Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

Amerikanın  Corciya  ştatının  yeni  texnologiyaları  öyrənən  New  Media 

institutunun  direktoru  Skot  Şampın  sözlərinə  görə  “Uzun  müddət  insanlar  hesab 

edirdi  ki,  informasiya  əldə  etmək  üçün  kitab  mağazası  və  ya  kitabxanalara  getmək 

lazımdır.  Lakin  hazırki  dövrdə  yeni  mobil  və  simsiz  texnologiyanın  köməyi  ilə 

istənilən  bir  informasiyanı  asanlıqla  əldə  emək  mümkündür,  bir  sözlə,  yaşadığımız 

dövrdə artıq informasiya insanların sputnikinə çevrilmişdir”.  

Hazırki  dövrdə  texnoloji  innovasiyanın  inkişafı  inanılmaz  dərəcədə  inkişaf 

edərək  istehsal  və  təhsil  sahələrində  geniş  vüsət  almışdır.  Bilik  iqtisadiyyatında 

innovasiya  texnologiyalarının  formalaşması  və  inkişaf  mexanizmləri  üzrə 

tədqiqatçılar  tərəfindən  texnoloji  innovasiyanın  25  növü  əsas  hesab  olunur.  Bunlar 

aşağıda sadalananlardır: 

 

                                    T E X N O L O G   Y A L A R 

1. Simsiz 

13. Peyk radio və televiziyası 

2. Hərbi 

14. DNK analizi 

3. Alternativ 

15. Videooyunlar 

4. Bio 

16. Biometrika 

5. Kompüterlər 

17. Enerji və suqoruyan 

6. Lazerlər 

18. Skan edən mikroskop 

7. Gen 

19. Batareyalar 

8. Qlobal maliyyə 

20. Spamla mübarizə 

9. Prosessorlar 

21. Məsafədən idarəetmə pultu 

10. Rəqəmli 

22. Canlıların klonlaşdırılması 

11. Kosmos 

23. Kompüter modelləşdirmə 

12. Optik dalğalı 

24. Böyük dioqanallı ekran 

                                       25. Hava proqnozunu göstərən 

 

Hazırda  sosial-iqtisadi  sistemlərin  idarə  olunmasında  bilik  məhsulu  olan 



innovasiya  texnologiyalarından  geniş  istifadə  edilməsi  məsələsi  aktualdır.  Bunun 


 

 



 

üçün  nəhəng  verilənlər  həcminin  düzgün  seçilməsi  və  sistemləşdirilməsi  problemi 

aşkara  çıxır.  Bundan  başqa  bilik  bir  məhsuldur,  onun  ölçülməsi  iki  yanaşma  ilə 

aparılır.  Bunlardan  biri  biliyin  istehsalına  çəkilən  xərclər,  digəri  isə  satılan  biliyin 

bazarda  dəyəridir. nnovasiya  texnologiyaları  əsasında  ölkə,  region  və  müəssisələr 

üçün  texniki,  iqtisadi,  sosial  fiziki  mühitdə  imkanlar  yaranır.  Bunlarla  yanaşı 

innovasiya  texnologiyalarının  istehsalı,  istehsalat,  təhsil,  elm  sferalarında  tətbiqi  və 

insanlar tərəfindən qəbul edilməsi üzrə sosial-iqtisadi problemlər də mövcuddur. 



Tədqiqatın 

məqsədi:Tədqiqatın 

ə

sas 



məqsədi 

bilik 


anlayışı,bilik 

iqtisadiyyatının  formalaşması,bilik  iqtisadiyyatının  xüsusiyyətləri,  sosial-iqtisadi 

inkişafda  bilik  iqtisadiyyatının  mahiyyəti  və  özəllikləri,bilik  iqtisadiyyatının  əsas 

xarakteristikaları,milli  innovasiya  sistemində  bilik  iqtisadiyyatı,Azərbaycanda  bilik 

iqtisadiyyatının  inkişafının  ümumi  tendensiya  və  faktorları,  müasir  Azərbaycan 

iqtisadiyyatında elm və yüksək texnologiyaların yerinin öyrənilməsindən ibarətdir. 



Tədqiqatın  predmeti:  Biliklərə  əsaslanan  iqtisadiyyatın  formalaşması  və 

inkişafının əsas istiqamətləri. 



Tədqiqatın  nəzəri  əsaslarını:iqtisad  elmi  klassiklərinin,müasir  Azərbaycan 

iqtisadçı  alimlərinin  tədqiqatları,həmçinin  tədqiqatçının  fərdi  yanaşması  təşkil 

edir.Dissertasiyanın 

yazılmasında 

iqtisadi 

nəzəriyyə,informasiya 

iqtisadiyyatı,innovasiya 

iqtisadiyyatı,informasiya 

cəmiyyəti,informasiya 

və 


kommunikasiya  texnologiyaları,biliklərə  əsaslanan  iqtisadiyyat  və  digər  elmlərin 

müddəalarından geniş istifadə edilmişdir. 



Tədqiqatın  metodoloji  bazasını  iqtisad  elminin  əsaslandığı  elmi  tədqiqat 

metodlarının geniş spektri və problemin tədqiqində elmi abstraksiya, tarixi və məntiqi 

ə

laqə, induksiya, deduksiya, analiz və sintez metodlarından istifadə edilməklə faktlar 



yığılıb-ümumiləşdirilmiş,  onlar  arasında  qanunauyğun  və  təsadüfi  əlaqələr 

müəyyənləşdirilmiş  xarakterik  əlamətlər  aşkara  çıxarılmış,həmçinin  müasir  inkişaf 

xüsusiyyətlərini  və  təmayüllərini  izah  edən  bir  çox  xarici  ölkə  alimlərinin  elmi 

mülahizələri və nəticələri təşkil edir. 




 

 



 

Elmi  yenilik:  Bu  tədqiqatda bilik iqtisadiyyatının iqtisadi  proseslərdə görünən 

müsbət təsirini sübut etməklə elm və texnologiyanın  və eləcə də tətbiqi proqramların  

inkişafı  nəticəsində  daha  təsirli  bir  iqtisadi  fəaliyyət  əldə  etməyin  mümkünlüyü 

sübuta yetirilir. 



Nəzəri  və  təcrübi  əhəmiyyəti:  aparılan  tədqiqatın  əsas  nəticə  və  elmi 

müddəalarından,təklif və tövsiyyələrindən biliklərə əsaslanan iqtisadiyyatın  hansı iş 

növündə müvəffəqiyyətli və ya uğursuz olacağını göstərməsidir. 

nformasiya  mənbəyi:  internet  resursları,  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin,Rabitə  və  nformasiya  Texnologiyaları  Nazirliyinin, qtisadiyyat  və 

Sənaye Nazirliyinin məlumatlarından ibarətdir. 

ş

in  strukturu  və  həcmi:  Aparılmış  tədqiqat  işi  giriş,3  fəsil,  nəticə  və 

təkliflər,istifadə  edilmiş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla,  qəbul  olunmuş 

kompüter yazısı 80 səhifə həcmindədi. 

Magistr  dissertasiya  işinin  giriş  hissəsində  mövzunun  aktuallığından  bəhs 

olunur. 


Magistr  dissertasiya  işinin  birinci  fəslində  müəllif  tərəfindən    bilik 

iqtisadiyyatının  formalaşması,əsas  xüsusiyyətləri  və  xarakteristikası,nəzəri  –

metodoloji  aspektləri,sosial-iqtisadi  inkişafda  bilik  iqtisadiyyatının  mahiyyəti  tədqiq 

edilmişdir. 

Magistr  dissertasiya  işinin  ikinci  fəslində  inkişaf  etmiş  ölkələrdə  bilik 

iqtisadiyyatının formalaşması,bilik və ona qoyulan investisiyan iqtisadi artımın əsas 

amili,bilik iqtisadiyyatının foralaşmasında dövlətin rolu tədqiq edilmişdir. 

Magistr  dissertasiya  işinin  üçüncü  fəslində  Azərbaycanda  bilik  iqtisadiyyatının 

formalaşması problemləri və perspektivləri, müasir Azərbaycan iqtisadiyyatında elm 

və yüksək texnologiyalar sektorunun yeri tədqiq edilmişdir. 

Dissertasiya  işinin  sonunda  işin  məntiqi  yekunu  olaraq  nəticə  və  təkliflər  və 

ə

dəbiyyat siyahısı verilmişdir. 



 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə