  təkan  vermək,  kiçik  və  orta  sahibkarlıq  subyektlərinə 

maliyyə  dəstəyi  göstərmək,  bu  sahəyə  yerli  və  xarici  investisiyaları  cəlb  etməkdən 

ibarətdir.  Eyni  zamanda  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin 

nkişafı  Fondunun  əsas  məqsəd  elmin  inkişafı  ilk  növbədə  ölkənin,  cəmiyyətin, 

iqtisadiyyatın inkişafına yardımçı olmaqdır. 

Lakin bu fondlar aqrar sahə ilə bilavasitə əlaqədar olmadığından təklif edərdik 

ki,  Qazaxıstan  təcrübəsini  əsas  götürərək  Azərbaycanda  aqrar  sahədə  intellektual 

məhsul  bazarının  strukturunun  təkmilləşdirilməsi  üçün  elmi  tədqiqatların 

nəticələrinin  tətbiqi  uzrə  vasitəci  fəaliyyət  şəbəkəsi  olaraq  Aqrar  Elmin 

Kommersiyalaşdırılması  Dövlət  Fondu  təsis  edilsin.  Bu  Fondun  əsas  məqsədi  elmi 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə