Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

44 

 

 



 

sənayedə üzvi surətdə birləşməsi müxtəlif formalarda həyata keçirilir. Sürətlə inkişaf 

edən  innovasiya  biznesi  böyük  əhəmiyyət  kəsb  edir.  Onun  mərkəzində  ərazi  elmi-

istehsal  kompleksləri  durur.  nkişaf  etmiş  ölkələrdə  beləkomplekslər“Texnopark”, 

“texnopolis” kimi adlandırılır və onların əsas məqsədi sənayedə elm tutumlu məhsul 

istehsalını artırmaqdır. Texnopolislərdə prinsipcə ən yeni texnikalar və texnologiyalar 

yaradılır, sınaqdan çıxarılır və elmtutumlu məhsulların kiçik seriyalarla buraxılmasını 

təşkil  edirlər.  ABŞ-da  100-dən  çox  texnopolislər  fəaliyyət  göstərir.  Dünya 

miqyasında  elmtutumlu  məhsulun  40%-ə  qədəri,  ABŞ-ın  payına  düşür.  Elmtutumlu 

sənaye məhsulu iqtisadiyyatın digər sahələrinin də sürətli inkişafı üçün şərait yaradır. 

Bu da sənayenin iqtisadiyyatda aparıcı rolunun mahiyyətinin nədən ibarət olduğunu 

göstərir.   

nkişaf  etmiş  ölkələrin  dövlət  tənzimləmnəsində  insan,  onun  yaşayışı,  onun 

taleyi  həmişə  ön  planda  durur.  Məsələn,  ABŞ-da  dövlət  tənzimlənməsinin 

təkmilləşdirilməsi  iki  istiqamətdə  böyük  nəticələrin  əldə  edilməsinə  imkan  verib: 

birincisi,  ÜDM-un  müntəzəm  artımı  (son  illərdə  bu  artım  orta  hesabla  2,5-3,0% 

olub),  ikincisi,  külli  miqdarda  yeni  iş  yerləri  yaradılıb  (1990-cı  ilin  əvvəllərində  11 

milyon).  

EÖ-in  hamısında  intensiv  xarici  iqtisadi  fəaliyyət  müşahidə  olunur.  Digər 

ölkələrə nisbətən  EÖ xarici iqtisadi fəaliyyətə daha yaradıcı münasibət bəsləyirlər və 

optimal variantlar axtarıb tapırlar. Məsələyə bu prizmadan yanaşmağın obyektiv əsası 

ondadır  ki,  xarici  iqtisadi  əlaqələr  ölkənin  sosial-iqtisadi  inkişafına  güclü  təsir 

göstərmək  xassəsinə  malikdir.  EÖ  bir  qayda  olaraq  xarici  iqtisadi  əlaqələri  inkişaf 

etdirməklə  istehsal  xərclərini  azaltmağa,  ümumi  səmərəliliyi  isə  yüksəltməyə 

çalışırlar.Bu  baxımdan  IEÖ  xarici  iqtisadi  fəaliyyətlərindəki  başlıca  xüsusiy- 

yətlərindən biri prinsipcə  yeni  əməkdaşlıq  formaları tapmaq,  yeni istiqamətlər  təyin 

etmək  yolu  ilə  istənilən  ölkələrlə  optimal  (ilk  növbədə  özlərinin  xcyrinə)  əlaqələr 

yaratmaqdır."Yeni  xarici  iqtisadi  əməkdaşlıq  normaları"  dedikdə,  ilk  növbədə 

aşağıdakıları nəzərə almaq lazımdır.  



45 

 

 



 

lk növbədə onlar, öz ölkələrində prinsipcə yeni məhsulların, xidmət növlərinin 

istehsalını təşkil etmək və onlar istehlakçı ölkələrə sərfəli şərtlərlə reallaşdırmağa can 

atırlar.  Təhlil  göstərir  ki,  xarici  iqtisadi  əlaqələri  genişləndirmək  sahəsində  bu 

üsullardan  EÖ-in  demək  olar  ki,  hamısı  istifadə  edir.  Xarici  iqtisadi  əlaqələrin 

genişləndirilməsinin  bu  imkanı  digər  (inkişafda  olan,  keçid  iqtisadiyyatlı)  ölkələr 

qrupunda  ya  heç  olmur,  ya  da  çox  məhdud  şəklində  olur.  EÖ-də  isə  bu  imkanı 

meydana gətirən qüvvə onların iqtisadi, texniki, texnoloji, elmi, hərbi gücləridir.  EÖ-

in  iqtisadi  gücü  digər  ölkələrə  nisbətən  həmişə  çox  yüksək  olduğuna  görə  onlar 

elmin,  texnikanın,  texnologiyanın  ardıcıl  inkişaf  etdirilməsinə  milyardlarla  vəsait 

ayıra bilirlər.  

Məsələ burasındadır ki, hər hansı bir dövlətin və о cümlədən də  EÖ-in müasir 

dünya  təsərrüfat  sistemindəki  mövqeyinin  möhkəmliyi,  dayanıqlığı  onun  elmi-

tədqiqat  və  layihə-təcrübə  işləri  (ETLT )  sahəsində  əldə  etdiyi  nailiyyətlərə  və 

onların" istehsala tətbiqinin intensivliyinə görə həll edilir. ETLT -i isə çoxlu  vəsait 

tələb edir. Bu vəsaitin öhdəsindən  EÖ bacarıqla gəlirlər. 

Amerika  kompüter  texnikası,  proqram  təminati  məhsulunu  bütün  dünya 

ölkələrinə  realizə  edə  bilir.  Almaniya  və  Yaponiya  avtomobil  sənayesi  məhsulları 

üzrə bu mövqedə dayanan ölkələrdəndir.  

Amerika  iqtisadiyyatının  hərəkətverici  qüvvələri  arasında  öz  resursları  ilə 

yüksək səviyyədə təmin olmaq heç də pis yer tutmur. Resurslarla təmin olmaq xarici 

ölkələrdən asılılığını minimuma endirir. Bundan başqa, ABŞ-ın böyük həcmli daxili 

bazarı,  kompaniyaların  yüksək  texniki,  təşkilati,  elmi  potensialları,  eksport  və 

importun  həcminə  dünyada  birincilik,  sosial  yönümlü  iqtisadi  siyasət,  sənayenin 

aparıcı sahəsi olan maşınqayırmanın üstün inkişafı və mütərəqqi strukturu, yeni tipli 

yüksək  texnologiyaların  mənimsənilməsi  və  s.  bu  kimi  cəhətlər  də  iqtisadiyyatın 

intensiv inkişafı üçün şərait yaradan amillərdir, ABŞ iqtisadi inkişafının hərəkətverici 

qüvvəsidir. 

Amerika  hökuməti  yaratdığı  təsərrüfatçılıq  mexanizmi  vasitəsilə  yeni  iş 

yerlərinin  yaradılmasına  da  yaradıcı  münasibət  bəsləyir.  Yeni  iş  yerləri  elm  və 




46 

 

 



 

texnikanın  son  nailiyyətlərini  özündə  cəmləşdirir  və  belə  iş  yerlərində  çalışanların 

ə

mək haqqı səviyyəsinə ciddi fıkir verlir. Uzun illər davam edən bu ənənə məhsulun 



material, fond, enerji tutumlarının daim aşağı salınması tədbirləri ilə birlikdə elə bir 

mütərəqqi nəticə əldə etməyə imkan vermişdir ki, istehsal xərclərində işçi qüvvəsinə 

çəkilən xərclərin xüsusi çəkisi 70%-ə çatmışdır. Bu olduqca mütərəqqi göstəricidir və 

dövlətin mütəmadi olaraq sosial yönümlü siyasət aparmasının nəticəsidir. Bu həm də 

sübut  edir  ki,  Amerikada  zehni  əməklə  məşğul  olanlanların  sayı  daim  artır,  yüksək 

maaş alanlar çoxalır, əhalinin orta təbəqəsi inkişaf edir. 

ABŞ iqtisadiyyatının bir sıra fərqləndirici cəhətləri vardır. Müasir dövr üçün ən 

ə

lamətdarı ondadır ki, ABŞ on yeni texnikaya və texnologiyaya daha çox fikir verir, 



elm tutumlu məhsullar istehsal edir və innovasiya sahəsində uzun illərdir ki, aparıci 

yer tutur. Bu hal öz əksini texnologiyanın ötürülməsi üzrə vəsait ödəmələrini və daxil 

olmalarını  xarakterizə  edən  balansda  tapir.  Qeyd  edək  ki,  bu  balansda 

"texnologiyanın  ötürülməsi"  əməliyyatı  ilə  bağlı,  patentlərin  qeydiyyatı  ilə  bağlı, 

lisenziyaların  müəllif  hüquqlarının,  ticarət  markalarının  əldə  edilməsi  ilə  bağlı, 

dizaynların  müəllif  və  sənaye  hüquqlarının  və  nümunələrinin  işlənməsi  ilə  bağlı, 

"nou-hau"-larla və menecment sahəsində xidmətlərin ödənilməsi ilə bağlı hesabatlar 

göstərilir.  Bir  çox  mənbələrin  verdikləri  məlumatlara  görə  ABŞ  texnoloji  balansı 

uzun illərdir ki, aktiv saldoya malikdir. Onun məbləği ildə 7-8 milyard dollar təşkil 

edir. Aktiv saldonun mövcudluğu ABŞ üçün yeni imkanlar yaradır və bu imkanlardan 

istifadə edən sahibkarlar elmtutumlu məhsullar istehsalını genişləndirirlər. 

Yaponiyada  iqtisadi  inkişafı  və  texniki  tərəqqini  sürətləndirən  düşünülmüş  bir 

idarəetmə  mexanizmi  yaradılmışdır.  Bütün  digər  məsələlər  də  bu  mexanizmin  əsas 

məqsədinin  –  ölkənin  yüksək  səviyyədə  sosial-iqtisadi  və  mədəni  inkişafının  təmin 

olunmasının  həyata keçirilməsinə yönəldilir. Kadr hazırlığında, mülkiyyətin forması 

məsələsi  həll  edildikdə,  elm  və  texnika  inkişaf  etdirildikdə,  yeni  yaşayış  əraziləri 

salınanda,  idarəetmə  təkmilləşdirildikdə  və  s.  bu  kimi  məsələlərin  həllində  ölkənin 

ə

sas  məqsədi  birinci  növbədə  nəzərə  alınır.  Elm  Yaponiyada  istehsala  (xüsusən 



sənaye  istehsalı  ilə)  six  inteqrasiya  şəklində  inkişaf  etdirilir.  Təsadüfı  deyildir  ki, 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə