Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   16   17   18   19   20   21   22   23   24

59 

 

 



 

Texnikanın tədricən inkişaf dövrü müxtəlif ola bilər. Evalyusiya dəyişmələrinin vaxt 

uzunluğu  cəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsindən  və  təsərrüfat 

mexanizminin vəziyyətindən asılıdır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi yüksək, 

təsərrüfat mexanizmi isə mükkəməl olarsa, onda texnikanın evalyusiya inkişaf dövrü 

qısala  bilər.  Əhatə  etdiyi  dövrdən  asılı  olmayaraq  evalyusiya  müddətində  əmək 

vasitələrində  tədricən  təkmilləşmələr  gedir:  texnika  daha  mükəmməl  olur, 

məhsuldarlığı artır, texniki parametrləri yaxşılaşır və s. Göstərmək lazımdır ki, elmdə 

olduğu  kimi,  texnikada  da  evalyusiya  inkişafı  inqilabi  inkişafla  başa  çatır,  lakin 

konkret olaraq əmək vasitəsinin tərəqqisi dayanmır: texnikada inqilab baş verdikdən 

sonra  yeni  əsas  üzərində  təzədən  onun  tədricən  inkişafı  başlayır  və  yeni  inqilabi 

dəyişmənin  əmələ  gəlməsi  üçün  zəmin  hazırlayır.  Deməli,  elmdə  olduğu  kimi 

texnikada  da  tədrici  inkişaf  inqilabi  dəyişikliklərlə  nəticələnir,  sonradan  tam  yeni, 

mütərəqqi  əsas  üzərində  yenidən  tədricən  inkişaf  başlayır  və  yeni  inqilabi 

dəyişikliklər baş verir və bu tsikl daim təkrar olunur. 

Elmin  və  texnikanın  tərəqqisi  bir  qayda  olaraq,  dünya  miqyasında  istehsalın 

tərəqqisinə  səbə  olur.  Bu  isə  o  deməkdir  ki,  yeni  texnika  və  texnologiya  hər  tərəfli 

geniş  dairədə,  bütün  planetdə  yayılır.  Yeni  texnika  və  texnologiya  geniş  (  qlobal) 

miqyasda  yayıldıqda  onların  səmərəli  istifadə  edilməsi  məsələsi  beynəxlalq 

ə

laqələrin, ölkələr arasında iqtisadi münasibətlərin inkişafından aslı olur.  



Müasir  dövrün  xarakterik  cəhəti  elmi  və  texniki  inqilabların  intensivliyinin 

artmasıdır.  Elmi  özünü  tam  mənada  məhsuldar  qüvvə  kimi  göstərir  və  dünya 

iqtisadiyyatına və onun yarım sistemlərinə güclü müsbət təsir göstərir. elm məhsuldar 

qüvvədir.  Bu  öz  əksini  əmək  cisimlərinin  və  əmək  alətlərinin  yeni  növlərinin 

yaradılması, 

fəaliyyətdə 

olanlarının 

təkmilləşdirilməsində 

və 

istehsalın 



texnologiyasına aktiv təsir etməsində tapır. 

Elmi-texniki  tərəqqinin  bir  xüsusi  və  çox  əhəmiyyətli  cəhəti  də  dünya 

iqtisadiyyatının formalaşıb inkişaf etməsinə müsbət təsir göstərməsidir. Bu da ondan 

ibarətdir ki, ET -ilə zəngin olan müasir ETT hər hansı bir məhsulun həcmini istənilən 

qədər  artırmağa  imkan  verir.  Buna  görə  də  xarici  iqtisadi  əlaqələrdə,  mübadilə  çox 



60 

 

 



 

işlənən  mallarla  yanaşı,  texnologiya  ,  idarəetmə,  bilik,  təcrübə,  elmi-texniki 

informasiya və yaxud da “cisimlənmiş” bilik (təcrübə, elm) olan müasir tipli maşın və 

avadanlıqlar,  yüksək  xüsusi,  çəkiyə  malik  olurlar.Nəticədə  dünya  iqtisadiyyatı  da 

inkişaf edir 

Müasir  elmi-texniki  inqilabın  müasir  xüsusiyyətlərindən  biri  də  elmi-texniki 

fəaliyyətin 

nəticələrindən 

istifadənin 

beynəlmiləşməsidir. 

Elmi-texniki 

nailiyyətlərdən  istifadənin  beynəlmiləşməsi  ixtiraların,  səmərələşdirci  təkliflərin, 

“Nouhau”ların  istehsala  tətbiqini  sürətləndirməyə,  beynəlxalq  münasibətləri 

genişləndirməyə və dünya iqtisadiyyatının intensiv yolla yüksəlməsinə imkan verir.  

Yeniliklərin istehsal tətbiqinə tələb olunan vaxt müxtəlif ölkələrdə müxtəlifdir. 

Məsələn Yaponiyada bunun orta müddəti, 2- 3,5 il, ABŞ-da 5-7 il, Almaniyada 8-10 

il  təşkil  edir.Qeyd  edək  ki,  elmi-texniki  təcrübə  sahəsində  mübadilə  bir  sıra 

formalarda həyata keçirilir.  

Yüksək  texnologiyanın  ixracı  baxımından  ABŞ  dünyada  liderdir.  Dünya 

miqyasında satılan liseniyalarda ABŞ-ın payı 70% təşkil edir. Lisenziyanı idxal edən 

ölkələr də yüksək səmərə əldə edirlər. Məsələn, Yaponiya keçən əsrin 50-ci illərində 

texniki  səviyyəyə  görə  ABŞ-dan  20-30  il  geri  qalırdı.Hazırda  Yaponiya  bu  geriliyi 

aradan qaldıran bilmişdir və hətta bir sıra sahələrdə dünyada liderliyi əlində saxlayır. 

Geriliyi qısa bir müddətdə aradan qaldıran Yaponiya lisenziya almaqda davam edir.  

Beləliklə, elmi-texniki tərəqqinin ayrı-ayrı ölkələrdə sürətlə inkişaf etməsi, elmi-

texniki  nailiyyətlərin  qlobal  masştabda  istehsala  tətbiqi  və  bunlarla  əlaqədar  və 

paralel olaraq lisenziya-parent mübadiləsinin hər sahədə və hər cür yenilikləri özündə 

cəmləşdirən  “Nou-hau”ların  intensivləşməsi,  bütün  bunlarla  əlaqədar  olan  digər  bir 

prosesin-əmtəə, xidmət və maliyyə dövriyyəsinin sürətlənməsi yeni beynəlxalq əmək 

bölgüsünün  formalaşmasına  səbəb  olmuşdur,  bu  da  öz  növbəsində  dünya 

iqtisadiyyatının sürətlə inkişafı üçün şərait yaratmışdır. 

Elmi-texniki tərəqqi sənayenin inkişafına və onun strukturunun təkmilləşməsinə 

güclü  təsir  göstərir.  Bu  təsir  kompleks  xarakter  daşıyır  və  demək  olar  ki, 

tükənməzdir. Elmi-texniki tərəqqi (ETT) sənayenin sahə strukturuna özünün ümumi, 




61 

 

 



 

xüsusi və ən yeni istiqamətləri ilə təsir göstərir. ETT yeni məhsul növlərinin meydana 

gəlməsinə  səbəb  olur.  Bu  prosesin  təsiri  altında  cihazqayırma  sənayesi, 

mexanikləşdirmə  və  avtomatlaşdırma,  elektron  və  radiotexnika  vasitələri  istehsal 

edən sahələr, kimya sənayesi vasitələrinin istehsalı sürətilə inkişaf etməyə başlayırlar. 

ETT-nin  mühüm  istiqaməti  olan  mexanikləşdirmə  və  avtomatlaşdırma 

maşınqayırmanın  sürətli  inkişafına  səbəb  olur.  Elektrikləşmə  maşınqayırma 

sənayesində generatorlar, transfarmotorlar və digər bu kimi, o dövrlər üçün yeni olan 

məhsulların  istehsalını  zəruri  etdi.  Məhsul  istehsallarında  geniş  miqyasda  kimyəvi 

materiallardan  və  kimyəvi  texnologiyalardan  istifadə  edilməsi  kimya  sənayesinin 

üstün  inkişaf  etdirilməsi  zərurətini  ortaya  qoyur.  Bununla  yanaşı  olaraq  kimya 

sənayesi  üçün  avadanlıqlar  istehsal  edən  xüsusi  sahələr,  geniş  nomenklaturada 

sintetik  məhsullar  istehsal  edən  üzvi  sintez  sahələri,  mineral  mənşəli  xammalın 

zənginləşdirilməsi prosesini həyata keçirən sahələr meydana gəlir və inkişaf edir. 

 

3.3. Milli innovasiya sisteminin yaranması bilik iqtisadiyyatının 

inkişafının əsasıdır 

 

Azərbaycanda  sənayeləşmə  prosesinə  təkan  vermək  üçün  sənaye  parkları 



yaradılır.  innovativ  sənayenin  inkişaf  etdirilməsi  üçün  bir  sıra  sənaye  parkları 

yaradılmışdır.  Bu  məqsədlə  “Azərbaycan  2020:  Gələcəyə  baxış” 

nkişaf 

Konsepsiyasına  əsasən,  ölkədə  innovativ  sahibkarlığın  inkişaf  etdirilməsi,  yeni 



fəaliyyət  növlərinin  və  məhsullarının  təşviqi  üçün  əlverişli  mühitin  yaradılması  ilə 

yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər 

gücləndirilir.  Azərbaycanda  elmtutumlu  məhsulların  və  texnologiyaların  işlənilməsi 

və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır. 

Sənayenin innovativ inkişafı əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni 

tətbiq  olmuş  məhsul  istehsalında  özünü  göstərir.  Məsələn,  emal  sənayesi  bu  sahədə 

liderlik edir. 2012-ci ildə emal sənayesində əhəmiyyətli dəyişikliklərə məruz qalmış 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə