Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   2   3   4   5   6   7   8   9   ...   24

11 

 

 



 

miqyasında səmərəli istifadə edilsəydi bir çox qlobal problemlər ya heç olmazdı, ya 

da heç olmazsa hazırki bəşər sivilizasiyasını məhv edə bilən səviyyəyə çatmazdı. 

Müsbət hal kimi, onu qeyd etmək olar ki, dünya təşkilatları bilik amilinə diqqəti 

artırmışlar.  Ümumdünya  Bankının  1988/1999-cu  illərdə  dünyanın  inkişafı  haqqında 

hesabat  sənədlərində  bu  məsələyə  xüsusi  fikir  verilmişdir.  Dünya  Bankının  dünya 

inkişafı  haqqında  Hesabatının  21-ci  buraxılışında  iqtisadi  və  ictimai  rifahın 

yaxşılaşmasında biliyin həlledici roluna xüsusi yer ayrılmış və buraxılışın özünə isə 

“Bilik  inkişafın  xidmətində”  adı  verilmişdir.  Hesabatın  müəllifləri  göstərirlər  ki, 

iqtisadiyyatın  inkişafı  təkcə  fiziki  kapital  yığımı  və  professional  bacarıqla  təyin 

edilmir,  o  həm  də  informasiyanın  dəqiq  və  vaxtında  əldə  edilməsindən, 

işlənilməsindən,ötürülməsindən, 

yeniliklərin 

öyrənilməsindən 

biliklərin 

mənimsənilməsindən  asılıdır.  Bilik  həlledici  əhəmiyyətə  malikdir  və  buna  görə  də 

dünya  miqyasında  insanların  və  xüsusən  də  ən  kasıb  təbəqələrin  həyat  səviyyəsinin 

yüksəldilməsi  üçün  biliyin  yığılması,  istifadəsi  və  ona  mane  olan  amillər 

mexanizminin  ayrı-ayrı  adamlar(xüsusən  də  rəhbər  kadrlar)  və  cəmiyyət  tərəfindən 

dərk edilməsi çox zəruridir.  

Bu  gün  informasiya  inqilabi  şəraitində  bilik  və  inkişaf  arasında  olan  qarşılıqlı 

ə

laqələri  dərindən  anlamaq  və  real  həyatda  onları  nəzərə  almaq  və  istifadə  etmək 



xüsusi  aktuallıq  kəsb  edir.  Yeni  informasiya  texnologiyalarının  meydana  gəlməsi, 

kompüter  texnikasının  qiymətlərinin  aşağı  düşməsi  fəza  və  vaxt  arasında  olan 

sərhədləri pozur, müddəti isə qısaldır. Hətta kiçik bir kənd “böyük” məlumatları çox 

qısa  bir  müddətdə  və  çox  az  xərclə  əldə  edə  bilmək  imkanına  malik  olur. 

“Məsafədən”  öyrənməyin  inkişafı  isə  milyon-milyon  insanlar  üçün  təhsil  almaq 

imkanı  yaradıb.Bunlar  hamısı  yaxşıdır.  Yaxşıdır,  əgər  həqiqətən  də  konkret 

götürülmüş  bir  dövlətdə  biliyə  və  bilikli  insanlara  inkişafın  başlıca  amili  kimi 

münasibət  bəslənilir.Əks  halda  informasiya  inqilabının  yaratdığı  yeni  imkanlar 

istənilən  səmərəni  verə  bilməz  və  hətta  ölkə  iqtisadiyyatının  inkişafına  mənfi  təsir 

göstərər  bilər.Məsələ  burasındadır  ki,  ticarətin,  maliyyənin,  informasiyanın 

qloballaşdığı bir  şəraitdə  rəqabət  güclənir  və  elmə,  biliyə  fikir  verməyən,  əhalisinin 



12 

 

 



 

savadlandırılması  qayğısına  qalmayan  dövlətlərdə  elmtutumlu  məhsul  istehsalını 

təmin  edə  bilmədikləri  üçün  iqtisadi  gerilik  daha  da  arta  bilər.Bu  cür  halın  baş 

verməməsi  ehtimalı  inkişafda  olan  ölkələrdə  daha  böyükdür.  Dünya  Bankı  iqtisadi 

inkişafa təsir etməsi baxımından biliyin iki tərəfini fərqləndirir. Birinci tərəf “biliyin 

çatışmazlığı  ” adlanır  və bir  çox  cəhətdən  texniki biliklərin qeyri-bərabər  yayılması 

və əldə edilməsi nəticəsində meydana gəlir.Mahiyyəti ondadır ki, məsələn, sənayedə , 

kənd  təsərrüfatında  ,  səhiyyədə,  mühasibat  uçotunda  və  s.istifadə  olunan  texnika 

haqqında məlumat olsa da, müxtəlif səbəblərdən istehsalda tətbiq edilmir.  kinci tərəf 

“informasiya  problemi”  adlanır  və  innovasiyalar  haqqında  məlumatların  vaxtında 

ə

ldə edilməməsi nəticəsində meydana çıxır. 



Bilik  iqtisadiyyata  və  insanların  həyat  şəraitinə  güclü  təsir  göstərir.  Lakin  bu 

təsirin əsas xüsusiyyəti ondadır ki, onu bilikli adamlar görə bilirlər.Deməli, biliyin bir 

mühüm  və  həlledici  amil  kimi  iqtisadiyyata  təsirini  gücləndirmək  üçün  cəmiyyət 

üzvlərinin  savadlılığını  və  hökumət  orqanlarının  isə  bu  sahədə  məsuliyyətliliyini 

artırmaq lazımdır. 

Bilik  çatışmazlığı  istər  ayrıca  götürülmüş  bir  şəxsin,  ailənin,  müəssisənin  və 

istərsə  də  bütövlükdə  ölkənin  iqtisadiyyatına  güclü  təsir  göstərir  və  onun  təsiretmə 

mexanizmi  çox  müxtəlifdir.  Bu  mexanizm  fəaliyyətə  subyekt  və  strukturların 

yaşamaq  üçün  həyata  keçirdikləri  “əməliyyatlardan”  başlayır.  Əməliyyatlarda  iki 

tərəf iştirak edirsə və onlar bir-biri haqqında biliyə malik deyillərsə,sonda iqtisadiyyat 

zəifləyir. Sadə, lakin böyük iqtisadi əhəmiyyəti olan bir neçə misal gətirək.Bir neçə il 

bundan qabaq “Vahidbank” və digər bu tipli banklar haqqında həqiqi informasiyanın 

olmaması,  yəni  əhalinin  bu  sahədə  biliklərinin  zəif  olması  hər  bir  vətəndaşın  və 

dövlətin  iqtisadi  vəziyyətinə  güclü  mənfi  təsir  göstərdi.Bazar  iqtisadiyyatına  tərəf 

addımlar atılarkən boğazlarından kəsdikləri “artıq” pullarını öz əlləri ilə fırıldaqçılara 

verdilər  və  dövlət  orqanlarının  da  məsuliyyətsizliyi  səbəbindən  bir  daha  geri  ala 

bilmədilər.Təkcə 

bu 


biliksizliknəticəsindəAzərbaycan 

Respublikası 

iqtisadiyyatınamilyard  dollarla  zərər  dəydi.  Mağazalarda  satılan  ərzaq  mallarının, 

dərman  preparatlarının  keyfiyyəti,  saxlama  müddəti,  satış  müddəti  haqqında  dəqiq 




13 

 

 



 

məlumatın  olmaması  əhalinin  geniş  təbəqəsinin  vaxtı  keçmiş  ərzaqlarla 

qidalanmasına,  sonradan  xəstələnməsinə,  müalicələrə  coxlu  pulların  xərclənməsinə 

və  deməli,  həm  fərdin  (sahibkarın)  və  həm  də  ölkə  iqtisadiyyatının  zəifləməsinə 

səbəb olur.Düzgün qidalanma və sağlam həyat tərzi haqqında insanların biliyinin az 

olması da eyni mexanizm ilə iqtisadiyyatı zəiflədir. 

Bilik  təsərrüfat  münasibətlərini  də  işıqlandırır,  tərəflərin  üstünlüyünü  və 

çatışmazlıqlarını  ortaya  çıxarır.  nformasiyanın  olmaması  və  yaxud  da  onun  qıtlığı 

bazarların dağılmasına və yenilərinin yaradılmasına mane olur. Bazar iqtisadiyyatının 

səmərəliliyi  bilavasitə  malların  keyfiyyəti  haqqında,  işçinin  məsuliyyətsizliyi 

haqqında,  firma  və  müəssislərin  maliyyə  vəziyyəti  və  kredit  bacarıqları  haqqında 

geniş  və  hərtərəfli  məlumatın  olmasını  tələb  edir.  Bunlarsız  elmdən,  iqtisadi 

inkişafdan  danışmaq  doğru  olmazdı.  Ona  görə  ki,  informasiyasızlıq  və  deməli, 

biliksizlik şəraitində ayrı-ayrı hesabat dövründə bir-iki göstəricinin yaxşılaşmasından 

söhbət  gedə  bilər,  cəmiyyətin,  ölkənin  iqtisadi  inkişafından,  orta  təbəqənin 

formalaşması haqqında isə məlumat əldə edilməz. 

Hərtərəfli bilik əldə etməklə inkişafa nail olmaq çoxlu səmərə verir. Bu səmərə 

birbaşa  və  dolayı  yolla  əldə  oluna  bilər.Xəstəliklər  haqqında  düzgün  məlumat 

milyonlarla insanların həyatını xilas edər və səhiyyəyə çəkilən xərcləri azalda bilər. 

Ə

traf mühitin təmizliyi haqqında və suyun,havanın,torpağın, məhsulların çirklənməsi 



haqqında məlumatlılıq yaşayış yerlərinin insan üçün təhlükəli olmasının qabağını ala 

bilər.Mikromaliyyələşmə proqramları və bu barədə insanların məlumatlılığı uşaqların 

gələcəyinin parlaq olmasına səbəb ola bilər. 

Bilik  çatışmazlığının  və  informasiya  qıtlığının  olmasını  dövlət  dərk  etməli  və 

problemin həlli üçün ölçü götürməlidir. Lakin məhz bu məsələ inkişaf etməkdə olan 

ölkələrdə çox pis həll olunur. Bu da onların inkişaf etmiş ölkələrdən geriliyini daha 

da  çoxaldır.Sonda  onlar  asılı  ölkə  olaraq  qalırlar  və  dünya  iqtisadiyyatının  inkişaf 

sürətini zəiflədirlər.  

Dünya  təcrübəsi  göstərir  ki,  bu  gün  biliyin  bütün  istiqamətləri  üzrə 

çatışmazlıqlara  inkişaf  etmiş  ölkələrdə  çox  az,geri  qalmış  və  inkişaf  etməkdə  olan 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə