Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

29 

 

 



 

II Fəsil.  nkişaf etmiş ölkələrdə bilik iqtisadiyyatının formalaşması 

2.1. Bilik və ona qoyulan investisiyan iqtisadi artımın əsas amili 

kimi (ÜDM-ə təsiri nümunəsində

 

ÜDM  –in  hesablanma  metodologiyası  göstərir  ki,  onun  vasitəsi  ilə  ölkə  və 



dünya  iqtisadiyyatı  haqqında  ümumi  vəziyyəti  öyrənmək  olar.  Lakin burada  qiymət 

amilini hökmən nəzərə almaq lazımdır. Cari qiymətlərlə hesablanan ÜDM nominal 

ÜDM,  hər  hansı  bir  baza  qəbul  edilmiş  dövrün  (ilin)  dəyişməyən  qiyməti  ilə 

hesablandıqda  isə  o  real  ÜDM  adlanır.  Real  vəziyyətləri  tədqiq  etmək  və  yanlış 

nəticələrin  baş  verməməsi  üçün  dünyanın  ÜDM-i  Amerika  dolları  (cari  və  daimi 

qiymətlərlə)  vasitəsi  ilə  hesablanır.Ümumiyyətlə,  məsələyə  bu  cür  yanaşmaq 

metodoloji cəhətdən düzgün olsa da, ayrı-ayrı hallarda vəziyyəti tam aydınlaşdırmağa 

imkan vermir. ÜDM göstəricisinin yaxşılaşması (artması) iqtisadi inkişafın olduğunu, 

onun artım sürətinin dayanıqlığı ölkənin iqtisadi gücünu xarakterizə edir. Lakin ÜDM 

göstəricisi geniş və yaxud sadə təkrar istehsalın hansı xərclər hesabına başa gəldiyi, 

iqtisadi artımın intensiv və ya ekstensiv yolla baş verdiyi, iqtisadiyyatın strukturunun 

necə dəyişdiyi və s. haqda tədqiqatçıya heç bir məlumat vermir. Buna görə də dünya 

iqtisadiyyatına  və  onun  yarımsistemlərinin  iqtisadi  inkişafına  daha  dərindən  qiymət 

vermək üçün digər göstəricilərdən istifadə edilir. 

Mühüm göstəricilərdən biri də ümummilli məhsulun elm tutumu göstəricisidir. 

Bu göstəricini faizlə hesablamaq üçün baxılan dövrdə elmin inkişafına ,prinsipcə yeni 

məhsulun  layihələndirilməsinə,  mənimsənilməsinə  və  istehsalına  çəkilən  xərclərin 

ÜMM –ün həcminə bölüb 100-ə vururlar.Son illərdə bu göstəricinin səviyyəsi ABŞ-

da 2,7 ,  ngiltərədə -2,3 , Fransada -2,4 , Yaponiyada – 2,8,  taliyada -1,4 faiz təşkil 

etmişdir.Mütləq planda bu faizlər böyük miqdarda vəsait təşkil edir. Məsələn, 1996-cı 

ildə ABŞ-ın elmi inkişafına çəkdiyi xərcin məbləği 185 milyard dollar təşkil etmişdir 

ki, bu da dünya üzrə həmin xərclərin 47%ni təşkil edir. 




30 

 

 



 

Növbəti keyfiyyət göstəricilərindən biri istehsalın fond tutumudur.Bu göstəricisi 

ə

sas kapitalın dəyərini ÜMM -ə bölməklə hesablanır. Dünya təsrübəsi göstərir ki, bu 



göstərici müxtəlif dövrlərdə müxtəlif səviyyədə olub. Onun səviyyəsinə ən çox təsir 

göstərən  amil  iqtisadi  artımın  tipidir.  qtisadi  artımın  ekstensiv  tipi  üstünlük  təşkil 

etdiyi  mərhələlərdə  fondtutumu  yüksəldir(səmərəlilik  aşağı  düşür),  əksinə  iqtisadi 

artım  əsasən  intensiv  yolla  baş  verdikdə  fondtutumu  aşağı  düşür  (səmərəlilik  isə 

yüksəlir). Bu göstərici sahəsində ABŞ keçən əsrin 20-ci illərinin ortalarından, Qərbi 

Avropa  ilə  Yaponiya  isə  70-ci  illərdə  dönüş  yarada  bildilər  və  yüksək  nəticə  əldə 

etdilər. 

London  qtisadiyyat  Məktəbinin  mütəxəssisləri  tərəfindən  KT-nin  iqtisadi 

artıma təsirinin aşağıdakı mexanizmləri təklif olunmuşdur[7]:  

-  kontragentlər  arasında  qarşılıqlı  əlaqələrə  əngəl  törədən  coğrafi  maneələrin 

aradan qaldırılması;  

- bazarların zəbt edilməsində şəbəkə effektlərinin rolunun artması;  

-  məhsullara  yeni  giriş  imkanlarının  yaranması,  istehlakçının  tranzaksiya 

xərclərinin azalması və s. bağlı istehlak formalarının dəyişməsi;  

-  digər  regionlardan  və  ölkələrdən  yerli  bazarlara  giriş  imkanlarının  yaranması 

hesabına rəqabətin artması;  

-yerli 

korporasiyalarla 



müqayisədə 

transmilli 

korporasiyaların 

rəqabətədavamlılığının yüksəlməsi.  

nnovasiyalara  əsaslanan  KT  sektoru  hazırda  qlobal  iqtisadiyyatın  ən  böyük 

seqmentlərindən  birinə  çevrilmişdir.  Belə  ki,  KT  sektoru  öz-özlüyündə  yüksək 

məhsuldarlığa malikdir və onun artımı bütün iqtisadiyyata səmərəli təsir göstərir.  

KT  sektorunun  tədqiqi  ilə  məşğul  olan  DigiWorld  şirkətinin  məlumatlarına 

görə,  2011-ci  ildə  KT  bazarı  dünya  üzrə  ÜDM–in  6,1%-ni  təşkil  edib.  McKinsey 

konsaltinq şirkətinin proqnozlarına görə isə, 2020-ci ildə onun dünya üzrə ÜDM-dəki 

payı 9%-ə çata bilər [7]. 

nkişaf  etmiş  ölkələrdə  KT-nin  iqtisadi  faktor  kimi  rolunun  artması 

iqtisadiyyatdakı  struktur  dəyişiklikləri  ilə  bağlıdır.  Bu  dəyişikliklər  iqtisadiyyatın 



31 

 

 



 

sənaye  sektoru  ilə  məşğul  olanların  payının  azalması,  informasiyanın  yaradılması, 

emalı və istehlakı ilə bağlı sektorlarda işləyənlərin payının artması ilə xarakterikdir. 

Son  məlumatlara  görə,  ABŞ-da  KT  sektorunun  ÜDM-dəki  töhfəsi  6,4%, 

Yaponiyada isə 6,8% olmuşdur [7].  

KT-nin iqtisadiyyatın digər sahələrində yayılması, prinsipcə, onların xarakterini 

dəyişir.  nformasiya  texnologiyaları  resursların  istifadə  dərəcəsini  yüksəldir.  Bu  isə 

məhsuldarlığın  yüksəlməsində,  o  cümlədən  ÜDM-in  artımında  özünü  göstərir.  KT 

informasiya  və  biliyin  toplanmasına,  emalına,  saxlanmasına,  təqdim  edilməsinə, 

ötürülməsinə,  mühafizə  olunmasına  və  s.  yeni  imkanlar  yaradır.  KT  real 

iqtisadiyyata  KT-nin istehsalı və müxtəlif sahələrə tətbiqi vasitəsilə daha güclü təsir 

edir. Bu, onunla izah olunur ki, xidmət sferasının inkişaf etməsilə  KT sektoru qlobal 

səviyyədə  zəruri  sahəyə  çevrilmişdir.  KT-nin  istehsal  sektoru  real  iqtisadiyyatda 

ÜDM-in  artımı  üçün  çox  vacibdir  və  bu  sahə  üçün  xarakterik  olan  sürətli  texnoloji 

tərəqqi,  güclü  və  davamlı  tələbat,  qiymətlərin  nisbətən  aşağı  olması,  keyfiyyətin 

yüksəlməsi və məhsulun çeşidinin artması kimi xüsusiyyətlər həmin sahənin ÜDM-

dəki  payının  artmasına  səbəb  olur  [8].  Bir  çox  Cənub-Şərqi  Asiya  ölkələrində,  o 

cümlədən Sinqapur, Malayziya, Yaponiya, Çin və Cənubi Koreyanın iqtisadiyyatında 

KT sektorunun inkişafı müstəsna üstuülüyə malikdir. Bu ölkələr prosessor, sərt disk, 

ana plata, fərdi kompüter, noutbuk və s. kimi müxtəlif  KT məhsullarının istehsalı və 

ixracında  mühüm  rol  oynayırlar.  Bununla  yanaşı,  KT-nin  tətbiq  olunduğu  bütün 

sahələrdə  əmək  məhsuldarlığının  artmasına,  onun  daha  səmərəli  istifadəsinə, 

həmçinin  fiziki  kapitalın  məhsuldarlığının  artmasına  da  əlavə  imkanlar  və  şərait 

yaradır. 

Hazırda  iqtisadi  artım  informasiya  mənbələrinin  və  resurslarının  istifadəsi 

hesabına  təmin  olunur.  nformasiya  və  bilik  istehsal  faktorlarının  daha  səmərəli 

istifadəsi üçün şərait yaradır.  

nformasiya  və  bilik  resurslarının  müstəqil  resurs  olmamasının  səbəbi  onların 

maddi,  enerji,  əmək  resurslarını  tamamilə  əvəz  etmək  qabiliyyətinə  malik 

olmamasıdır.  Bununla  bərabər,  informasiya  və  bilik  öz-özlüyündə  yalnız  potensial 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə