Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

35 

 

 



 

üstünlüklərəkeçmək  və  bununla  milli  iqtisadi  təhlükəsizliyimizin  təmini  üçün 

mümkün olan hərşeyi etmək haqqında danışmağa imkan verir. Bununla yanaşı, D F-

in  reytinqlərinintəhlili  gostərir  ki,  bunu  yalnız  uğurlu  makroiqtisadi  göstəricilər 

hesabına etməkmümkün olmayacaq. Azərbaycanın müasir iqtisadiyyatının keyfiyyətli 

artımı  ilə  hər  yeni  addım  daha  çox  qüvvə  tələb  edir  və  burada  ümumi 

rəqabətqabiliyyətliliyinə  təsir  edən  bütün  amillərin  yalnız  tarazlı  və  kompleks 

yaxşılaşdırılması bu uğurun zəmini ola bilər [19]. 

Hazırda  Azərbaycan  iqtisadiyyatına  kapital  investisiyalarının  başlıca 

obyektlərimənzil, avtomobil magistralları, yolların inşası, su təchizatı və kanalizasiya 

sistemlərinin  tikintisi,  nəqliyyat,  energetika  və  rabitədir.  Bu  zaman  dövlət  həmin 

investisiyaları  tam  həcmdə  maliyyələşdirməli  deyil,  belə  ki,  həmişə  alternativ 

mənbələr  mövcuddur.  Bunun  üçün  yalnız  bu  bazarın  çevik  tənzimlənməsi  tələb 

olunur.  Bunun  bariz  nümunəsi  Azərbaycanda  mənzil  tikintisi  ola  bilər  ki,  bu  sahə 

tamamilə  özəl  mənbələrdən  maliyyələşdirilir.  Bununla  bərabər,  fikrimizcə,  ölkə 

iqtisadiyyatının  infrastrukturuna  dövlət  maliyyələşdirilməsinə  olan  tələbatı  da 

qalacaqdır.  Məsələn,  Qərbin  qabaqcıl  ölkələrində  son  40  il  ərzində  ÜDM-də  dövlət 

xərclərinin payının 6-12 faizdən 45-55 faizə qədər artdığı qeydə alınmışdır (2008-ci 

ildə maliyyə böhranıdövündə 80 faizə qədər). Bu da, müvafiq olaraq, iqtisadiyyatda, 

xüsusilə,  yüksək  texnologiyalar  sektorunda  dövlətin  tənzimləyici  rolunun 

güclənməsini təmin etdi [20]. 

Azərbaycan  iqtisadiyyatında  daxili  investorlaradaha  çox  diqqət  ayırmaq 

lazımdır.  qtisadi  artımın  hərəkətverici  qüvvəsi  kimixarici  investisiyalardan 

istifadəyəəsaslanan  alternativ  strategiyaya 

–öz  imkanlarına,xüsusilə  də  iqtisadi 

modernləşdirilmənin  başlanğıc  mərhələlərindəəsaslanmaqdır.Daxili  bazarda  oz 

problemlərini  həll  etmək  bacarığı  qlobal  iqtisadi  sarsıntılardövrundə  rəqabət 

mövqelərinin  saxlanmasının  yaxşı  təminatıdır.  Bundan  irəligələrək,  fikrimizcə, 

hazırda 

 

Azərbaycan 



iqtisadiyyatının 

təhlukəsizliyinin 

təkmilləşdirilməsivəzifələrindən  biri  milli  rəqabətqabiliyyətliliyinin  yuksəldilməsi 



36 

 

 



 

vəbunun  əsas  tərkib  hissəsi  kimi  olkədə,  dünya  standartlarına  cavab  verən 

infrastrukturununyaradılmasının təmin edilməsidir. 

Bütövlükdə,  Azərbaycanda  özünün  müasir  potensialı  ilə  uğurlu,  dunya 

standartlarına  cavab  verən  infrastrukturun  formalaşmasının  davamı  ölkənin  nəinki 

XXI əsr tətbiqi və inkişafına əsaslanan modernləşdirilməsini sürətləndirəcək, həm də 

Azərbaycan  iqtisadiyyatının  milli  rəqabətqabiliyyətliliyinin  gələcəkdə  artmasına 

kömək edəcək. 

 

2.2. Milli innovasiya sistemi bilik iqtisadiyyatının institusional əsası kimi 

Modernizasiya  prosesini  innovativ  inkişaf  olmadan  təsəvvür  etmək  mümkün 

deyil.  Çünki  modernləşmə  özlüyündə  yeniliklərin  -  innovasiyaların  tətbiqini  ehtiva 

edir. Avstriya iqtisadçısı Şumpeter innovasiyanın beş tipini müəyyənləşdirmişdi:  

- yeni məhsul; 

- yeni istehsal üsulu; 

- təklifin yeni mənbəyi; 

- yeni bazarlar; 

- biznesi təşkilin yeni yolları. 

qtisadiyyatda  əsas  fokus  ilk  iki  innovasiya  tipinin  üstündədir.  Şumpeter 

sahibkarların  rolu,  yaradıcı  destruktivizm  (creative  destruction)  və  biznes  tsiklinə 

ə

saslanaraq bildirirdi ki, innovasiyalar iqtisadiyyatı tarazlıq halından çıxarır. 



Ş

umpeterin  elmi  məktəbinin  ciddi  təsiri  altında  olan  Maklaurin  texnoloji 

yeniliyə aparan beş addımı belə müəyyənləşdirib: 

- elm; 


- kəşf; 

- innovasiya; 

- maliyyə; 

- qəbul etmə (diffuziya). 




37 

 

 



 

Hazırda dünyada bəzi firmalar innovasiyaları yaradır, digərləri isə onu imitasiya 

edir.  Beləliklə,  R&D-nin  elementləri  tədqiqat  (R)  və  inkişaf  (D)  arasında  mübarizə 

gedir. Dinamik ümumi modelə əsaslanan hesablamalar göstərir ki, sosial rifah yalnız 

innovativ təşəbbüslərin davamlı intensivliyi kritik həddi keçəndə yüksəlir [21]. R&D 

paradiqmasına  yanaşmada  iki  model  var:  1.  R&D-nin  ilkin  funksiyası  yeni  məhsul 

yaratmaqdır; 2. R&D-nin ikinci funksiyası yeni bilik yaratmaqla yeni, məhsul, proses 

və xidmətə dəstək verməkdir.  nvestisiyanın gəlirliliyi (return on investment (ROI)) 

prinsipinə zidd olaraq R&D müəssisənin fəaliyyətində mənfəət və yeniliklər arasında 

qızıl ortanın tapılması məqsədinə bir o qədər də xidmət etmir. 

nnovasiyaların  tətbiqi  müxtəlif  təşkilati  resursların  aktiv  və  mütəşəkkil 

istifadəsini tələb edir [22]. 

Azərbaycan alimi Eminov təklif edir ki, Azərbaycanda kiçik sahibkarlığa kömək 

infrastrukturunun  yaradılması  və  inkişafı  məqsədilə  ölkənin  strateji  innovasiya 

inkişafı  modelini,  eləcə  də  innovasiya  sahibkarlığının  inkişafı  üzrə  təşkilatı-iqtisadi 

mexanizmi  işləyib  hazırlamaq  olar.  Bu  mexanizm  kiçik  innovasiya  müəssisələrinin 

inkişafının  stimullaşdırılması  üçün  metod,  üsul  və  alətlərin  məcmusu  kimi  təkcə 

bütövlükdə ölkə üzrə deyil, həm də onun ayrı-ayrı iqtisadi rayonları üzrə tətbiq oluna 

bilər [23].  

Cənubi Koreyanın iqtisadi möcüzəsinin əsasında aşağı əmək haqqına əsaslanan 

ixracyönümlü sənayeləşmə kursundan innovativ və sahibkalıq təşəbbüsünə söykənən 

bazar modelinə keçid həlledici rol oynadı [24].  

Bergek  və  başqa  alimlərin  fikricə  innovasiya  sistemlərinin  7  funksiyası  vardır: 

[25]  


1. Biliklərin inkişafı və yayılması; 

2. Axtarışın istiqamətinə təsir və imkanların müəyyənləşdirilməsi; 

3.  Sahibkarlıq  sınaqlarının  həyata  keçirilməsi  və  risk  və  qeyri-

müəyyənliklərin idarəsi; 

4. Bazarın formalaşması; 

5. Resurs səfərbərliyi; 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə