Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

32 

 

 



 

ə

həmiyyətə  malik  resurslardır  və  yalnız  digər  resurslarla  əlaqədə  olduqda  istehsal 



amili kimi özünü göstərə bilər.  

  Müasir  dövrdə  istənilən  ölkənin  dayanıqlı  iqtisadi  inkişafının  və 

məhsuldarlığının  artmasında  innovasiyalar  və  texnologiyalar  mühüm  rol  oynayır. 

Bunu  hələ  ötən  əsrdə  Y.Şumpeter,  R.Solou,  P.  Romer  və  s.  kimi  bir  çox  tanınmış 

amerikalı iqtisadçi alimlər öz tədqiqatlarında qeyd etmişdilər [10,11]. Onlar iqtisadi 

artımla elmi-texniki tərəqqinin sıx bağlı olduğunu əsaslandırmışdırlar. 

Aparılan təhlillər göstərir ki, elmi tədqiqatlarda  KT-nin iqtisadiyyatın inkişafına 

təsirinin  qiymətləndirilməsi  sahəsində  müxtəlif  qiymətləndirmə  üsullarından,  o 

cümlədən istehsal funksiyalarından istifadə olunmuşdur.  

R.Solou  ABŞ-da  iqtisadi  inkişafa  elmi-texniki  tərəqqinin  təsirlərini 

qiymətləndirmək  üçün  istehsal  funksiyasından  istifadə  etmişdir.  O,  ABŞ-da  iqtisadi 

artımın əmək və kapital faktorlarından daha çox texnoloji dəyişikliklərlə bağlı olması 

nəticəsinə gəlmişdir [11].  

Digər  iqtisadçı  alimlər  A.Datta  və  S.Araqval  bir  çox  ölkələrin  verilənlərindən 

istifadə edərək, telekommunikasiya infrastrukturu və iqtisadi artım arasındakı əlaqəni 

tədqiq  etmişdir.  Həmin  müəlliflər  qiymətləndirmə  üçün  dinamik  verilənlərdən  və 

reqresiya tənliyindən istifadə etmişlər [12].  

Kaliforniya  universitetinin  tədqiqatçısı  K.V.Poh  Kobb-Duqlas  funksiyasından 

istifadə edərək, 1977-1997-ci illər ərzində  KT-nin Sinqapurda ümumi məhsuldarlığa 

göstərdiyi  təsirin  qiymətləndirilməsi  sahəsində  tədqiqatlar  aparmışdır  [13]. 

Tədqiqatların  nəticəsində  KT-yə  investisiya  qoyulmasının  əmək  məhsuldarlığına 

olduqca yüksək təsir göstərdiyi aşkar olmuşdur.  

Finlandiyalı tədqiqatçı P.Nüninen artımın yeni uçot sistemindən istifadə etməklə 

kompüter  sistemlərinə  investisiya  qoyuluşunun  bu  ölkədə  iqtisadi  artıma  təsirini 

tədqiq  etmiş  və  belə  nəticəyə  gəlmişdir  ki,  digər  istehsal  faktorları  ilə  müqayisədə 

KT-sektoru məhsulun həcminin real artımına daha güclü təsir edir. Bu tədqiqatlarla 

bağlı  olaraq  Stenford  universitetinin  tədqiqatçıları  L.Lay  və  .Tokutsu  kompüterə 

kapital  qoyuluşu,  kapital  və  işçi  qüvvəsi  resurslarından  ibarət  üçfaktorlu 




33 

 

 



 

transloqarifmik  vahid  qiymət  funksiyasından  istifadə  edərək  KT-yə  investisiya 

qoyuluşunun  1960-1990-cı  illər  ərzində  ABŞ-da  iqtisadi  artıma  təsirini 

qiymətləndirmişdilər  [13].  Tədqiqatların  nəticəsində  məlum  olmuşdur  ki,  ABŞ-da 

ümumi  milli  məhsulun  artımının,  demək  olar  ki,  yarıdan  çoxu  kompüter  sferasına 

kapital qoyuluşunun hesabına əldə olunmuşdur. [13,14,15].  

Ümumiyyətlə,  ABŞ  və  digər  qabaqcıl  ölkələrdə  KT  sektorunun  ümumi 

məhsuldarlığa  təsirinin  təhlili  üçün  xeyli  tədqiqatlar  aparılmışdır.  Amerika 

iqtisadçıları  M.Boskin  və  L.Lay  apardıqları  tədqiqatlar  əsasında  belə  nəticəyə 

gəlmişdilər  ki,  inkişaf  etmiş  ölkələrdə  iqtisadi  artımın  40%-dən  çoxunu  texnoloji 

yüksəliş, ilk növbədə, informasiya texnologiyalarının tətbiqi verir [16] .  

D.Pilat  və  F.Li  tərəfindən  Avstraliya,  Kanada,  Danimarka,  Yeni  Zelandiya, 

rlandiya  və  Norveçdə 

KT  sektorunun  iqtisadiyyata,  bütövlükdə,  əmək 

məhsuldarlığına  təsiri  öyrənilmişdir.  Tədqiqatçılar  bu  ölkələrdə  KT-nin  tətbiqi  ilə 

ümumi  məhsuldarlıq  faktorunun  artımı  arasında  sıx  bağlılığın  olması  nəticəsinə 

gəlmişlər [13].  

D.Brennerin  hesablamalarına  görə,  informasiya  texnologiyalarının  istifadəsi 

ə

məyin məhsuldarlığını dəfələrlə artırır [9].  



nternetin  iqtisadi  artıma  təsiri  tədqiqatçıların  diqqətini  xüsusilə  cəlb  edir. 

Boston  Consulting  Group 

ş

irkətinin  apardığı  tədqiqatlarda  nternetin  yayılmasının 



10% artmasının ÜDM-in 1-2% artmasına təsir etdiyi göstərilir [17].  

2011-ci  ildə  McKinsey  şirkəti  tərəfindən  Kanada,  Fransa,  Almaniya,  taliya, 

Yaponiya, Rusiya, Böyük Britaniya, ABŞ, Braziliya, Çin, Hindistan, Cənubi Koreya 

və  sveçdə  (13  ölkədə)  aparılan  tədqiqatlara  görə,  1995-2009-cu  illər  ərzində  bu 

ölkələrdə ÜDM-in orta hesabla 7% artması  nternetin sayəsində əldə olunmuşdur [7]. 

2012-ci  ildə  Boston  Consulting  Group  şirkəti  tərəfindən  “Böyük  iyirmilik” 

ölkələrində  nternetin  iqtisadi  artıma  təsiri  tədqiq  olunmuşdur.  Tədqiqatlar 

nəticəsində  nternetin iqtisadi artıma töhfəsi uyğun olaraq Böyük Britaniyada ÜDM-

in  8,3%,  Cənubi  Koreyada  7,3%,  Çində  5,5%,  Yaponiyada  və  ABŞ-da  4,7%, 

Hindistanda 4,1% və s. artmasına səbəb olmuşdur. 




34 

 

 



 

Ümumiyyətlə, iqtisadi proseslərin təhlilində və proqnozlaşdırılmasında müxtəlif 

istehsal  funksiyalarından  və  statistik  yanaşmalardan  istifadə  olunur.  Malayziya 

tədqiqatçıları E.Əhməd və R.Ridzuan 1975-2006-ci illərin verilənlər yığımı əsasında 

bir  sıra  Asiya  ölkələrində,  o  cümlədən  Malayziya,  Tailand,  Sinqapur,  ndoneziya, 

Filippin, Yaponiya, Cənubi Koreya və Çində  KT-nin iqtisadi inkişafa təsirini tədqiq 

etmək  məqsədilə  kapital  (CAP)  və  əməkdən  (LAB  -  insan  kapitalı)  ibarət  istehsal 

funksiyasından  istifadə  etmişlər  [18].  Asiya  ölkələrində  istehsal  artımına  KT-nin 

təsirini  qiymətləndirmək  üçün  bu  funksiyaya  yeni  parametr  -  telekommunikasiya 

investisiyaları  (TEL NT)  parametri  daxil  edilmişdir.  lkin  verilənlərdən  istifadə 

etməklə  ÜDM  asılı  dəyişəni  ilə  müstəqil  parametrlər  -  əmək,  kapital  və 

telekommunikasiya  arasındakı  əlaqəni  aşkar  etmək  üçün  Hausman  testindən  və 

ümumiləşdirilmiş  ən  kiçik  kvadratlar  üsulundan  (GLS)  istifadə  edilmişdir. 

Tədqiqatlar  nəticəsində  KT-nin  iqtisadi  artımda  və  dayanıqlı  iqtisadi  inkişafda 

mühüm  rol  oynadığı  aşkar  edilmişdir.  ÜDM  və  istehsal  amilləri  (kapital,  əmək  və 

telekommunikasiya) 

arasında 

uzunmüddətli 

münasibətlərin 

mövcudluğu 

hesablamalar vasitəsilə əsaslandırılmışdır.  

ÜDM-də  KT-nin  təsirini  qiymətləndirmək  üçün  standart  istehsal  funksiyasına 

telekommunikasiya  investisiyaları  kimi  yeni  parametrin  daxil  edilməsi  nəticəsində 

istehsal funksiyası belə ifadə olunmuşdur: GDPit = f (CAPit; LABit; TELINTit)

Qeyd etmək lazımdır ki,  KT sənayesi, əsasən, ABŞ, Kanada, Avropa və Cənub-

Şə

rqi Asiya ölkələrində cəmlənmişdir. Afrika, Latın Amerikası, əksər Asiya ölkələri 



KT istehsalına malik deyillər və bu ölkələrdə maliyyə və insan kapitalı çatışmır. Ona 

görə  də  həmin  ölkələrdə 

KT-yə,  o  cümlədən 

nternetə  və  mobil 

telekommunikasiyalara 

investisiya 

qoyuluşunun 

iqtisadiyyata 

təsirinin 

qiymətləndirilməsi sahəsində aparılan tədqiqatlar mühüm əhəmiyyətə malikdir  

Dunya  qtisadi  Forumun  (D F)  indeks  gostəricilərinin  müasir  dinamikası 

Azərbaycaniqtisadiyyatı  üçün  nəinki  mövcud  rəqabət  üstünlüklərinin  saxlanmasının 

önəmli  olduğunu,  həm  də  yeni,  yüksək  texnologiyalara  və  “biliklərin 

iqtisadiyyatı”naəsaslanan  innovasiyalı  iqtisadiyyatın  tətbiqi  yolu  ilə  daha  yuksək 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə