Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   2   3   4   5   6   7   8   9   ...   24

17 

 

 



 

nformasiya  və  bilik  daim  bəşər  cəmiyyətinin  inkişafında  mühüm  rol 

oynamışdir.  Lakin  informasiya  cəmiyyətində  informasiyanın və  biliyin  rolu  o qədər 

artmışdır  ki,  onlar  istehsal  prosesində  həlledici  yer  tutmuşlar.  nformasiya  və  bilik 

resursları  maddi  resurslara  olan  tələbatı  nisbətən  aşağı  salaraq,  ənənəvi  istehsal 

amillərini  müəyyən  qədər  əvəz  etmək  imkanına  malikdir.  “Postsənaye 

kansepsiyası”nın müəllifi, görkəmli Amerika alimi D.Bell isə biliyin və onun praktiki 

tətbiq üsullarının əlavə gəlir mənbəyi kimi əməyi əvəz etməsi fikrini irəli sürmüşdür. 

Lakin  ənənəvi  istehsal  amillərinin  rolunun  azalması  müasir  cəmiyyətdə  maddi 

nemətlərin istehsalının azalması demək deyildir. Aqrar cəmiyyətdə əsas istehsal amili 

torpaq  olduğu  halda,  sənaye  cəmiyyətində  kapital  və  sahibkarlıqla  müqayisədə 

istehsal  faktoru  kimi  torpağın  rolu  azalmışdır.  nformasiya  cəmiyyətində  isə  bilik 

kapitalı əvəz edir. Maddi resurslara qoyulan kapital itmir, lakin yerini insan kapitalına 

verir. Əmək amilinin rolu əhəmiyyətli dərəcədə azalır. 

Sənaye  cəmiyyətində  torpaq  amilinin  rolunun  saxlanıldığı  kimi,  yeni 

iqtisadiyyatda  da  əmək  və  maddi  resursların  olması  zəruridir.  Bu  mənada,  sənaye 

cəmiyyətində əmək və kapital əsas resurslar olduğu kimi, informasiya cəmiyyətində 

də  informasiya  və  bilik  həlledici  rol  oynayır.  Ənənəvi  istehsal  amilləri  isə 

informasiya cəmiyyətinin yeni sosial-iqtisadi proseslərin maddi inkişaf bazası olaraq 

qalır. 


Sənayenin  sahə  quruluşu  ölkənin  iqtisadi  gücünü,  onun  potensial  imkanlarını, 

istehsalın  səmərəliliyini,  elmi-texniki  tərəqqinin  səviyyəsini  xarakterizə  edə  bilir. 

Lakin qrup şəkildə sənayenin sahə strukturu vasitəsilə aşağıdakılar haqqında məlumat 

almaq olar.  

1.ÜDM-da  sənayenin  xüsusi  çəkisinin  artması  ölkədə  sənayeləşmə  prosesinin 

dönməzliyini,  iqtisadi  inkişafın  baş  verdiyini,  yeni  iş  yerlərinin  yaradıldığını,  orta 

sahibkarlar təbəqəsinin inkişaf etdiyini göstərir.  

2.Ölkənin  və  dünyanın  sənaye  baxımından  inkişaf  səviyyəsini,  bu  səviyyəni 

sənayenin  strukturunda  əmək  alətləri  və  digər  istehsal  vasitələri  istehsal  edən 

sahələrin kifayət qədər  olması  və bu sahələrin istehsal  etdiyi məhsulların sənayenin 




18 

 

 



 

ümumi  məhsulundakı  xüsusi  çəkisi  xarakterizə  edir.  Ölkədə  sənayeləşmə  intensiv 

surətdə  baş  verirsə  bu  xüsusi  çəki  artır.  stehsal  aləti  və  vasitələri  istehsal  edən 

maşınqayırmanın xüsusi çəkisinin inkişaf etmiş ölkələrdə daim artması buna misaldır.  

3.Ölkənin  iqtisadi  sərbəstliyini.  Sənayenin  tərkibində  əmək  alətləri,  istehsal 

ş

eyləri,  istehsal  edən  sahələrin  müvafiq  emal  müəssisələrinin  fəaliyyət  göstərməsi 



ölkəyə imkan verir: birincisi, xalq təsərrüfatının bütün sahələrinin mütərəqqi texnika 

ilə  təchiz  etsin  və  belə  məhsullarla  dünya  bazarına  çıxsın;  ikincisi  özünün  təbii 

sərvətlərindən səmərəli, öz xalqının mənafeyi üçün istifadə etsin.  

4. Ölkənin müdafiə qabiliyyətinin vəziyyəti. Sənayenin tərkibində hərbi texnika 

istehsal  edən  sahələrin  sayı,  tərkibi  ölkənin  hərbi  texnika  istehsal  edə  bilməsi 

imkanını  göstərir.  Bundan  başqa,  ölkə  sənayesində  ağır  sənayenin  və  xüsusən 

maşınqayırmanın  kifayət  qədər  paya  malik  olması  hərbi  münaqişələr  zamanı  sülh 

məhsullarını hərbi məhsullara qısa müddətdə çevirməyə imkan verir.  

5.  xrac  potensialı  haqqında.  Sənayenin  sahə  strukturu  inkişaf  etdikcə  ölkənin 

xarici  bazara  müxtəlif  məhsullar  çıxarmaq  imkanını  artırır.  nkişaf  etmiş  ölkələrin 

dünya  bazarına  çox,  inkişafda  olan  ölkələrin  isə  az  məhsul  çıxara  bilmələri  də 

bununla izah edilir.  

6. Elmi-texniki tərəqqinin sürətlənməsi haqqında. Sənayedə mütərəqqi sahələrin 

xüsusi  çəkisinin  artması  ölkədə  elmi-texniki  tərəqqinin  sürətləndirilməsini  və  elmi-

texniki nailiyyətlərin istehsala intensiv tətbiq edilməsini göstərir.  

7. qtisadi  inkişafın  tipi  haqqında.  Sənayenin  sahə  strukturu  mütərəqqi  olduqca 

iqtisadiyyatı  intensiv  yolla  inkişaf  etdirmək  üçün  möhkəm  əsas  yaranır.  Sənayedə 

məhsuldar,  dəqiq,  az  enerji,  material,  fond  tutumlu  texnikanın  istehsalı  artdıqca 

maddi-enerji  resurslarından,  texnoloji  avadanlıqlardan,  əsas  fondlardan  və  istehsal 

güclərindən  daha  səmərəli  istifadə  etmək  üçün  şərait  yaranır  və  istehsal  artmının 

intensiv yolla əldə edilməsinə səbəb olur. 

qtisadiyyatın  ciddi  struktur  dəyişikliklərə  məruz  qalacağı  dövrdə  isə 

Azərbaycanda resurs çatışmazlığı həmişə hiss oluna bilər. Müasir dövrdə və yaranmış 

sosial-iqtisadi  şəraitdə  ölkənin  neft  imkanlarını  şişirtmək,  onu  bütün  problemlərinin 




19 

 

 



 

həlli  vasitəsi  kimi  qiymətləndirmək  iqtisadi  inkişaf  üçün  çox  qorxuludur.  Dünya 

ölkələrinin təcrübəsi sübut etmişdir ki, nefti və ya digər təbii resursu xammal şəklində 

ixrac edən ölkələrin əksəriyyəti sonda gözlənilən nəticəni əldə edə bilmirlər. 

Məsələ  burasındadır  ki,  neftin  ixracı  nəticəsində  ölkəyə  daxil  olan  xarici 

valyutanın  özu  ciddi  iqtisadi  və  sosial  problemlərin  meydana  çıxması  mənbəyinə 

çevrilə  bilir.  Bu  o  zaman  baş  verir  ki,  nə  vaxt  ölkə  neftdən  əldə  etdiyi  mənfəəti 

xaricdən  alınan  real  resurslara  çevirir,  sonra  onlardan  investisiya  və  istehlak  üçün 

istifadə edir. Birbaşa istehlaka gedən xaricdən gətirilmiş çox işlənən ərzaq və sənaye 

məhsulları  aydın  məsələdir  ki,  ən  yaxşı  halda  cari  tələbatı  ödəyir  və  iqtisadiyyatın 

gələcəkdə inkişaf etdirilməsi üçün heç bir zəmin hazırlamır.  nvestisiya üçün ayrılan 

vəsait bundan fərqli olaraq daha səmərəli görünür, lakin sonda bu istənilən nəticəni 

vermir.  Ona  görə  ki,  investisiyadan  istifadə  edib,  istifadəyə  verilən  müəssisələrin 

məhsulları əksər halda istər daxili, istərsə də xarici bazarlardakı çox qızğın rəqabətə 

davam  gətirə  bilmirlər.  Başlıca  səbəb  yenə  də  odur  ki,  xam  neftin  satışından  əldə 

edilən  vəsait  hesabına  daxili  bazar  müxtəlif  çeşidli,  yaxşı  keyfiyyətli  və  hətta  ucuz 

ə

rzaq  və  sənaye  malları  ilə  doldurula  bilər.  Buna  görə  də  çalışmaq  lazımdır  ki, 



dünyanın  bir  neçə  xam  neft  ixrac  edən  ölkələrində  baş  verən  xoşagəlməz  hallar 

Azərbaycanda da baş verməsin. Bu xoşagəlməz halın mahiyyəti ondadır ki, neftdən 

daxil olan mənfəətin ilbəil artması ölkələrin sənaye və kənd təsərrüfatı bölmələrində 

istehsalın  geriliyinə  və  ən  yaxşı  halda  isə  stoqnasiya  vəziyyətinə  düşməsinə  gətirib 

çıxarır. Belə hal isə bir qayda olaraq ölkədə sosial və iqtisadi gərginliklərin meydana 

çıxması  üçün  yeni  mənbə  yaratmış  olur.  Hesab  edirik  ki,  belə  hallar  Azərbaycanda 

baş verməyəcək. Bu sahədə elmtutumlu məqsədli proqramlar işlənib hazırlanmalıdır. 

Bunun üçün ilk növbədə iqtisadiyyatın qeyri-neft bölmələrində prioritet sahələr 

təyin  edilməli  və  onların  inkişaf  etdirilməsini  nəzərdə  tutan  məqsədli  proqramlar 

tərtib edilməlidir. Əsas güc mərkəzi kimi fikir yüngül və yeyinti sənaye müəssisələri 

üçün  elmi-texniki  tərəqqinin  son  nailiyyətlərini  özündə  əks  etdirən  texnika  və 

texnologiyaların alınmasına verilməlidir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə