Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

38 

 

 



 

6. Qanuniləşdirmə; 

7. Müsbət kənar effektlərin inkişafı. 

Azərbaycanda  aqrar  innovasiya  sistemi  qurmaq  üçün  onun  missiyası  və 

funksiyaları,  habelə  əsas  iştirakçıları  (kənd  təsərrüfatı  istehsalçıları,  univerisitetlər, 

beyin  mərkəzləri,  sahibkarlar  və  s.)  müəyyənləşdirilməli  və  işlək  mexanizmlər 

qurulmalıdır ki, innovasiyaların işlənməsi və tətbiqi üçün şərait yaradılsın. 

Uğurlu innovasiya sistemləri öz xüsusi rəqabət qabiliyyətli elmi, təhsil, texnoloji 

profillərini  və  güclərini  olduqca  ləng  –  onilliklər,  hətta  əsrlər  boyunca  inkişaf 

etdirirlər və dəyişikliklər,  adətən, özünü  gec  büruzə  verir. Bu özəllik  Azərbaycanda 

Aqrar Bilik və  nnovasiya Sisteminin yaradılması zamanı nəzərə alınmalıdır. Hazırda 

dünyada aparıcı innovasiya sistemləri elm və texnologiya, sənaye institutları və siyasi 

sistem  arasında  mövcud  olan  yüksək  səviyyəli  qarşılıqlı  münasibətlərə  əsaslanırlar. 

nnovasiya  sistemləri  prosesə  aktiv  surətdə  cəlb  olunmuş  iştirakçıların  rollarını 

müəyyənləşdirir, sistemə xas müxtəlifliklər spektrinin formalaşmasına imkan yaradır, 

onların  öz  müzakirə  sahələrini  inkişaf  etdirir  və  qarşılıqlı  davranış  gözləntilərini 

stabilləşdirirlər  [26].  Eyni  zamanda  innovasiya  sistemləri  öz  iştirakçıları  arasında 

danışıqları asanlaşdıran xüsusi vasitəçi forum və orqanlar rolunu daşıyırlar. 

nnovasiya geniş konsepsiyadır.  qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatı ( Ə T) 

innovasiyaya yeni yaxud əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş məhsul (əmtəə və ya 

xidmət)  və  ya  prosesin  tətbiqi,  yeni  marketinq  metodu,  yaxud  biznes  təcrübəsi,  iş 

yerinin  təşkili  və  ya  xarici  əlaqələrdə  yeni  təşkilati  metod  kimi  tərif  verir.  Bu  o 

deməkdir  ki,  innovasiya  fəaliyyətlərinin  hamısı  əslində  innovasiyanın  tətbiqinə 

gətirib  çıxaran  və  ya  bunu  nəzərdə  tutan  elmi,  texnoloji,  təşkilati,  maliyyə  və  ticari 

addımlardır. 

Hazırda  innovasiya  təcrübəsi,  innovasiya  siyasəti  və  hətta,  innovasiya 

nəzəriyyəsi  arasındakı  əlaqə  çoxlu  maraqlı  tərəflərin  birgə  inkişafı  və  ya  biliklərin 

mənimsənilməsi prizmasından nəzərdən keçirilir [26]. Müasir nəzəriyyələrdə biliyin 

formalaşması  yuxarıdan  aşağıya  doğru  xətti  proses  deyil,  çoxlu  təkrarlamaları  olan 

kompleks  proses  kimi  nəzərdən  keçirilir.  Gibbons  (1994)  bunu  elmin  Rejim  1-dən 




39 

 

 



 

Rejim  2-yə  keçidi  kimi  adlandırmışdır  [27].  Leydesdorff  və  başqaları  bunu  üçqat 

spiral  yanaşması  adlanırdırırlar:  Yanaşmaya  görə  üç  müstəqil  institusional  struktur 

(dövlət, biznes və elm) öz inkişafı ilə daha çox müstəqil idarə olunaraq zaman-zaman 

bir-biri ilə əlaqə yaradır [28]. 

nnovasiyaya  sistemli  baxış  nəzərdə  tutur  ki,  firmanın  davranışı,  sadəcə  firma 

səviyyəsində müstəqil qərar vermə şərtləri daxilində başa düşülə bilməz.  nnovasiya, 

daha  çox,  firma  və  onun  ətraf  mühiti  arasında  iki  müxtəlif  səviyyədə  kompleks 

qarşılıqlı əlaqələri əhatə edir. 

Biznes  tsiklləri  haqqında  elmi  işində  Şumpeter,  həmçinin,  innovasiyalar 

arasındakı fasiləni uzunmüddətli Kondratyev dalğaları ilə əlaqələndirirdi. Yetkinləşən 

dördüncü sənaye dalğasının kütləvi istehsalı və beşinci sənaye dalğası kimi  KT-nin 

inkişafı ilə birlikdə [29], biznes 1980-ci illərdə tədqiqat və işlətmə (R&D) fondlarını 

qeyri-mərkəzləşdirməyə başladı. Miqyas effektləri elastikliyi inkişaf etdirdi ki, bu da 

öz  növbəsində  strateji  tədqiqatlardan  istehlakçıya  istiqamətlənmiş  innovasiyalara 

keçidi zəruri etdi. Eyni zamanda tədqiqat və işlətmələrin dövlət maliyyələşdirilməsi 

artdı.  Bunun  nəticəsində  innovasiya  idarəçiliyində  yeni  məsələlər  meydana  çıxdı: 

absorbasiya 

qabiliyyəti, 

aralıq 


institutlar 

və 


universitet 

tədqiqatlarının 

kommersiyalaşdırılması (məsələn, start-up layihələri və bunun üçün riskli və vençur 

kapitalının  mövcudluğu).  nnovasiya  menecmenti  getdikcə  daha  çox  təşkilatların 

sərhədləri arasındakı prosesləri əhatə etməklə şəbəkələşməyə şərait yaratdı. 

F.  Aqiyonun  [30]  tədqiqatı  ilə  razılaşaraq deyə  bilərik ki, uğurlu  modernləşmə 

ş

aquli  inteqrasiya  olunmuş  irihəcmli  strukturların  hesabına  həyata  keçirilir,  lakin 



innovasiya  üçün  rəqabət  mühiti  və  iri  olmayan  şirkətlər  daha  vacibdir.  Təkcə 

Azərbaycanda  deyil,  bütün  postsovet  məkanında  rəqabət  mühitinin  inkişafı  üçün 

çağırışların qaldığını nəzərə alsaq, əsasən innovasiyanın deyil, iri bizneslərin iştirakı 

ilə modernləşmənin zəruriliyi haqda danışa bilərik. Kiçik və orta biznes üçün rəqabət 

mühitinin inkişafına nail olmaq modernləşmə üçün əsas çağırışdır. Uğurlu innovativ 

inkişaf üçün zəruri, yəni innovativ məhsulların yaradılması üçün mümkün olan mühit 

inkişaf etdirilməlidir. 



40 

 

 



 

nnovasiya infrakstrukturu innovasiya inkişafının bütün fazalarının təkamülünü 

və  köməyini  təmin  edən  dövlət  və  xüsusi  strukturların  məcmusu  kimi  xarakterizə 

olunur  [31].  Milli  innovasiya  sisteminin  qurulması  zamanı  hökumət  innovasiya 

sferasının  inkişafının  müəyyən  şərtlərini  formalaşdırır,  iqtisadiyyatın  innovasiya 

inkişafının strategiyasını müəyyən edir, elmi işləmələrin inkişafında iştirak edir [32]. 

Bu  isə  öz  növbəsində  innovasiya  fəaliyyətinin  hüquqi  tənzimlənməsini,  müvafiq 

infrakstrukturun  formalaşmasını,  innovasiya  fəallığını  təmin  edən  iqtisadi-maliyyə 

xarakterli  dövlət  tədbirlərinin  həyata  keçirilməsini  tələb  edir  [33].  Yerli  innovasiya 

sisteminin gücləndirilməsi və səmərəli klasterlərin inkişafı emal edilməmiş  məhsula 

ə

lavə  dəyər  gətirər  və  bağçılıq,  ərzaq  istehsalı  və  qablaşdırılması,  ərzağın 



saxlanılması  və  daşınması,  qida  təhlükəsizliyi,  satış  şəbəkələri  və  ixrac  potensialı 

üzrə dəyər zəncirini inkişaf etdirə bilər [34].  

Milli innovasiya sisteminin (M S) elementləri sırasına aşağıdakılar daxildir [35]: 

- dövlət(idarəetmə funksiyası və koordinasiya); 

- innovasiya fəaliyyətinin normativ-hüquqi bazası; 

- M S-in infrakstrukturu; 

- Innovasiya fəaliyyətinin subyektləri, elmtutumlu məhsulun satış bazarı 

Müstəqilliyin  ilk  mərhələsində  Azərbaycan  iqtisadiyyatının  istehsal  gücünün 

artırılması və infrastrukturun yenilənməsi dərin modernləşmə tələb edirdi. Beləliklə, 

iqtisadi  modernləşmənin  əsas  strateji  istiqamətləri  müəyyənləşdi.  Ümumilikdə 

modernləşmənin  hansı  şəkildə  reallaşdırılması  haqqında  aktiv  müzakirələr  gedir. 

nnovasiya  hər  şeydən  əvvəl  yeni  (qlobal  iqtisadiyyat  nöqteyi-nəzərdən)  texnolo-

giyaların  yaradılmasını,  modernləşmə  isə  mövcud  olanlar  arasından  ən  müasirinin 

təqdim  olunmasıdır.  nnovasiya  yeni  texnologiyaların  ixracına,  onların  qlobal 

proseslərlə inteqrasiya olunmasına yönəlir. 

Biliklərə  əsaslanan  iqtisadiyyatın  inkişafı  şəraitində  aqrar  sahənin 

modernləşdirilməsi aşağıdakı infrastrukturun inkişafını zəruri edir:  



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə