Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

G R Ş

 

“Bilik  iqtisadiyyatı”  termini  elmi  dövriyyəyə  avstroamerikalı  mütəxəssis  Frits 



Maxlup  tərəfindən  iqtisadiyyat  sektorlarından  birində  tətbiq  olunmuşdur.  Hazırki 

dövrdə  bu  terminlə  yanaşı  “ nnovasiya  iqtisadiyyatı”,  ”Yüksək  texnologiyalı 

sivilizasiya”,  ”Bilik  cəmiyyəti”,  ” nformasiya  cəmiyyəti”,  “ nformasiya  və  biliklər 

cəmiyyəti” kimi terminlər geniş istifadə olunur. Nəzəri aspekdən yanaşmadan demək 

olar  ki,  ”Bilik  iqtisadiyyatı”  istehsalatın  elə  bir  üsuludur  ki,  biliklərin  istehsalı, 

yayılması,  istifadəsi,  generasiyasında  böyük  rol  oynayan  intelektual  varlığın 

yaradılmasına təkan verir. Bilik iqtisadiyyatı biliyin bütün tip və növlərinin sislemli 

istifadəsinə zəmin yaradır. 

  nformasiya  cəmiyyətinin  formalaşması,  iqtisadi  münasibətlərin  daha  da 

qloballaşması  müasir  dövrün  xarakterik  xüsusiyyətlərindəndir.  Qloballaşma  və 

informasiyalaşma  isəöz  növbəsində  yeni  innovativ  iqtisadiyyatın  sürətli  inkişafına 

təsir  göstərir.  nformasiya  iqtisadiyyatı  iqtisadi  inkişafın  növbəti  mərhələsi  kimi 

nəzərdən  keçirilir.  Texnoloji  inkişaf  və  innovasiyalar  iqtisadi  artımın  uzunmüddətli 

hərəkətverici  qüvvəsi  kimi  çıxış  edir.  nformasiya  və  bilik  müasir  cəmiyyətin  əsas 

inkişaf  faktoruna  çevrilir.  Sənaye  inkişaf  mərhələsindən  postsənaye  mərhələsinə 

keçən  ölkələrin  inkişafı  və  rəqabətədavamlılığında  bilik  və  informasiya  məhsulları 

istehsalı sahələri son dərəcə böyük rol oynayır. Başqa sözlə, müasir dövrdə ölkələrin 

inkişafı  elmtutumlu  sahələrin,  o  cümlədən  texnoloji  innovasiyaların,  yeni 

texnologiyaların  inkişafından  çox  asılıdır.  qtisadi  artım  üçün  texnologiyanın 

vacibliyi artıq çoxdan öz təsdiqini tapmışdır. Yaponiya, Cənubi Koreya, Sinqapur və 

s.  kimi  inkişaf  etmiş  ölkələrdə  iqtisadi  inkişaf  və  məhsuldarlıq  KT  məhsullarının 

istehsalının və tətbiqinin genişlənməsi ilə bağlıdır.  

nkişaf etmiş ölkələrin təcrübəsi  KT-nin inkişaf və tətbiq səviyyəsi ilə iqtisadi 

inkişafın  arasında  birbaşa  əlaqənin  olmasını  göstərir.  Buna  baxmayaraq,  KT-nin 

ümümi  iqtisadi  artıma  təsirinin  qiymətləndirilməsi  və  digər  istehsal  faktorları  ilə 

ə

laqəsinin tədqiqi hələ də lazımı səviyyədə həyata keçirilməyib və bu aktual məsələ 



olaraq qalmaqdadır. 


 

 



 

Bilik  iqtisadiyyatı,  sənaye  iqtisadiyyatı  və  innovasiya  iqtisadiyyatının  yüksək 

mərhələsidir.  nnovasiya  layihələrinin  realizasiyası,  ekspertizasiyası  yüksək  həyat 

keyfiyyətli  effektiv  dövlət  institutlarının  əsas  inkişaf  istiqamətlərindəndir.  Yüksək 

keyfiyyətli  insan  kapitalı  bilik  iqtisadiyyatının  formalaşmasının  və  inkişafının  əsas 

faktorlarındandır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

I Fəsil. Bilik iqtisadiyyatının tədqiqinin nəzəri-metodoloji aspektləri 

1.1. Bilik iqtisadiyyatının formalaşmasının konseptual əsasları 

“Bilik  iqtisadiyyatı”  termini  elmi  dövriyyəyə  avstroamerikalı  mütəxəssis  Frits 

Maxlup  tərəfindən  iqtisadiyyat  sektorlarından  birində  tətbiq  olunmuşdur.  Hazırki 

dövrdə  bu  terminlə  yanaşı  “ nnovasiya  iqtisadiyyatı”,  ”Yüksək  texnologiyalı 

sivilizasiya”,  ”Bilik  cəmiyyəti”,  ” nformasiya  cəmiyyəti”,  “ nformasiya  və  biliklər 

cəmiyyəti” kimi terminlər geniş istifadə olunur. Nəzəri aspekdən yanaşmadan demək 

olar  ki,  ”Bilik  iqtisadiyyatı”  istehsalatın  elə  bir  üsuludur  ki,  biliklərin  istehsalı, 

yayılması,  istifadəsi,  generasiyasında  böyük  rol  oynayan  intelektual  varlığın 

yaradılmasına təkan verir. Bilik iqtisadiyyatı biliyin bütün tip və növlərinin sislemli 

istifadəsinə zəmin yaradır. 

Bilik iqtisadiyyatı, sənaye iqtisadiyyatının və innovasiya iqtisadiyyatının yüksək 

mərhələsidir.  Bilik  iqtisadiyyatı  məhz  innovasiya  xüsusiyyətilə  fərqli  bir 

iqtisadiyyatdır.  qtisadçılar  çox  vaxt  bilik  iqtisadiyyatının  sinonimi  kimi  innovasiya 

iqtisadiyyatı  terminini  işlədirlər. 

nnovasiyalı  bilik  iqtisadiyyatının  əsas 

infrastrukturuna aşağıdakılar daxildir:[1]. 



                                          Bilik iqtisadiyyatı  

 

Yüksək həyat keyfiyyətli effektiv dövlət institutları 



Effektiv fundamental elm  

Yüksək keyfiyyətli insan kapitalı  

Biliyin istehsalı və yüksək texnologiyalar  

nformasiya və biliklər cəmiyyəti  

Effektiv elmi - texniki vençur biznesi  

Yüksək keyfiyyətli təhsil  

deyaların realizasiyası və transferi infrastrukturu  

Sxem. Bilik iqtisadiyyatının infrastrukturu, müəllif tərəfindən tərtib olunub 




10 

 

 



 

nnovasiya layihələrinin realizasiyası, ekspertizasiyası yüksək həyat keyfiyyətli 

effektiv  dövlət  institutlarının  əsas  inkişaf  istiqamətlərindəndir.  Yüksək  keyfiyyətli 

insan  kapitalı  bilik  iqtisadiyyatının  formalaşmasının  və  inkişafının  əsas 

faktorlarındandır.  Belə  ki,  son  illər  iqtisadi  fəal  əhalinin  tərkibində  ali  təhsillilərin 

xüsusi  çəkisi  müntəzəm  artmaqdadır,  müasir  iqtisadiyyatda  vəzifəsi  informasiyanı 

ə

ldə  etmək,  təkmilləşdirmək  və  təhlil  etməkdən  ibarət  olan  “bilik  işçiləri”  getdikcə 



çoxalır.  Bu  bir  faktdır  ki,  son  illər  açılan  iş  yerlərinin  60  faizindən  çoxu  sırf 

informasiya  ilə  çalışmaqla  bağlıdır,  getdikcə  daha  çox  iş  sahələri  və  ixtisaslar  yeni 

innovativ  texnologiyalarla  çalışmaqla  bağlıdır.  Hazırki  dövrdə  hər  yeni  gün,  hər 

açılan  səhər  texnoloji  konsepsiyaların  inqilabı  və  kəşflərin  meydana  çıxması  ilə 

yaddaşa yazılır. 

Dünya təsərrüfatı yarımsistemlərinin iqtisadi fəaliyyətinin öyrənilməsi  

göstərir  ki,  son  onilliklərdə  biliyə,  insanın  hərtərəfli  inkişafına  diqqət 

artmışdır.Xüsusən  də  inkişaf  etmiş  ölkələrdə  bu  məsələ  daha  qabarıq  şəkildə  həll 

olunmaqdadır.  Əldə  edilən  nəticələr  heyrətamizdir.  Bu  gün  ABŞ  kimi  nəhəng  bir 

dövlətin ÜDM –nın 20%-dən çoxu elmtutumlu məhsullar hesab edilən informasiya, 

onun  texnologiyası,  kompüter,  elektronika  kimi  məhsulların  payına  düşür.  ABŞ, 

Yaponiya,  Almaniya  və  s.  bu  kimi  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki, 

insanın  inkişafına,beyinlərin  məhsulunun  istifadəsinə  yönəldilən  kapital  xərclərinin 

səmərəsi  digər  ənənəvi  istiqamətlərə  yönəldilən  kapitalın  səmərəliliyindən  qat-qat 

yüksək olur. Bu gün dünya iqtisadiyyatının liderlərindən biri olan Yaponiya kimi bir 

dövlətin  əldə  etdiyi  müvəfəqiyyətlər  əslində  biliyə,  insan  zəkasına  verilən  düzgün 

qiymətin nəticəsidir. 

Bilik  ən  sərfəli  və  ən  çox  səmərə  verən  resursdur. kinci  dünya  müharibəsində 

min cür mənfi təsirlərə məruz qalan, torpağında nüvə silahı partladılan, 1945-1953-cü 

ilə  qədər  kənar  qüvvələr  tərəfindən  idarə  olunan  Yaponiya  sərbəstlik  əldə  etdikdən 

sonra iqtisadiyyatının inkişafını biliyə, insan amilinə bağladı və hamıya məlum dünya 

miqyaslı inkişafa nail oldu. Bu misal dir daha göstərir ki, insan resurslarından dünya 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə