Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   16   17   18   19   20   21   22   23   24

68 

 

 



 

effektiv  idarəolunması  və  inkişafı  üçün  maddi  şərait  yaradır.  nnovasiyanın 

mənimsənilməsinin  funksional  əhəmiyyəti  isə  elmi-texniki  biliklərdəki  və  istehsal 

praktikasındakı fərqlərin aradan qaldırılmasından ibarətdir. 

Azərbaycanda  aqrar  sahədə  moderləşməni  sürətləndirmək  üçün  elm  və  təhsilin 

vahid  platformada  prosesə  qoşulmasını  təmin  etmək  lazımdır.  Tədqiqatlarımız 

göstərir  ki,  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  bazasında  universitet  klasteri 

ideyasının  gerçəkləşməsi  aqrar  sahədə  kadr  hazırlığı,  innovativ  inkişaf  və 

modernizasiya  üçün  əlavə  bir  təkan  ola  bilər.  Universitet  klasteri  məfhumunun 

ideoloji  əsasları  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  inkişaf  konsepsiyasında  öz 

ə

ksini  tapmışdır.  Konsepsiyada  nəzərdə  tutulur  ki,  ölkədə  innovativ  iqtisadiyyatın 



yaradılması  məqsədi  ilə  elm  və  istehsal  arasındakı  əlaqələr  gücləndiriləcək,  tətbiqi 

elmi  araşdırmaların  bazarın  tələbatına  müvafiq  aparılması  üçün  zəruri  mexanizmlər 

yaradılacaqdır.  nnovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli 

məhsul  istehsalının  stimullaşdırılması,  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi 

üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və 

inkişafının  təmin  edilməsi  məqsədi  ilə  dövlət  dəstəyi  tədbirləri  reallaşdırılacaq  və 

müvafiq  qanunvericilik  bazası  yaradılacaqdır.  nnovativ  sahibkarlığın  inkişaf 

etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit 

yaradılması  ilə  yanaşı,  qabaqcıl  texnologiyaların  transferi  və  mənimsənilməsi 

istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların 

işlənilməsi  və  tətbiqi  üçün  texnoparklar  və  innovasiya  zonaları  yaradılması  da 

nəzərdə tutulur. 

Universitet  klasteri  termininə  bir  çox  dövlətlərdə,  xüsusilədə  MDB  ölkələrinin 

demək  olar  ki,  yarısında  rast  gəlmək  mümküdür.  Hazırda  bu  konsepsiya  Rusiya 

Federasiyası,  Gürcüstan,  Belarus,  Qırğızıstan  və  s.  MDB  ölkələrində  kifayət  qədər 

populyarlaşmışdır.  nkişaf etmiş ölkələrin təcrübəsində Universitet klasterinə bir sıra 

hallarda  ümumi  təhsil  strategiyası,  bəzən  isə  xüsusi  innovasiya  proqramları 

çərçivəsində baxılır. 




69 

 

 



 

Bu  baxımdan  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  bazasında  yaranan 

klaster əmək bazarının tələbinə uyğun kadr hazırlığını həyata keçirməklə yanaşı, həm 

də  konseptual  sənədlərin  (qanun  layihəsi,  siyasət  sənədi  və  s.)  yazılmasını,  habelə 

biznesə  konsaltinq,  outsorsinq  və  outstaffinq  xidmətlərinin  göstərilməsini  təşkil  edə 

bilər.  Bunun  üçün  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  aşağıdakı  üstünlükləri 

var:  

a) Sadalanan xidmətləri həyata keçirə biləcək insan resursları və maddi-texniki 



baza;  

b)Dövlətin resurslarından istifadə etmək;  

c)Beynəlxalq nüfuz;  

d)Əmək bazarında müsbət imic 

Azərbaycanda  aqrotexnoparkların  yaradılması  kənd  təsərrüfatı  sahəsində 

biliklərin  kommersiyalaşdırılması,  aqrar  sahənin  modernləşdirilməsi,  səmərəliliyin 

artırılması,  ümumilikdə  iqtisadiyyatın  diversifikasiyası  istiqamətində  irəliyə  atılmış 

bir  addım  ola  bilər.  Aqrotexnoparklar  Sinqapur,  Kamerun,  Bruney,  Rusiya  və  s. 

ölkələrdə  fəaliyyət  göstərirlər.  Araşdırmalarımız  göstərir  ki,  Azərbaycan  ərazisində 

aqrotexnoparkı  Naxçıvan  Muxtar  Respublikasında  təsis  etmək  mümkündür. 

Naxçıvanın  blokada  şəraitində  olması  bu  ərazidə  kənd  təsərrüfatının 

modernləşdirilməsi,  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi,  aqrar  məhsulların 

ixracının  artırılması  yolu  ilə  xarici  valyuta  əldə  edilməsi  və  yeni  iş  yerlərinin 

yaradılmasını  zəruri  edir.  Artıq  Azərbaycan  hökuməti  yüksək  texnologiyalara 

ə

saslanan,  rəqabət  qabiliyyətli  sənaye  istehsalının  inkişafı  məqsədilə  ölkədə  sənaye 



parklarının yaradılmasına başlayıb. Sumqayıt Kimya Sənaye və Balaxanı parklarının 

yaradılmasına dair 2011-ci ilin dekabrında prezident fərmanları imzalanıb. 

Naxçıvan  aqrotexnoparkı  bölgənin  elmi  potensialından  (əlbəttə,  park 

yaradılandan sonra bu potensial daha da gücləndirilməlidir) istifadə edə bilər. Qeyd 

edək  ki,  AMEA-nın  Naxçıvan  bölməsi  (xüsusilə,  Bioresurslar  nstitutunda  Meyvə, 

tərəvəz və üzüm laboratoriyası, Dənli taxıl, paxlalı və texniki bitkilər laboratoriyası, 

Biokimyəvi  tədqiqatlar  laboratoriyası,  Nəbatat  şöbəsi,  Bitki  sistematikası  şöbəsi  və 



70 

 

 



 

Zooloji tədqiqatlar şöbəsi) və Naxçıvan Dövlət Universiteti (xüsusilə, Təbiətşünaslıq 

və  kənd  təsərrüfatı  fakültəsində  kimya,  coğrafiya,  zoologiya,  botanika  və  baytarlıq 

kafedraları)  aqrotexnoparkın  formalaşmasına  elmi  cəhətdən  töhfə  verə  bilər. 

Naxçıvanda  AMEA-nın  bölməsi  qismində  elmi  və  Naxçıvan  Dövlət  Universitetinin 

simasında təhsil müəssisələrinin aqlomerasiyası institutsional mühiti formalaşdırır ki, 

bu yolla intellektual dəyər kənd təsərrüfatı sahəsinə ötürülə və innovativ sahibkarlığın 

yeni  formaları  üzə  çıxa  bilər.  Rusiya  təcrübəsindən  istifadə  edərək  Naxçıvan 

aqrotexnoparkında  Aqrar  Texnologiyalar  üzrə 

nnovativ  Mərkəz  yaratmaq 

mümkündür.  Aqrar  Texnologiyalar  üzrə 

nnovativ  Mərkəz  aqrar  sahənin 

uzunmüddətli  inkişaf  perspektivinə  əsaslanaraq  elm,  təhsil  və  istehsalatın  geniş 

inteqrasiyasına  nail  olmağı  hədəf  seçməlidir.  Əsas  elmi-tədqiqat  istiqamətlərini 

aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

- Kənd təsərrüfatı istehsalında yeni texniki və texnoloji səviyyəyə çıxmaq üçün 

genetika, biotexnologiya və mikrobiologiya sahəsində uğurlar əldə etmək; 

-  Ərazinin  adaptiv-landşaft  təkmilləşməsi,  müxtəlif  aqrotexnologiyaların 

layihələndirilməsi; 

-  Resurslara  qənaət  edən,  ekoloji  təmiz  və  yüksək  məhsuldar  texnologiyaların 

istifadəsi və s. 

 

 



 

 

 



 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə