Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

26 

 

 



 

proqramlaşdırılmış  nəzarətçilərdir  və  s.  T-ı  çox  tez  təkmilləşir  və  bu  labüd  şəkildə 

idarəetmə  funksiyalarında  və  metodlarında  öz  əksini  tapır.  Onların  inkişafında 

aşağıdakı  tendensiyaları  qeyd  etmək  olar:  əmtəə  xüsusiyyətlərinin  yaxşılaşdırılması 

və  informasiya  məhsullarının  və  xidmətlərinin  mürəkkəbləşməsi,  kompanentlərin 

uyğunluğunun təmin edilməsi, sahibkar və istifadəçi arasında aralıq hissələrinin ləğvi, 

simsiz kompüter texnologiyalarının inkişafı, informasiya istehsal, yayımı və istehlak 

proseslərinin  qloballaşdırılması,  müxtəlif  informasiya  sistemlərinin  qarşılıqlı  nüfuz 

etməsidir. 

       stehsalat,  paylanma,  mübadilə  və  istehlak  proseslərinə  və  xalq  təsərrüfatının 

təşkilati-iqtisadi  idarəetmə  məsələrinin  həllinə  xidmət  edən  informasiya  idarəetmə 

informasiyası  adlanır.  O  iqtisadi,  texnoloji,  sosial,  hüquqi,  demoqrafik  və  digər 

məzmunlu  müxtəlif  məlumatlardır.  darəetmədə  fəal  olan  informasiya  prosesində 

informasiya ən vacib ehtiyyatlardan biri kimi çıxış edir. Emal texnologiyasında 

istehsalat  və  təsərrüfat  əməliyyatları,  insanlar,  məhsulun  buraxılması,  malların  əldə 

olunması  və  satışı  faktları  haqqında  ilk  məlumatlar  əmək  predmeti  rolunu  oynayır, 

ə

ldə  olunan  nəticə  informasiyası  ilə  əmək  məhsulu  rolunu,  bu  informasiya 



idarəetməqərarlarının təhlili və qəbulu üçün istifadə olunur. 

Bu gün dünya miqyasında biliyin çəkisinin əhəmiyyətli dərəcədə artması bir sıra 

obyektiv reallıqlardan doğur. Onların агаsında  ETT  xüsusi yer tutur.  ntensiv elmi-

texniki inqilablarla müşahidə olunan müasir elmi-texniki tərəqqi istehsalda prinsipial 

köklü  dəyişikliklər  yaradır.  stehsalın  texnikası,  texnologiyası,  istehsalın  təşkili 

formaları çox qısa müddətdə təkmilləşmələrə məruz qalır, emalın sürəti artır, istehsal 

daha  çох  mexanikləşir  və  avtomatlaşır,  istehlakın  kimyalaşması  yüksəlir.  Belə  bir 

şə

raitdə  istehsalın  aktiv  elementi  olan  insana,  ixtisaslı  fəhləyə,  mühəndisə  qoyulan 



tələblər  də  artır.  nsanlardan  daha  çox  bilik  tələb  olunur.  Onlar  yüksək  texniki 

təşkilati  səviyyəyə  malik  uyuşqanlı  istehsaldan  baş  çıxarmağı,  keyfiyyətli  məhsul 

istehsal etməyi və onu bütün dünya ölkələrində reallaşdırmağı bacarmalıdırlar.  

Müasir dövrdə biliyin yeni iqtisadi rolu peşə və ümumi təhsilin yeni iqtisadi rolu 

ilə  şərtlənir.  şçi  qüvvəsinin  ixtisas  səviyyəsini  yüksəltmək  tələb  olunur.  Bu 



27 

 

 



 

problemin  əhəmiyyətini  başa  düşən  ölkələr  təhsilə  yönəldilən  kapitalın  həcmini 

artırırlar.  Məsələn,  hazırda  ABŞ-da  hər  il  təhsilə  çəkilən  xərc  40,0  milyard  dolları 

ötüb  keçir.  Müqayisə  üçün  qeyd  edək ki, 1940-cı  ildə bu  rəqəm  3,2  milyard  dollar, 

1950-ci  illərdə  isə  8,8  milyard  dollar  təşkil  edirdi.  Təhsilə  bu  cür  yüksək  qayğının 

nəticəsində işçi qüvvəsinin keyfiyyət səviyyəsi yüksəlir, əmək daha məhsuldar olur, 

onun nəticəsi daha çox səmərə verir.  

Məşhur  Amerika  iqtisadçısı  E.Depisonun apardığı  tədqiqata görə  kinci  Dünya 

müharibəsindən sonrakı dövrdə ABŞ və QA ölkələrində əldə edilən iqtisadi inkişafın 

10-32%-i  texnika  və  texnologiyanın  müxtəlif  sahələrində  elmi  tədqiqatların 

nəticələrini  istehsala  tətbiq  etməklə  əldə  etmişlər.  ETT-nin  sürətləndirilməsi 

insanların biliyinə də müsbət təsir göstərir. Son illər iqtisadi inkişafda biliyin böyük 

rol  oynamasını  dünyanın  əksər  ölkələrinin  iqtisadçıları  təkidlə  qeyd  edirlər. 

E.Denisonun  verdiyi  məlumata  görə  ABŞ  və  QA-da  əldə  edilən  iqtisadi  artımın  2-

15%-i  təhsilin  səviyyəsinin  yüksəldilməsi  hesabına  baş  vermişdir.  Yeni  biliklərin 

meydana  gəlib  inkişaf  etməsi  əslində  istehsal  prosesinin  ayrılmaz  hissəsinə 

çevrilmişdir.  Yeni  biliklər  təcrübədə  öz  əksini  maşın  və  mexanizmlərin  yeni 

konstruksiyasında,  işçi  qüvvəsinin  keyfiyyətində,  səmərəli  təşkilati  qərarlarda, 

konstruksiyanın  dərk  edilməsində,  sərfəli  iqtisadi  inkişaf  modellərinin  seçilməsində 

tapır.  Bilik  artımı  material-enerji  resurslarına  qənaət  etməyə,  məhsulun  enerji, 

material,  fond  və  əmək  tutumunun  aşağı  düşməsinə  tam  reallığı  ilə  səbəb  olur. 

stehsal  resurslarından  bilik  resursunun  fərqləndirici  cəhətlərindən  biri  ondan 

ibarətdir ki, maşın və ava-danlıqlardan fərqli olaraq bilik bir ölkədən dünyanın digər 

ölkələrinə  daha  tez  yayıla  bilir:  müasir  informasiya  inqilabı  buna  şərait  yaradır. 

Maşın və mexanizmlər kimi bilik də patentlər, lisenziyalar, məsləhətlər, "Nou-hau"lar 

şə

kində satılır və alınır. 



Bilik  yaradılır,  yayılır  və  istifadə  edilir.  Bu  tsikl  daim  təkrar  olunur  və  proses 

yeni  əsas  üzrə davam  edir.  Daha doğrusu,  əgər  hər  hansı bir dövlət iqtisadiyyatının 

inkişafını  və  əhalinin  yaşayış  səviyyəsini  yüksəltmək  istəyirsə  bilik  tsiklini  daim 

intensivləşdirməlidir 




28 

 

 



 

Dünya  iqtisadiyyatı  baxımından  bilik  tsiklinin  sürətlənməsi  ümumi  şəkildə  iki 

istiqamətdə  gedə  bilər.  Birinci  istiqamət  beynəlxalq  təşkilatlar  və  qurumların  bu 

sahədəki  fəaliyyətləri  ilə  bağlıdır.  Beynəlxalq  təşkilatlar  birliklərin  yaradılması, 

toplanması,  yayılması  və  onlardan  istifadə  olunması  sahəsində  elə  problemləri  həll 

etməlidirlər  ki,  onların  həlli  fərdi  (kapital  sahibləri  üçün)  о  qədər  də  cəlbedici 

görünmür.  Buna  görə  də  beynəlxalq  təşkilatların  institutları,  ilk  növbədə,  texnoloji 

geriqalmanın  ləğv  edilməsi  sahəsində  fəaliyyətini  daha  da  mütəşəkkil  edib,  dünya 

iqtisadiyyatını  beynəlxalq ictimai  məhsullarla təmin  etmək  və biliyin ötürülməsində 

vasitəçilik  funksiyasını  yerinə  yetirməklə  məşğul  olurlar.  Burada  idarəetmənin 

yaxşılaşdırılması  tələb  olunur  ki,  bunun  üçün  də  dünyada  baş  verən  informasiya 

inqilabi şərait yaradır.  

kinci  istiqamət  dövlət  orqanlarının  rolu  ilə  əlaqədardır.  Dövlətlər  rəhbərlik 

etdikləri  ölkədə  biliyin  meydanagəlmə  mənbələrini  (ölkənin  öz  gücü  ilə  yaradılan 

biliklər  və  kənardan  "gətirilən"  biliklər)  və  onların  arasındakı  nisbəti  düzgün 

istiqamətləndirməlidirlər.  Bundan  başqa,  biliyə  olan  bazar  tələbatı  aşağı  düşə  bilər, 

onda  dövlətin  bu  işə  qarışması  zəruridir.  Ona  görə  ki,  ölkədəki  texniki  biliksizliyi 

aradan  qadırmaq  üçün  dövlətin  həmişə  imkanları  tapıla  bilər.  Məsələn,  dövlət 

ə

halinin savadlanmasını insanların bütün ömrü boyu həyata keçirə bilən təhsil sistemi 



işləyib  hazırlaya  bilər.  Dövlət  biliklər  üzrə  informasiyaları  da  idarə  etməli,  onların 

keyfiyyətinə nəzarəti gücləndirməlidir. 

 

 

 



 

 

 



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə