Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

47 

 

 



 

ETLT  çəkilən xərclərin 70%-ə qədəri sənayenin payına düşür. Bütün qəbildən olan 

ET -i əslində sənayenin sifarişi əsasında işləyirlər. 

Yaponiya  dövləti  dünyanın  digər  ölkələri  üçün  nümunədir.  Heç  ABŞ  və 

Almaniya hökumətləri hələlik belə səmərəli hökumət formalaşdıra bilməmişlər. Ərazi 

cəhətdən, təbii resurslar baxımından ABŞ-a və Qərbi Avropa ölkələrinə nisbətən çox 

az xüsusi çəkiyə malik Yapon dövləti dünyada iqtisadi, sosial və texniki inkişafın əsl 

katalizatoruna  çevrilə  bilmişdir.  Nəticədə  mütəxəsislərin  adlandırdığı  kimi,  «уароn 

korporasiyası»  -  sənaye  firmalarının,  bankların,  həmkarlar  ittifaqlarının  və  dövlətin 

birliyi adlanan çox səmərəli mexanizmə malik birliklər - meydana gəlmişdir. Bu cür 

korporasiyalar  dünyanın  bütün  ölkələri  ilə  rəqabət  aparmağa  və  qalib  cıxmağa 

qadirdirlər.  Bu  cür  nəhəng  korporasiyalarda  daxili  ziddiyyətlər,  çəkişmələr  olması 

ehtimalları  sıfra  yaxınlaşır.  Müvəffəqiyyət  də  elə  buradan  meydana  çıxır.  Biznes 

səyinin  dövlət  tənzimlənməsi  ilə  yüksək  səviyyədə  uyğunlaşdırılması  məsələsi  də 

Yaponiyada,  demək  olar  ki,  hamıdan  yaxşı  həll  edilib.  Bu  həm  də  daxili  bazarın 

savadlı qorunması üçün yaxşı şərait yaradır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



48 

 

 



 

III Fəsil. Azərbaycanda bilik iqtisadiyyatının formalaşması 

problemləri və perspektivləri 

3.1. Azərbaycanda bilik iqtisadiyyatının inkişafının ümumi 

tendensiyaları vəfaktorları 

 

Dünya  Bankının  Bilik  iqtisadiyyatı  indeksi  (Knowledge  Economy  Index) 



hesabatındaAzərbaycanın  postsovet  məkanında  2000-2012-ci  illərdə  bilik 

iqtisadiyyatı  üzrə  ən  sürətli  irəliləyiş  əldə  etməsi  əmək  qüvvəsinin  keyfiyyətcə 

təkmilləşməsinə  və  əmək  məhsuldarlığının  artmasına  təsir  göstərib.  Cənubi 

Koreyanın  təcrübəsi  göstərir  ki,  təhsilə  yatırılan  investisiya  Azərbaycanı  gələcəkdə 

bilik iqtisadiyyatı mərkəzinə çevirə bilər. Kosta Rikanın təcrübəsi göstərir ki, ölkədə 

ə

halinin savadlılığı müəyyən həddə çatanda iqtisadiyyat modernizasiyaya hazır olur, 



çünki innovasiyaları yalnız ixtisaslı əmək qüvvəsi tətbiq edə və işlədə bilər. 100 faizə 

yaxın  savadlılıq  səviyyəsi  olan  Azərbaycanda  modernizasiya  prosesinə  töhfə  verə 

biləcək  əmək  qüvvəsinin  formalaşdırılması  üçün  mütəxəssislərin  yetişdirilməsinə 

xüsusi diqqət yetirilir. 

“Azərbaycan  2020:  Gələcəyə  baxış”  inkişaf  konsepsiyası  aqrar  sahədə  elmi 

təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutur. Kənd təsərrüfatı 

Azərbaycanda  ÜDM-in  təxminən  5  faizini  təmin  etsə  də,  məşğulluğun  38  faizini 

formalaşdırır.  Öz  növbəsində  bu  disproporsiya  aqrar  sahədə  əmək  məhsuldarlığı  və 

insan kapitalının inkişaf səviyyəsi ilə bağlı vəziyyəti əks etdirir. 

Kadr  hazırlığının  konseptual  istiqamətləri  bunlardı:  Peşəkar-ixtisaslı  kadrlara 

ümumi və əlavə tələbatın müəyyən edilməsi; peşəkar-ixtisaslı kadrların hazırlanması 

sistemlərinin  gələcək  inkişafının  elmi-texniki  tərəqqi  və  istehsal  texnologiyası  ilə 

ə

laqələndirilməsi;  ixtisaslı  kadrların  hazırlanmasının  peşələr  və  ixtisaslar  üzrə 



struktur proqnozunun təmin edilməsi və s [37]. 


49 

 

 



 

Modernizasiya  prosesi  əməyin  intellektual  yükünün  artırılmasını  zəruri  edir. 

“Əməyin  intellektuallaşdırılması”  əqli  əməyin  fiziki  əməyə  nisbətən  üstünlüyünün 

artırılması  deməkdir.  Bu  anlayış  insan  kapitalı  nəzəriyyəsi  və  bilik  iqtisadiyyatı 

paradiqması  ilə  sıx  bağlıdır.  nsan  kapitalı  nəzəriyyəsini  elmə  Teodor  Şults  [38] 

gətirmiş  və  onun  davamçısı  olan  Qari  Bekker  tərəfindən  inkişaf  etdirilərək  insan 

kapitalına sərmayə qoyuluşunun effektivliyi və insanın davranışına iqtisadi yanaşma 

formalaşdırılmışdı  [39].  Qari  Bekker  elmə  verdiyi  bu  töhfəsinə  görə  1992-ci  ildə 

Nobel mükafatı almışdır. Frits Maxlup isə bilik iqtisadiyyatı nəzəriyyəsinin yaradıcısı 

olaraq  insan  amilinin  iqtisadiyyat  və  cəmiyyətdə  rolunun  köklü  dəyişməsini 

göstərmişdi [40]. 

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında deyilir ki, indidən 

ə

nənəvi  iqtisadiyyatdan  bilik  iqtisadiyyatına  keçidin  əsası  qoyulmalı,  bunun  üçün 



həlledici olan  insan  kapitalının  adekvat  inkişafı ön plana  çəkilməlidir.  Şəhər  mühiti 

insan  kapitalının  inkişafı  və  bilik  iqtisadiyyatının  qurulması  üçün  yaxşı  zəmin 

hazırlayır. 

Azərbaycanda  elmin  iqtisadiyyatla  əlaqəsinin  gücləndirilməsi  Azərbaycan 

Respublikası  Prezidentinin  2009-cu  il  4  may  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli 

Strategiya”da da əks olunmuşdur. Strategiya elmi tədqiqatların prioritetlərinin dünya 

elminin  inkişaf  istiqamətlərinə  və  ölkənin  mühüm  ictimai-mədəni  məsələlərinin 

həllinə  uyğun  müəyyənləşdirilməsinə,  biliklərə  əsaslanan  yeni  tipli  iqtisadiyyatın 

formalaşdırılmasına,  elm  sahəsində  idarəetmə  sisteminin,  elmi  infrastrukturun 

modernləşdirilməsinə,  elmi  tədqiqat  müəssisələrinin  və  bütövlükdə  elmin 

maliyyələşdirilmə  mexanizmlərinin  təkmilləşdirilməsinə,  yüksək  ixtisaslı  kadrların 

hazırlanmasına,  elmi  məktəblərin  qorunması  və  elmdə  varisliyin  təmin  edilməsinə, 

elmin,  təhsilin  və  istehsalın  inteqrasiyasına,  elmi  işcilərin  sosial  təminatının 

yaxşılaşdırılmasına,  elmin  normativ  hüquqi  bazasının  və  informasiya  təminatının 

gücləndirilməsinə,  Azərbaycan  elminin  beynəlxalq  elm  məkanına  inteqrasiyasına 

yönəlmiş  elm  və  texnologiyaların  inkişafı  sahəsində  dövlət  siyasətinin  əsas 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə